Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə73/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   69   70   71   72   73   74   75   76   ...   179

148 

 

arxeoloji  və  etnoqrafik  axtarıĢlar  aparılarkən  bu  məsələ  nəzərdən  qaçırılmıĢ  və 



diqqət baĢlıca olaraq Qalaüstü abidəsinə yönəlmiĢdir. 

Təqribən  1 hektara  yaxın  sahəni tutan abidə  Kiçiktəpənin yastan hissəsini 

bütünlüklə  əhatə  edir.  Abidənin  quruluĢu  ərazinin  relyefinə  uyğunlaĢdırılmıĢdır. 

Belə ki, dağın yastanı oval formada olduğundan, qala da oval formada tikilmiĢdir. 

Onun  Ģimaldan  cənuba  doğru  uzunluğu  160  m-dir.  Ərazisi  mərkəzi  hissədən 

baĢlayaraq  cənuba  və  Ģimala  doğru  getdikcə  daralır.  Beləliklə,  abidənin  mərkəzi 

hissəsində  eni  60  m,  cənub  tərəfdə  10  m,  Ģimal hissədə  isə  cəmisi  4 m-dir.  Çay 

daĢından və əhəng məhlulundan istifadə etməklə inĢa olunmuĢ qala divarlarının bir 

sıra  yerləri  uçaraq  dərəyə  yuvarlanmıĢdır.  Yarısalamat  vəziyyətdə  qalan  yerlərdə 

onun hündürlüyü 1 m, qalınlığı isə 1,8 m-dir. Abidədə 5 yerdə qala bürcü olduğu 

güman  edilir.  Onların  hamısı  düzbucaqlı  formasındadır.  Qala  bürcləri  əsasən 

relyefə uyğun olaraq döngələrdə tikilib. 

Qalanın çox da geniĢ olmayan giriĢ qapısı cənub tərəfdəndir. O, ölçülərinə 

görə daha çox Xaçmaz Govur qalasının giriĢ qapısına bənzəyir. Qala darvazasının 

yanlarındakı  bürclər  isə  forma  və  ölçülərinə  görə  Kəldək  və  Küngüt  qalalarının 

bürclərinə uyğun gəlir [141,63-67]. 

1964-cü  ildə arxeoloq  F.V.Qədirov  tərəfindən  Vəndam  qalasında  iki  yerdə 

kiçikmiqyaslı  kəĢfiyyat  qazıntısı  qoyulmuĢdur.  Qala  qapısı  qarĢısında  8x1,5  m 

ölçüdə  olan  qazıntı  nəticəsində  qala  qapısının  eninin  1,8  m  olduğu 

müəyyənləĢdirilmiĢdir. 3x2 m ölçüdə götürülən ikinci qazıntı sahəsi üçün qalanın 

mərkəzi  hissəsində  yer  seçilmiĢdir.  Tədqiqat  zamanı  orada  təqribən  40  sm 

qalınlığında  yanıq  təbəqə  aĢkar  edilmiĢdir.  Həmin  təbəqə  götürüldükdən  sonra 

qazıntı  davam  etdirilərkən,  orada  xeyli  miqdar  Ģirsiz  keramika  qalıqları  aĢkar 

edilmiĢdir.  Əsasən  məiĢət  qablarının  fraqmentlərindən  ibarət  olan  bu  tapıntılar 

içərisində dulus dəzgahında istehsal edilən nümunələrə və Ģirli qab fraqmentlərinə 

təsadüf  olunmamıĢdır  [141,  66].  Oradan  tapılmıĢ  keramika  nümunələri 

Mingəçevirin  2  və  3  saylı  yaĢayıĢ  yerlərinin  alt  qatlarından,  habelə,  TərkəĢ  və 

Qarovultəpədən  məlum  olan  nümunələrlə  oxĢarlıq  təĢkil  edir.  Bütün  bunlar  isə 

bəhs  edilən  qala-istehkamın  təqribən  V-VI  əsrlərdə  tikildiyini  və  VIII  əsrin 

ortalarınadək  istifadə  olunduğunu  ehtimal  etməyə  əsas  verir.  Abidənin  meĢəli 

dağların  dərinliklərində,  keçid  və  yollardan uzaqda  olması onun  daha  çox  passiv 

müdafiə istehkamı olduğuna dəlalət edir. 

 

OĞUZ QALASI 

 

Oğuz  Ģəhəri  yaxınlığında,  Qalasisik  düzündə  yerləĢən  bu  abidə  qərb 



tərəfdən  dərin  uçurumla,  Ģərq  tərəfdən  isə  çay  yatağı  ilə  əhatə  olunub.  Yerli 

sakinlərin  dediyinə  görə,  son  vaxtlaradək  həmin  ərazi  sıx  meĢəliklə  örtülü  olub. 

Təbii  təsirlər  nəticəsində  uçub  dağıldığından  yerüstü  əlamətlərinə  görə  abidənin 

quruluĢunu  müəyyən  etmək  qeyri-mümkündür.  Lakin,  onun  cənub  tərəfində  bir-




149 

 

birinin yaxınlığında 2 ədəd bürc  yeri olduğu aydın bilinir. Bu isə həmin abidənin 



qala  tipli  müdafiə  istehkamı  olduğundan  xəbər  verir.  F.V.Qədirovun  yazdığına 

görə,  qala  bürclərinin  diametri  təqribən  10,  divarların  salamat  qalmıĢ  hissədə 

hündürlüyü 3-3,5 m-dir. Bürclərin arasından indinin özündə də yol yeri keçir. Bu o 

deməkdir ki, qalanın giriĢ qapısı cənub tərəfdəki qoĢa bürclər arasından olub. Qapı 

yerinin eni 6 m-dir. [141,67]. 

Oğuz qalası çay daĢından və əhəng məhlulundan istifadə edilməklə tikilib. 

Qalanın inĢasında düzbucaqlı formada yonulmuĢ puç daĢlardan da istifadə olunub. 

Həmin  daĢların  əksəriyyətinin  ölçüləri  belədir:  40x24x18,  40x22x26  sm. 

Xatırladaq  ki,  bu  cür  daĢlardan  Qəbələ  Ģəhərinin  qala  divarlarının  inĢasında  da 

geniĢ istifadə olunub. 

1965-ci  ildə  arxeoloq  F.V.Qədirov  tərəfindən  Oğuz  qalasında  kəĢfiyyat 

xarakterli ilkin axtarıĢlar aparılmıĢdır. Bu məqsədlə qala bürcləri qarĢısında 3x2 m 

ölçüdə  yoxlama  qazıntısı  qoyulub.  Maraqlıdır  ki,  yoxlama  qazıntılarında  1  m 

dərinliyədək heç bir material əldə edilməyib. Lakin, qala bürcünün bünövrəsindən 

dərinə  düĢdükdə,  oradan  bir  ədəd  Ģaquli  vəziyyətdə  basdırılmıĢ  küpün  yarıdan 

aĢağı  hissəsi  tapılmıĢdır  [141,  68].  Göründüyü  kimi,  qala  divarlarının  bünövrəsi 

qazılarkən  təsərrüfat  küpünün  yarıdan  yuxarı  hissəsi  kəsilmiĢdir.  Qazıntı  davam 

etdirilərkən  orada  0,5  m  qalınlığında  mədəni  təbəqə  olduğu  müəyyənləĢdirilib. 

Təbəqə  materialları əsasən  Ģirsiz  saxsı  məmulatı nümunələrindən  ibarətdir.  Onlar 

bir sıra əlamətlərinə görə Vardanlı materiallarına bənzəyir. F.V.Qədirov tərəfindən 

qala bürclərindən təqribən 5 m Ģimalda 3x2 m ölçüdə daha bir yoxlama qazıntısı 

qoyulmuĢdur. Qazıntı təqribən 40 sm dərinliyə çatdırılanadək heç bir material üzə 

çıxmayıb.  Yalnız  45  sm-dən  baĢlayaraq  75  sm  dərinliyədək  30  sm  qalınlığında 

mədəni təbəqə aĢkar edilmiĢdir [141, 68]. Tədqiqat zamanı orada müxtəlif maddi-

mədəniyyət  qalıqlarının  olduğu  qeydə  alınmıĢdır.  Bunlar  əsasən  tərkibində  qum 

qatıĢığı  olan  gil  qazan  parçalarından,  kiçik  həcmli  dopu  tipli  qabların 

fraqmentlərindən,  habelə  müxtəlif  ölçülü  məiĢət  qablarına  məxsus  çubuqvari 

qulplardan ibarətdir. Xatırladaq ki, mütəxəssislər tərəfindən bu tapıntılar eramızın 

əvvəllərinə aid edilir. Beləliklə, Oğuz qalası eramızın əvvəllərində, çox ehtimal ki, 

III-V  əsrlərdə  mövcud  olan  yaĢayıĢ  yeri  üzərində  inĢa  edilib.  Təqribən  VI  əsrin 

sonlarında  Sasani  hücumlarından  qorunmaq  məqsədi  ilə  orada  müdafiə  qalası 

tikilib.  Yoxlama  qazıntıları  zamanı  qeydə  alınan  nəticələr  qala  tikiləndən  sonra 

orada  yalnız  qısa  müddətli  həyat  olduğunu  deməyə  əsas  verir.  Görünür,  qala 

tikildikdən az sonra yadelli qəsbkarlar tərəfindən fəth edilib. Elə bu səbəbdən də 

qala daxilində mədəni təbəqə əvəzinə təqribən 45 sm qalınlığında lal təbəqə əmələ 

gəlib. 


 

 

 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə