Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə63/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   59   60   61   62   63   64   65   66   ...   179

128 

 

CavanĢirin qəflətən, həm də xaincəsinə qətlə yetirilməsi Albaniyada böyük matəmə 



səbəb  olub.  Təbiidir  ki,  belə  anlarda insanlar  daha  çox  Vətən  və  xalq  qarĢısında 

xidmətləri  olan  Ģəxsiyyətlərin xatirəsinin  əbədiləĢdirilməsi barədə  düĢünürlər.  Bu 

mənada  görkəmli  dövlət  xadimi,  bacarıqlı  sərkərdə  və  mahir  diplomat  olan 

CavanĢirin xatirəsini əbədiləĢdirmək məqsədilə doğma Girdiman vilayətində onun 

Ģərəfinə belə bir əzəmətli qala tikilməsi mümkün idi. 

Əfsuslar  olsun ki,  Azərbaycanın  erkən  orta  əsrlər tarixinin öyrənilməsi  ilə 

məĢğul  olan  tədqiqatçılardan  bir  çoxu  uzun  illər  ərzində  bu  abidə  barəsində 

susmuĢlar. Bunun bilərəkdənmi, yaxud da sadəcə olaraq məlumatsızlıq ucbatından 

baĢ verdiyini demək çətindir. Fakt odur ki, son 50 il ərzində çap olunmuĢ bir sıra 

fundamental  nəĢrlərdə,  o  cümlədən  «Azərbaycan  tarixi»  və  «Azərbaycan 

memarlığının  tarixi»  kimi  ümumiləĢdirici  nəĢrlərdə,  habelə  K.V.Treverin, 

Z.M.Bünyadovun,  D.A.Axundovun,  F.C.Məmmədovanın  tədqiqatlarında  bu 

abidənin adı belə çəkilməyib. 

 

GĠRDĠMAN QALASI 



 

Bu  qala  barəsində  ən  müfəssəl  məlumata  M.  Kalankatuklunun  «Albaniya 

tarixi» əsərində rast gəlirik [120, 101, 128, 134, 202]. Alban tarixçisinin yazdığına 

görə, qala Mehranilərin dördüncü nümayəndəsi olan Cəsur Vardan tərəfindən «üç 

il ərzində tikilib» [120, 101]. VII əsrin ortalarında isə CavanĢirin Ģəxsi təĢəbbüsü 

ilə Girdiman qalasında Allah naminə müqəddəs kilsə inĢa edilib. M.Kalankatuklu 

bu barədə belə yazır: «Müdrik CavanĢir Ġsa Xaçı üçün (söhbət Bizans imperatoru II 

Konstantın  ona  hədiyyə  etdiyi  Müqəddəs  Xaçdan  gedir  -  Q.C.)  layiq  olan  yer 

axtardı və öz doğma vilayətində, Girdiman qalasında onun üçün Allah evi tikdirdi 

və  Ġsa  peyğəmbərin  Ģərəfinə  buranı  həddindən  artıq  bəzətdirdi»  [120,  128]. 

«Rəssamları  dəvət  edib  onları  kilsəni  baĢdan  ayağa  kimi  qızılla  və  ipəklə 

bəzətdirdi,  dünyanın  ĠĢığını  hifz  edən  aramgahın  qapısını  gümüĢlə  bəzədib  və 

üzərinə naxıĢlar saldırdı» [120, 135]. Alban hökmdarı hərbi səfərləri ərəfəsində və 

döyüĢ əməliyyatlarından sonra oraya gələrək Allaha dua edərmiĢ. 

Girdiman  qalası  haqqında  məlumatlara,  əl-Bəlazurinin,  ət-Təbərinin,  Ġbn 

Fəqihin,  Xaqani  ġirvaninin  və  Fələki  ġirvaninin  əsərlərində,  habelə,  X  əsrə  aid 

anonim mənbə olan «Hüdud əl-aləm»də rast gəlirik [223, 91]. O da maraqlıdır ki, 

orta  əsr  mənbələrinin  bir  qismində  Girdiman  daha  çox  Ģəhər-qala  kimi  təsvir 

olunur, onun Ərdəbil, Təbriz, Naxçıvan, ġəki və ġabranla birlikdə «abad, xürrəm 

və  nemətli  Ģəhər  olduğu»  bildirilir  [225,  284].  Bu  baxımdan  XII  əsrdə  yaĢamıĢ 

görkəmli Azərbaycan Ģairi Fələki ġirvaninin aĢağıdakı qəsidəsi də maraq doğurur: 

 

Qoy mən kafir olum, əgər dünya padiĢahlarından biri 



Haçansa Girdiman və Səduna bənzər Ģəhər tikmiĢsə [43, 152]. 

 



129 

 

Göründüyü  kimi,  Fələki  ġirvani  Girdimanı  ġirvanĢah  III  Mənuçöhr 



tərəfindən tikilmiĢ bənzərsiz bir Ģəhər kimi təqdim edib. 

Girdiman qalasının harada olduğu barədə hələlik tarixçilər arasında yekdil 

fikir yoxdur. «Hüdud əl-aləm»ə, Xaqani və Fələki ġirvanilərə görə, bu qala ġirvan 

ərazisində olub [223, 91]. A.P.Fituni də onun ġirvan ərazisində, daha dəqiq desək 

Fit  dağında  olduğunu  bildirib  [633,  20].  S.T.Yeremyan  [421,  79;  423,  27-30], 

Z.M.Bünyadov [349, 88], Q.Ə.Qeybullayev [379, 186] və bəzi digər tədqiqatçılar 

isə  onun  Albaniyanın  qərbində,  indiki  ġəmkir  və  ya  Qazax  rayonları  ərazisində 

olduğunu ehtimal ediblər. 

Göründüyü  kimi,  Girdiman  qalasının  lokalizəsi ilə  bağlı  elmi  ədəbiyyatda 

iki ehtimal mövcuddur. Son illərin tədqiqatlarına əsasən qəti surətdə deyə  bilərik 

ki,  Girdiman  vilayətinin  və  Girdiman  qalasının  Albaniyanın  qərbində  olduğu 

barədə  ehtimalların  heç  bir  ciddi  elmi  əsası  yoxdur.  Yəni,  həm  yazılı  mənbələr, 

həm çoxsaylı arxeoloji və etnoqrafik materiallar, həm də çox ciddi elmi dəlil kimi 

dəyərləndirilə  bilən  bir  sıra  qədim  toponimlər  Girdiman  vilayətinin,  təbiidir  ki, 

həm də Girdiman qalasının məhz ġirvan ərazisində olduğunu təsdiqləyir. Bununla 

belə, onun konkret olaraq ġirvanın harasında olması məsələsi hələ də müzakirə və 

diskussiya  predmeti  olaraq  qalmaqdadır.  Doğrudur,  bəzi  müəlliflərin,  o  cümlədən 

M.X.ġəriflinin  fikrincə,  Albaniyanın  bir  sıra  orta  əsr  Ģəhər  və  qalaları  kimi, 

Girdiman  da  hərbi,  siyasi  və  ya  təbii  hadisələr  nəticəsində  dağıldığından 

zəmanəmizə  qədər  gəlib  çatmamıĢdır  [225,  342-343].  Əlbəttə,  bu  fikirlə  tam 

mənada  razılaĢmaq  düzgün  olmazdı.  Çünki  əsrlər  boyu  mövcud  olmuĢ  qala  və 

Ģəhərlər heç bir iz qoymadan tarix səhnəsindən yox ola bilməz. Və əgər orta əsrlərə 

aid hansısa qalanın və ya Ģəhərin yeri hələlik müəyyən olunmayıbsa, bu heç də o 

demək deyildir ki, ondan heç bir əsər-əlamət qalmayıb. Ola bilsin ki, haradasa iz 

qalıb,  sadəcə  olaraq  biz  hələlik  onun  yerini  bilmirik.  Bu  baxımdan  2004-cü  ildə 

Ağsu rayonu ərazisində aĢkar edilən Ģəhər-qala bizcə daha çox Girdiman qalasının 

mənbələrdə 

göstərilən 

koordinatlarına 

uyğun 


gəlir 

[60]. 


Məsələn, 

M.Kalankatukluya  görə,  Girdiman  «ġərq  dənizinin  yaxınlığında»  [120,  130] 

yerləĢir.  Bu  cəhətdən  Girdiman ərazilərini tədqiq  edən  M.Barxudaryanın qeydləri 

də əhəmiyyətlidir. O, yazır: «Girdiman, Ağsu xarabalıqlarının qərbində, Girdiman 

çayının sol sahilində yerləĢir. Girdiman vilayətinin mərkəzi və vilayət hakimlərinin 

iqamətgahı  da  məhz  orada  olub»  [324,  90].  Yuxarıda  artıq  qeyd  edildiyi  kimi, 

Ağsu rayonu ərazisindəki VI-IX əsrlərə aid Ģəhər  - qala da Girdiman çayının sol 

sahilindədir. Qalanın ətrafı Sasani dövrü arxitekturasında geniĢ yayılan, tərkibində 

saman qatıĢığı olan çiy kərpiclə hörülən möhtəĢəm divarla möhkəmləndirilib [61]. 

Söhbət Mehrəvan Ģəhərinin qalıqlarından gedir. 

 

 

 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə