Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə58/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   54   55   56   57   58   59   60   61   ...   179

118 

 

hissəsi isə Kiçik Qalacıq adı ilə tanınır [140, 57]. Onlar arasında uzunluğu təqribən 



100, eni 40, dərinliyi isə 25 m olan xəndək var. 

S.M.Qazıyevin məlumatına görə, 50-60-cı illərdə Böyük Qalacığın ətrafında 

iri çiy kərpiclə hörülmüĢ bürc və divar qalıqları olub [140, 59]. 

TərkəĢ abidəsi barəsində hələ, 1926-cı ildə D.B.ġərifov tərəfindən məlumat 

nəĢr  olunub  [660,  7].  Ötən  əsrin  20-ci  illərində  o,  TərkəĢ  ərazisində  kəĢfiyyat 

axtarıĢları apararkən orada bir ədəd dulus kürəsinin olduğunu qeydə alıb [660, 7]. 

TərkəĢdə  ilkin  arxeoloji  qazıntı  1966-cı  ildə  F.V.Qədirov  tərəfindən 

aparılmıĢdır [448, 16]. O, Böyük Qalacığın cənub-Ģərq tərəfində abidənin dövrünü 

müəyyən etmək məqsədilə yoxlama qazıntısı qoyub və oradan VI-VIII əsrlərə aid 

maddi-mədəniyyət  nümunələri  əldə  edib.  1970-71-ci  illərdə  F.V.Qədirov 

tərəfindən  orada  tədqiqatlar  yenidən  davam  etdirilib  [138,  116].  Bu  zaman  həm 

Böyük,  həm  də  Kiçik  Qalacıqda  yoxlama  qazıntısı  qoyulub.  Böyük  Qalacığın 

Ģimal-Ģərq  tərəfindəki  qazıntı  sahəsində  2,2  m  qalınlığında  üst  mədəni  təbəqə 

öyrənilərkən, orada təqribən 25 sm qalınlığında «lal» təbəqə qeydə alınıb. Qazıntı 

davam  etdirilərkən  «lal»  təbəqənin altında  1,5  m  qalınlığında  olan ikinci mədəni 

təbəqə aĢkar edilmiĢdir. Maraqlıdır ki, ikinci mədəni təbəqənin altında da qalınlığı 

40  sm  olan  daha  bir  «lal»  təbəqə,  onun  altında  isə  qalınlığı  20  sm  təĢkil  edən 

üçüncü  mədəni  təbəqə  olduğu  müəyyən  edilmiĢdir.  KəĢfiyyat  axtarıĢları  davam 

etdirilərkən,  orada  müxtəlif  istiqamətlərdə  olan  tikinti  qalıqları  üzə  çıxmıĢdır. 

Bunlar əsasən yonulmamıĢ çay daĢı və palçıqla hörülmüĢ divar bünövrələridir. 

Göründüyü  kimi,  Böyük  Qalacıq  çoxtəbəqəli  abidədir.  Orada  bir-birindən 

«lal» təbəqələrlə ayrılan üç mədəni təbəqə mövcuddur. Bu, onu göstərir ki, həmin 

ərazi zaman-zaman sel-su altında qalıb. Elə bu səbəbdən də orada həyat müvəqqəti 

olaraq dayanıb. Lakin, müəyyən zaman fasiləsindən sonra yenidən məskunlaĢıb. 

Arxeoloji  tədqiqatlar  nəticəsində  Kiçik  Qalacıqda  təqribən  2  m  qalınlığı 

olan  cəmisi  bir  mədəni  təbəqə  aĢkar  edilmiĢdir  [140,  61].  Oradan  əldə  edilən 

maddi-mədəniyyət  qalıqları  Böyük  Qalacığın  üst  mədəni  təbəqəsinin  materialları 

ilə eyniyyət təĢkil edir. 

F.V.Qədirovun ehtimalına görə, Türyançay dərəsindən Kiçik Qalacığa gizli 

yeraltı  yol  olub  [140,  61-62].  Rəvayətə  görə,  orada  hətta  mağaralar  olduğu 

bildirilir. Bu mülahizələrlə bağlı təkcə onu demək istərdik ki, mağara düĢərgələri 

ümumiyyətlə, Böyük Qafqazın cənub ətəklərindəki ərazilər üçün xarakterik deyil. 

Qala və Ģəhərlərə, o cümlədən TərkəĢə Türyançay dərəsindən gizli yol olması isə 

təbiidir. Hərbi əməliyyatlar zamanı əhalinin ərzaq və sursatla təminatı baxımından 

bu,  olduqca  vacib  amil  idi.  Təbiidir ki,  uzunmüddətli  mühasirələr  zamanı  bunsuz 

müdafiəni təĢkil etmək olmazdı. 

TərkəĢdə  aparılmıĢ  tədqiqatlar  zamanı  toplanmıĢ  maddi-mədəniyyət 

nümunələrinin  əksəriyyətini  Ģirsiz  saxsı  məmulatı  təĢkil  edir.  Onlar  antik  dövr 

nümunələri  ilə  müqayisədə  xeyli  kobuddur.  Tapıntılar  içərisində  Ģirli  qab 



119 

 

nümunələrinə  təsadüf  olunmaması  onu  göstərir  ki,  TərkəĢdə  ən  geci  VIII  əsrdə 



həyat kəsilmiĢdir. 

TərkəĢin keramika məmulatı F.V.Qədirov tərəfindən 3 qrupa bölünmüĢdür: 

1) iri qum qarıĢığı olan nümunələr; 2) xırda qum qarıĢığı olan nümunələr; 3) narın 

gildən hazırlanan nümunələr [140, 63-64]. 

TərkəĢ  yaĢayıĢ  yerində  aparılan  arxeoloji  qazıntılar  zamanı  əldə  olunan 

maddi-mədəniyyət  nümunələrinin  təhlili  əsasında  belə  qənaətə  gəlmək  olar  ki, 

orada  eramızın  III  əsrindən  baĢlayaraq  VIII  əsrin  ortalarınadək,  daha  doğrusu 

Böyük  Qalacıqda  III-VIII  əsrlərdə,  Kiçik  Qalacıqda  V-VIII  əsrlərdə  fasilələrlə 

həyat olmuĢdur [140, 68]. 

 

KƏLƏġ 

 

Ġsmayıllı-Qəbələ  yolundan  cənubda,  Göyçay  və  Vəndamçay  dərəsinin 

qovuĢduğu yerdə «KələĢ» adı ilə bəlli olan ilk orta əsrlərə aid yaĢayıĢ yeri təqribən 

50  hektara  yaxın  ərazini  əhatə  edir  [141,  36].  Adı  A.Bakıxanovun  «Gülüstani-

Ġrəm» əsərində xatırlanan [32, 174, 179, 183, 185] bu yaĢayıĢ yeri Ģimaldan cənuba 

doğru  getdikcə  daralaraq  Göyçay  və  Vəndam  çaylarının  birləĢdiyi  yerdə  üçbucaq 

forması  alıb.  Abidə  Ģərq,  qərb  və  cənub  tərəflərdən  dik  dərələrlə,  Ģimal  tərəfdən 

uzunluğu 180 m,  eni  20  m, hündürlüyü  isə  bəzi  yerlərdə  5-10 m  olan  möhtəĢəm 

valla əhatə edildiyindən, bir növ təbii qala vəziyyətindədir. Görünür, elə buna görə 

də xalq arasında bu əraziyə həm də «Qala yeri» deyirlər. 

F.V.Qədirov  tərəfindən  70-ci  illərin  sonu  -  80-ci  illərin  əvvəlində  orada 

kəĢfiyyat  axtarıĢları  aparılıb.  Tədqiqatlar  nəticəsində  əldə  olunan  maddi-

mədəniyyət  nümunələri  içərisində  Ģirli  və  Ģirsiz  keramika  nümunələrinin  çoxluq 

təĢkil etdiyi bildirilir. Tapıntılar içərisində iri təsərrüfat küplərinin, novçalı bardaq 

və  tava  tipli  gil  qab  nümunələrinin  fraqmentləri,  habelə,  düzbucaqlı  formasında 

olan  kirəmit  parçaları  və  müxtəlif  formalı  qulplar  qeydə  alınıb.  Mütəxəssislərin 

fikrincə,  bu  tapıntılar analoji  cəhətdən  Mingəçevirin  və  Küngüt  qalasının ilk  orta 

əsr materiallarına daha çox uyğun gəlir. Maraqlıdır ki, abidənin cənub tərəfində ilk 

orta  əsrlər,  Ģimal  tərəfində  isə  X-XI  əsrlər  üçün  səciyyəvi  olan  keramika 

nümunələri  qeydə  alınıb  [141,  36].  Ehtimala  görə,  KələĢdə  təqribən  VI  əsrin 

ortalarından  baĢlayaraq  XI  əsrədək  həyat  olub.  Tapıntılardan  göründüyü  kimi, 

abidənin  Ģimal  hissəsi  ilə  müqayisədə  cənub  tərəfdə,  yəni,  Göyçay  və  Vəndam 

çaylarının qovuĢduğu əraziyə yaxın yerdə həyat daha erkən sönüb. Həmin sahədən 

Ģirli  keramika  nümunələrinin  tapılmaması  o  deməkdir  ki,  təqribən  VIII  əsrin 

ortalarından etibarən orada həyat olmayıb. 

F.V.Qədirovun  yazdığına  görə,  «KələĢ  Göyçay  dərəsi  keçidinin  istehkam 

xarakterli  arxeoloji  abidələr  kompleksinə  daxildir»  [141,  37].  Əlbəttə,  bu  fikirlə 

qeyd-Ģərtsiz  razılaĢmaq  qeyri-mümkündür.  Ona  görə  ki,  bu  abidə  sadəcə  olaraq 

dövrünün  mühüm  yaĢayıĢ  məntəqələrindən  biri  olub.  Bir  də  ki,  Qafqaz  dağ 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə