Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə65/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   61   62   63   64   65   66   67   68   ...   179

132 

 

kimi  «Xanəgah»  sözü  fars  dilində  «ev»,  «yer»,  «məkan»  mənası  bildirir. 



Mütəxəssislərin  rəyinə  görə,  orta  əsrlərdə  karvan  yolları  üzərində  yerləĢən 

xanəgahlarda  qonaq  evləri  funksiyası  daĢıyan  dini  tikililər  olub.  Daha  çox 

dərviĢlərin yaĢadığı bu cür yerlər əslində sufiliyin təbliğat mərkəzlərinə çevrilmiĢdi 

[50, 182]. Bütün bunlar isə onu deməyə əsas verir ki, Xənəyə (Xanəgah) ərazisində 

yaĢayıĢın tarixi ən azı Albaniyanın Sasani mərzbanlarının təsir dairəsində olduğu 

dövrə gedib çıxır. 

Qız  qalaları  Azərbaycan ərazisində  ən  geniĢ  yayılmıĢ  tarixi  tikililərdəndir. 

Ġsmayıllıdan baĢqa, Bakı, ġəki, ġamaxı, Qəbələ, Oğuz, Qazax, Yardımlı, Gədəbəy, 

Naxçıvan  Muxtar  Respublikası  və  Qarabağ  bölgəsində  də  bu  cür  qalalar 

mövcuddur. Qız qalaları, həmçinin, Orta Asiyada, Qara dəniz sahillərində, Ġranda, 

Ġraqda, Hindistanda, Avropanın bir sıra ölkələrində də geniĢ yayılmıĢdır [64, 139-

145]. Xalq arasında həmin qalalar haqqında məzmunca bir-birinə bənzəyən və ya 

tamamilə  fərqlənən  çoxsaylı  əfsanələr  var.  Onların  bir  qismində  bu  qalaların 

hansısa  hökmdarın  qızının  Ģərəfinə  tikildiyindən,  baĢqa  bir  qismində  isə  sevgi 

macəraları  ilə  bu  və  ya  digər  dərəcədə  bağlılığından  söhbət  açılır.  Lakin  açığını 

deyək ki, qız qalalarının adına çıxılan əfsanələrin xeyli qismi əslində bu qalalarla 

heç bir əlaqəsi yoxdur [47, 87-93]. 

Tədqiqatçılardan  bir  qrupu  belə  hesab  edir  ki,  bu  qalaların  adındakı  «qız» 

sözü «oğuz» sözünün tədricən təkamülə uğramıĢ formasıdır. Qız qalalarının «göz 

qalası», «gözətçi qalası» olduğunu söyləyənlər də vardır. Bu qalaları «köz qalası» 

adlandıranlar,  onları  atəĢpərəstliklə  bağlayanlar  da  vardır.  Nəhayət,  bir  qrup 

araĢdırıcılar Qız qalalarındakı «qız» sözünü qədim ġərqdə müqəddəs hesab edilən 

su ilahəsi Anahitlə əlaqələndirirlər [50, 185-186; 64]. 

Qız qalalarının təyinatı və onların nə üçün məhz «qız qalası» adlandırılması 

barədə  nə  demək  olar?  Bizcə,  qız  qalalarının  istisnasız  olaraq  hamısı  müdafiə 

qalasıdır. Onların quruluĢu və strateji mövqeyi yalnız bu cür düĢünməyə əsas verir. 

Bu qalalar baĢlıca olaraq feodal basqınları və müharibələri zamanı əsasən qadın və 

qızların mühafizəsi üçün nəzərdə tutulmuĢdur. Fikrimizcə, vətənin, doğma diyar və 

Ģəhərin  çətin  məqamlarında,  dava-dalaĢlı günlərində  kiĢilər  döyüĢ  meydanlarında 

ölüm-dirim  mübarizəsi  aparanda,  qadın  və  qızlar  qız  qalalarında  mühafizə 

olunmuĢlar  [50,  185].  Müharibə  və  döyüĢlər  zamanı  adətən,  tərəflərdən  birinin 

digərinin  qadınını,  qızını  və  ya  məmləkətin  gözəllərini  ələ  keçirməsi  olduqca 

təhqiramiz hal hesab olunurdu. Bu məqsədlə hərbi qüvvə iĢlətməkdən əlavə, həm 

də  müxtəlif  hiylə  və  fırıldaqlara  da  əl  atılırdı.  Odur  ki,  qarĢıdakı  müharibə  və 

toqquĢmalarda  təhqiramiz  vəziyyətə  düĢməmək  üçün  ayrı-ayrı  Ģəhər  və 

vilayətlərdə etibarlı qalalar tikilməsi nəinki mümkün idi, həm də zəruri idi. Bizcə, 

qız  qalaları  məhz  bu  mənada  alınmazlıq,  əlçatmazlıq  simvolu  hesab  edilə  bilər. 

Onların adındakı «qız» sözünü isə məhz bu mənada namus, qeyrət, bakirəlik rəmzi 

kimi baĢa düĢmək lazımdır. Yəni, bu qalalarda sözün həqiqi mənasında bir elin, bir 

obanın qeyrəti, namusu, bakirəliyi mühafizə olunurdu. 




133 

 

NĠYAL QALASI 



 

Bu qala Lahıc qəsəbəsindən cənub-Ģərqdə, Girdiman çayının sol sahilində, 

Niyal  dağının  zirvəsində,  strateji  baxımdan  olduqca  əlveriĢli  bir  ərazidə  yerləĢir. 

Qalaya  əsas  yol  Lahıc  tərəfdəndir.  Lakin  oraya  Sulut  və  Fit  dağı  tərəfdən  də  yol 

var.  Atlı  və  ya  piyadalar  üçün  olan  bu  yolların  hər  ikisi  olduqca  sərt  dağlıq 

ərazilərdən keçir. 

«Niyal»  toponiminin  izahına  dair  müxtəlif  versiyalar  var.  Məsələn,  yazıçı 

M.Süleymanova  görə,  «Niyal»  sözü  Ġran  mənĢəli  olmaqla  «doqquz  yal»  mənası 

bildirir.  Bunu  onunla  izah  edir  ki,  Niyal  dağının  zirvəsi  doqquz  yaldan  ibarətdir 

[221,  16].  O  da  maraqlıdır  ki,  Ġran  ərazisində  də  «Niyal»  adlı  dağ  var.  Bizcə 

«Niyal»  toponimi  ilə  əlaqədar  yuxarıda  deyilənləri  sadəcə  olaraq  zahiri  oxĢarlıq 

kimi  qəbul  etmək  olar.  Biz  o  tədqiqatçılarla  həmfikirik  ki,  onlar  «Niyal» 

toponiminin sırf türk mənĢəli olduğunu qəbul edirlər. Onların fikrincə isə «Niyal» 

qədim  türk  dillərində  iĢlədilən  və  «yaĢıl»,  «göy»,  «ot»,  «bitki»  mənası  bildirən 

«naal»,  «nial»  sözlərindən  əmələ  gəlməklə  «yamyaĢıl  dağ»  deməkdir.  Bu  isə  o 

deməkdir  ki,  irandilli  əhali  oraya  köçürülməzdən  çox-çox  əvvəllər  də  «Niyal» 

toponimi mövcud olmuĢdur [28, 386]. 

Niyal  qalası  mürəkkəb  relyef  Ģəraitində  çox  böyük  ustalıqla  inĢa  edilmiĢ 

nadir  memarlıq  nümunəsidir.  O,  çay  daĢından  və  kirəc  məhlulundan  istifadə 

olunmaqla tikilib (LX-LXTV tablolar). Oradan baxanda, nəinki Lahıc və Girdiman 

çay hövzəsi, bütövlükdə qədim Girdiman vilayətinin geniĢ əraziləri aydın görünür. 

Niyal  qalasının  adı  bir  sıra  orta  əsr  mənbələrində  xatırlanılır.  Məsələn,  X 

əsrə aid  anonim mənbə  olan  «Hüdud  əl-aləm» əsərinə  istinad  edərək  M.X.ġərifli 

yazır ki, LaicanĢah «ġamaxıdan bir fərsəng uzaq hərbi düĢərgədə yaĢayır. Burada 

ucabaĢlı  bir  dağ  vardır.  O,  yastı,  düz,  dördguĢəli,  eni,  uzunluğu  dörd  fərsəngdir. 

Heç  bir tərəfdən yolu  yoxdur, ona yalnız bir tərəfdən çətin və ağır yol  çəkmiĢlər. 

Burada  dörd  kənd  vardır  və  padĢahın  bütün  xəzinə  və  sərvətləri  orada  saxlanılır. 

Onun bütün əhalisi kiĢili-arvadlı orada qalır. Onlar orada  əkər və orada yeyərlər. 

Bu qala «Niyal qala» adlanır [225, 32]. 

Əlbəttə,  burada  söhbət  Niyal  dağındakı  eyni  adlı  qaladan  gedir.  Sara 

AĢurbəyliyə  görə,  mənbədə  göstərilən  dörd  kənd  çox  ehtimal  ki,  Basqal,  Mücü, 

Tircan və Zərnəva kəndləridir [14, 116]. Əlbəttə, bu məsələdə onunla mübahisə də 

etmək olar. Yəni, nə üçün məhz həmin kəndlər? Axı, orada Kəlfərəc, Tağlabiyan 

və Kürdüvan kəndləri də vardır. Həm də onlardan bir neçəsi S.AĢurbəylinin adını 

çəkdiyi  Tircan  kəndinə  nisbətən  Niyal  qalasına  daha  yaxın  ərazidədir  [50,  151-

152]. 


M.X.ġəriflinin  Məsudiyə  istinadən  verdiyi  məlumata  görə,  «Yer  üzərində 

olan  qalalar  içərisində  «Qala  ən-Niyal»  qalasından  daha  möhtəĢəm  qala  yoxdur. 

Məhəmmədin (ġirvanĢah Məhəmməd ibn Yəzid nəzərdə tutulur - Q.C.) əlində olan 

və  Qafqaz  dağlarında  yerləĢən  bu  qala  Ġranda  Siraf  yaxınlığında  Zirbad  adlanan 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə