Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə52/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   48   49   50   51   52   53   54   55   ...   179

106 

 

Laican  üç  nahiyədir  ki,  padĢahı  da  birdir  və  padĢah  ġirvanĢah,  XursanĢah  və 



LayzanĢah (LaicanĢah) adlandırılır. O, ġamaxıdan bir fərsəng uzaq hərbi düĢərgədə 

yaĢayır. Burada uca baĢlı bir dağ vardır... Heç bir tərəfdən yolu yoxdur, ona yalnız 

bir tərəfdən çətin və ağır yol çəkmiĢlər... PadĢahın bütün xəzinə və sərvətləri orada 

saxlanılır... ġahın zindanı da oradadır» [225,50-51]. 

X əsr müəllifi əl-Məsudi ġirvanın digər nahiyələri arasında Lahıcın xüsusi 

yeri  olduğundan  bəhs  edərək  yazır  ki,  indi  ġirvanĢahlıqla  qonĢuluqda  Qafqaz 

dağlarına  çatan  baĢqa  bir  Ģahlıq  vardır  ki,  onu  Layzan  adlandırırlar.  Oranın  Ģahı 

LayzanĢah ləqəbi  daĢıyır.  Hazırda  o,  Muğaniyə  Ģahlığı  adlanan  baĢqa  bir  Ģahlığa 

sahib  olduğu  kimi,  ġirvanĢahlığı  tutmuĢ,  Xursan  Ģahlığı  və  ZədənĢahlığı 

LaicanĢahlıqla  birləĢdirmiĢdir  [236,  52].  M.X.  ġəriflinin  ehtimalına  görə,  bu,  ən 

geci 861-ci ilə qədər baĢ vermiĢdir [225, 51]. 

MünəccimbaĢının fikrincə, həm ġirvanda, həm də Laicanda müstəqil dövlət 

eyni  vaxtda  yaradılıb.  Belə  ki,  onun  yazdığına  görə,  861-ci  ildə  Məzyədilər 

sülaləsindən  olan  Heysəm  ibn  Xalid  ġirvanda,  onun  qardaĢı  Yəzid  ibn  Xalid  isə 

ġirvana qonĢu olan Laicanda müstəqil dövlət yaratdığını bəyan etmiĢdir. Heysəmin 

yaratdığı dövlət ġirvanĢah, Yəzidin yaratdığı dövlət isə LaicanĢah adlanırdı [225, 

53].  Fikrimizcə,  MünəccimbaĢının  LaicanĢahlığın  861-ci  ildə  yarandığına  dair 

qeydləri  ilə  razılaĢmaq  olmaz.  Təkcə  ona  görə  ki,  yuxarıda  artıq,  xatırladıldığı 

kimi, X əsr müəllifi Əhməd əl-Bəlazurinin VIII əsr hadisələrinə dair qeydlərində 

LaicanĢahın da adı çəkilir. 

Yəziddən sonra LaicanĢahın idarə  olunması onun oğlu Məhəmmədin əlinə 

keçmiĢdir. O, uzun müddət Ģahlığı idarə etməklə onun daha da güclənməsinə nail 

olub.  305  (917/8)-ci ildə  Məhəmmədin  vəfatı  ilə  onun  oğlu  Əbu  Tahir  Yəzid ibn 

Məhəmməd  hakimiyyətə  gəlib.  MünəccimbaĢının  yazdığına  görə,  ġirvanı  ələ 

keçirmək üçün məqam gözləyən Əbu Tahir fürsət yaranan kimi hücuma keçir və 

305  (917/8)-ci  ildə  öz  məqsədinə  nail  olur.  ġirvanĢahlıqla  LaicanĢahlığı 

birləĢdirdikdən  sonra  o,  oğlu  Məhəmmədi  LaicanĢahlığa  hakim  təyin  edir  və 

Ģahlığın bütün torpaqlarını iqta Ģəklində ona bağıĢlayır [224, 605-606]. Xatırladaq 

ki, bu məlumat əl-Məsudinin hicri tarixlə 332 (943/4)-ci ilə aid qeydlərində də öz 

əksini  tapıb.  M.X.ġərifli  onun  bu  barədəki  qeydlərini  Ģərh  edərək  belə  yazır: 

«Hazırda  ġirvan  Ģahı  Məhəmməd  ibn  Yəzidə  öz  ata-babalarından  irs  olaraq 

LaizanĢahlıq qalmıĢdır. O zaman ġirvan Ģahlığı Əli ibn Heysəmə məxsus idi. Əli 

ibn Heysəm öldükdən sonra Məhəmməd öz əmilərini də öldürüb, qeyd etdiyimiz 

kimi, ġirvan Ģahlığına yiyələndi və həmin Ģahlığı zəbt etdi» [225, 54]. 

Azərbaycan  tarixĢünaslığında  Lahıcın  tarixi  və  LaicanĢahların  mənĢəyi 

barədə fikir müxtəlifliyi mövcuddur [500; 501]. Məsələn, əl-Məsudi LaicanĢahları 

mənĢə  etibarı  ilə  Sasanilərə  bağlayaraq  yazır  ki,  hazırkı  «Sahib  əs-Sərir  Bəhram 

Gurun  nəslindən  olduğu  kimi,  Məhəmməd  ibn  Yəzid  də  Bəhram  Gurun 

nəslindəndir». Ötən əsrin 20-ci illərində bu fikir prof. Y.A. Paxomov tərəfindən də 

təkrar edilmiĢdir [225, 55]. 




107 

 

Bəli,  Lahıc  əhalisinin  erkən  orta  əsrlərdə  Ġranın  Gilan,  Tabasaran  və 



Lahican  vilayətlərindən  buraya  köçürüldüyü  tarixi  faktdır  və  onu  danmaq  olmaz. 

Ġlk vaxtlar Lahıc və onun ətrafında kompakt Ģəkildə yaĢayan bu əhali çox güman 

ki,  elə  Ġran  mənĢəli  yerli  feodallar  tərəfindən  idarə  olunub.  Məhz  həmin  kök 

üzərində  LaicanĢahlığı  təĢəkkül  tapıb.  Fikrimizcə,  burada  bərqərar  olan  Ģahlıq 

institutunun özü də LaicanĢahlığın mənĢə etibarı ilə Sasanilərə bağlılığına dəlalət 

edir.  Və  yalnız  iki  nəsil  dəyiĢəndən  sonra  həmin  əhali  tədricən  albanlaĢmağa 

baĢlayıb  [58,  187;  155,  341].  Ərəb  istilası  dövründə  vəziyyət  yenidən  dəyiĢib. 

Yəni,  Xilafət  orduları  tərəfindən  zəbt  edilən,  yaxud  da  könüllü  olaraq  onların 

təbəəliyini qəbul edən ərazilərdə idarəçilik ərəblərin əlinə keçir. LaicanĢahlıqda da 

belə  olub.  Sadəcə  olaraq  Məzyədilərin  orada hakimiyyəti  ələ  keçirən  qolu  özünü 

Sasanilərin  davamçısı  hesab  etdiyi  üçün  əl-Məsudi  də  onların  mənĢə  etibarı  ilə 

Sasanilərə mənsub olduğunu yazıb. 

ġirvanĢahların  və  LaicanĢahların  tarixinə  dair  mühüm  tədqiqatlar  müəllifi 

olan  M.X.ġərifli  Lahıcın  yaĢayıĢ  məntəqəsi  olmaq  etibarı  ilə  Sasanilərin 

hakimiyyəti dövründən mövcud olması fikrinə tərəfdardır [225, 56]. Onun fikrincə, 

Lahıc  56  il  ərzində  yəni,  861-ci  ildən  917-ci  ilədək  LaicanĢahlığın  mərkəzi 

olmuĢdur  [225,  85].  «Hüdud  ə-aləm»in  verdiyi  məlumata  görə,  padĢaha  məxsus 

xəzinə  və  sərvətlər  Lahıcdan  təqribən  1-2  km  cənub-Ģərqdə  yerləĢən  Niyal 

qalasında saxlanılırdı. Yuxarıda artıq qeyd  olunduğu kimi, hələ VIII əsrin birinci 

yarısında  baĢ  verən  hadisələrlə  bağlı  mənbələrdə  LaicanĢahlığın  adı  çəkilir.  Və 

təbiidir  ki,  əgər  Lahıc  bir  yaĢayıĢ  məntəqəsi  olaraq mövcud  olmasaydı,  o  zaman 

LaicanĢahlıq  barədə  söhbət  də  ola  bilməzdi.  Çünki,  Ģahlığın  adı  da  bilavasitə 

dövrünün mühüm yaĢayıĢ məntəqəsi olmaq etibarilə Lahıcın adından götürülmədir. 

Lahıcın  tarixi  barədə  fikir  söyləmək  üçün  bu  toponimin  etimologiyasının 

müəyyənləĢdirilməsi  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Elmi,  kütləvi  və  bədii 

ədəbiyyatda, xüsusən də xalq arasında kifayət qədər geniĢ yayılmıĢ bir rəvayətdə 

deyilir  ki,  qədim zamanlarda indiki  Lahıcdan  bir  qədər  yuxarıda  «La»  adlı  Ģəhər 

olub.  Və  günlərin  bir  günü  baĢ  verən  güclü  tufan nəticəsində  bu  Ģəhər  büsbütün 

viranəyə  çevrilərək  həyat  səhnəsindən  silinib.  Təbii  fəlakətdən  xilas  olmaq 

məqsədilə  dağlara  çəkilən  Ģəhər  sakinləri  bir  müddətdən  sonra  geri  dönəndə  La 

Ģəhərinin yerlə yeksan  olduğunu görərək hamısı bir ağızdan qıĢqırıblar: «La heç! 

La heç! La heç!» Bu rəvayəti ilk dəfə 1927-ci ildə A.Fituni çap etdirib [633, 85]. 

Sonralar yazıçı Manaf Süleymanov da həmin rəvayəti öz kitabına daxil edib. Lakin 

o, qədim La Ģəhərinin haradasa, indiki Lahıcın yaxınlığında deyil, Ġranda olduğunu 

bildirib [221, 22]. 

M.Süleymanovun çap etdirdiyi baĢqa bir rəvayətdə isə belə deyilir: «Lahıc 

Ġranda  Kəyanilər  sülaləsinin  ikinci  padĢahı  Keykavusun  nəvəsi  I  Keyxosrovun 

Ģahlığı zamanında salınıb. O vaxt Ġranla Turan düĢmən olub  və  bir-biri ilə uzun-

uzadı  müharibə  aparıblar.  Arada  sakitlik  olanda  I  Keyxosrov  öz  oğlu 

olmadığından, taxt-tacını qardaĢı oğluna tapĢıraraq yaxın adamları ilə birlikdə Ġranı 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə