Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə56/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   52   53   54   55   56   57   58   59   ...   179

114 

 

mütəxəssislər bu ərazidə ilk orta əsrlərdən baĢlayaraq XIII-XIV əsrlərədək intensiv 



həyat olduğunu bildirirlər [193; 406, 56-57]. 

X əsr müəllifi Bəlazurinin yazdığına görə, 755-775-ci illərdə hakimiyyətdə 

olan  xəlifə  Mənsurun  inanılmıĢ  sərkərdələrindən  biri  olan  Həsən  Albaniya 

ərazisində baĢ qaldıran üsyanları yatıraraq onun iĢtirakçılarına divan tutub. Və bu 

xidmətlərinə  görə,  ona  xəlifə  Mənsur  tərəfindən  bir  sıra  mülklər  bağıĢlanılıb. 

Mənbənin məlumatında sərkərdə Həsənin adına Beyləqanda çay və  bağ, Bərdədə 

isə  bir  neçə  kənd  olduğu  bildirilir.  Bunlara  misal  olaraq  Beyləqandakı  «Həsən 

bağı»nı və Bərdədəki «əl-Həsəniyyə» kəndlərinin adı göstərilir. Görünür, Girdiman 

çayının sahilindəki «Həsən bəyin yeri» və onun yaxınlığındakı «Həsənxan bağı» da 

vaxtı ilə xəlifə Mənsur tərəfindən sərkərdə Həsənə bağıĢlanmıĢ mülklərdəndir. 

 

GƏNDOB 

 

1987-ci  ildə  Ġsmayıllı-Lahıc  yolunda  geniĢləndirmə  iĢləri  aparılarkən 

Gəndob  kəndi  yaxınlığında  eramızın  III-IV  əsrlərinə  aid  nekropol  üzə  çıxıb. 

Əfsuslar olsun ki, o zaman üzə çıxan maddi-mədəniyyət qalıqlarının xeyli qismi, o 

cümlədən  bəzək  əĢyaları  və  silah  nümunələri  əldən-ələ  keçərək  ayrı-ayrı  Ģəxslər 

tərəfindən  mənimsənilmiĢdir.  Gəndob  nekropolunun  hazırda  Lahıc  qəsəbə 

muzeyində saxlanılan materialları isə bütünlüklə keramika məmulatından ibarətdir 

(LXX tablo, Ģək.2). Həmin nümunələr əsasən aĢağıdakılardan ibarətdir: 

1.

 

Enligövdəli,  nisbətən  hündürboğazlı  və  ağzı  gül  formalı  tək  qulplu  su 



qabları.  Tapıntılar  içərisində  3  ədəd  bu  cür  nümunə  var.  Arxeoloji  ədəbiyyatda 

həmin nümunələr bəzən novçalı qablar kimi təqdim olunur. 

2.

 

Çölmək-vaza  tipli  qablar.  Tapıntılar  içərisində  5  ədəd  bu  cür  nümunə 



var. Onlar bir-birindən yalnız həcmcə fərqlənirlər. 

3.

 



Küpə tipli qablar. Gəndob tapıntıları içərisində iki ədəd bu cür nümunə 

var. 


4.

 

Ġri güldan tipli qab. 



5.

 

Süddanbiçimli  qablar.  Gəndob  tapıntıları  içərisində  5  ədəd  bu  cür 



nümunə var. Onlar forma etibarı ilə antik nümunələrdən demək olar ki, seçilmirlər. 

Lakin bu, ilk baxıĢda belədir. Əslində isə, həmin qabların da ayrı-ayrı detallarında 

müəyyən dəyiĢiklik baĢ verdiyi aydın hiss olunur. 

6.

 



Gəndob tapıntıları içərisindəki bir ədəd kiçik bardaq tipli qab da özünün 

forma  yeniliyi  ilə  diqqəti  cəlb  edir.  Onun  ĢiĢman  gövdəsi,  nisbətən  enli  ağzı  və 

çiyni  ilə  ağız  hissəsini  birləĢdirən  çubuqvari  qulpu  var.  Bu  qabı  fərqləndirən  ən 

mühüm  cəhət  isə  onun  lüləyidir.  Lülək  qabın  gövdə  hissəsindədir.  MüĢahidələr 

göstərir  ki,  bu  cür qablarda  lülək  adətən,  qabın  qulpunun əks  istiqamətində  olur. 

Amma,  bəhs  edilən  nümunədə  belə  deyil.  Yəni,  bu  qabın  lüləyi  qulpa  nisbətən 

yaxın yerdədir. Beləliklə, həmin qabın qulpundan tutaraq lüləyindən su tökmək o 



115 

 

qədər də münasib deyil. Bizə belə gəlir ki, bu qab süddanbiçimli qablardan lüləkli 



qablara keçidi əks etdirən nümunə kimi səciyyələndirilə bilər. 

Bütövlükdə  götürdükdə  isə  Gəndob  nekropolunun  materialları  antik 

dövrdən ilk orta əsrlərə keçidi özündə təcəssüm etdirən çox nadir nümunədir. Yəni, 

həmin tapıntılar əgər bir tərəfdən antik nümunəyə bənzəyirsə, digər tərəfdən feodal 

istehsal  üsulunun  cizgilərini  özündə  əks  etdirir.  Bu  isə  keramika  məmulatının 

inkiĢaf dinamikasını izləmək baxımından çox əhəmiyyətlidir. 

Maraqlıdır ki, Gəndob abidəsi yerləĢdiyi coğrafi məkan etibarı ilə də bir növ 

körpü  rolu  oynayıb.  Belə  ki,  bu  abidə  antik  dövr  abidələrinin  sıx  Ģəbəkəsinin 

mövcud  olduğu  Alazan-Həftəran  yaylası  ilə  ilk  orta  əsr  və  orta  əsr  abidələrinin 

nisbətən  çox  olduğu  Lahıc  və  Lahıcətrafı  əraziləri  birləĢdirən  əsas  vadi-yolun 

üstündədir. Girdiman çayı boyunca olan bu qədim yolun, müxtəlif vaxtlarda orada 

aparılan təmir və bərpa iĢlərinin izləri indi də qalmaqdadır (LXIII tablo). 

Yerli  sakinlərin  dediyinə  görə,  Gəndob  kəndindən  təqribən 1  km  cənubda, 

Qaranohur kəndi  ətrafındakı meĢəlikdə qala divarları olduğu güman edilən tikinti 

qalıqları mövcuddur. F.L.Osmanov həmin tikinti qalıqlarının Mehranilər tərəfindən 

üç il ərzində tikilmiĢ olan Girdiman qalasının qalıqları olduğunu ehtimal edir [199, 

13]. 

 

AġAĞI QARAMƏRYƏM 



 

Müxtəlif  vaxtlarda  Göyçay  rayonu  ərazisində  aparılan  tikinti  və  abadlıq 

iĢləri  zamanı  üzə  çıxan  bir  neçə  ilk  orta  əsr  abidəsi  də  Girdiman  tarixinin 

öyrənilməsi  baxımından  mühüm  elmi  əhəmiyyət  kəsb  edir.  Onlardan  biri  AĢağı 

Qaraməryəm  abidəsidir.  60-cı  illərin  əvvəllərində  Qaraməryəm-Müsüslü  yolu 

çəkilərkən  AĢağı  Qaraməryəm  kəndi  yaxınlığında,  Yuxarı  ġirvan  kanalının  sol 

sahilində əmək və məiĢət əĢyaları üzə çıxıb. Həmin tapıntıların bir qismi Ġnçə kənd 

məktəbinin  müəllimləri  tərəfindən  toplanıb  və  bu  barədə  Akademiyanın  Tarix 

Ġnstitutuna  məlumat  verilib.  Həmin  məlumat  əsasında  1962-ci  ildə  arxeoloq 

S.M.Qazıyev və R.B.GöyüĢov oraya gəlmiĢ, abidə ilə tanıĢ olaraq müəyyən qədər 

material  toplamıĢdırlar.  Bir  il  sonra  Göyçay  rayonunda  elmi  ezamiyyətdə  olan 

F.L.Osmanov  da  Qaraməryəm  və  Ġnçə  kəndlərinə  gələrək  abidə  barəsində  yerli 

sakinlərdən məlumat toplamıĢdır. Qaraməryəm çayının əmələ gətirdiyi yarğanlarda 

küp və torpaq qəbirləri, habelə, 0,7-1 m qalınlığında mədəni təbəqə qalıqları məhz 

bu  zaman  qeydə  alınmıĢdır.  F.L.Osmanovun  yazdığına  görə,  orada  həyat 

kəsildikdən  sonra  təqribən  50-55  sm  qalınlığında  lal  təbəqə  formalaĢıb.  Bəzi 

sahələrdə mədəni təbəqənin təqribən 50-70 sm qalınlığında bir hissəsi uzun müddət 

istehsal  ocağı  altında  olması  səbəbindən  tam  yanaraq  qızarmıĢdır.  Yanıq  torpaq 

qatında gildən hazırlanmıĢ xırda məiĢət qablarının fraqmentləri, onun altında isə iri 

təsərrüfat  küpləri  və  onların  parçaları  qeydə  alınmıĢdır.  Orada,  həmçinin,  çoxlu 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə