Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə70/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   66   67   68   69   70   71   72   73   ...   179

142 

 

dağıldığından,  onların  yeri alçaq köbərə  bənzəyir  [141,  33-34].  Qaladan  təqribən 



100 m Ģərqdə daha iki təpə mövcuddur. Onlardan 20-25 m cənub tərəfdə isə 40 m 

uzunluğu olan daha bir köbər yeri var. Yerüstü əlamətlərinə görə, onlar da yuxarıda 

təsviri  verilən  tikinti  qalıqlarına  bənzəyir  və  çox  güman  ki,  bütövlükdə 

Bayramkoxa qala kompleksinə aiddir. 

Abidədə aparılmıĢ arxeoloji tədqiqatlar zamanı orada, üst qatda təqribən 40 

sm  qalınlığında lal  təbəqə  qeydə  alınmıĢdır.  Bu,  qalanın  uzun  müddət  istifadəsiz 

qalması nəticəsində əmələ gəlib. Lal təbəqə götürüldükdən sonra orada qalınlığı 40 

sm  olan  mədəni  təbəqə  olduğu  aĢkar  edilmiĢdir.  Qazıntı  zamanı  oradan  divar  və 

bürc  qalıqlarından  savayı,  ocaq  yeri,  dəmirdən  ox  ucu,  gil  muncuq  və  Ģirsiz 

keramika nümunələri tapılmıĢdır. Keramika məmulatı içərisində dulus dəzgahında 

istehsal edilən nümunələr qeydə alınmamıĢdır. 

F.V.Qədirov  Bayramkoxa  qalasından  tapılmıĢ  keramika  məmulatını  iki 

qrupa bölüb: «Birinci qrupa dərin cam, dolça kimi enliağızlı və bunlara nisbətən, 

ağızları  azacıq  daralmıĢ  qablar  daxildir.  Bunların  əksəriyyəti  narın  gildən 

kiçikhəcmli  hazırlanmıĢ  və  biĢirildikdən  sonra  sarımtıl-qırmızı rəng  almıĢdır.  Bu 

qrupdan olan qabların bəzilərinin üstündə yumru və qulaqcıq formasında çıxıntıları 

və qazıma xətlərdən ibarət bəzəyi vardır» [141, 34]. Narın gildən hazırlanan, səthi 

cilalanan  incə  və  nazik  divarlı  qablar  isə  ikinci  qrupa  daxil  edilib.  F.V.Qədirov 

birinci  qrupa  daxil  etdiyi  nümunələri  III-IV  əsrlərə,  ikinci  qrupa  daxil  etdiyi 

nümunələri isə V-VII əsrlərə aid edib. Bununla da o, Bayramkoxa qalasının III-VII 

əsrlərə aid müdafiə tikintisi olduğunu ehtimal edib. 

Xatırladaq  ki,  tərkibində  saman  qatıĢığı  olan  irihəcmli  çiy  kərpiclərdən 

istifadə  etməklə  müdafiə  istehkamları  tikilməsi  Sasani  dövrü  arxitekturası  üçün 

xarakterik olub. Fikrimizcə, Bayramkoxa qalası təqribən IV əsrin ortalarında kiçik 

feodal  qəsri  kimi  tikilib.  Lakin,  Mehranilərin  nüfuzu  artdığı  və  onların  Ģəxsi 

mülklərinin  qonĢu  ərazilər,  o  cümlədən  Qəbələ  mahalı  əraziləri  hesabına  qərbə 

doğru daha da geniĢləndiyi dövrdə, o öz  əvvəlki funksiyasını itirməklə istifadəsiz 

qalıb.  Abidədə  mədəni  təbəqənin  solğunluğu  və  nisbətən  qalın  olmaması  da  çox 

güman ki, elə bu amillə bağlı olub. 

 

XAÇMAZ GOVUR QALASI 



 

XIX  əsr  mənbələrində  adı  çəkilən  bu  abidə  Oğuz  rayonundakı  Xaçmaz 

kəndinin Ģimalında, dağın zirvəsində yerləĢir [141, 51-58]. Görkəmli Azərbaycan 

tarixçisi  A.Bakıxanov  XVI  əsr  Ġran-Türkiyə  müharibələrindən  bəhs  edərkən  bu 

qala ətrafında gedən döyüĢləri də yada salıbdır. Onun yazdığına görə, 1578-1583-

cü  illərdə  ġirvan  torpaqları  uğrunda  aparılan  hərbi  əməliyyatlar  zamanı  türk 

sərkərdəsi  Əbubəkir  Mirzə  öz  ətrafına  böyük  qüvvə  toplayaraq  Xaçmaz  Govur 

qalasında möhkəmlənmiĢdi. Ġran və türk ordusu arasındakı əsas döyüĢlərdən birisi, 

məhz bu qala qarĢısında baĢ verib [32, 144]. 



143 

 

Qalanın yerləĢdiyi dağa camaat arasında «Qala dağı», onun ətəyindən axan 



çaya isə «Qala çayı» deyilir. Qala çayından Govur qalayadək təqribən 2 km məsafə 

var.  Xatırladaq  ki,  qala  qərb  tərəfdən  dərin  uçurumla,  Ģimal  tərəfdən  isə  Böyük 

Qafqaz  dağ  silsiləsi ilə əhatə  olunub.  Bir  çox  abidələr  kimi,  bu  qala  da  üzərində 

yerləĢdiyi dağın zirvə hissəsinin relyefinə uyğun tikilmiĢdir (LXVI tablo). Əsrlər 

boyu  təbii  təsirlər nəticəsində  onun  bəzi  hissələri  uçub  dağılmıĢdır.  Lakin,  əksər 

yerlərdə  divar  və  bürc  yerləri  yarısalamat  vəziyyətdə  olsa  da,  dövrümüzə  qədər 

gəlib  çatmıĢdır.  F.V.Qədirovun  fikrincə,  Xaçmaz  Govur  qalasında  müxtəlif 

vaxtlarda  təmir  və  bərpa  iĢləri  aparılmıĢ,  bəzi  bürcləri  isə  sonradan  tikilmiĢdir. 

Qala divarlarının ümumi uzunluğu 192,7 m-dir. Müxtəlif tərəflərdə olmaq etibarı 

ilə  yeddi  bürcü  var.  Onlardan  üçü  yarımdairəvi,  dördü  isə  düzbucaqlı 

formasındadır  [141,  52].  Qala  bürcləri  yerli  relyefə  uyğun  tikildiyindən  onların 

forması  kimi,  ölçüləri  də  müxtəlifdir.  Qalaya  giriĢ  qapısı  Ģimal  tərəfdəndir.  O, 

nisbətən kiçik ölçülüdür. Eni 1,5 m, hündürlüyü indiki vəziyyətdə 3 m-dir. Oradan 

qalaya  yalnız  atlı  və  ya  piyadalar  girə  bilərdi.  Qapının  hər  iki  tərəfində  iri, 

yarımdairəvi bürclər ucaldılıb. Qərb tərəfdəki bürcün diametri 13,7 m, hündürlüyü 

isə  5,2  m-dir.  Sonradan  həmin  bürcün  müdafiə  qabiliyyətini  möhkəmlətmək 

məqsədilə orada uzunluğu 4 m, eni 1,5 m və hündürlüyü 5,2 m olan daha bir ədəd 

düzbucaqlı  formalı  bürc  tikilmiĢdir.  Oradan  qərbə  doğru  uzanan  divarda  yer 

səthindən  1 m hündürlükdə hər  bir  metrdən  bir  25x21  sm ölçüdə  olan  düzbucaq 

formalı mazğal yerləri vardır. Onlardan bir metr yuxarıda diametri 23, aralarındakı 

məsafə  isə  60  sm  olan  dairəvi  formalı  daha  iki  ədəd  mazğal  yeri  var.  Abidənin 

cənub divarında da yer səthindən təqribən 80 sm yüksəkdə iki cərgə mazğal yerləri 

var. Qala divarları Ģimal-qərb tərəfdə diametri 24,5 m, hündürlüyü isə 5,7 m olan 

əzəmətli bürclə tamamlanır. Birinci cərgədə 9, ondan 70 sm yüksəkdə olan ikinci 

cərgədə  isə  7  mazğal  var.  ġimal  divarlarda  olduğu  kimi,  cənub  divarlarda  da 

mazğallar  dairəvi  və  ya  düzbucaqlı  formasındadır.  Alt  cərgədəki  mazğallar 

düzbucaqlı,  üst  cərgədəki  mazğallar  isə  dairəvi  formalıdır.  Onların  arasındakı 

məsafə  təqribən  0,5-1  m-dir.  Mazğallardan  ən  böyüyünün  ölçüləri  36x26,  ən 

kiçiyinin  ölçüləri  isə  20x18  sm-dir.  [141,  53].  Qalanın  cənub  divarları  Ģərqdə 

uzunluğu  5,  eni  4,  hündürlüyü  3,6  m  olan  düzbucaqlı  formasında  olan  bürclə 

tamamlanır.  Həmin  bürc  böyük  bir  qaya  parçası üzərində tikilib.  Bürcün  mərkəzi 

hissəsində  25x25  sm  ölçüdə  bir  ədəd  kvadrat  formalı  mazğal  yeri  olduğu  aydın 

bilinir.  Həmin  bürclə  növbəti  bürc  arasındakı  divarın  uzunluğu  24  m-dir. 

Yarımdairəvi  formada  olan  növbəti  bürcün  diametri  5,  hündürlüyü  isə  4  m-dir. 

Burada da yer səthindən 30 sm yüksəkdə olan 2 ədəd dairəvi formalı mazğal yeri 

var.  Bu  bürcün davamı  olan hissədə  qala  divarları relyefə  uyğun  olaraq  əyri  xətt 

üzrə inĢa edilib. Qala divarının həmin hissəsində ölçüləri 24x24 sm olan iki ədəd 

kvadrat  formalı  mazğal  yeri  mövcuddur.  Hər  iki  mazğal  bürclərə  nisbətən  yaxın 

yerdədir.  ġimal-qərb  tərəfdə  qala  divarları iri qövs  əmələ  gətirərək  giriĢ qapısına 

tərəf  istiqamət  alır.  F.V.Qədirov  qala  divarlarının  bu  hissəsinin  də  yarımdairəvi 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə