Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə59/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   55   56   57   58   59   60   61   62   ...   179

120 

 

silsiləsinin  cənub  yamacının  ətəklərindəki  geniĢ  düzlərdə  keçid-istehkamlar 



axtarmağın  özü  məntiqsizlikdir.  Odur  ki,  F.V.Qədirovun  KələĢ  və  həmçinin, 

Alazan-Həftəran  vadisindəki  bir  sıra  digər  abidələri  keçidlərdə  tikilmiĢ  hərbi-

müdafiə istehkamları kimi təqdim etməsi fikri ilə razılaĢmaq olmaz. Məlum olduğu 

kimi,  bu  cür  istehkamlar,  adətən,  BaĢ  suayrıcında  və  ona  yaxın  yerlərdə  olan 

keçidlərdə tikilib və Ģimaldan, Rusiya çöllərindən axıĢıb gələn köçərilərin basqın 

və hücumlarının qarĢısını almaq məqsədi güdüb. Təbiidir ki, yadelli qəsbkarların 

hücumlarının qarĢısını dağ keçidlərində kəsmək daha münasib idi. Əksinə, həmin 

qüvvələr BaĢ suayrıcını aĢaraq Alazan-Həftəran çökəkliyinə enəndən sonra onların 

qarĢısını hər hansı bir sədlə almaq olduqca çətin idi. 

 

QALA VƏ ĠSTEHKAMLAR 



 

Tarixdən  bəlli  olduğu  kimi,  erkən  orta  əsrlər  dünyanın  nəhəng 

imperiyalarının  toqquĢduğu,  müharibə  və  hərbi  yürüĢlərin,  basqın  və  qarətlərin 

tüğyan  etdiyi  bir  dövr  olub.  Bu  dövrdə  ġərqlə  Qərbin,  Avropa  ilə  Asiyanın 

qovĢağında olan Cənubi Qafqaz, o cümlədən Albaniya əraziləri də aramsız hərbi 

əməliyyatlar meydanına çevrilib. Belə bir mürəkkəb hərbi-siyasi durumda təbiidir 

ki, nəinki ölkələrin və vilayətlərin, hətta ayrı-ayrı Ģəhərlərin və Ģəhər tipli yaĢayıĢ 

məntəqələrin  müdafiəsini  təĢkil  etmək  zəruriyyəti  ön  plana  çıxıb.  Azərbaycan 

ərazisindəki  qala  və  istehkamların  əksəriyyətinin  məhz  həmin  dövrdə  tikilməsi 

deyilənlərə sübutdur [143; 461; 462]. 

Mütəxəssislər qala və istehkam tipli müdafiə tikililərini lokal və ya regional 

əhəmiyyət daĢımaları etibarı ilə iki əsas qrupa bölüblər. Gilgilçay, BeĢbarmaq və 

Dərbənd sədləri kimi geniĢ əraziləri əhatə edən nəhəng tikililər təbiidir ki, regional 

əhəmiyyətli  müdafiə  tikililəri  hesab  olunurdu.  Bu  tikililər  daha  çox  ölkələrarası 

müharibələr zamanı müdafiənin təĢkili məqsədinə xidmət etməklə, olduqca böyük 

ərazilərin təhlükəsizliyini təmin edirdi. Bu mənada onlar əslində qlobal əhəmiyyətli 

müdafiə tikililəri idi [143, 133]. 

Regional  müdafiə  sistemindən  fərqli  olaraq  lokal  əhəmiyyətli  müdafiə 

tikililəri daha çox daxili feodal müharibələri zamanı müdafiə sisteminin təĢkilinə 

xidmət  edirdi.  Onların  qapalı  və  ya  yığcam  quruluĢu  əsasən  məhdud  hərbi 

əməliyyatlara hesablanmıĢdır. Bu qəbildən olan tikililər üçün dağ qalaları xüsusilə 

xarakterikdir  [143,  133].  CavanĢir  qalası,  Xaçmaz  Govur  qalası,  Xanagah  qız 

qalası,  Bum  qalası,  Fit  qalası,  Niyal  qalası  və  bu  kimi  tikintilər  lokal  müdafiə 

sistemlərinə daxil olan  ən xarakterik nümunələr hesab edilə bilər. Əlbəttə, zaman 

və  Ģəraitdən  asılı  olaraq  bu  qalalardan  həm  də  iri,  dövlətlərarası  hərbi 

əməliyyatlarda  istifadə  olunub.  Xatırladaq  ki,  yaĢayıĢ  məntəqələrindən  uzaqda, 

əsasən dağlıq ərazilərdə, həm də strateji baxımdan olduqca əlveriĢli yerlərdə inĢa 

edilən  bu  qalalar,  eyni  zamanda  o  dövrün  hərbi  bazaları  hesab  olunurdu.  Onlar 

ətraf  ərazilərin hərbi təhlükəsizliyini  təmin  etmək  funksiyasını  yerinə  yetirirdilər. 



121 

 

Yəni, bu və ya digər qala və orada saxlanan qarnizon ərazisində yerləĢdiyi feodal 



mülklərinin və oradan keçən ticarət yollarının təhlükəsizliyini təmin etməyə borclu 

idi.  Mütəxəssislərin  fikrincə,  «dağ  qalaları  özlərinin  baĢlıca  funksiyasını  məhz 

ölkənin ən ağır anlarında - yerli hakimlərin və əhalinin sığınacaq yerinə çevriləndə 

yetirmiĢ  olurdu»  [143,  133].  Təbiidir ki,  belə  vaxtlarda  dağ  qalaları təkcə  passiv 

müdafiə məntəqəsi olaraq qalmırdı. Yəni, qalalardakı hərbi qarnizonların gücündən 

və imkanlarından asılı olaraq onlar bəzən fəal hərbi əməliyyatlara da qoĢulurdular. 

Akademik  Z.M.Bünyadovun  əl-Təbəri  və  Ġbn  əl-Əsirə  istinadən  yazdığına  görə, 

ərəb hücumları zamanı Albaniya mərzbanı Ġsfəndiyar ərəbləri xəbərdar etmiĢdi ki, 

bu ölkəni fəth etmək çətin olacaq. Çünki xalq çoxlu qalaları olan dağlara çəkilib və 

imkan düĢdükcə oradan ərəblər üzərinə həmlələr edəcək [43, 79]. 

Qüvvələrin  qeyri-bərabər  olduğu  vaxtlarda  mövqeləri  tərk  edərək  daha 

keçilməz  ərazilərə  geri  çəkilmək  imkanları  dağ  qalalarının  hərbi  strateji 

əhəmiyyətini  daha  da  artırırdı.  Yəni,  düĢmən  güclü  hərbi  həmlələr  hesabına  bu 

qalalara daxil olduğu təqdirdə, onların müdafiəçiləri dağlara və meĢələrə çəkilərək, 

əlçatmaz  yerlərdə  müdafiəni  təĢkil  etmək  imkanlarına  malik  idi.  Beləliklə, 

dağlardakı  müdafiə  qalaları  əslində  özündən  daha  etibarlı  dağlara  və  təbii 

istehkamlara  söykənirdi.  Bu  isə  ən  ciddi  döyüĢlər  zamanı  belə  əhalinin  və  hərbi 

qarnizonun itkilərdən qorunub saxlanması üçün çox mühüm amil idi. 

Dağ  qalalarının  özünümüdafiə  imkanları  yüksək  olduğundan,  onlar  hətta 

uzunmüddətli mühasirələrə belə tab gətirə bilirdilər. Yəni, ətraf əraziləri zəbt edən 

düĢmən  bəzən aylarla,  illərlə  bu  və  ya  digər  qalanın  fəth  olunması  üçün  vaxt  və 

qüvvə  itirməli  olurdu.  Bəzz  qalası,  Əlincə  qalası,  Fit  qalası,  Gülüstan  qalası, 

Gələsən-görəsən qalası və neçə-neçə digər qalaların məhz bu cür rəĢadətlə müdafiə 

olunduğuna  dair  orta  əsr  mənbələrində  istənilən  qədər  məlumatlara  rast  gəlmək 

mümkündür. 

Qazan  xanın  vəziri  və  dövrünün  görkəmli  alimi  olan  RəĢidəddin  öz 

qeydlərində  müdafiə  qalalarının  əhəmiyyətindən  bəhs  edərkən,  vilayət 

hakimlərindən  onların tikintisi,  bərpası  və abad  vəziyyətdə  saxlanması  məqsədilə 

vəsait  ayırmalarını  tələb  edirdi.  O,  məktublarından  birində  Qara  Buğaya  hakimi 

olduğu vilayətin sığınacaq qalasını möhkəm saxlamağı tövsiyə edərək yazırdı: «Bu 

qalanın bürclərinin möhkəmləndirilməsi və xəndəklərinin qazılmasında ən xırda iĢi 

belə  yaddan  çıxarma,  çünki  dərəbəylik,  qarmaqarıĢıqlıq  və  bədbəxtlik  zamanı 

gələndə  o  bizim  uĢaqlarımız  üçün  sığınacaq  yeri  olar,  elə  yer  ki,  (orada)  bizim 

tərəfdarlarımız  və  nəvələrimiz  qala  bilər»  [595,  188].  Fikrimizcə,  orta  əsrlərdə 

təkcə  Azərbaycan  ərazisində  deyil,  bütövlükdə  ġərqdə  geniĢ  yayılmıĢ  olan  qız 

qalalarının  təyinatını  da  məhz  bu  yöndən  izah  etmək  daha  məqsədəuyğun  olardı 

[47, 87-93]. 

Müdafiə  qalaları  üçün  yer  seçilərkən  bir  sıra  vacib  amillər,  xüsusilə  də 

ərazinin  içməli  su  ilə  təchizatı  imkanları  mütləq  nəzərə  alınırdı.  Girdiman 

vilayətindəki  müdafiə  qalalarının  demək  olar  ki,  əksəriyyətinin  çay  kənarında 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə