Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə75/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   71   72   73   74   75   76   77   78   ...   179

152 

 

qalıqlarının Xosrov qalası olduğunu düĢünmək daha məntiqə uyğun olardı. Bu fikir 



ona  görə  inandırıcı  hesab  edilə  bilər  ki,  Ġran  Ģahı  Xosrov  Pərvizin  hakimiyyəti 

illərində  Albaniya  ərazisində  həqiqətən  çoxsaylı  müdafiə  istehkamları  tikilib. 

ġiĢtəpədəki Xosrov qalası adı ilə bəlli olan hərbi-feodal istehkamı da çox güman 

ki,  onlardan  birisidir.  Görünür,  Albaniyada,  xüsusən  də  Girdiman  vilayəti 

ərazilərində  Mehranilərin hərbi-siyasi nüfuzunun  artması  və  bunun əksinə  Sasani 

mərzbanlarının  rolunun  zəifləməsi  və  nəhayət,  yaxınlıqda  Surxab  qalası  kimi 

dövrümüzə  qədər  gəlib  çıxan  daha  möhtəĢəm  qala-istehkam  tikilməsi  ilə  Xosrov 

qalası hərbi-feodal malikanəsi olaraq öz funksiyasını itirib. 

Tədqiqatçılardan bir qismi Surxab qalasının Alban tarixçisi M.Kalankatuklu 

tərəfindən  adı  xatırlanan  Soqarn  Ģəhərinin  qalıqları  olduğunu  güman  edir. 

Doğrudur, Y.A.Lalayan hələ 1919-cu ildə Tiflisdə çap etdirdiyi qeydlərində Qəbələ 

Ģəhərinin  Səlbir  hissəsinin  Soqarn  Ģəhərinin  qalıqları  olduğunu  bildirib.  Lakin, 

görkəmli  arxeoloq  S.M.  Qazıyev  bu  fikirlə  razılaĢmayaraq  Soqarn  Ģəhərinin 

qalıqlarının Səlbir deyil, məhz Surxab qalası olması ehtimalını irəli sürüb [141,79]. 

Surxab qalasının adının mənĢəyi barədə elmi ədəbiyyatda hələlik qəti fikir 

yoxdur. Doğrudur, yazılı mənbələrdə Surx, Surxab, Surxat, Gəldməgilan, Qarabağ 

Surxabı,  Surxab  dağı  və  s.  kimi  istilahlara rast  gəlirik.  Onlardan hansının  Surxab 

qalası  ilə  nə  dərəcədə  əlaqəli  olduğunu  söyləmək  çətindir.  Lakin,  tarixdən  o  da 

bəllidir ki, orta əsrlərdə Azərbaycan ərazisində, konkret olaraq Təbrizdə görkəmli 

Ģəxslərin  (əsasən  Ģairlərin)  dəfn  edildiyi  «məqbərət  üĢĢüəra»  (Ģairlər  məqbərəsi) 

qəbiristanının  yerləĢdiyi  məhəlləyə  «Surxab»  deyilirdi.  Ənənəyə  uyğun  olaraq 

Surxabda bir neçə məscid və təkyə olurdu. Qətran Təbrizi, Xaqani ġirvani, Fələki 

ġirvani,  Zəhirəddin  Fəryabi,  Mücirəddin  Beyləqani,  Kəmaləddin  Xocəndi  və  bir 

çox məhĢur Ģair, alim və din xadimlərinin qəbirləri də Təbrizdəki «Surxab»dadır. 

Həmidullah  Qəzvini,  DövlətĢah  Səmərqəndi,  Nadir  Mirzə  Qacar  və  baĢqaları  öz 

əsərlərində  «Surxab»  barəsində  məlumat  vermiĢlər.  Fikrimizcə,  Göyçay  rayonu 

ərazisində  Surxab  qalası  adı  ilə  məlum  olan abidə  də  bu  baxımdan istisna  deyil. 

Görünür,  həmin  ərazidə  ilk  müsəlman  məscidi,  yaxud  da  zəmanəsinin  görkəmli 

elm,  sənət  və  ya  din  xadimlərinin  dəfn  edildiyi  məqbərə  olduğuna  görə,  oraya 

«Surxab» deyiblər. Ətrafı qala divarları ilə əhatələndiyinə görə, o daha çox Surxab 

qalası  kimi  yaddaĢlarda  həkk  olunub.  Əlbəttə,  burada  təəccüblü  heç  nə  yoxdur. 

Ona  görə  ki,  orta  əsr  qalalarının  bir  çoxu  həm  də  qala-Ģəhər  olub.  Abidənin 

ərazisinin geniĢliyi və xarakteri də onun məhz qala-Ģəhər olduğuna dəlalət edir. 

 

QIZLAR QALASI 



 

Göyçay dərəsinin sağ sahilindəki ilk orta əsr abidələrindən birisi də Qəbələ 

rayonu  ərazisində  yerləĢən  və  yerli  əhali  arasında  «Qızlar qalası»  adı  ilə tanınan 

tikinti  qalığıdır.  Abidə  Yengicə  və  Sırt-Yengicə  kəndləri  arasındakı  alçaq  dağın 

üstündə yerləĢir. Düzbucaqlı formada olan bu abidənin Ģimal və cənub divarlarının 



153 

 

uzunluğu 15,7 m, Ģərq və qərb divarlarının uzunluğu isə 16,5 m-dir. Tikintidə çay 



daĢı  və  kirəc  məhlulundan  istifadə  olunub.  Divarlarının  qalınlığı  1,3  m,  salamat 

qalan  hissələrində  hündürlüyü  1,5  m-dir  (LXVIII  tablo).  Maraqlıdır  ki,  qala 

divarlarının hörülməsində biĢmiĢ kərpicdən istifadə olunmasa da, orada aparılmıĢ 

arxeoloji  tədqiqatlar  zamanı  xeyli  miqdar  irihəcmli  (33x33x8  sm)  biĢmiĢ  kərpic 

nümunələri  tapılıb.  F.V.Qədirovun  fikrincə,  biĢmiĢ  kərpicdən  divarların  yuxarı 

hissəsinin  tikintisində  istifadə  olunub  [141,  79].  Sözsüz  ki,  bu  fikirlə  razılaĢmaq 

olmaz.  Bizə  belə  gəlir  ki,  qalanın  giriĢ  qapısı  və  onun  ətrafındakı  bürclərin  bəzi 

hissələrinin biĢmiĢ kərpiclə hörüldüyünü düĢünmək daha düzgün olardı. Xatırladaq 

ki, bu hala yaxınlıqdakı Kilsədağ məbədinin tikintisində də rast gəlinib. 

Qızlar qalasında 8 bürc yeri olduğu qeydə alınıb. ġimal-qərb və Ģimal-Ģərq 

küncdəki  bürclər  nisbətən  iri  olması  ilə  diqqəti  cəlb  edir.  Dairəvi  formada  olan 

həmin  bürclərin  diametri  3,5  m-dir.  Cənub  tərəfdəki  bürclər  daha  çox  dağıntıya 

məruz  qaldığından,  onların  ölçülərini  müəyyənləĢdirmək  mümkün  olmamıĢdır. 

Divarın  orta  hissəsindəki  bürclər  isə  yarımdairəvi  formada  olmaqla  bir  qədər 

kiçikdir. Onların diametri 1,5 m-dən çox deyildir [141, 89]. Maraqlıdır ki, Qızlar 

qalası həm formaca, həm də bürclərin sayına görə Bayramkoxa və Bum qalalarına 

bənzəyir. Analoji cəhətdən Qızlar qalasına bənzəyən daha bir orta əsr abidəsi 1976-

cı ildə Qusar rayonunun AĢağı-Ləyər kəndi ərazisində aĢkar edilib [642, 496]. Xalq 

arasında «Qızlar təpəsi» adı ilə bəlli olan bu abidədən çay daĢı ilə hörülmüĢ bina 

qalıqları  və  müxtəlif  keramika  nümunələri  aĢkar  edilib  [180,  99-100].  Məlumat 

üçün bildirək ki, Lənkəran rayonu ərazisində də «Qızlar qalası» adı ilə bəlli olan 

daha bir ilk orta əsr abidəsi vardır. 

Qızlar  qalasında  ilk  dəfə  F.V.Qədirov  tərəfindən  1972-ci  ildə  kəĢfiyyat 

xarakterli kiçik qazıntı aparılıb və orada 0,20 m qalınlığında mədəni təbəqə olduğu 

müəyyənləĢdirilib  [141,  88-90].  Arxeoloji  tədqiqatlar  zamanı  abidənin  1,8  m 

enində  olan  giriĢ  qapısının  cənub-qərb  tərəfdən  olduğu  dəqiqləĢdirilib.  Qapı 

yerindən  iki  ədəd  kiçik  və  bir  ədəd  iriölçülü  yastı  daĢ  tapılmıĢdır.  Ġri  daĢın 

uzunluğu  1,5,  eni  0,28  m,  hündürlüyü  isə  0,47  m-dir.  Ġri  daĢın  üzərinin  bəzi 

hissələri  səliqə  ilə hamarlanmıĢdır.  Lakin hansı  səbəb  üzündənsə  daĢ  üzərində  iĢ 

yarımçıq saxlanılmıĢdır. KəĢfiyyat qazıntıları zamanı oradan həmçinin, daĢ sütun 

altlığının parçaları və müxtəlifçeĢidli Ģirsiz saxsı qabların fraqmentləri də tapılıb. 

F.V.Qədirovun yazdığına görə, saxsısı qara-bozumtul rəngdə olan dopu və çölmək 

tipli qablar əllə, sarımtıl-qırmızı rəngdə olan küpə tipli qablar isə dulus dəzgahında 

hazırlanıb.  Həmin  tapıntılara  əsasən,  mütəxəssislər  Qızlar  qalasını  xronoloji 

cəhətdən VIII əsrin sonu, IX əsrin əvvəlinə aid etmiĢlər [141, 91]. Lakin bu fikirlə 

heç  də  qeyd-Ģərtsiz  razılaĢmaq  olmaz.  Ona  görə  ki,  VIII  əsrin  sonu  -  IX  əsrin 

əvvəlində  Azərbaycanda  artıq  Ģirli  saxsı  məmulatı  istehsalı  mövcud  idi.  Qızlar 

qalasından  isə  Ģirli  saxsı  qab  nümunəsi  tapılmayıb.  Oradan  tapılmıĢ  iriölçülü 

biĢmiĢ  kərpic  nümunələrinin  də  VIII-IX  əsrlərə  aid  olduğunu  söyləmək  çətindir. 

Çünki,  bu  dövrdə  nisbətən  kiçik  ölçülü  və  kvadratformalı  biĢmiĢ  kərpic 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə