Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə55/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   51   52   53   54   55   56   57   58   ...   179

112 

 

Lahıc  ustaları  heç  də  bütün  sənət  sahələrində  xarüqələr  yaratmayıblar.  Amma 



Lahıc misgərlərinin həqiqətən xarüqələr yaratdığı barədə isə baĢqa fikir ola bilməz. 

Lahıc  xalçaçıları,  Lahıc  silahsazları  barədə  də  eyni  sözləri  demək  olar.  Həmin 

sənət  sahələrinin  tarixi  uzun  illərdir  ki,  araĢdırılır  və  yəqin  ki,  bundan  sonra  da 

araĢdırılacaqdır.  Uzun  illərdir  ki,  Lahıc  ustalarının  ayrı-ayrı  tarixi  dövrlərdə 

istehsal etdikləri zəngin və rəngarəng çeĢidli sənətkarlıq məmulatının, o cümlədən 

dünyanın  bir  çox  ölkələrindəki  muzeylərin,  Ģəxsi  kolleksiyaların  yaraĢığına 

çevrilmiĢ nadir sənət incilərinin bədii-texniki və sənətkarlıq xüsusiyyətləri ilə bağlı 

tədqiqatlar aparılır və sözsüz ki, bundan sonra da aparılacaqdır. Əfsuslar olsun ki, 

hələlik  Lahıc ərazisində arxeoloji  tədqiqat iĢləri aparılmayıb.  Bunsuz  isə  Lahıcın 

tarixini dərindən və hərtərəfli araĢdırmaq qeyri-mümkündür. 

 

KÜRDÜVAN 

 

Kürdüvan  Basqal  və  Mücü  çayları  arasında,  ġamaxıdan  Qəbələyə  gedən 

yolun  üstündə  yerləĢən  qədim  yaĢayıĢ  yeridir.  Adı  ilk  dəfə  X  əsrə  aid  anonim 

mənbə  olan  «Hüdud  əl-aləm»  əsərində  xatırlanır.  Orada  deyilir  ki,  ġirvanda 

Kürdüvan  adlı  kiçik,  abadan  və  nemətli  bir  Ģəhər  vardır  [651].  XII  əsrə  aid 

mənbədə  gürcü  çarı  IV  Davidin  1120-ci  ildə  ġirvana  hücumu  zamanı  Lahıcla 

bərabər  Kürdüvanı  da  talan  etdiyi  bildirilir  [353,  37].  XV  əsr  müəllifi  Bədr 

ġirvaninin «Divan» əsərində də Kürdüvanın adı xatırlanır [212]. V.F.Minorskinin 

orta əsr mənbələrinə istinadən yazdığına görə, LayzanĢah Əbu Tahirin nəvəsi Əbül 

Heysəm (vaxtı ilə o, Tabasaran Ģahı olub) Kürdüvanda dəfn olunub [523, 50]. 

Kürdüvan və ona bitiĢik ərazilərdə antik dövrdən baĢlayaraq intensiv həyat 

olub  [550,  48-50].  Kürdüvanla  yanaĢı  olan  Xankəndi  ərazisində  orta  əsrlərə  aid 

çoxsaylı tikinti qalıqları mövcuddur. Orada vətəndaĢlar öz Ģəxsi həyətlərində quyu 

və  ya  xəndək  yeri  qazarkən  tez-tez  daĢdan  və  ya  biĢmiĢ  kərpicdən  inĢa  edilmiĢ 

tikinti qalıqları  üzə  çıxır.  Kəndin  mərkəzi hissəsində  olan qala-saray  kompleksin 

qalıqları bu gün də qalmaqdadır [50, 202-203]. Əlbəttə, qeyd olunan ərazidə bu cür 

zəngin maddi-mədəniyyət qalıqlarının mövcud olması orada daha qədim dövrə aid 

yaĢayıĢ izlərinin olduğunu ehtimal etməyə əsas verirdi. Çünki, kifayət qədər geniĢ 

ərazini  əhatə  edən  və  daha  çox  elitar  təbəqə  üçün  xarakterik  olan  mədəniyyət 

bünövrəsi  və  ənənəsi  olmadan  konkret  ərazi  daxilində  birdən-birə  formalaĢa 

bilməzdi.  1976-cı  ildə  sel  sularının  Kürdüvan  yaxınlığında  açmıĢ  olduğu  dərin 

yarğanlarda  üzə  çıxan  antik  dövr  və  erkən  orta  əsrlərə  aid  zəngin  maddi-

mədəniyyət  qalıqları  bunu  bir  daha  təsdiq  etdi.  Həmin  ərazidə  arxeoloq 

F.L.Osmanov tərəfindən aparılan müĢahidə və kəĢfiyyat axtarıĢları zamanı qalınlığı 

3  m-ə  çatan,  yaĢayıĢ  izləri  və  qəbir  nümunələri  ilə  zəngin  olan  mədəni  təbəqə 

olduğu  müəyyənləĢdirilib.  Mədəni  təbəqənin  üstü  təqribən  2  m  qalınlıqda  olan 

çınqıl və qarıĢıq torpaqdan ibarət lal təbəqə ilə örtülüb. Bu isə onu göstərir ki, e.ə. I 

əsrdən  eramızın  V  əsrinədək  intensiv  həyat  olan  həmin  ərazi  təqribən  1500  il 




113 

 

bundan  öncə  sel  suları  altında  qalıb  [550,  22-24].  Beləliklə,  eramızın  V  əsrinin 



sonlarında  həmin  ərazidə  həyat  dayanıb.  Sakinlər  isə  yaxınlıqdakı  su  tutmayan, 

nisbətən hündür ərazilərə köçüb. Basqal və Xankəndi ətrafında ilkin yaĢayıĢ yerləri 

məhz bu zəmində meydana gəlib [104]. 

Müxtəlif  vaxtlarda  Kürdüvan  ərazisində  baĢ  verən  təbii  dağıntılar  və 

təsərrüfat  iĢləri  zamanı  zəngin  və  rəngarəng  maddi-mədəniyyət  qalıqları  üzə 

çıxmıĢdır.  Həmin  tapıntılar  içərisində  dulus  dəzgahından  istifadə  olunmadan 

istehsal  edilən  Ģirsiz  keramika  məmulatı,  müxtəlif  növ  metallardan  hazırlanmıĢ 

bıçaq, xəncər, qılınc, üzük, bilərzik, boyunbağı və ĢüĢə qab nümunələri, heyvan və 

insan sümükləri, ocaq və kömür qalıqları olduğu diqqəti cəlb edir. 

F.L.Osmanovun  fikrincə,  Kürdüvandan  tapılan  keramika  nümunələrinin 

xeyli  qismi  ilk  orta  əsrlər  dövrü  üçün  xarakterikdir.  Bu  cəhətdən  əllə  nisbətən 

kobud  hazırlanan  və  ağzının  kənarları  novĢəkilli  olan  bardaq  tipli  qabı  nümunə 

göstərmək olar. Onun çiyin və boğaz hissəsini birləĢdirən lentĢəkilli qulpu və yastı 

oturacağı  var  [550,  22-24].  Xatırladaq  ki,  analoji  nümunələrə  ġamaxı,  Qəbələ, 

Qalagah və Mingəçevirdə aparılan arxeoloji tədqiqatlar zamanı təsadüf olunub. 

 

HƏSƏN BƏYĠN YURDU 



 

Ġsmayıllı-Muğanlı  Ģose  yolundan  təqribən  400-500  m  cənubda,  Girdiman 

çayının  sağ  sahilindəki  terrasda  yerləĢən  bu  abidə  keçən  əsrin  80-ci  illərinin 

ortalarında  aĢkar  edilib.  R.B.GöyüĢov  və  F.L.Osmanov  tərəfindən  əraziyə  baxıĢ 

keçirilərkən  orada  çoxlu  maddi-mədəniyyət  qalıqları  qeydə  alınıb.  Bunlar əsasən 

qayıqvari  formalı  dən  daĢlarının  parçalarından,  keramika  və  biĢmiĢ  kərpic 

nümunələrindən  ibarətdir  [199,  11-12].  Ayrı-ayrı  sahələrdə  müĢahidə  olunan  daĢ 

topaları  isə  vaxtı  ilə  orada  mövcud  olan  tikinti  qalıqlarının  əlaməti  kimi  izah 

olunur.  Xatırladaq  ki,  Tircan  kəndinə  məxsus  olan  bu  ərazi  uzun  illərdir  ki, 

Ģumlanaraq əkilir. 70-ci illərin sonu - 80-ci illərin əvvəllərində isə ora baĢdan-baĢa 

plantaj edilərək üzüm bağı salınıb. Bunun nəticəsində də abidənin mədəni təbəqəsi 

təqribən 50-60 sm dərinliyədək çox ciddi surətdə dağıntıya məruz qalıb. 

YaĢayıĢ yerinin kənarında «Qızılgüllük» adı ilə bəlli olan təpə var. Ora daha 

çox kolluq və daĢlıq olduğundan heç vaxt Ģumlanmayıb. Elə bu səbəbdən də orada 

mədəni  təbəqə  nisbətən  salamat  qalıb  [199,  11-12].  Məlumat  üçün  bildirək  ki, 

indinin  özündə  də  orada  qızılgül  kolları  qalmaqdadır.  Sözsüz  ki,  bunun  özü  də 

vaxtilə  həmin  təpədə  və  ona  yaxın  ərazidə  qədim  yaĢayıĢ  yeri  olduğuna  dəlalət 

edir.  Məlumat  üçün  bildirək  ki,  bu  abidədən  4-5  km  Ģərqdə,  Basqal  yolunun 

üstündəki bağa da xalq arasında «Həsənxan bağı» deyilir. Görünür, bu ərazilər nə 

vaxtsa  Həsən  adlı  feodala  mənsub  olub.  Yeri  gəlmiĢkən  onu  da  bildirək  ki, 

«Həsənxan bağı» ətrafındakı ərazilərdə də təsərrüfat iĢləri görülərkən orta əsrlərə 

aid  maddi-mədəniyyət  qalıqları  üzə  çıxıb.  Məhz  həmin  tapıntılara  əsasən, 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə