Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə76/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   72   73   74   75   76   77   78   79   ...   179

154 

 

nümunələrinin  istehsalı  artıq  kifayət  qədər  yayılmıĢdı.  Bütün  bunlar  Qızlar 



qalasının indiyədək güman edildiyindən daha  erkən, təqribən VI əsrin sonu  - VII 

əsrin ortalarında tikildiyini deməyə əsas verir. 

Məlum  olduğu kimi,  müĢahidə məntəqələri  adətən, hündür və  axar-baxarlı 

yerlərdə tikilirdi. Bu baxımdan F.V.Qədirovun Qızlar qalasının təyinatı, yəni, onun 

müĢahidə  məntəqəsi  olması  barədəki  fikri  də  inandırıcı  görünmür.  Çünki,  yaxın 

ərazilərdə  müĢahidə  məntəqəsi  tikmək  üçün  daha  münasib  yerlər  mövcuddur. 

Bizcə,  bu  abidənin  təyinatı  barədə  fikir  söyləyərkən,  oradan  tapılmıĢ  daĢ  sütun 

altlığı parçalarını və üzəri çox güman ki, yazılmaq məqsədilə qismən hamarlanmıĢ 

iri  və  yastı  daĢı  nəzərə  almamaq  olmaz.  Hansı  ki,  bu  tapıntılar  müĢahidə 

məntəqələri  üçün  əsla  səciyyəvi  tapıntı  hesab  edilə  bilməz.  Əksinə,  bu  qəbildən 

olan  tapıntılar  həmin  abidənin  daha  çox  kiçik  feodal  qəsri,  yaxud  da  məbəd 

olduğunu düĢünməyə əsas veirir. Ola bilər ki, müəyyən səbəblər üzündən bu tikinti 

baĢa çatdırılmayıb. 

 

QALATAP 



 

Artıq  yuxarıda  qeyd  olunduğu  kimi,  Mehranilərin  hərbi-siyasi  nüfuzunun 

artdığı  dövrdə  Girdiman  feodallarının  mülkləri  qərbdə  DaĢağıl  çayınadək  olan 

əraziləri də əhatə edirdi. Odur ki, Oğuz rayonu ərazisində mövcud olan bir sıra ilk 

orta əsr abidələri, xüsusilə də müdafiə istehkamları və müĢahidə məntəqələri çox 

güman ki, məhz həmin dövrdə inĢa olunmuĢdur. Həmin tarixi yadigarlardan birisi 

də  Əlciyan  çayının  sol  sahilində,  QayabaĢı  kəndi  yaxınlığındakı  təpənin  üstündə 

yerləĢən  abidədir.  ġimal,  qərb  və  cənub-qərb  tərəfdən  dərin  çay  dərəsi  ilə  əhatə 

olunmuĢdur. Bu təpənin üstündəki dairəvi formalı yastan yerinin diametri təqribən 

200  m-ə  yaxındır.  Oraya  yerli  sakinlər  «Qalatap»  deyirlər  [141,  69].  Yastanın 

mərkəzi hissəsi kənarlarla müqayisədə təqribən 2-3 m çöküb. Kənarlarda isə divar 

qalıqları  olduğu  aydın  bilinir.  Köbər  formasında  olan  divar  qalıqları  təpənin  üst 

hissəsinin  dairəsini  tam  əhatə  edir.  Tikintidə  çay  daĢı  və  əhəng  məhlulundan 

istifadə  olunub.  Müxtəlif  vaxtlarda  ayrı-ayrı  tədqiqatçılar  tərəfindən  Qalatap 

ərazisindən xeyli  yerüstü  material  toplanmıĢdır.  Həmin  materiallar  baĢlıca  olaraq 

küpə  və  tava  tipli  saxsı  qabların  fraqmentlərindən,  üzərində  cızma  üsulu  ilə 

müxtəlif  həndəsi  təsvirlər  iĢlənmiĢ  məiĢət  qablarından  və  həmin  qablara  aid 

qulplardan ibarətdir. Tapıntılar içərisində xırda qum qatıĢığı olan və üzərinə nazik 

anqob  təbəqəsindən  ibarət  astar  çəkilmiĢ  qalındivarlı  bir  neçə  gil  qab  da  vardır 

[141, 70]. VII-VIII əsrlər üçün daha çox səciyyəvi olan bu cür tapıntılar sözsüz ki, 

həm  də  abidənin  tikildiyi  və  istifadədə  olduğu  dövrdən  xəbər  verir.  Görünür,  bu 

abidə  təqribən  VII  əsrin  ortalarında  vilayətin  qərb  sərhədini  nəzarətdə  saxlamaq 

məqsədilə  tikilib.  O,  eyni  zamanda  həm  qala,  həm  də  müĢahidə  məntəqəsi 

funksiyası daĢıyıb. 

 



155 

 

HƏZRƏ QÜLLƏSĠ 



 

Qəbələ rayonunun Həzrə kəndindən Ģimalda, dağın zirvəsində, sıx meĢə və 

kolluqlar  içərisində  yerləĢir  [141,  66-67].  Çay  daĢı  və  kirəc  məhlulu  ilə  inĢa 

edilmiĢ  bu  abidə  barəsində  ilk  dəfə  D.B.ġərifov  məlumat  vermiĢdir  [658,  66]. 

Onun  yazdığına  görə,  Həzrə  qülləsi  quruluĢ  etibarı  ilə  dördkünc  formada  inĢa 

edilib.  Ġlk  baxıĢda  çox  da  iri  olmayan  düzbucaq  formalı  qala  bürcünə  bənzəyir. 

Əsrlər  boyu  təbii  təsirlər  nəticəsində  ciddi  surətdə  dağıntıya  məruz  qaldığından, 

ölçülərini müəyyən etmək mümkün olmamıĢdır. Həzrə qülləsindən baxdıqda ətraf 

ərazilər,  o  cümlədən  karvan  yolları  və  dağ  keçidləri  çox  aydın  görünür.  Bu  isə 

funksional baxımdan onun daha çox, məhz hərbi əhəmiyyətli müĢahidə məntəqəsi 

olduğunu  ehtimal  etməyə  əsas  verir.  Abidənin  quruluĢ  etibarı  ilə  sadə  olması  və 

nisbətən  kiçik  sahəni  əhatə  etməsi  də  onun  müdafiə  qalası  deyil,  sırf  müĢahidə 

məntəqəsi olduğuna dəlalət edir. Fikrimizcə, Göyçay çayı  hövzəsi boyunca geniĢ 

mülkləri  olan  Girdiman  feodalları  Həzrə  qülləsi  vasitəsilə  düĢmənin  Ģərqdən, 

cənubdan  və  qərbdən  olan  hər  hansı  basqın  və  hücumlarını  izləməklə  müvafiq 

tədbirlər  görürmüĢlər.  Abidənin  dövrünə  gəlincə,  onun  daha  çox,  məhz 

yaxınlıqdakı  KələĢ  yaĢayıĢ  yeri  ilə  həmdövr  olduğunu  söyləyə  bilərik.  Onu  da 

xatırladaq  ki,  Həzrə  qülləsi  yaxınlığında  çoxsaylı  digər  orta  əsr  abidələri  də 

mövcuddur [166; 167]. 

 

MƏBƏDLƏR VƏ QƏBĠR ABĠDƏLƏRĠ 

 

Ġlk  orta  əsrlər  dövrü  Albaniya  üçün  əhalinin  dini  baxıĢlarının  son  dərəcə 



müxtəlifliyi ilə səciyyəvi  olub.  Belə ki, ölkə əhalisinin böyük bir qismi min illər 

öncə  olduğu  kimi,  yenə  də  bütpərəst  olaraq  qalmaqda  idi. M.Kalankatuklu alban 

çarı  Arsvdgenin  və  Girdiman knyazı  Xursun hakimiyyəti  dövründə  «Girdimanda 

hələ bütpərəstlərdən qalanların» olduğunu bildirir [120, 33]. Hansı ki, bu vaxt ölkə 

ərazisində  artıq  xristianlıq  dini  geniĢ  yayılmaqda  idi.  Doğrudur,  xristianlığın 

yayılması  demək  olar  ki,  hər  yerdə  bütpərəstlərin  ciddi  müqaviməti  ilə 

rastlaĢmaqda  idi.  Tarixi  mənbələrdən  o  da  məlumdur  ki,  hələ  I  əsrdə  Albaniya 

ərazilərində xristianlığı təbliğ etməyə baĢlayan və bu məqsədlə KiĢdə, hətta məbəd 

də  tikdirməyə  nail  olan  apostol  Yelisey  alban  bütpərəstləri  tərəfindən  öldürülüb 

[120,  18].  Buna  baxmayaraq,  IV  əsrin  əvvəllərindən  etibarən  ölkə  ərazisində 

xristianlığın  təbliği  yenidən  vüsət  alıb.  M.Kalankatuklunun  qeydlərindən  belə 

aydın  olur  ki, artıq  IV  əsrin 30-cu  illərində  Albaniyada  müstəqil  katalikosluq  və 

doqquz yepiskopluq fəaliyyət göstərirdi. Alban çarı Urnayr yeni dinin təbliğinə və 

yayılmasına xüsusi önəm verirdi. Bu isə sözsüz ki, hakim sinfin maraqlarından irəli 

gəlirdi. BaĢqa sözlə, bütpərəstlikdən fərqli olaraq xristianlıq hakim dini ideologiya 

olmaqla feodalların mənafelərinin qorunmasına etibarlı təminat yaradırdı. Odur ki, 

alban  hökmdarları  və  feodalları  xristianlığın  yayılmasını  təmin  etmək  məqsədilə 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə