Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə53/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   49   50   51   52   53   54   55   56   ...   179

108 

 

tərk  edərək  iqlimi  gözəl,  təbiəti  xoĢ  və  səfalı  olan  bir  yerə  gəlir  və  orada  özünə 



məskən salır. Ömrünü ibadətə həsr edir və Ġrandakı Lahican əyaləti Ģərəfinə bu yeri 

«Lahıc» adlandırır» [221, 22]. Məlumat üçün bildirək ki, Ġranın Gilan vilayətində 

də Lahican adı ilə məĢhur olan qədim yaĢayıĢ məntəqəsi var [223, 9]. 

«Lahıc» toponiminin etimologiyasının izahı baxımından böyük Azərbaycan 

Ģairi S.Ə.ġirvaninin bir beyti də maraq doğurmaya bilməz. Orada deyilir: 

 

Mahlı ġirvanda var qəriyyəyi - Lahıc,  



La bə mənayi - heç, heç də ki, heç. 

 

Əlbəttə,  əsrlər  boyu  xalq  arasında  yayılan  bu  rəvayətlərdən  hər  birində 



həqiqətin  də  müəyyən  payı  var.  Yəni,  Lahıcın  Sasani  Ġranı  ilə  bu  və  ya  digər 

Ģəkildə  əlaqəsinin  olduğunu  danmaq  olmaz.  Əslində,  elə  bu  rəvayətlər  də 

Albaniyanın  Sasanilərin  təsir  dairəsində  olduğu  dövrdə  Ġranın  ayrı-ayrı 

vilayətlərindən buraya məqsədli surətdə xeyli əhali köçürüldüyündən xəbər verir. 

Görünür,  o  zaman  Ġranın  Gilan  əyalətindəki  Lahican  adlı yaĢayıĢ  məntəqəsindən 

köçürülən ailələr də daha çox, məhz Girdiman hövzəsində  - indiki Lahıc və onun 

ətrafında yerləĢdirilib. 

Ġran  mənĢəli  əhalinin  BaĢ  suayrıcına  yaxın  olan  dağlıq  ərazidə 

yerləĢdirilməsi hər Ģeydən öncə Dərbənd istiqamətində olan keçidləri, o cümlədən 

Baba  dağındakı  keçidi  möhkəmləndirmək  məqsədinə  xidmət  edib.  Çünki,  bu 

keçidləri  aĢan  köçərilər  çox  rahatlıqla  Albaniyanın  içərilərinə  doğru  irəliləyərək 

Ģəhər  və  kəndləri  viran  edirdilər.  Elə  bu  səbəbdən  də  Qafqazın  dağ  keçidlərinin 

mühafizəsi  Sasanilər  və  ərəblər  kimi,  elə  Albaniya,  o  cümlədən  Girdiman 

feodalları üçün də çox mühüm hərbi-strateji əhəmiyyət kəsb edirdi. 

Tarixi  mənbələrdən  bəlli  oluğu  kimi,  IV-V  əsrlərdə  irandilli  əhalinin 

Albaniya  ərazilərinə  köçürülməsi  xüsusilə  intensiv  xarakter  alıb.  Fikrimizcə, 

irandilli  əhali  Lahıc  və  ətraf  ərazilərə  də  məhz  həmin  dövrdə  köçürülüb.  Lahıc 

yolunun  üstündə  olan  Gəndob  abidəsinin  xronoloji  cəhətdən  həmin  dövrə  aid 

olması  bunu  bir  daha  təsdiq  edir.  Bütün  bunlar  isə  Lahıc  və  ətraf  ərazilərdə 

təqribən  IV-V  əsrlərdən  baĢlayaraq  bu  günədək  fasiləsiz  və  intensiv  həyat 

olduğundan xəbər verir. 

Erkən  orta  əsrlərdə  Girdiman  vilayətinin  mühüm  yaĢayıĢ  məntəqələrindən 

biri, daha sonra isə Layzan Ģahlığının siyasi-inzibati mərkəzi, Girdiman feodalları 

olan Mehranilərin yay iqamətgahı olduğu güman edilən, bu gün isə daha çox açıq 

havada  muzey  təsiri  bağıĢlayan  Lahıc  tarixi-arxeoloji  və  etnoqrafik  baxımından 

özünün  hərtərəfli  tədqiqini  gözləyən  olduqca  nadir  bir  abidədir.  Tədqiqatçı 

M.N.Məmmədbəylinin  təbirincə  desək,  Lahıcın  yüksək  abadlıq  səviyyəsi  -  daĢ 

döĢənmiĢ küçə və meydanları, daxili həyətləri atmosfer yağıntılarının axması üçün 

relyefə  uyğun  planlaĢdırması,  uzun  illər  ərzində  qüsursuz  iĢləyən  kanalizasiya 

Ģəbəkəsi, nəhayət, mükəmməl su təchizatı sisteminə malik olması ilə çox insanları 




109 

 

valeh  edib  [500,  66-70].  Əsrlərin  sərt  sınaqları,  təbiətin  və  cəmiyyətin  heç  də 



həmiĢə  nəvaziĢlə  müĢayiət  olunmayan  amansızlıqları,  çağırılan  və  çağırılmayan 

qonaqların  bir  çox  hallarda heç  bir  ölçüyə  uyğun  gəlməyən rəftarı zaman-zaman 

Lahıca məxsus tarixi-mədəni dəyərlərin itib-batması, əldən-ələ keçməsi, yad əllərə, 

yad  ellərə düĢməsi  ilə nəticələnib.  Amma nə  qədər  itsə  də,  nə  qədər  batsa  da, nə 

qədər uçub dağılsa da, Lahıc yenə də Lahıc olaraq qalır [XI tablo]. 

Lahıc  iki  mühüm  hissədən  ibarətdir:  Ərəgit  və  Lahıc.  Onları  bir-birindən 

Lülo çayı ayırır. Deyilənlərə görə, Ərəgitdə həyat daha erkən baĢlanıb. Hər halda 

yerli sakinlərin rəyi belədir. Ərəgit özü də iki hissəyə  bölünür. AĢağı məhəllə və 

Yuxarı  məhəllə.  Camaat  arasında  Yuxarı  məhəlləyə  ziyalılar  məhəlləsi  deyirlər. 

Bu,  həmin  məhəllədən  savadlı  və  oxuyan  adamların  çox  olması  ilə  izah  olunur. 

Ərəgitdəki həyətlərdə digər məhəllələrlə müqayisədə daha çox bağ-bostan olduğu 

daha çox diqqəti cəlb edir [50, 167]. 

Lahıcda  7  məhəllə  var:  Zəvəro  (Yuxarı),  Muradan  (Muradlılar),  Ağalı, 

Bəədvan,  PiĢtə  (Arxa),  Dərhəsən  və  Duluz  məhəlləsi.  Manaf  Süleymanovun 

yazdığı  kimi,  Lahıc  məhəllələrindən hər  birinin  özünəməxsus  küçələri,  döngə  və 

dalanları,  bulaq,  məscid,  hamam,  dəyirman,  mədrəsə  və  mollaxanası  olub  [500, 

16].  Hələ  XIX  əsrə  aid  yazılarda adı  çəkilən  bu  məhəllələrdən hər  birində  əsasən 

bu  və  ya  digər  sənət  sahəsi  ilə  məĢğul  olan  insanlar  yaĢayıb.  Məsələn,  Zəvəro 

məhəlləsində  əsasən  dabbağlar  yaĢayırmıĢ.  Muradan  məhəlləsi  dəmirçi  və 

çarvadarların məskəni  sayılırdı.  Bəədvan  məhəlləsində  baĢmaqçılar  və  alverçilər, 

qismən  də  misgərlər  yaĢayırdı.  Dərhəsən  məhəlləsi  baĢdan-baĢa  çarvadarlar 

məhəlləsi idi. Ağalı uĢağının yaĢadığı məhəllə isə bir növ misgərliyin daha geniĢ 

təmsil olunduğu mərkəz idi. Dulusçular məhəlləsində məskunlaĢanlar isə daha çox 

məiĢətdə istifadə olunan saxsı qablar istehsalı ilə məĢğul olurdular. 

XIX  əsrin  sonlarında  Lahıcda  müəllimlik  fəaliyyətilə  məĢğul  olan 

Məhəmməd  Həsən  Əfəndiyev  1901-ci  ildə  Tiflisdə  çap  etdirmiĢ  olduğu  «Bakı 

quberniyası  Göyçay  qəzasının  Lahıc  kəndi»  adlı  məqaləsində  yazırdı  ki,  Lahıcın 

tikintiləri  büsbütün  daĢdandır.  Evlər  ikimərtəbəlidir,  üçmərtəbəlilər  də  vardır. 

Həyətlər geniĢ deyil, bir hissəsini adətən evin eyvanı tutur, orada isə təndir qoyulur 

[667,  45-46].  Məqalə  müəllifinin  Lahıcın  insanları  ilə  bağlı  yazdıqları  da  maraq 

doğurur:  «Lahıcın  əhalisi  əsasən  ortaboylu,  kifayət  qədər  dolubədənli, 

enlikürəklidir.  Qayğılı  çöhrələrindən  görünür  ki,  yumĢaqtəbiətli,  güzəĢtə 

gedəndirlər.  Xaricən  xeyirxah  olduqları  nəzərə  çarpır...  Kənardan  gələnə  həmiĢə 

xoĢ münasibət göstərir, ümumiyyətlə, cəhd edir ki, səmimi, qonaqpərvər görünsün. 

Xüsusilə  əgər  qonaq  hökumət  adamıdırsa»  [667,  45-46].  Maraqlıdır  ki, 

M.Əfəndiyevdən  təqribən  16-17  il  sonra  Lahıcda  olan  Fituni  də  oranın  insanları 

barədə demək olar ki, eyni sözləri yazıb. 

Lahıc  əsrlər  boyu  ġirvanın  çox  mühüm  sənətkarlıq  mərkəzindən  biri  olub 

[620]. Ayrı-ayrı tarixi mənbələr hələ X-XI əsrlərdən baĢlayaraq Lahıcın sənətkarlıq 

məntəqəsi  olduğundan  xəbər  verir.  Məsələn,  X  əsr  mənbəsi  olan  «Hüdud  əl-




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə