Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə54/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   50   51   52   53   54   55   56   57   ...   179

110 

 

aləm»də  deyilir  ki,  bütün  dünyada  məĢhur  olan  yun  parçalar  və  xalçalar  üç 



nahiyədə  -  ġirvan,  Xursan  və  Layzanda  istehsal  olunurdu  [22,  s.33].  XIX  əsr 

müəllifləri  Lahıcda  30-dan  çox  sənət  növünün  xüsusilə  yüksək  dərəcədə  inkiĢaf 

etdiyini  bildirirlər  [500,  169].  Ayrı-ayrı  müəlliflərin  yazdığına  görə,  burada 

misgərlik, dəmirçilik, dabbağlıq, silahqayırma, baĢmaqçılıq, həkkaklıq, qalayçılıq, 

sərraclıq,  dulusçuluq,  xalçaçılıq,  kömürçülük,  daĢ  yonma,  zərgərlik,  Ģirçilik, 

bənnalıq,  dülgərlik,  dərziçilik,  papaqçılıq  və  sair  sənət  sahələri  geniĢ  intiĢar 

tapmıĢdır.  Ümumiyyətlə,  Lahıcda  insanların  127  növ  sənət  sahəsi  ilə  məĢğul 

olduğu  bildirilir.  Professor  N.A.Abelovun  yazdığına  görə,  XIX  əsrin  sonlarında 

Lahıcda 6 papaqçı, 5 baĢmaqçı, 9 silahqayırma, 11 dabbağ, 2 sərrac, 11 dəllək, 21 

baqqal, 10 ət, 9 bəzzaz, 1 ədəd zərgər dükanı olub. Yenə həmin müəllifin yazdığına 

görə, Lahıcda yalnız 100 ailə əkinçiliklə məĢğul olurmuĢ. Lahıcın özündə əkinçilik 

və  maldarlıqla  məĢğul  olmağa  imkanı  olmayanlar  Azərbaycanın  digər  rayon  və 

Ģəhərlərinə  gedərək  orada  misgərlik,  dəmirçilik  və  sərraclıqla  məĢğul  olublar. 

Beləliklə, də ayrı-ayrı bölgələrdə və Ģəhərlərdə də Lahıc adı ilə bəlli olan yeni-yeni 

yaĢayıĢ məntəqələri və məhəllələri meydana gəlib. Buna misal olaraq Zaqatala və 

Xanlar  (indiki  Göygöl)  rayonundakı  Lahıc  kəndlərini  göstərmək  olar.  BaĢqa  bir 

mənbənin  verdiyi  məlumata  görə,  XIX  əsrin  60-70-ci  illərində  Lahıcda  yaĢayan 

6915 nəfərin 1000 nəfəri ancaq misgərliklə, 145 nəfəri isə digər sənət sahələri ilə 

məĢğul  olurmuĢ  [50,  169].  M.Əfəndiyevin  yazdığına  görə,  Lahıc  misgərlərinin 

«çəkiclərinin səsindən hətta bazarda adamlar bir-birini eĢitmirdilər». H.Quliyev və 

N.Tağızadə XIX əsrin əvvəllərinə aid mənbəyə istinadən yazırlar ki, Lahıcda 200-ə 

qədər dükan və 52 müəssisə-emalatxana mis qabların istehsalı və satıĢı ilə məĢğul 

olurmuĢ  [145].  Məlumatlara  görə,  Lahıc  ustaları  üçün  misi  Allahverdi  və 

Gədəbəyin  mis  mədənlərindən, habelə,  Borçalı  mahalının  Ləvənd  mədənlərindən 

gətirirmiĢlər.  S.Bronovskinin  yazdığına  görə,  təkcə  1807-ci  ildə  Azərbaycan 

ustaları  üçün  yalnız  HəĢtərxandan  7965  manatlıq  mis  alınmıĢdır.  N.Florevskinin 

XIX  əsrin  əvvəllərinə  aid  məlumatında  deyilir  ki,  azərbaycanlı  tacirlər  misi 

Tiflisdən  pudu  9  manata  alırdılar.  S.Ġ.QuliĢambarovun  məlumatına  görə,  Lahıc 

misgərlərinin istehsal etdiyi qabları hər tərəfə yaymaq üçün çoxlu tacirlər var idi. 

Onlar atlarla bu məmulatı Zaqafqaziyanın hər yerinə yayırdılar. Məlumatlara görə, 

Lahıcın mis qablarına qonĢu ölkələrdə də böyük tələbat var imiĢ. Məsələn, 1836-cı 

ilə  aid  mənbələrdə  göstərilir  ki,  «Lahıc  qabları  ilə  bütün  müsəlman  əyalətləri, 

həmçinin Tiflis, Dağıstan, Türkiyə və Ġran təmin olunurdu». Mis qabların ticarəti 

ilə  məĢğul  olan  insanlar  -  səhragərdlər  bəzən  10-15  il  doğma  diyardan  uzaq 

düĢərək  ölkələri  və  Ģəhərləri  gəzə-gəzə  Lahıc  ustalarının  istehsal  etdiyi  mis 

məmulatını satmaqla məĢğul olurdular. 

Lahıc əhalisinin məĢğuliyyəti ilə bağlı K.Xatisovun qeydləri də diqqəti cəlb 

edir.  O,  yazır:  «Lahıc  kəndinin əhalisi mis  qab  istehsalı ilə  məĢğuldur.  Qab həm 

sifariĢlə, həm  də  bazarda  satmaq  üçün hazırlanır.  Yerli  kəndlilər  torpaqla əlaqəni 

kəsmirlər,  onu  muzdlu  iĢçilərin  vasitəsilə  becərir,  özləri  isə  əkinçiliklə  məĢğul 




111 

 

olmurlar.  Lahıclar  mis  qab  istehsalı  ilə  yalnız  əkinçilikdən  boĢ  olan  vaxtda  yox, 



bütün  il  boyu  məĢğul  olurlar.  Hər  bir  misgərin  balaca  fabrikə  oxĢayan  dükanı 

vardır» [50, 169-174; 145]. 

Etnoqrafların  müĢahidələrinə  görə,  Lahıc  ustaları  misdən  80-ə  yaxın  adda 

məmulat  hazırlayırmıĢlar.  Bu  qablardan  qazan,  tosar,  qablama,  tava,  kəfkir, 

abugərdən,  sərpuĢ,  piyalə,  cam,  tayqulp,  sərnic,  aĢsüzən,  teĢt,  sini,  məcməyi, 

nimçə,  güyüm,  aftafa,  ləyən,  satıl,  hamam  tası,  xeyrə,  badya,  çaydan,  manqal, 

gülabpuĢ,  Ģamdan  altı,  Ģərbət  qabı  və  s.  nümunələri  misal  göstərmək  olar. 

Maraqlıdır  ki,  Lahıc  ustaları  istehsal  etdiyi  mis  qabların  üzərini  bədii  oyma  və 

cızma üsulu ilə xalça naxıĢlarına bənzər naxıĢlarla bəzəməyə üstünlük verirdilər. 

Tarixi  mənbələrdə  göstərildiyi  kimi,  Lahıcda  geniĢ  yayılmıĢ  sənət 

sahələrindən biri də silahqayırma sənəti olub. A.P.Fituni yazır ki, Lahıc əhalisi lap 

qədimdən  silah  istehsalı  sahəsində  də  peĢəkar  olub.  Onun  təbirincə,  burada  həm 

müdafiə,  həm  də  hücum  xarakterli  silahlar  istehsal  olunub  [633,  80].  Lahıcda 

soyuq  silahların,  odlu  silahların,  xəncər  və  pistoletlərin  ən  yaxĢı  nümunələri 

istehsal  olunurdu.  Rusiya  hökumətinin  1832-ci  ilə  aid  sənədlərindən  birində 

Lahıcda  8  silah  zavodu  olduğu  bildirilir  [50,  172].  1850-ci  ildə  Lahıcda  olmuĢ 

etnoqraf  Kərim  bəy  belə  yazırdı:  «Lahıc  silah  və  mis  qab  emalatxanalarının 

mərkəzidir.  Lahıc  silahları  müsəlmanlar  içərisində  yaxĢı  silah  kimi  tanınır,  mis 

qabları  isə  demək  olar  ki,  bütün  Qafqazda  yayılmıĢdır»  [145,  18].  XIX  əsrə  aid 

daha  bir  mənbədə  Lahıcda  silah  istehsalı  sənətinin  səviyyəsi  və  miqyası  barədə 

ətraflı  məlumat  verilir.  Həmin  mənbə  yazır:  «Lahıc  silahı  bütün  ġirvan,  Nuxa, 

Quba, Qarabağ və Bakı əyalətlərinə, Dağıstan və Ġranın bəzi yerlərinə göndərilirdi. 

Buradakı  ustalar  bütün  iĢi  əl  ilə  görürdülər.  Ona  görə  də  iĢ  çətin  olub,  çox  gec 

yerinə yetirilirdi. Bəzi ustalar bu sahədə Ģöhrət qazanmıĢdılar... Usta Əbdürrəhim 

bir  ay  ərzində  bir  tüfəng  və  bir  tapançadan  artıq  hazırlaya  bilmirdi.  Lakin  onun 

silahları müĢtərilər tərəfindən böyük həvəslə alınırdı. Onların qiyməti 5-10 çervona 

bərabər idi. BaĢqa ustaların hazırladığı silahlar isə 3-7 çervona satılırdı» [145, 85-

86].  Maraqlıdır  ki,  mənbədə  adı  çəkilən  silahsaz  usta  Əbdürrəhimin  adına  Lahıc 

qəbiristanlığındakı  XIX  əsrə  aid  xatirə  kitabələrindən  birində  də rast  gəlinmiĢdir. 

Kitabə  Azərbaycan  MEA  Arxeologiya  və  Etnoqrafiya  Ġnstitutunun  əməkdaĢı 

Ə.Abbasov  tərəfindən  oxunmuĢdur.  Kitabədə  deyilir: «Bu  qəbir lahıclı tüfəngsaz 

usta  Saət  oğlu  Əbdürrəhmanın  oğlu  mərhum  usta  Əbdürrəhimindir  1284  (1867-

68)». Kitabənin arxa tərəfində isə «Ya Abbas, ya Əli, məni öyrət. Lahıclı tüfəngsaz 

usta Əbdürrəhim oğlu Kərbəlayi Mustafanın iĢidir. 1284-cü (1867-68) ildə tamam 

oldu» sözləri yazılmıĢdır [1, 64-65; 2, 82-83]. 

XIX əsr mənbələrinin yazdığına görə, Lahıc ustaları bütün Qafqazı silahla 

təmin  edirdi.  AraĢdırıcıların  məlumatına  görə,  Lahıcdan  olan  silahsazlar  tüfəng 

istehsal edərkən adətən «DəməĢq poladı»ndan istifadə edirmiĢlər [145, 86]. 

Lahıc  ən  azı  bir  neçə  əsr  ərzində  Azərbaycanın  mühüm  sənətkarlıq 

mərkəzlərindən biri olub. Bununla belə, səs-sorağı az qala bütün dünyaya yayılan 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə