Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə78/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   74   75   76   77   78   79   80   81   ...   179

158 

 

formalı  (diakonik)  iki  otaq  yeri  olduğu  aĢkar  edilib.  Abidənin  memarlıq 



quruluĢundakı bu orijinal elementlərin hansı məqsədə xidmət etdiyi barədə konkret 

fikir  söyləmək  çətindir.  Ola  bilsin  ki,  bu  otaqlar  sadəcə  olaraq  məbədə  məxsus 

qiymətli inventarların saxlanıldığı anbar funksiyası dayıĢıb. 

Məbədin  tikintisində  əsasən  60x80  sm  ölçüdə  olan  açıq-boz  rəngli  daĢ 

piltələrdən  istifadə  olunub.  Bununla  yanaĢı,  məbəd-kompleksin  ayrı-ayrı 

elementlərinin  inĢasında  biĢmiĢ  kərpicdən  də  istifadə  olunmuĢdur.  Həmin 

kərpiclərin ölçüləri belədir: 24x24,5x5,5; 27x25x6; 26x26x5 sm. 

Arxeoloji  tədqiqatlar  davam  etdirilərkən  Kilsədağ  məbədinin  ətrafında  bir 

neçə  köməkçi  bina  və  hasar  qalıqları  da  aĢkar  edilib.  Görünür,  həmin  köməkçi 

binalardan  yaĢayıĢ  məqsədilə  istifadə  olunub.  Məbəd-kompleksin  içərisindən  və 

ətrafından  əldə  olunan  maddi-mədəniyyət  nümunələrinin  əksəriyyətini  keramika 

məmulatı,  daha  doğrusu,  Ģirsiz  və  erkən  dövr  Ģirli  saxsı  məmulatı  təĢkil  edir. 

Tapıntılar içərisində dəmir, bürünc və ĢüĢə məmulatı qalıqlarına da təsadüf olunub. 

Orada, həmçinin, üzərində xaç iĢarəsi təsvir olunmuĢ iki ədəd iri daĢ tapılıb. 

Kilsədağ  məbədinin  dövrü  ilə  bağlı  mütəxəssislər  tərəfindən  ziddiyyətli 

mülahizələr  söylənib.  Məsələn,  R.M.Vahidovun  rəhbərliyi  ilə  orada  tədqiqat 

aparmıĢ  olan  arxeoloji  ekspedisiyanın  1972-ci  ildə  «Arxeoloji  kəĢflər» 

məcmuəsində dərc olunmuĢ hesabatında Kilsədağ məbəd kompleksinin VIII əsrdə 

inĢa  edildiyi  və  XI  əsrədək  ondan  istifadə  olunduğu  bildirilir  [360,  487].  Lakin, 

memar  K.M.Məmmədzadə  sonralar  nədənsə  özünün  də  müəllifi  olduğu  həmin 

fikrindən  imtina  edərək  Kilsədağ  məbədinin  VI  əsrin  əvvəlində  tikildiyi  barədə 

fikir  söyləyib  [155,  29].  Bizə  belə  gəlir  ki,  Kilsədağ  məbədinin  dövrü  barədə 

söylənmiĢ olan hər iki mülahizəyə tənqidi yanaĢmaq üçün kifayət qədər əsas var. 

Birincisi, təkcə «kompozisiyasını və konstruktiv xüsusiyyətlərini nəzərə almaqla» 

bu  məbədin  VI  əsrin  əvvəllərinə  aid  edilməsi  fikri  ilə  əsla  razılaĢmaq  mümkün 

deyildir.  K.M.Məmmədzadə  VI  əsrin  ortalarından  etibarən  üçyaruslu  məbədlərin 

məlum olduğunu, Kilsədağ məbədinin isə ikiyaruslu olduğunu əsas götürərək onu 

VI  əsrin  əvvəllərinə  aid  edib.  Biz,  əlbəttə,  üçyaruslu  məbədlərin  xronoloji 

baxımdan  ikiyaruslu  məbədlərdən  daha  sonra  meydana  gəlməsi  fikrinin  əleyhinə 

deyilik.  Lakin,  bu  o  demək  deyildir  ki,  üçyaruslu  məbədlər  meydana  gəldikdən 

sonra,  ikiyaruslu  məbədlər  bütünlüklə  tarix  səhnəsindən  gedib.  Yəni,  üçyaruslu 

məbədlərlə  eyni  vaxtda, ikiyaruslu  məbədlərin də mövcud  olduğunu  inkar  etmək 

üçün heç bir elmi əsas yoxdur. Və nəhayət, arxeoloji tədqiqatlar zamanı Kilsədağ 

məbəd kompleksindən Ģirli saxsı məmulatı nümunələrinin tapılması faktını da əsla 

nəzərə almamaq olmaz. Əslində, həmin məbədin VIII əsrdə inĢa edildiyini bildirən 

müəlliflər də  elə bu məntiqdən çıxıĢ ediblər. Bəli, uzun illərin elmi araĢdırmaları 

nəticəsində sübut olunub ki, Azərbaycan ərazisində Ģirli saxsı məmulatı istehsalına 

məhz VIII əsrin sonu, IX əsrin əvvəllərindən etibarən baĢlanılıb. Lakin, bu halda 

belə  təkcə  Ģirli  keramika  nümunələri  tapılması  faktına  istinad  etməklə  Kilsədağ 

məbədinin  VIII əsrdə  tikilməsi  barədə  qəti mülahizə  söyləmək  də  doğru  olmazdı. 




159 

 

Əksinə,  bir  sıra  amilləri nəzərə alaraq  bu  abidənin  təqribən  VII əsrin  ortalarında 



Girdiman  hökmdarı  CavanĢir  tərəfindən  tikildiyini  və  Albaniya  ərazisində  Ġslam 

dininin  yayılması  dövrünədək,  yəni,  təqribən  IX  əsrin  ortalarınadək  istifadə 

olunduğunu söyləyə bilərik. M.Kalankatuklunun yazdığına görə, Xəzərlər üzərində 

qələbədən «sonra o, (yəni, CavanĢir - Q.C.) özüylə katalikosu, onun yepiskoplarını 

götürüb, onlarla birlikdə Firuz-Qubad Ģəhərindən bir günlük yolda yerləĢən Vəngə 

gəldi.  Bu  vəngi  o,  yaĢayıĢ  məntəqələrindən  uzaq  yerdə,  iki  vilayət  arasında  ona 

görə tikmiĢdi ki, həm özü, həm buraya yolu düĢənlər burada rahatlansınlar» [120, 

130]. 


Yuxarıda  artıq  qeyd  edildiyi  kimi,  alban  tarixçisinin  burada  adını  çəkdiyi 

«vəng»  çox  güman  ki,  Göyçay  çayının  sol  sahilində  yerləĢən  Vəng  adlı  yaĢayıĢ 

məntəqəsi ola bilərdi [57, 264]. Xatırladaq ki, Kilsədağla Vəngi bir-birindən təkcə 

Göyçay dərəsi ayırır. 

 

QƏBĠR ABĠDƏLƏRĠ 

 

Bütpərəstlik və xristianlıqla eyni vaxtda Albaniya əhalisinin müəyyən qismi 



zərdüĢtliyə  sitayiĢ  edirdi.  Sasani Ġranı  Cənubi  Qafqazda,  o cümlədən  Albaniyada 

zərdüĢtliyin  geniĢ  yayılmasında  xüsusilə  maraqlı  idi.  Məlum  olduğu  kimi, 

zərdüĢtlik  Ġranda,  xristianlıq  isə  Bizansda  rəsmi  dövlət  dini  idi.  Hansı  ki,  həmin 

imperiyalardan hər biri Qafqazı, deməli, həm də Albaniyanı ələ keçirmək və orada 

möhkəmlənmək uğrunda fəal mübarizə aparırdı. Onlar özlərinin bu planlarını təkcə 

hərbi-siyasi  vasitələrlə  deyil,  həm  də  dini  pərdə  altında  həyata  keçirməyə  can 

atırdılar.  Beləliklə,  ölkədə  zərdüĢtliyin  yayılması  nəticə  etibarı  ilə  Ġran  təsirinin, 

xristianlığın  yayılması  isə  Bizans  təsirinin  artmasına  təminat  yaradırdı.  Elə  buna 

görə də Sasani Ġranı Albaniya və Ermənistanda xristianlığın geniĢ yayılmasına hər 

vasitə ilə mane olmağa çalıĢırdı. 

Sasanilərin  yerli  əhali  arasında  zərdüĢtliyi  zorla  yaymaq  cəhdləri  əhalinin 

geniĢ kütlələri tərəfindən böyük narazılıq və müqavimətlə rastlaĢırdı. Bütün bunlar 

isə nəticə etibarı ilə 705-ci ildə alban katalikosluğunun öz müstəqilliyini itirməsinə 

və  onun  erməni  kilsəsinə  tabe  edilməsinə  gətirib  çıxardı.  Bu, əslində  Albaniyada 

təkcə  xristianlığın  deyil,  eyni  zamanda  Bizansın  mövqelərinin  itirilməsi,  Sasani 

Ġranının  və  zərdüĢtliyin  öz  mövqelərini  saxlamaq  uğrunda  mübarizəsinin 

güclənməsi  və  nəhayət,  ərəb  Xilafətinin  Qafqazda  getdikcə  daha  artıq 

möhkəmlənməsi,  beləliklə  də  Ġslam  dininin  yeni-yeni  ərazilərdə  yayılmasının 

nəticəsi kimi izah olunmalıdır. Ġslamın yayılması ilə ölkədəki dini-mənəvi durum 

sözsüz  ki,  bir  qədər  də  mürəkkəbləĢdi.  Beləliklə  də,  çoxsaylı  etnik  vahidlərin 

məskunlaĢmıĢ  olduğu  Albaniya,  həm  də  müxtəlif  dini  baxıĢların  yanaĢı  mövcud 

olduğu bir məmləkətə çevrildi [24, 186-192]. Bütün bunlar isə sözsüz ki, dövrün 

maddi mədəniyyətində də müəyyən izlər buraxıb. Əslində Azərbaycanın erkən orta 

əsrlər  dövrünün  qəbir  abidələrinin  və  dəfn  adətlərinin  müxtəlifliyi  də  daha  çox, 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə