Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə77/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   73   74   75   76   77   78   79   80   ...   179

156 

 

ölkənin hər yerində məbədlər tikilməsində maraqlı idilər. Alban hökmdarlarından 



Urnayrın (IV əsr), I Vaçenin (V əsrin II yarısı), III Vaçaqanın (V əsrin sonu  - VI 

əsrin  əvvəlləri),  CavanĢirin  (636-670)  hakimiyyəti  illərində  ölkənin  ayrı-ayrı 

əyalət,  vilayət,  Ģəhər  və  Ģəhər  tipli  iri  yaĢayıĢ  məntəqələrində  çoxsaylı  məbədlər 

tikilməsi buna sübutdur. 

 

GĠRDĠMAN MƏBƏDĠ 

 

Yazılı mənbələrdə tez-tez adı çəkilən, barəsində nisbətən ətraflı bəhs edilən 



və Ġsanın müqəddəs xaçının qızıl zərgərcikləri saxlanan bu məbədin, hətta qapı və 

pəncərələrinin də son dərəcə təmtəraqlı Ģəkildə bəzədildiyi bildirilir [120, 128, 130, 

134, 135]. Alban tarixçisi M.Kalankatuklu bu barədə belə yazır: «Müdrik CavanĢir 

Ġsa Xaçı üçün layiq olan yer axtardı və öz doğma vilayətində, Girdiman qalasında 

onun  üçün  Allah  evi  tikdirdi  və  Ġsa  peyğəmbər  Ģərəfinə  buranı  həddindən  artıq 

bəzədi» [120, 128]. Mənbədən belə məlum olur ki, Girdiman məbədi iki il ərzində 

tikilib.  Yəni,  M.Kalankatuklunun  yazdığına  görə  «Xəzərlərin  qovulmasından  və 

CavanĢirin qələbəsindən sonra iki il ərzində Allah naminə gözəl kilsənin tikilməsi 

baĢa çatdı» [120, 130]. Akademik Z.M.Bünyadov alban tarixçisinin bu məlumatına 

istinadən  ehtimal  edir  ki,  Girdiman  məbədi  661/662  -  663/664-cü  illərdə  tikilib 

[120, 224]. 

Məbədinin  tikintisi  baĢa  çatandan  sonra  CavanĢir  «əbədi  iĢıq  saçan  Allah 

evinə daxil olaraq diz çökür» və Allaha dualar edir: «Qoy bu mənim tikdirdiyim ev 

döyüĢ  günlərində  baĢımın  üstündə  mənə  örtük  olsun,  əleyhimə  üsyan  edənləri 

ayaqlarının  altına  devir,  oğul-qızlarımı  isə  Ģərlə  üzbəüzdə  qorxmaz  et  və  onları 

həmiĢə qüvvədə saxla. Sən ki, Ġlahi, məni uĢaqlıqdan hifz edib təhlükələrdən xilas 

edirdin, mənim var-dövlətimi, qul və kənizlərimi artırıb mənə çarlıq hökmdarlığını 

bəxĢ etmisən, bu gün öz bəndəni mərhəmətlə qarĢılayıb müdrik biliklərini mənim 

rəiyyətlərimə ver ki, onlar Sənin yolunla getsinlər» [120, 131]. 

CavanĢir hərbi yürüĢləri və səfərləri ərəfəsində, habelə yürüĢ və səfərlərdən 

sonra bir qayda olaraq Girdiman məbədinə gələrdi, orada niyyət və dualar edərdi. 

Məsələn,  Xəlifənin  dəvəti  ilə  görüĢə  getməzdən  əvvəl  Allah  evinə  gələrək  etdiyi 

duaları  alban  tarixçisi  belə  qələmə  alıb:  «Ya  hökmün  və  həqiqətin  Xaliqi!  Məni 

təqib edənlərimin əlinə vermə!» [120, 134]. 

Tərəflər  üçün  olduqca  müvəffəqiyyətlə  keçən  görüĢdən  sonra  CavanĢir 

yenidən  təmtəraqla  Girdiman  vilayətinə  gələrək  müqəddəs  Allah  evində  oldu. 

«Kilsəni çox bahalı və incə Ģeylərlə bəzədi, çox pul sərf etdi. Rəssamları dəvət edib 

onlara kilsəni baĢdan ayağa kimi qızılla və ipəklə bəzətdirdi. Dünyanın iĢığını hifz 

edən aramgahın qapısını gümüĢlə bəzədi və üzərində naxıĢlar saldırdı» [120, 135]. 

Əfsuslar  olsun  ki,  CavanĢirin  tikdirmiĢ  olduğu  müqəddəs  Allah  evinin  - 

Girdiman  məbədinin  harada  olması  elm  üçün  hələ  də  müəmmalı  olaraq 

qalmaqdadır. Çünki, bu məbədin və içərisində olduğu Girdiman qalasının özünün 




157 

 

dəqiq  yeri  hələ  ki,  qeyri-müəyyəndir.  Bununla  bağlı  mülahizələrə  yuxarıda  artıq 



toxunulduğundan,  bir  daha  onları  təkrar  etmək  istəmirik.  Təkcə  onu  xatırlatmaq 

istərdik  ki,  Girdiman  qalasının  məhz  ġirvan  ərazisində  olduğu  Ģəksizdir.  Sadəcə 

olaraq  onun  ġirvanın  konkret  olaraq  hansı  ərazisində  olması  məsələsinə  hələ  ki, 

yetərincə  aydınlıq  gətirilməyib.  Fikrimizcə,  Girdiman  qalasının  yeri  ilə  bağlı 

indiyədək  söylənmiĢ  ehtimalların  ən  inandırıcısı  Ağsu  rayonunun  Bəyimli  kəndi 

ərazisindəki  Torpaqqala  abidəsidir.  2004-cü  ildə  arxeoloji  tədqiqatlar aparılarkən 

oradan tapılmıĢ daĢ sütunaltlığının da məhz məbəd tipli ictimai binaya aid olduğu 

güman edilir. Bütün bunlar isə Girdiman məbədini də məhz orada axtarmaq üçün 

əsas verir [60]. 

Erkən  orta  əsrlərdə  Albaniya  ərazisində  fəaliyyət  göstərən  xristian 

məbədlərinin  qalıqları  ġəki rayonunun  KiĢ  kəndində  [463],  Qax rayonunun  Qum 

və  Ləkit  kəndlərində  bu  günədək  qalmaqdadır  [454].  Bu  cür  məbəd  qalıqları 

həmçinin,  Mingəçevir  qazıntıları  zamanı  aĢkar  edilmiĢdir.  Zaqatala  rayonunun 

Yuxarı  Tala  kəndi  yaxınlığındakı  «Pipan»  adlı  ərazidə  də  bir  neçə  məbəd  qalığı 

olduğu güman edilir. Əfsuslar olsun ki, Pipan abidələri hələlik arxeoloji cəhətdən 

öyrənilməmiĢdir. 

 

KĠLSƏDAĞ MƏBƏDĠ 

 

Qafqaz  Albaniyası  ərazisində  məlum  olan  çox  möhtəĢəm  dini abidələrdən 



birisi  də  Kilsədağ  məbədidir.  Bu  abidə  Qəbələ  rayonunun  Böyük  Əmili  kəndi 

yaxınlığında,  xalq  arasında  Kilsədağ  adlanan  dağın  üstündə  yerləĢir  (LIX  tablo). 

Abidə 1971-ci ildə arxeoloq R.M.Vahidovun rəhbərliyi ilə orada aparılan arxeoloji 

tədqiqatlar  zamanı  aĢkara  çıxarılmıĢdır  [360,  487].  Məbədin  bünövrə  hissəsi 

dairəvi formadadır [155, 30-31]. Onun içərisinin diametri 10,4 m, çöl divarlarının 

qalınlığı  isə  95  sm-dir.  Tədqiqatlar zamanı  bəhs  edilən  dairəvi  divarın  içərisində 

qalınlığı  1  m,  hündürlüyü  isə  40  sm  olan  daha  bir  dairəvi  divar  qalıqları  olduğu 

müəyyənləĢdirilib.  Həmin  divar  üzərində  8  ədəd  sütun  yeri  olduğu  qeydə  alınıb. 

Mütəxəssislərin ehtimalına görə, daxili divarlar üzərində məbədin sütunları, onlar 

üzərində  isə  məbədin  qülləsi  ucaldılıb.  Beləliklə,  Kilsədağ  məbədinin  ikiyaruslu 

olduğu, onun üstünün isə günbəzvari formada örtüldüyü güman edilir (LIX tablo, 

Ģək.4-5).  Xatırladaq  ki,  P.D.Baranovski  tərəfindən  ötən  əsrin  40-cı  illərində  Qax 

rayonunun Ləkit kəndi ətrafında buna bənzər daha bir məbəd kompleksi öyrənilib 

[630,  31-33].  Kilsədağ  məbədinə  oxĢar  məbədlərə  həmçinin,  Suriya,  Türkiyə, 

Gürcüstan və bəzi digər ölkələrin ərazisində də təsadüf olunub [155, 28-29]. 

Kilsədağ  məbədinin  əsas  giriĢ  qapısı  qərb  tərəfdəndir.  ġimal  və  cənub 

tərəfdən  olan  qapı  yerləri  isə  ikinci  dərəcəli  funksiya  daĢıyıb.  Memar  K.M. 

Məmmədzadənin fikrincə, Kilsədağ məbəd kompleksinin giriĢ və çıxıĢ qapılarının 

üstü tikintinin ümumi ansamblına uyğun olaraq tağvari formada inĢa  edilib [155, 

29].  Kompleksin  Ģimal-Ģərq  və  cənub  tərəflərində  diametri  2,3  m  olan  dairəvi 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə