Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə72/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   68   69   70   71   72   73   74   75   ...   179

146 

 

edildiyini  düĢünmək  daha  düzgün  olardı.  Əslində,  elə  qala  ərazisindən  tapılmıĢ 



maddi-mədəniyyət qalıqları da məhz bu cür düĢünməyə əsas verir. 

 

BUM QALASI 



 

Bu qala qədim Qəbələ Ģəhərinin xarabalıqlarından təqribən 20 km Ģimalda, 

Böyük  Qafqazın  cənub  ətəklərində,  Bum  kəndi  yaxınlığında,  Bum  və  Dəyirman 

çayları arasında yerləĢir. Təbii təsirlər nəticəsində qala əsrlər boyu ciddi dağıntıya 

məruz  qalmıĢdır.  Xüsusilə  də  Dəyirman  və  Bum  çayları  vaxtaĢırı  olaraq  daĢaraq 

abidənin Ģərq və qərb kənarlarını yuyub dağıtmıĢdır [141, 59]. 

Bum qalası quruluĢ etibarı ilə düzbucaqlı formadadır (LXVII  tablo). Onun 

divarlarının  ümumi  uzunluğu  114,  qala  divarlarının  qalıqlarının  hündürlüyü  isə 

təqribən 2 m-dir. Qalanın cənub tərəfində 4, digər tərəflərindən hər birində isə 3 

bürc  olmaqla,  cəmi  13  bürcü  olduğu  güman  edilir.  ġimal,  Ģərq  və  qərb  divarları 

ciddi  dağıntıya  məruz  qaldığından,  qalanın  həmin  istiqamətdə  olan  bürclərinin 

forma  və  ölçülərini  müəyyənləĢdirmək  çətindir.  Cənub  divarındakı  bürclər, 

xüsusilə  də  mərkəzi  hissədə  olan  bürc  nisbətən  az  dağıntıya  məruz  qalmıĢdır. 

Düzbucaqlı formada olan bu bürcün salamat qalmıĢ hissədə hündürlüyü 1,8-2 m-

dir.  Yerüstü  əlamətlərdən  göründüyü  kimi,  qalanın  digər  bürcləri  də  düzbucaqlı 

formada olub [141,59]. 

Xaçmaz  Govur  qalasında  olduğu  kimi,  Bum  qalasında  da  yer  səthindən 

təqribən  1,5 m hündürlükdə  40x40  sm  ölçüdə  olan  kvadratformalı mazğallar  var. 

Onların ara məsafələri təqribən 2 m-dir. Qala güclü dağıntıya məruz qaldığından, 

onun  giriĢ  qapısının  yerini  müəyyənləĢdirmək  çətinlik  doğurur.  Bununla  belə, 

cənub  qala  divarlarının  mərkəzi  hissəsində,  bir-birinin  yaxınlığında  olan  qoĢa 

bürcün  məhz  qala  darvazasına  aid  olduğunu  ehtimal  etmək  üçün  kifayət  qədər 

əsaslar  var.  Məlum  olduğu  kimi,  giriĢ  qapısının  sağında  və  solunda  əzəmətli 

bürclər  olması  müdafiə  qalalarının  demək  olar  ki,  əksəriyyəti  üçün  səciyyəvi 

əlamətdir.  Bum  qalasında  da  belədir.  Yəni,  oradakı  qoĢa  bürclər  ancaq  və  ancaq 

qapı  yerinə  aid  ola  bilər.  Çünki,  qapı  olmadığı  təqdirdə  həmin  yerdə  bir-birinin 

yanında bu cür əzəmətli bürclərin tikilməsinə ehtiyac yox idi. 

Ötən  əsrin  80-ci  illərində  F.V.Qədirov  tərəfindən  Bum  qalasında 

kiçikmiqyaslı  kəĢfiyyat  iĢləri  aparılmıĢdır.  Bu  məqsədlə  o,  qalanın  cənub 

divarındakı  nisbətən  yaxĢı  qalmıĢ  bürcün  üzəri  və  ətrafını  qismən  təmizləyərək 

ölçülərini  dəqiqləĢdirmiĢdir.  F.V.Qədirovun  yazdığına  görə,  uzunluğu  10  m, 

divarının  qalınlığı  3,8  m,  salamat  qalmıĢ  hissədə  hündürlüyü  3,5  m  olan  bu 

bürcdən  həm  də  otaq  və  ya  anbar  kimi  istifadə  olunub.  Kvadrat  formasında 

olmaqla  təqribən  6  kv.m  sahəsi  olan  otaq-anbarın  içərisi  təmizlənərkən  oradan 

müxtəlif maddi-mədəniyyət qalıqları əldə olunub. Tapıntılar əsasən Ģirsiz keramika 

nümunələrindən  ibarətdir.  Oradan  tapılmıĢ  bir  ədəd  qapaq  tipli  qab  diqqəti  cəlb 

edir.  Diametri  9,  qalınlığı  0,5  sm  olan  qapağın  üstündə  qulp  yeri  var  [141,  62]. 



147 

 

Qulp-çıxıntının  ortasında  və  kənarlarında  isə  buxar  çıxmaq  üçün  deĢikləri  var. 



Xatırladaq ki, Albaniya ərazisində tədqiq olunmuĢ bütün ilk orta əsr abidələrindən 

bu  cür  qapaqlar  məlumdur.  R.M.Vahidov  Mingəçevirdən  tapılan  buna  bənzər 

nümunələri xronoloji cəhətdən V-VI əsrlərə aid edib [227, 42]. 

Bum  qalası  yaxınlığında  erkən  orta  əsrlərə  aid  daha  bir  neçə  müdafiə 

tikintisi mövcuddur. Məsələn, qaladan təqribən 500 m Ģimal-Ģərqdə Kümə dağının 

qərb  ətəyindəki  təpədə  (xalq  arasında  bu  təpəyə  Axıtəpə  deyirlər)  çay  daĢı  və 

əhəng məhlulu ilə inĢa olunmuĢ tikinti qalıqlarının olduğu bildirilir. F.V.Qədirovun 

yazdığına  görə,  həmin  tikinti  forma  cəhətdən  Bum  qalasının  bürcünə  bənzəyir. 

Ehtimal edildiyinə görə, vaxtı ilə burada müĢahidə məntəqəsi olub və oradan ətraf 

ərazilərə göz qoyulubdur [141, 62]. Yaxınlıqdakı qədim tikinti qalıqlarından birisi 

də Bum qalasından təqribən 5 km Ģimalda, Ġrəvaz dağının zirvəsində yerləĢən və 

Bum əhalisi tərəfindən «Ġtaldamac» adlandırılan istehkamdır. Orada çay daĢından, 

əhəng  məhlulundan  və  düzbucaqlı  formasında  olan  biĢmiĢ kərpiclərdən  (ölçüləri: 

22x22x5;  22x22,5x5;  22x22,5x6  sm-dir)  istifadə  olunmaqla  müxtəlif  tikinti  iĢləri 

aparılmıĢdır.  Tamamilə  uçub  dağıldığından,  tikintinin  formasını  və  ölçülərini 

müəyyən etmək mümkün olmamıĢdır. Tikintinin bir neçə metrliyində isə 2-3 yerdə 

dərin  xəndək  -  istehkam  qalıqları  mövcuddur  [141,  62-63].  Rəvayətə  görə, 

Ġtaldamacda vaxtilə Sasani qarnizonu keĢik çəkərmiĢ [141, 63]. Ərazinin əlveriĢli 

coğrafi və strateji imkanları da bu cür düĢünməyə əsas verir. 

Dağ  keçidlərində  Sasani  qarnizonunun  keĢik  çəkdiyi  müdafiə 

istehkamlarından birisi də Bum qalasından təqribən 10-12 km Ģimalda, Qalagərdan 

aĢırımına  aparan  ġahdağ  yolunun  üstündə  yerləĢir.  Ətraf  yerlərin  sakinlərinin 

«Qaladam»  adlandırdığı  bu  ərazidə  çoxlu  daĢ  və  biĢmiĢ  kərpic  töküntüsü  var. 

22x22x5, 22,5x22,5x6 və 22x23x6 sm ölçüdə olan bu cür kərpic nümunələrindən 

tikintidə xüsusilə geniĢ istifadə olunub. Görünür, bu tikinti, qarĢıdakı Qalagərdan 

aĢırımında  keĢik  çəkən  Sasani  qarnizonunun  rəhbər heyəti  üçün nəzərdə  tutulub. 

«Qaladam»  toponimi  də  həmin  yerin  həqiqətən  «qala»  -«dam»,  yəni,  həm  qala, 

həm də yaĢayıĢ binası olduğunu ehtimal etməyə əsas verir [141, 63]. 

 

VƏNDAM QALASI 

 

Adından  göründüyü  kimi,  bu  abidə  Qəbələ  rayonunun  Vəndam  kəndi 



ərazisində  yerləĢir.  Söhbət  kəndin  Ģimalındakı  Kiçiktəpə  dağının  üstündəki 

yastanda olan qədim tikinti qalıqlarından gedir. Hər tərəfdən dərin dərələrlə əhatə 

olunan bu ərazini Vəndam sakinləri «Qalaüstü» adlandırırlar [141]. Bu addan belə 

nəticə çıxır ki, həmin abidədən bir qədər aĢağıda, haradasa mühüm bir qala olub. 

Yəni,  Qalaüstü  varsa, deməli qala da  olub. Elə isə həmin  qala haradadır?  Hələlik 

bunu  bilən  yoxdur.  Əlbəttə,  bu  suala  aydınlıq  gətirmək  üçün  Vəndam  ətrafı 

ərazilərdə arxeoloji kəĢfiyyat iĢləri aparılmalıdır. Lakin nədənsə həmin ərazilərdə 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə