Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə66/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   62   63   64   65   66   67   68   69   ...   179

134 

 

vilayətdə Ġran körfəzi sahilinə yaxın olan yerdəki Diqdan qalasından sonra ən yaxĢı 



möhkəmləndirilmiĢ qaladır» [225, 8]. 

Bəzi tədqiqatçılar elə güman edirlər ki, Niyal qalası guya tarixi mənbələrdə 

adı  çəkilən  Girdiman  qalasıdır.  Əlbəttə,  bu  cür  düĢünmək üçün  müəyyən  əsaslar 

var.  Birincisi,  Niyal  qalası,  yuxarıda artıq  qeyd  olunduğu  kimi  Girdiman  çayının 

sahilindədir. Ġkincisi, o, tikilmə tarixi baxımından Girdiman qalasına uyğun gəlir. 

Lakin  bunlar  kifayət  edirmi  ki,  Niyal  qalasının  məhz  Girdiman  qalası  olduğunu 

söyləyək? Bizcə yox! Birincisi, ona görə ki, Girdiman qalası orta əsr alban tarixçisi 

M.Kalankatuklunun  təsvirindən  göründüyü  kimi,  sadəcə  qala  deyil,  qala-Ģəhər 

olub. Hansı ki, Niyal qalası barəsində bu sözləri demək olmaz. Çünki, onun ərazisi 

olduqca  kiçikdir.  Ġkincisi,  M.Kalankatuklunun məlumatına  görə,  Girdiman qalası 

ərazisində Girdiman hökmdarı CavanĢir tərəfindən olduqca dəbdəbəli Allah  evi - 

məbəd  tikilib.  Niyal  qalası  ərazisində  isə  belə  bir  möhtəĢəm  tikintinin  olduğu 

barədə ümumiyyətlə, danıĢmağa belə dəyməz. Nəhayət, ən ciddi arqument odur ki, 

«Hüdud əl-aləm»də Niyal qalası ilə Girdiman qalasının adı yanaĢı çəkilir. Deməli, 

onları eyniləĢdirmək üçün əsas yoxdur. 

Əzəmətliliyi,  mühəndis-texniki  həlli  və  memarlıq  quruluĢu  baxımından 

Niyal qalasının Azərbaycanın erkən orta əsrlər dövrünün möhtəĢəm müdafiə qala-

istehkamları  arasında  özünəməxsus  yeri  var.  Çox  ehtimal  ki,  bu  qala  irandilli 

əhalinin Girdiman hövzəsində məskunlaĢdırıldığı dövrdən bir qədər sonra, təqribən 

VII-VIII əsrlərdə tikilib. 

LaicanĢahın  hərbi  düĢərgəsinin,  xəzinəsinin  və  zindanının  da  yerləĢdiyi 

Niyal  müdafiə  qalası  olmaqdan  əlavə,  həm  də  müĢahidə  məntəqəsi  funksiyası 

daĢıyıb.  Bir  daha  qeyd  edək  ki,  cənubda  Kür  çayınadək,  qərbdə  Qəbələyədək, 

Ģərqdə isə ġamaxıyadək olan geniĢ ərazilər oradan çox yaxĢı görünür. Bu isə yerli 

feodallar  üçün  ətraf  ərazinin  müĢahidəsi  və  qalanın  müdafiəsinin  təĢkili 

baxımından çox əhəmiyyətli idi. 

 

FĠT QALASI 

 

Girdiman  hövzəsinin  mühüm  hərbi-strateji  əhəmiyyət  kəsb  edən  müdafiə 



tikililərindən birisi də Fit dağının zirvəsində yerləĢən qaladır. Bu qala dağın adına 

uyğun olaraq Fit qalası adlanır [50, 217-247]. Fit dağı cənubdan və Ģərqdən Haram 

dərəsi, qərbdən Niyal dağ silsiləsi, Ģimaldan BaĢ suayrıcı, cənub-qərbdən isə Mücü 

çayına baxan sıldırım qayalıqlarla əhatə olunub. Ġlk vaxtlar bu  yerlərə ov etməyə 

və  ya  giləmeyvə  tədarükünə  gələn  qədim  insanlar,  müəyyən  zaman  keçdikdən 

sonra  orada  özünə  sığınacaq  və  istehkamlar  yaratmalı  olublar.  Erkən  orta  əsrlər 

dövründə  xaricdən  olan  basqın  və  hücumların  artması  ilə  ətrafdakı  yaĢayıĢ 

məntəqələrinin  əhalisinin  dağlara,  o  cümlədən  Fitə  çəkilməsi  prosesi  həyati 

zərurətə  çevrilib.  Bax,  elə  o  zamandan  yerli  sakinlər  tərəfindən  Fit  dağında ilkin 

müdafiə sədləri yaranıb. 




135 

 

Fit qalasına əsas yol Haram dərəsi tərəfdən çıxır. Oraya ancaq piyada və ya 



atla  çıxmaq  mümkündür.  Dağın  Ģərq  yamacında,  Haram  çayının  yatağından 

təqribən  250-300  m  yüksəkdə  iri  daĢlardan  tikilmiĢ  siklop  tikililərinə  bənzəyən 

sədd-divar  izləri  qalmaqdadır.  Dağın  zirvəsində  isə  az  qala  hər  addımda  tikinti 

izlərinə rast gəlinir. Bütün bunlar isə Fit qalasının qədim tarixindən xəbər verir. 

Fit dağı, Fit Ģəhəri və Fit qalası ilə bağlı əfsanə və həqiqətlərin xeyli hissəsi 

A.P.Fituni tərəfindən toplanaraq çap olunub [633, 75-140]. A.P.Fituninin yazdığına 

görə,  Xarasov  və  Lahıc  zonasının  qədim  əhalisi  barəsində  məlumatları  ilk  dəfə 

1914-cü  ildə  professor  Lopatinski  Bakı  məktəblərindən  birində  müəllim  iĢləyən 

Arsen  Balayana  söyləyib.  O,  da  öz  növbəsində  Fituniyə  təklif  edib  ki,  qıĢ  tətili 

günlərində  həmin  yerlərə  birlikdə  səfər  etsinlər.  Fituninin  bildirdiyinə  görə, 

A.Balayan  bu  vaxt  Albaniya  tarixini  yazmaqla  məĢğul  idi.  Lakin  son  anda 

xəstələndiyindən,  o,  səfərdən  imtina  edir.  Beləliklə,  bu  yerlərin  əhalisinin  dilini, 

məiĢətini  öyrənmək,  folklor  nümunələrini  toplamaq,  abidələri  ilə  tanıĢ  olmaq 

məqsədilə Fituni 1915-ci ildə Fit qalasında olub [633, 75]. Əfsuslar olsun ki, həm 

A.P.Fituni, həm də digər erməni müəllifləri Fit haqqındakı əfsanələri təhrif etmək 

və  saxtalaĢdırmaq  yolu  ilə  onların  ermənilərə  mənsub  olduğunu  əsaslandırmağa 

çalıĢıblar  [408].  A.P.Fitunin  1927-ci  ildə  nəĢr  etdirdiyi  məqaləyə  daxil  etdiyi 

həmin əfsanələri bəzi ixtisarlarla oxuculara təqdim edirik: 



Birinci əfsanə. Qədim zamanlarda ġirvanda məĢhur olan bir gözəl olub. O, 

yaxĢı ney və məftunedici fit çalmaqla mahir olan ġirvan çobanlarından birinə aĢiq 

olubmuĢ. Sürü onun fiti ilə hərəkət edərmiĢ. Çobanın fiti sürünün otlaması, suya 

getməsi, axĢamlar örüĢdən qayıtması üçün bir növ siqnal olardı. Çoban da ġirvan 

gözəlinə  bərk  aĢiq  olubmuĢ.  Sən  demə,  Ģah  da  ġirvan  gözəlini  ələ  keçirmək 

iĢtahasına  düĢübmüĢ.  Bu  məqsədlə  də  Ģah  ġirvan  gözəlini yüksək  dağ  zirvəsində 

tikdirdiyi qalaya saldırır. Çoban bundan çox  əzab çəkir və qərara alır ki, nə yolla 

olursa olsun sevgilisini qaladan çıxararaq Ģahın gözündən uzaq yerdə birlikdə gizli 

yaĢasınlar. Bu məqsədlə çoban qalayçı paltarı geyərək qala qarĢısına gəlir, özünün 

mahnılarını oxumağa və fitdə çalmağa baĢlayır. ġirvan gözəli bu melodiyanı eĢidən 

kimi anlayır ki, sevgilisi onu xilas etməyə gəlib. O, dərhal qaladan qaçaraq çobana 

qovuĢur. Sevgililər hasardan təzəcə aralanıbmıĢlar ki, Ģahın əyanları onlara çatır və 

belə bir ədəbsizlik etdiyinə görə, çobanı öldürərək təpənin üstündə basdırırlar. 

Deyilənlərə  görə,  o  vaxtdan  həmin  təpə  «Qanlı  təpə»  adını  daĢıyır. 

Əfsanəyə  görə,  elə  o  vaxtdan  çobanın  fitinin  sədaları  qayalara  hopub.  Odur  ki, 

oradan  ötənlər  həmiĢə  nə  isə  fit  səsi  eĢidirlər.  Elə  buna  görə  də  həmin  dağa  Fit 

dağı, oradakı qalaya isə Fit qalası deyirlər [633, 111-112]. 

Əfsanəyə əlavə olaraq bildirək ki, Fit dağında həqiqətən də «Qanlı təpə» və 

«Qanlı qaya» adlı yer var. 

A.P.Fituni təqdim olunan əfsanənin daha bir variantını da çap etdirib. Orada 

deyilir  ki,  xan  qızı  bir  çobana  aĢiq  olubmuĢ.  Atası  isə  onu  çobana  verməyə  razı 

deyilmiĢ.  Bu  biabırçılıqdan  xilas  olmaq  üçün  xan  qızını  qalaya  saldırır  və  daimi 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə