Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə68/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   64   65   66   67   68   69   70   71   ...   179

138 

 

edir.  Gülüstan  qalası altında  uzun-uzadı döyüĢlər  baĢlayır. DöyüĢlərin  uzandığını 



görən Fit-ġahmar yaxınlıqdakı əlçatmaz dağlardan birində qala tikdirməyi və orada 

qıĢlamağı qərara alır. 

Parlaq  səhərlərdən  birində  ġirvan  qızları  su  gətirmək  üçün  bulaq  üstə 

gəliblərmiĢ.  Gözəlliyi  ilə  xanları,  Ģirvanlı  oğlanları  heyrətə  gətirən  bir  qız  Fit-

ġahmarın  da  iti  gözlərindən  yayınmır.  O,  hər  Ģeyi,  hətta  taxtı-tacı  və  sarayı  da 

unudaraq həmin gözəlin ardınca düĢür. Qızlar qorxu içərisində qaçırlar. Fit-ġahmar 

qızı  təqib  edə-edə  onun  qaldığı  evə  gəlir  və  ġirvan  gözəlinin  yerə  dəyən 

hörüklərinə dolanaraq onu sığallamağa baĢlayır. Bu qorxunc xəbər bütün ġirvana 

yayılır. 

ġirvan gözəli ilanın sevgisinə məruz qaldığından çox xiffət edirdi. Cavanlar, 

qolu zorlular çağırılmamıĢ qonağı öldürmək qərarına gələndə aqillər onlara səbirli 

olmağı tövsiyə edirlər. Bu, onsuz da müharibə vəziyyətində olan ġirvan üçün daha 

ağır nəticələr verə bilərdi. Çünki, o vaxt Fit-ġahmarın ordusu hər gün bir-birinin 

ardınca  yeni-yeni  qələbələr  qazanır,  Gülüstan  Xanım-Xatının  qüvvələri  isə 

tükənirdi. Belə bir vaxtda uzaq ölkələrdən mahir bir ovsunçu gəlib çıxır. O, ġirvan 

gözəlini ilanın cəngindən xilas edir. Fit-ġahmar qızın otağından çıxıb özünün Fit 

dağında tikdirdiyi qalaya  gedir. Bu vaxt çaparlar xəbər gətirir ki, onun qüvvələri 

Gülüstan  qalasını  tutub.  Bu  xəbər  Fit-ġahmarı  əsla  sevindirmir.  O,  qalanın  ən 

yüksək  yerinə  qalxır  və  ucadan  fit  səsləndirərək  müharibədə  məğlub  olduğunu 

bildirir.  Bu  vaxt  güclü  zəlzələ  baĢ  verir  və  Fit  dağı  parçalanır.  Müharibəni 

müvəffəqiyyətlə  davam  etdirən  Gülüstan  Xanım-Xatının  qüvvələri  isə  Fiti 

mühasirəyə alaraq ġahmarın gizləndiyi qala və Ģəhəri yerlə-yeksan edir. 

Görünür,  A.P.Fituni  bu  əfsanəni  ya  özündən uydurub,  yaxud  da  baĢqa  bir 

ermənidən  eĢidib.  Hər  halda  ġirvan  kəndlərində,  o  cümlədən  Fit  dağına  yaxın 

ərazilərdə  belə  bir  əfsanənin  yayıldığı  barədə  nə  Ģifahi,  nə  də  yazılı  məlumat 

yoxdur. Müəllifin ilan qiyafəsində uydurduğu Fit-ġahmar obrazında isə daha çox 

erməni xisləti gizlənib. 

BeĢinci  əfsanə.  Bu  əfsanəni  A.P.Fituniyə  Ġvanovka  kəndində  yaĢayan, 

milliyyətcə  yəhudi  olan  və  1916-1917-ci  illərdə  arĢınmalçılıq  edən  Peysaxov 

danıĢıb. Peysaxov özü, Mücühəftəran kəndindən olub. Onun dediyinə görə, onların 

əcdadları 5-6 yüz il əvvəl Ġranın baĢ məhəlləsindən köçüb gəlib. Xatırladaq ki, Fit 

dağının ətəyində yerləĢən Mücü kəndində elə indi də ancaq yəhudilər yaĢayır. 

Mücü əhalisi tarixən xalça və ipək məmulatı istehsalı ilə məĢğul olmuĢdur. 

Yalnız Mustafa xan gəldikdən sonra kənd sakinlərinin bir hissəsi oradan köçərək 

Həftəran  vadisində  kənd  salmıĢ  və  onu  Mücühəftəran  (yəni,  Həftəran  Mücüsü) 

adlandırmıĢlar. 

Peysaxovun dediyinə görə, Fit dağı yəhudi dağı olub və oraya nə türklər, nə 

ermənilər, nə  də  ləzgilər  gəlməzmiĢ.  Xristianlar  Fitə  daxil  olmaq  üçün  çox  cəhd 

edirmiĢ,  lakin  onlar  alınmaz  yəhudi  qalasını  heç  cür  ala  bilmirlərmiĢ.  Qalanın 

müdafiəsinə  yəhudi  sərkərdəsi  Daud  xan  baĢçılıq  edirmiĢ.  Peysaxovun  nəql 



139 

 

etdiyinə  görə,  «Qanlı  təpə»də  (Qanlı  qaya  -  Q.C.)  çoxlu  miqdar  xristian  məhv 



edilib. 

A.P.Fituninin  yazdığına  görə,  o  vaxt  Peysaxov  əfsanənin  ardını  ona 

danıĢmaqdan imtina edib [633, 117-118]. Görünür, Fituninin də xristian olduğunu 

yəqin  edəndən  sonra,  xristianların  mənafeyinə  toxunan  əfsanəni  axıradək  nəql 

etməyi lazım bilməyib. 

Fit  qalası  barəsində  orta  əsr  mənbələrində  də  müəyyən  məlumatlara  rast 

gəlmək  mümkündür.  Məsələn,  «Hüdud  əl-aləm»  əsərində  xəbər  verilir  ki,  Niyal 

qalasından  bir  fərsəng  məsafədə  daha  möhkəm  bir  qala  vardır.  ġahın  zindanı 

oradadır  [651].  Bu  məlumatda  iki  məqam  diqqəti  cəlb  edir.  Birincisi,  Niyal 

qalasından bir fərsəng məsafədə olan yeganə qala Fit qalasıdır. Deməli, Fit dağında 

belə bir qala olması hələ X əsrdən məlum idi. Ġkincisi, qalada Ģahın zindanı olduğu 

barədə məlumatdır. Xatırladaq ki, Fit qalasında ətraf kəndlərin sakinlərinin bu gün 

də  «zindan»  adlandırdığı  yer  mövcuddur.  Görünür,  oradakı  «meydan»  və  «qanlı 

qaya» adı ilə məlum olan yerlər də Fit qalasının ən azı X əsrdən daha əvvəlki dövrə 

aid olduğundan xəbər verir. 

V.F.Minorskiyə  və  Sara  AĢurbəyliyə  görə,  «Hüdud  əl-aləm»də  barəsində 

bəhs edilən qala Sulut qalasıdır [14, 115-116; 523, 98]. Görünür, onlar da «Sulut 

qalası»  deyərkən  yaxınlıqdakı  qalalardan  birini  nəzərdə  tutublar.  Məsafə 

baxımından Niyal qalasına ən yaxın qala isə Fit qalasıdır. 

Fit  qalasının  tikilmə  tarixi  barədə  dəqiq  fikir  söyləmək  üçün,  əlbəttə  ki, 

orada  əsaslı  tədqiqatlar  aparılmalıdır.  Lakin  arxeoloji  tədqiqat  aparılmadan  belə, 

qalanın dövrü ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək olar. Məsələn, yuxarıda 

qeyd edildiyi kimi, «Hüdud əl-aləm»in məlumatına görə, «Ģahın zindanı oradadır». 

Ġndi  gəlin,  aydınlaĢdıraq  görək,  söhbət  hansı  Ģahdan  gedir,  bu  Sasani  Ģahı, 

ġirvanĢah,  yaxud  da  LaicanĢah  ola  bilərdi.  Fikrimizcə,  bu  halda  LaicanĢahlıq 

ehtimalı  üzərində  dayanmaq  daha  inandırıcı  olardı.  Birincisi,  ona  görə  ki,  qala 

məhz LaicanĢahlıq ərazisindədir. Ġkincisi, bəhs edilən mənbədə barəsində məlumat 

verilən  hadisələrin  çoxu  bilavasitə  LaicanĢahlıqla  əlaqədardır.  Bu  arqumentləri 

əsas götürərək Fit dağında ilkin müdafiə sədlərinin V-VI əsrlərdə, Fit qalasının isə 

Xilafət  ordularının  Girdiman  ərazilərinə  hücumu  ərəfəsində,  yəni,  təqribən  VIII 

əsrdə inĢa edildiyini ehtimal etmək olar. 

 

XĠRƏKĠ 

 

Ġsmayıllı rayonunun Sulut kəndindən Ģimalda geniĢ ərazini əhatə edən dağ-



yamac,  yerli  əhali  tərəfindən  belə  adlanır.  Orada  yaĢayıĢ  yeri  və  tikinti  qalıqları 

olduğu barədə Ağsu-Ġsmayıllı ekspedisiyasının rəhbəri F.L.Osmanova Sulut kənd 

sakini  Vasib  Qasımov  məlumat  verib.  1987-ci  ilin  çöl-tədqiqat  mövsümündə  bu 

məlumat  əsasında  Xirəkidə  müĢahidə  və  ilkin  kəĢfiyyat  axtarıĢları  aparılmıĢdır 

[197, 49; 557, 113-114]. 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə