Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə74/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   70   71   72   73   74   75   76   77   ...   179

150 

 

XOSROV QALASI 



 

Göyçay  rayonunun  Ərəb-Kükən  kəndindən  Ģimalda,  Göyçay  və  Türyan 

çayları arasındakı köndələn dağ silsilənin ən yüksək nöqtəsi olan ġiĢtəpə və onun 

ətrafında  yerləĢən  bu  abidə  üç  hissədən  ibarətdir:  ġiĢtəpə,  onun  yaxınlığındakı 

yaĢayıĢ  yeri və onlar arasındakı yeraltı mağara-istehkamlar [141, 79]. ġiĢtəpə hər 

tərəfdən  dərin  dərələrlə  əhatələnib.  Zirvəsi  oval  formasındadır.  Onun  uzunluğu 

təqribən 40, eni isə 20 m təĢkil edir. Dərəyə yaxın hissələri köbər, mərkəzi hissəsi 

isə çökmüĢ vəziyyətdədir. Bu, köbər yerində vaxtı ilə qala divarı, çökmüĢ hissədə 

isə müxtəlif təyinatlı tikinti qalıqları olduğuna dəlalət edir. F.V.Qədirov tərəfindən 

orada  kəĢfiyyat  qazıntıları  aparılarkən  bu  ehtimal  təsdiq  olunmuĢdur.  Məlum 

olmuĢdur  ki,  həqiqətən  də  təpənin  kənarları  boyunca  müĢahidə  olunan  köbər 

yerində möhrə üsulu ilə tikilmiĢ divar qalıqları mövcuddur [141, 83]. 

Abidənin  yerləĢdiyi  məkanın  təbii-strateji  xüsusiyyətləri  və  oradakı 

tikintinin  yerüstü  əlamətlərini  əsas  götürərək  F.V.Qədirov  onun  müĢahidə 

məntəqəsi  olduğunu  ehtimal  edib.  Halbuki,  F.V.Qədirovun  özünün  orada  ikinci 

sahədə  aparmıĢ  olduğu  yoxlama  qazıntısının  nəticələri  ġiĢtəpə  abidəsinin  sadəcə 

olaraq  müĢahidə  məntəqəsi  olmadığı  barədə  düĢünməyə  əsas  verir.  Məsələn, 

F.V.Qədirovun yazdığına görə, həmin sahədə 1 m qalınlığında olan mədəni təbəqə 

aĢkar  edib  [141,  84].  Halbuki,  indiyədək  tədqiq  olunan müĢahidə  məntəqələrinin 

heç  birində  belə  qalın  mədəni  təbəqə  qeydə  alınmayıb.  Bu,  ondan  irəli  gəlir  ki, 

müĢahidə məntəqələrində heç vaxt intensiv yaĢayıĢ olmayıb. ġiĢtəpənin müĢahidə 

məntəqəsi  olması  barəsindəki  ehtimalın  əleyhinə  olan  daha  bir  ciddi  arqument 

orada istehsalat ocağının tapılması faktıdır. F.V.Qədirov özü bu barədə belə yazır: 

«Ġkinci  qazıntı  sahəsində  təxminən  60  sm  dərinliyində  çoxlu  miqdarda  əridilmiĢ 

metal çıxarı, kömür və kül təbəqəsi aĢkar edildi. Bu təbəqə təxminən 2x2 kvadrat 

metr sahəni əhatə edir. Orada, həmçinin, xam torpaqda qazılmıĢ və içərisi kömür, 

kül, metal ərintilərinin çıxarları ilə dolu olan 40x40x60 sm ölçüdə kiçik bir kürə 

aĢkar  edilib. Kürə və ətrafından 4 kq-a qədər metal ərintisinin çıxarı tapılmıĢdır» 

[141,  84].  F.V.Qədirovun  fikrincə,  metal  ərintilərinin  həcmcə  kiçik,  vəzncə  ağır 

olmaları sübut edir ki, burada metal lazımi keyfiyyətdə əridilməmiĢdir. Görünür ki, 

yüksək  hərarət  əldə  etmək  mümkün  olmadığından,  metalın  xeyli  hissəsi  çıxar 

Ģəklində tullanmıĢdır [141, 84]. 

ġiĢtəpədən  təqribən  500  m  cənubda,  hər  tərəfdən  dərin  dərələrlə  əhatə 

olunan  təpə  üzərində  daha  bir  abidə  mövcuddur.  F.V.Qədirov  onun  «qalanın 

yerüstü  tikintisi»  (?!)  olduğunu  bildirir.  Təpənin  üst  hissəsinin  eni  təqribən  80, 

uzunluğu  isə  250  m-dir.  Abidənin  ətrafı  möhtəĢəm  qala  divarları  ilə 

möhkəmləndirilib.  Əksər  yerlərdə  divar  qalıqları  uçaraq  dərəyə  tökülmüĢdür. 

Yalnız  Ģimal  tərəfdə  abidənin  ölçüləri  aydın  bilinir.  Bu  yerdə  divar  qalıqlarının 

salamat  qalmıĢ  hissəsinin  uzunluğu  5  m,  eni  2,4  m,  hündürlüyü  isə  2,3  m  təĢkil 

edir.  Qala  divarlarının  hörülməsində  tikinti  materialı  kimi  çay  daĢından,  kirəc 




151 

 

məhlulundan və kvadrat formalı biĢmiĢ kərpiclərdən istifadə olunmuĢdur [141, 82]. 



Qala  ərazisində hələlik  arxeoloji  tədqiqatlar  aparılmadığından,  onun  dəqiq  dövrü 

və  oradakı  mədəni təbəqənin  xarakteri  barədə  fikir  söyləmək  çətindir.  Xatırladaq 

ki,  bu  abidənin  altında,  yəni,  dağın  içərisindəki  mağara-istehkamlar  da  hələlik 

lazımınca tədqiq olunmamıĢdır. Lakin, onların qala ilə əlaqəli olduğu Ģübhəsizdir. 

Qaladan  mağaralara,  oradan  isə  dərəyə  doğru  yol  olduğu  aydın  bilinir.  Mağara-

istehkamlar quruluĢ etibarilə çox mürəkkəbdir, bu səbəbdən də onların içərisində 

hərəkət etmək qeyri-mümkündür. 

Xosrov  qalası  ilə  bağlı  xalq  arasında  müxtəlif  rəvayətlər  dolaĢır. 

F.V.Qədirov həmin rəvayətlərdən ikisini çap etdirib. Onlardan birində bildirilir ki, 

bu qala Xosrov  Ģah tərəfindən tikilib. Onun mağaralar yerləĢən hissəsində böyük 

xəzinə  var  [141,  81].  Ġkinci  rəvayətə  görə  isə  iki  nəfər  gənc  qalanın  sirrini 

öyrənmək  məqsədilə  əlində  Ģam  mağaraya  girərək  bir  qədər  irəliləyib.  Lakin 

Ģamlar söndüyündən, onlar mağarada it-bat olublar [141, 81]. 

1963-cü  ildə  Göyçay  rayonunda  ezamiyyətdə  olarkən,  yerli  sakinlər  bu 

abidə  ilə  bağlı  arxeoloq  F.L.Osmanova  da  bir  neçə  rəvayət  söyləyiblər. 

Ekspedisiya  rəisinin  çöl  qeydlərində  bu  barədə  belə  deyilir:  «Göyçay  sakinləri 

arasında  yayılan  rəvayətə  görə,  bu  qala  Nizami  Gəncəvinin  «Xosrov  və  ġirin» 

poemasının qəhrəmanı olan Xosrov tərəfindən tikilib. BaĢqa bir rəvayətə görə isə 

bəhs edilən qalanı tikdirən Xosrov adlı Ģəxs Ġrandan gəlib. O, Qarabağ ərazisindəki 

qalalardan  birini  ələ  keçirmək  üçün  uzun  müddət  müharibə  aparıb  və  onu  fəth 

etdikdən sonra bu yerlərə gələrək bəhs edilən qalanı tikdirib». 

F.V.Qədirov  Xosrov  qalasının  və  onun  yaxınlığındakı  tikinti  qalıqlarının 

eyni abidənin ayrı-ayrı hissələri olduğunu düĢünür. Sözsüz ki, bu fikirlə razılaĢmaq 

olmaz.  Çünki  ġiĢtəpə  və  onun  yaxınlığındakı  tikinti  qalıqları  bir-birindən  ciddi 

surətdə  fərqlənən  ayrı-ayrı  abidələrdir.  Təkcə  elə  ona  görə  ki,  ġiĢtəpədə  tikinti 

materialı  kimi  ancaq  möhrədən,  onun  yaxınlığındakı qalanın tikintisində  isə həm 

daĢ, həm  kirəc  məhlulu  və həm  də  biĢmiĢ kərpicdən istifadə  olunub.  Bu  isə  onu 

deməyə əsas verir ki, ġiĢtəpə abidəsi xronoloji cəhətdən daha əvvəlki dövrə aiddir. 

Tapıntıların xarakterinə əsasən düĢünmək olar ki, bu qala təqribən IV-V əsrlərdə 

ilkin  hərbi-feodal  malikanəsi  olaraq  təĢəkkül  tapıb.  VIII-IX  əsrlərdə  Girdiman 

feodallarının nüfuzunun  artdığı  dövrdə  ġiĢtəpə  artıq  qala-istehkam  olaraq  dövrün 

tələblərinə  cavab  vermədiyindən,  onun  yaxınlığında  daha  bir  möhtəĢəm  qala 

tikmək  zərurəti  yaranıb.  Bu,  Xilafət  ordularının  hücumlarının  qarĢısını  almaq 

məqsədilə  görülən  ehtiyat  tədbiri  idi.  Deyilənlərə  onu  da  əlavə  edək  ki,  həmin 

qalaların hər  ikisindən  sonralar  da  uzun  müddət istifadə  olunub.  Oradan tapılmıĢ 

IX-XIV əsrlərə aid maddi-mədəniyyət nümunələri bunu deməyə əsas verir. 

Xosrov  qalasının  yerli əhali  tərəfindən həm də  Surxab  qalası  kimi  təqdim 

olunması da təsadüfi hal kimi dəyərləndirilməməlidir. Əslində, bu adların hər ikisi 

doğrudur.  Sadəcə  olaraq  ayırd  edilməlidir  ki,  oradakı  qalalardan  hansı  Xosrov 

qalasıdır,  hansı  isə  Surxab  qalası.  Bizə  belə  gəlir  ki,  ġiĢtəpədəki  qala-istehkam 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə