Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə64/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   60   61   62   63   64   65   66   67   ...   179

130 

 

XANƏGAH QIZ QALASI 



 

Ġsmayıllı  rayonu  ərazisində,  Xənəyə  (Xanəgah)  kəndindən  2,5-3  km 

Ģimalda,  Axox  çayının  sağ  sahilində  yerləĢir  (L  tablo).  Qala  üç  tərəfdən  -  Ģərq, 

Ģimal-Ģərq və cənub-Ģərqdən Axoxçayın sıldırım qayaları, qərb tərəfdən isə Qarasu 

dərəsi  ilə  əhatələnən  hündür  adayabənzər  dağın  üstündə  ucaldılıb  (XLIX  tablo, 

Ģək.1).  Maraqlıdır  ki,  Qız  qalasının  tikildiyi  dağ  özünün  bir  sıra  coğrafi 

parametrlərinə  görə  CavanĢir  qalasının  yerləĢdiyi  dağa  bənzəyir.  Bu  da  onu 

göstərir ki, ilk orta əsrlərdə dağ qalaları  üçün yer seçərkən ərazinin təbii müdafiə 

imkanları xüsusi olaraq nəzərə alınıb. Hərb tarixi araĢdırıcılarının fikrincə, yüksək 

dağlıq  ərazilərdə  uzunmüddətli  mübarizə  və  mühasirəyə  dözümlü  olan  dairəvi 

müdafiə  sistemi  yaratmaq  daha  asandır.  Odur  ki,  müdafiə  qalaları  bu  cəhətdən 

əlveriĢli  müdafiə  imkanları  olan  dağlarda  tikilirdi  [143,  142].  Bu  da  sözsüz  ki, 

düĢmənin  hər  hansı  döyüĢ  texnikası  və  taktikası  qarĢısında  əlavə  üstünlüklər 

yaradırdı. Beləliklə, bu halda ilk baxıĢda sadə təbii topoqrafik komponentlər olan 

yalçın  qayalar,  dərin  yarğanlar  və  sərt  yamaclar  da  sanki  hər  addımda  düĢmənə 

müqavimət göstərirdi (L tablo). 

Xanəgah  qız  qalasına  yaxınlaĢmaq  üçün  yeganə  yol  Qarasu  dərəsindəndir. 

Ora isə yonulmamıĢ çay daĢı və kirəc məhlulu ilə inĢa edilmiĢ xüsusi müdaiə divarı 

ilə  möhkəmlənləndirilib.  Qalaya  giriĢin  və  çıxıĢın  tənzimləndiyi  buraxılıĢ 

məntəqəsi funksiyası daĢıyan bu divar – səddin uzunluğu 28,6 m, hündürlüyü 7 m, 

qalınlığı  isə  1,8  m-dir.  Sel  suları  divar-səddin  çox  hissəsini  dağıdıb.  Yalnız 

kənarlarda,  yamaca  bitiĢən  hissələrdə  divar  qalıqları  gözə  dəyir  (LI  tablo,  Ģək.1). 

Tədqiqatçıların  fikrincə,  divar-səddin  orta  hissəsində  üstü  tağ  formalı  qapı  yeri 

olub [143, 139]. 

Qalanın birinci qapısı hesab edilən müdafiə divarını keçərək Qarasu dərəsi 

ilə  Ģimala  doğru  qalxdıqca  sağ  tərəfdəki  yamacda  qala  divarlarının  qalıqları 

gorünür.  Daha  doğrusu,  sıldırım  qayalıqdakı  ara-sıra  boĢluqlar  qala  divarları  ilə 

möhkəmləndirilib.  Yastana  çatdıqda  qədim  yol-cığır  izi  Ģərqə  doğru  istiqamət 

alaraq qalanın Ģimal küncünün tamamlandığı yala qalxır. ġərq tərəfdən Axoxçay, 

qərb tərəfdən isə Qarasu dərəsi ilə əhatələnən yalda istehkam xarakterli xəndək və 

tikinti qalıqlarının olduğu aydın bilinir. 

Qalanın əsas qapısının Ģimal-qərb tərəfdən olduğu güman edilir [143, 139]. 

Doğrudur, abidənin qərb kənarında, Qarasu dərəsinə enən yerdə də kiçik qapı yeri 

var. Hündürlüyü 2 m, eni 1 m olan bu qapıdan görünür, qalaya ərzaq və içməli su 

daĢımaq üçün istifadə olunub. Abidənin Ģimal küncündən baĢlayaraq qala divarları 

təpənin həm Ģərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır. Qalanın 

Ģimal istiqamətdə olan ən möhtəĢəm bürcünün hündürlüyü 12-15 m-ə çatır (LI-LIII 

tablolar). 

Qala  divarlarının  çöl  tərəfi  bütünlüklə  yüksək  dərəcədə  mailliyi  olan  sərt 

yamaclardan  və  sıldırım  qayalıqlardan,  içəri  tərəfi  isə  xırda  təbii  terraslardan 




131 

 

ibarətdir. Qalanın cənub terrası ilə üst terras arasında, qalıqları aydın bilinən istinad 



divarı  var  (LIII  tablo,  Ģək.2).  Dağın  ən  hündür  yerindəki  terras-yastandan  fərqli 

olaraq digər terraslar maili vəziyyətdədir. Sahəsi təqribən 300 m

2

 olan və qalanın 



Ģərq  divarı  ilə  hüdudlanan  üst  terrasda,  bir  neçə  yerdə  bürc  və  divar  qalıqları 

olduğu aydın bilinir. Qalanın tədqiqatçıları həmin ərazinin yerüstü əlamətlərini və 

oradakı tikinti qalıqlarının qapalı quruluĢa malik olduğunu əsas götürərək, oranın 

iç qala olduğunu ehtimal edirlər [143, 141]. Ġç qala qalanın digər hissələrindən sərt 

eniĢlərlə  ayrılır.  Orada  çoxsaylı  daxili  tikililər  olduğu  aydın  bilinir.  Onlardan 

yaĢayıĢ və anbar məqsədilə istifadə olunduğu güman edilir. YonulmamıĢ çay daĢı 

və kirəc məhlulu ilə inĢa edilmiĢ həmin tikintilərin əksəriyyətinin bünövrə hissəsi 

bu gün də salamat vəziyyətdə qalmaqdadır (LV tablo, Ģək.2, LVI-LVIII tablolar). 

Xanəgah qız qalasında 6 yerdə qala bürcü qalıqları olduğu bilinir. Onlardan 

üç ədədi Ģimal, bir ədədi Ģimal-qərb, bir ədədi Ģərq tərəfdə, daha bir ədədi isə üst 

terrasla cənub terras arasındakı istinad divarındadır. Ġstinad divarı üstündəki bürc 

dairəvi,  digər  bürclər  isə  yarımdairəvi  formadadır.  Salamat  qalmıĢ  yerlərdə  qala 

divarların  hündürlüyü  6-7  m,  qalınlığı  isə  1,5  m-dir.  Qalanın  ümumi  sahəsi 

təqribən 1,5 hektara bərabərdir [50, 184]. 

Xanəgah  qız  qalasında  kəĢfiyyat  xarakterli  ilkin  tədqiqatlar  F.L.Osmanov 

tərəfindən keçən əsrin 60-cı illərində aparılıb [188, 61-62]. 70-ci illərin sonlarında 

F.L.Osmanov  və  memar  C.Ə.Qiyasi  yenidən  Xanəgah  qız  qalasının  tədqiqinə 

maraq göstərmiĢlər [143, 139-143]. 

C.Qiyasi  və  F.Osmanovun  fikrincə,  qalanın  tikintisində  biĢmiĢ  kərpicdən 

üzlük material kimi istifadə edilib [143, 141]. Əslində isə qala divarları tikilərkən 

deyil,  onun  sonralar  müxtəlif  səbəbdən  dağıntıya  məruz  qalan  hissələrinin 

bərpasında inĢaat materialı kimi, həm də biĢmiĢ kərpicdən istifadə olunub. Bərpa 

edilən  hissələrin  qala  dərəsinə  giriĢin  yaxınlığında  olması  da  bu  ehtimala  əsas 

yaradır (LIV tablo). Yəni, qalaya ilk həmlə məhz həmin istiqamətdən ola bilərdi. 

Qala  divarlarının  bərpasında  daha  çox  20,5x20,5;  23x5  sm  ölçülü  kərpiclərdən 

istifadə olunub. 

Xanəgah  qız  qalasının  dövrü  barədə  mülahizə  söyləyərkən  oradakı  ilkin 

tikinti  qalıqları  ilə  bərpa  elementləri  bir  sıra  hallarda  nəzərə  alınmayıb.  Beləliklə 

də,  orada  aparılmıĢ  təmir  və  bərpa  iĢləri  zamanı  istifadə  olunmuĢ  biĢmiĢ  kərpic 

nümunələri  əsasında qalanın XI əsrdə tikildiyi barədə fikirlər meydana gəlmiĢdir. 

Bizə  belə  gəlir  ki,  XI  əsrdə  orada  sonuncu  dəfə  əsaslı  təmir  və  bərpa  iĢləri 

aparılmıĢdır.  Qalanın  tikilmə tarixini isə  VII-VIII əsrlərə  aid  etmək  daha  düzgün 

olardı.  Xatırladaq  ki,  memarlıq  xüsusiyyətləri,  habelə  relyef  və  məkan  amilləri 

baxımından, onunla CavanĢir qalası arasında çox ciddi oxĢarlıqlar var. Ola bilsin 

ki, bu qalaların hər ikisi eyni hökmdarın sifariĢi və həm də eyni mühəndis-ustaların 

təxəyyülü əsasında inĢa edilib [62, 59]. 

Fikrimizcə,  Xanəgah  qız  qalasının  tikilmə  dövrünü  müəyyənləĢdirmək 

baxımından  «Xanəgah»  toponiminin  də  müəyyən  rolu  ola  bilər.  Məlum  olduğu 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə