Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə79/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   75   76   77   78   79   80   81   82   ...   179

160 

 

məhz bu amillə izah olunmalıdır. Arxeoloji qazıntılar, habelə tikinti və təsərrüfat 



iĢləri  zamanı  təsadüfən  üzə  çıxan  çoxsaylı  qəbir  abidələri  buna  sübutdur.  Bu 

baxımdan  Girdiman  vilayətinin  ərazisi  də  istisnalıq  təĢkil  etmir.  Ə.Ə.Ələkbərov 

[558],  M.M.ĠvaĢĢenko  [431],  S.M.Qazıyev  [131],  Y.A.Paxomov  [575], 

Q.M.Aslanov  [288],  Ö.ġ.Ġsmizadə  [438],  R.M.Vahidov  [228],  C.Ə.Xəlilov  [639], 

F.L.Osmanov  [191;  194],  T.Ġ.Qolubkina  [388],  Ġ.A.Babayev  [306],  A.B.Nuriyev 

[171],  Q.M.Əhmədov  [75],  F.V.Qədirov  [138],  Ə.Ə.Əliyev  [82]  və  qeyrilərinin 

Girdiman  vilayəti  ərazisindəki  qəbir  abidələrinin  və  dəfn  adətlərinin  öyrənilməsi 

istiqamətində səmərəli tədqiqatları var. Onların səyləri nəticəsində Ağsu, Göyçay, 

Girdimançay  və  Türyançay  hövzəsində  çoxsaylı  nekropollar  aĢkara  çıxarılaraq 

tədqiq olunmuĢdur. Bu cəhətdən Mingəçevirdə aparılmıĢ geniĢmiqyaslı qazıntıların 

əhəmiyyətini  xüsusi  olaraq  vurğulamaq  gərəkdir.  Çünki,  Mingəçevir  ərazisində 

antik  və  ilk  orta  əsrlərə  aid  qəbir  abidələrinin  demək  olar  ki,  bütün  növlərinə 

təsadüf  olunmuĢdur.  Hansı  ki,  həmin  abidələrin  geniĢ  və  hərtərəfli  tədqiqi 

Albaniyanın digər yerlərində aĢkara çıxarılan kurqan, torpaq, küp, daĢ qutu, təknə 

və katakomba tipli qəbir abidələrinin də hər birinin dövrü və mənsubiyyəti barədə 

fikir söyləmək baxımından bir növ etalon olmuĢdur. 

Qəbir  abidələrinin  təsnifatı  ilə  bağlı  fikirlər  müxtəlifdir.  Məsələn, 

S.M.Qazıyev Azərbaycan ərazisində ən qədim zamanlardan baĢlayaraq 10 tip qəbir 

növünün  qeydə  alındığını  bildirir  [127,  7].  Fikrimizcə,  onun  təqdim  etdiyi 

bölgüdəki bəzi qəbir tipləri bir-birinin təkrarı olduğundan, onları birləĢdirmək daha 

düzgün  olardı.  S.M.Qazıyevin  bölgüsündə,  həmçinin,  Albaniya  ərazisində  geniĢ 

yayılmıĢ  torpaq  qəbirlər,  təknə  qəbirlər,  sərdabə  tipli  qəbirlər  də  öz  əksini 

tapmayıb. Qəbir abidələrinin bəzi digər müəlliflər tərəfindən verilmiĢ təsnifatı da 

qüsurlardan  xali  deyildir.  Fikrimizcə  onların  ayrı-ayrı  qəbir  tipləri  kimi  təqdim 

etmiĢ olduqları torpaq qəbirlər və quyu qəbirlər arasında əslində tipoloji cəhətdən 

elə bir ciddi fərq yoxdur [640, 53-77]. 

Ġlk  orta  əsrlərə  aid  qəbir  abidələri  bir  sıra  spesifik  əlamətləri  etibarilə 

əvvəlki  tarixi  dövrlərə  aid  qəbir  abidələrindən  fərqlənir.  Birincisi,  bu  dövrdə 

Albaniyada  əvvəlcə  xristian,  daha  sonra  isə  Ġslam  dini  qəbul  edilərək dövlət  dini 

səviyyəsinə  yüksəlib.  Sasani  mərzbanlarının  idarəçiliyi  dövründə  isə  zərdüĢtliyin 

daha geniĢ yayılması üçün imperiya təmsilçiləri tərəfindən hər cür zəruri tədbirlər 

görülüb. Bütün bunlar sözsüz ki, dəfn adətlərində və qəbir abidələrində də öz izini 

qoyub.  Ġkincisi,  bu  dövrdə  Albaniya,  o  cümlədən  Girdiman  ərazisində  miqrasiya 

prosesləri çox intensiv xarakter alıb. Yəni, tez-tez buranı tərk edənlər və yaxud da 

buraya gələnlər olub. Təbiidir ki, gedənlərin dəfn adətləri aradan çıxıb, gələnlər isə 

özləri  ilə  yeni-yeni  adət  və  ənənə  gətirib.  Bütün  bunlar  isə,  əlbəttə  ki,  qəbir 

abidələrinin rəngarəngliyində öz əksini tapmaya bilməzdi. Bax, bu mənada ilk orta 

əsrlərə aid qəbir abidələrinin hərtərəfli surətdə öyrənilməsi elmi cəhətdən olduqca 

aktual bir sahədir. 



161 

 

Keçən əsrin 30-cu illərindən baĢlayaraq Girdiman ərazisində çoxsaylı qəbir 



abidələri  aĢkar  edilmiĢdir.  Həmin  abidələr  içərisində  torpaq  qəbirlər  miqdarca 

üstünlük  təĢkil  edir.  Tədqiqatçıların  fikrincə,  ölülərin  torpaq  qəbirlərdə  dəfn 

olunması  adəti  orta  daĢ  dövründən  etibarən  məlumdur  [335,  375].  Azərbaycanın 

elə bir bölgəsi yoxdur ki, orada müxtəlif tarixi dövrlərə aid torpaq qəbirlərə təsadüf 

olunmasın.  Bəri  baĢdan  deyək  ki,  bu  tip  qəbirlərin  demək  olar  ki,  hamısı  forma 

etibarilə  bir-birinə  bənzəyir.  Belə  ki, əksər hallarda torpaq qəbirlər  yer  səthindən 

təqribən 0,8-1 m dərinliyə qədər qazılmıĢ düzbucaqlı formasında olan quyulardan 

ibarətdir.  Bundan  daha  dayaz  və  yaxud  da  nisbətən  daha  dərin  qəbirlər  də 

məlumdur. 

Torpaq qəbirlərin böyük və ya kiçik olması, onlarda dəfn olunan insanların 

boyunun müvafiq olaraq böyük və ya kiçik olması ilə əlaqədar olub. Bu tipdən olan 

qəbirlərin  istiqaməti  də  müxtəlifdir.  Yəni,  eyni  nekropolda  və  eyni  dövrə  aid 

müxtəlif  istiqamətdə  olan  qəbirlər  var.  Yalnız  islamlaĢmadan  sonra  bu  sahədə 

ümumi normalar hökmran olub. Məsələn, Bəyimli qalasında açılmıĢ ilk müsəlman 

qəbirlərinin hamısında ölülərin baĢı qərb tərəfdə olmaqla üzü qibləyə doğru dəfn 

olunmuĢdur. 

Elmi  cəhətdən  ciddi maraq  doğuran  məsələlərdən  biri  də  bu  tip  qəbirlərdə 

qəbir avadanlığının olub-olmamasıdır. Məlum olduğu kimi, antik dövrə aid torpaq 

qəbirlər zəngin qəbir avadanlığının olması ilə diqqəti cəlb edir. Mollaisaqlı, Nüydi, 

Uzunboylar  və  Qırlartəpə  ətrafında  aparılan  arxeoloji  tədqiqatlar  göstərir  ki, 

Girdiman  ərazilərindəki  abidələr  qəbir  avadanlığının  çoxluğu  və  rəngarəngliyinə 

görə  xüsusilə  diqqəti  cəlb  edir.  Ərazinin  ilk  orta  əsr  abidələri  də  bu  baxımdan 

istisnalıq  təĢkil  etmir.  Məlum  olduğu  kimi  həmin  qəbirlərdən  çoxsaylı  metal  və 

keramika  nümunələri  götürülmüĢdür.  Buna  misal  olaraq  Göyçay  və  Ġsmayıllı 

rayonları  ərazisində  tikinti  və  təsərrüfat  iĢləri  zamanı  üzə  çıxan  torpaq  qəbirləri 

nümunə göstərmək olar. 

Antik  və  ilk  orta  əsrlər  dövründə  Albaniyanın  digər  ərazilərində  olduğu 

kimi, Girdiman hövzəsində də ölülərin küp qəbirlərində dəfn olunması adəti geniĢ 

yayılmıĢdı. Məlum olduğu kimi, ilk vaxtlar mütəxəssislər küp qəbirlərin xronoloji 

çərçivəsini  e.ə.  II  və  bizim  eranın II əsrlərinə  aid  edirdilər  [191,  69-95; 228,  93; 

431,  73-80;  432,  451-457].  Xınıslı  qazıntıları  zamanı  bu  adətin  V-VI  əsrlərədək 

davam  etdiyi  sübuta  yetirildi.  1964-cü  ildə  ġamaxı  yaxınlığındakı  ġərgah 

qəbiristanlığında  A.B.Nuriyevin  rəhbərliyi  ilə  tədqiqatlar  aparılarkən  oradan 

içərisində  VII  əsrə  aid  maddi-mədəniyyət  nümunələri,  o  cümlədən  sikkələr  olan 

küp  qəbirləri  aĢkar  edilib.  Xatırladaq  ki,  hələ  bundan  xeyli  əvvəl  S.M.Qazıyev 

Albaniyanın düzən ərazilərinə nisbətən  dağlıq  və  dağətəyi  ərazilərdə  ölülərin  küp 

qəbirlərdə dəfn edilməsi adətinin nisbətən gec yayıldığı ehtimalını söyləmiĢdi [127, 

93]. 


Qalagah  Girdiman  ərazisində  ilk  orta  əsrlərə  aid  küp  qəbirlərin  ən  geniĢ 

yayıldığı  və  nisbətən  yaxĢı  öyrənildiyi  abidələrdəndir.  Yuxarıda  artıq  qeyd 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə