Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə57/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   53   54   55   56   57   58   59   60   ...   179

116 

 

miqdar insan və heyvan sümükləri, yanmıĢ qoz qabığı, divarlarının qalınlığı 2,5 sm 



olan saxsı küpələr və bardaq tipli qabların fraqmentləri tapılıb. 

MüĢahidələr zamanı abidənin təqribən 1 hektara yaxın ərazini əhatə etdiyi 

müəyyənləĢdirilib.  Orada,  ayrı-ayrı  yerlərdə  çoxsaylı  siçan  yuvaları  olduğu  da 

diqqətdən yayınmamıĢdır. Maraqlıdır ki, siçanların yuvadan qazıb çıxardığı torpaq 

içərisində  gil  qabların qırıqlarının  olduğu müəyyənləĢdirilib.  F.L.Osmanov  bütün 

bu  tapıntıların  xronoloji  cəhətdən  eramızın  I  minilliyinin  birinci  yarısına  aid 

olduğunu güman edir. 

1976-cı  ildə  AĢağı  Qaraməryəm  kəndi  yaxınlığında  su  anbarı  üçün  yer 

qazılarkən də oradan analoji tapıntılar üzə çıxıb. O zaman inĢaatçıların məlumatı 

əsasında  Göyçay  rayonuna  ezam  edilən  arxeoloq  Ə.Əliyev  və  A.Ələkbərov 

tərəfindən oradan xeyli miqdar maddi-mədəniyyət nümunələri toplanıb [82, 85-92]. 

Həmin  tapıntılar  baĢlıca  olaraq  orta  əsrlərə  aid  Ģirsiz  və  Ģirli  saxsı  məmulatı 

nümunələridir.  Tapıntılar  içərisində  bir  neçə  ədəd  salamat  vəziyyətdə  olan  küpə 

tipli  qab  xüsusilə  diqqəti  cəlb  edir.  Onların  ağzı  novçalı  olmaqla  bir  qədər 

kənarlara meyillidir. Küpələrdən birinin üzərində cızma üsulu ilə iĢlənmiĢ sxematik 

təsvir var. Tədqiqatçıların fikrincə, bu insan təsviridir [82, 85]. 

AĢağı  Qaraməryəm  ərazilərindən  toplanan  gil  qab  nümunələri  xronoloji 

cəhətdən  ilk  orta  əsrlərə  aid  edilir.  Mütəxəssislər  AĢağı  Qaraməryəmdən  tapılan 

məiĢət əĢyaları içərisində Örənqala qazıntılarından bəlli olan nümunələrə bənzəyən 

Ģirli qablar da  olduğunu əsas götürərək XI  əsrədək orada həyat olduğunu bildirib 

[82, 86]. 

Rəvayətə görə, Qaraməryəm kəndinin əsası uzaq keçmiĢdə Məryəm adlı bir 

qadın  tərəfindən  qoyulub.  Həmin  qadın  həddən  artıq  qara  olduğundan  ona  Qara 

Məryəm deyərlərmiĢ. Görünür, o milliyyətcə ərəb olub. Qaraməryəm tapıntılarının 

xronoloji  cəhətdən  Azərbaycanın  Xilafət  orduları  tərəfindən  zəbt  olunduğu  dövrə 

aid olması da məhz bu cür düĢünməyə əsas verir. 

 

ƏRƏBCƏBĠRLĠ 

 

10  aprel  1973-cü  il  tarixdə  Faiz  Yusifovun  imzası  ilə  Göyçay  rayon 



qəzetində «Nadir tapıntı» adlı məqalə dərc olunub. Məqalədə rayonun Ərəbcəbirli 

kəndində  quĢçuluq  ferması  üçün  bünövrə  yeri  qazılarkən  üzə  çıxan  maddi-

mədəniyyət  nümunələrindən  bəhs  olunurdu.  Həmin tapıntılarla  əlaqədar  arxeoloq 

A.B.Nuriyev  1973-cü  ildə  Göyçay  rayonunda  ezamiyyətdə  olub.  O,  abidə  ilə  və 

oradan toplanaraq Göyçay Ģəhərindəki 1 saylı məktəbə təhvil verilmiĢ tapıntılarla 

tanıĢ  olub.  Müəyyən  edilib  ki,  həmin  tapıntıların  aĢkar  edildiyi  ərazidə  vaxtilə 

nekropol mövcud idi. 

Ərəbcəbirli  nekropolundan  əldə  edilən  tapıntılar  əsasən  aĢağıdakılardan 

ibarətdir:  1.  Metal  əĢyalar.  Bunlara  misdən,  tuncdan,  gümüĢdən  və  qızıldan 

hazırlanmıĢ  sinə  bəzəkləri,  bilərziklər,  üzüklər,  sırğalar aiddir.  2.  ġüĢə məmulatı. 




117 

 

Bunlara,  əsasən  muncuqlar  və  müxtəlif  formalı  ĢüĢə  qablar  aiddir.  Maraqlıdır  ki, 



Ərəbcəbirlidən  tapılan  bilərzik,  üzük  və  sırğaların  əksəriyyəti  bolluq  rəmzi  olan 

ilan simvollu forma və naxıĢlara malik olması ilə diqqəti cəlb edir [545, 43-44]. 

Mütəxəssislər  Ərəbcəbirli  nekropolunda  aĢkar  edilmiĢ  küp  qəbirləri 

xronoloji  cəhətdən  IV-VIII  əsrlərə  aid  edirlər  [545,  44].  Görünür,  Albaniya 

ərazilərinin ərəblər tərəfindən istilası nəticəsində orada həyat dayanıb. 

 

YEKƏXANA 



 

1965-70-ci  illərdə  Ġsmayıllı  rayonu  ərazisində  arxeoloji  axtarıĢlar  aparan 

F.L.Osmanov Bakı-Qaraməryəm Ģose  yolunun Ģimal tərəfində yerləĢən Yekəxana 

kəndi ərazisindən də antik və ilk orta əsrlərə aid müxtəlif növ maddi mədəniyyət 

qalıqları aĢkar edib. Həmin tapıntılar içərisində kömürləĢmiĢ vəziyyətdə olan taxıl 

qalıqları  xüsusilə  marağa  səbəb  olub  [190,  105-106].  F.L.Osmanov  tərəfindən 

tapılan  bu  nümunələr  görkəmli  seleksiyaçı  alim,  akademik  Ġ.D.Mustafayev 

tərəfindən təyin olunub. Onun rəyinə əsasən, həmin taxıl qalıqları  əsasən mədəni 

arpa və az miqdarda yumĢaq buğda növündən ibarət olub [532, 19-20]. 

80-ci illərin əvvəllərində Yekəxana və ona qonĢu olan ġahsoltanlı kəndləri 

ərazilərində  təsərrüfat  iĢləri  görülərkən  xeyli  maddi-mədəniyyət  nümunələri  üzə 

çıxıb.  Tapıntılar  içərisində  qədim  əmək  vasitələri,  məiĢət  əĢyaları  və  bəzək 

nümunələri üstünlük təĢkil  edir.  ġahsoltanlı  kənd məktəbinin  yaxınlığındakı  sahə 

Ģumlanarkən də oradan xeyli miqdarda gil qab nümunələri tapılıb [82, 88]. Yerli 

sakinlərin dediyinə görə, bu cür tapıntılar ayrı-ayrı həyətlərdən də məlumdur. 

ġahsoltanlı  abidəsinə  baxıĢ  keçirilərkən  oradan  xeyli  maddi-mədəniyyət 

nümunələri toplanılıb [82, 88]. Bunlar əsasən iri təsərrüfat küpləri, çölmək və cam 

tipli  dayaz  qabların,  təkayaq  vazların  fraqmentlərindən  ibarətdir.  Tapıntılar 

içərisində  diametri  8  sm  olan  bir  ədəd  gildən  hazırlanmıĢ  araba  təkərinə  bənzər 

əĢya, qulpların üzərində çərtmə naxıĢı olan kiçikhəcmli su qablarının parçaları və 

iki  ədəd  qadın  fiquru  diqqəti  cəlb  edir.  Fiqurların  hər  ikisinin  baĢı,  qolları  və 

qurĢaqdan aĢağı hissəsi sınmıĢdır [82, 88-91]. 

Göründüyü kimi, ġahsoltanlı materialları içərisində həm antik, həm də ilk 

orta əsrlər dövrünə aid əĢyalar var. Bu, o deməkdir ki, həmin ərazilərdə eramızın 

əvvəllərindən baĢlayaraq IV-V əsrlərədək yaĢayıĢ olub. Daha sonra isə orada həyat 

kəsilərək sakinlər qonĢuluqdakı Yekəxana ərazisinə köçüblər [82, 91]. 

 

TƏRKƏġ 

 

Oğuz  rayonunun  TərkəĢ  kəndindən  1  km  cənubda,  Türyançayın  qərb 

sahilində  yerləĢir.  Abidənin  Ģərq  tərəfi  Türyançay  dərəsi,  Ģimal,  qərb  və  cənub 

tərəfləri isə təbii xəndəyə bənzəyən dərin çökəkliklə əhatə olunub. O, iki hissədən 

ibarətdir.  Yerli  əhali  tərəfindən  abidənin  Ģimal  hissəsi  Böyük  Qalacıq,  cənub 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə