Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə51/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   47   48   49   50   51   52   53   54   ...   179
    Bu səhifədəki naviqasiya:
  • LAHIC

104 

 

Özü də Qalagahdan məlum olan bu tip qablar Mollaisaqlı, Hacıhətəmli, Nüydi və 



Uzunboylardan  məlum  olan  nümunələrlə  müqayisədə  olduqca  kobud  hazırlanıb. 

Bu  isə  ilk  orta  əsrlər  dövründə  dulusçuluq  sənətində  müĢahidə  olunan  keyfiyyət 

dəyiĢikliklərinin bariz nümunəsidir. Antik dövr abidələri ilə müqayisədə Qalagah 

tapıntıları içərisində  lentvari  qulpu, nisbətən  dar  boğazı,  üçləçəkli  gül  formasında 

olan ağzı, çiyin hissədə isə müxtəlif üsullarla iĢlənmiĢ naxıĢları olan bardaq tipli 

qablar nisbətən çoxluq təĢkil edir. Fikrimizcə, ilk orta əsrlər dövrü üçün səciyyəvi 

olan bu cür qablar antik dövrdə geniĢ yayılan süddanbiçimli qabların davamı kimi 

baĢa  düĢülməlidir.  Xatırladaq  ki,  bu  hal  Qırlartəpə  materiallarında  da  çox  aydın 

izlənir. Qalagahdan tapılmıĢ insan fiqurları Mollaisaqlı və Hacıhətəmlidən məlum 

olan  antropomorf  fiqurlarla  müqayisədə  xeyli  dərəcədə  özünün  sxematikliyi  ilə 

diqqəti cəlb edir (XXXVII tablo, Ģək. 7, 8). Zoomorf fiqurlar isə daha çox keçiyə 

və öküzə bənzəyir. 

Qalagahda arxeoloji axtarıĢlar zamanı ĢüĢə məmulatı nümunələrinə də tez-

tez  təsadüf  edilib.  Bu  cür  nümunələrə  həm  Y.A.Paxomovun,  həm  də 

F.L.Osmanovun tədqiqatları  zamanı rast  gəlinib  [190,  96-97;  575,  Ģək.2].  Həmin 

nümunələr əsasən qədəh tipli qablardan və onlara məxsus fraqmentlərdən ibarətdir 

(CI-CIV  tablolar).  Y.A.Paxomov  tərəfindən  aĢkar  edilmiĢ  yaĢımtıl  rəngli  ĢüĢə 

qədəhin hündürlüyü  12,5,  ağzının  diametri 8,5,  oturacağının  diametri 5,8  sm-dir. 

Gövdə hissəsi qabarıq ornamentlərlə bəzədilib [190, 96-97]. 

Qalagah  materialları  içərisində  qiymətli  bəzək  əĢyaları  da  vardır.  Belə 

nümunələrə  əsasən  qəbir  avadanlıqları  içərisində  təsadüf  olunur.  Tuncdan 

hazırlanmıĢ  üzük,  bilərzik,  ĢüĢə  muncuqlardan  ibarət  boyunbağı  nümunələri 

xüsusilə çoxluq təĢkil edir (C tablo, Ģək.21-40; CI tablo, Ģək.2; CIV tablo, Ģək. 1, 2, 

10). Oradan tapılmıĢ üç ədəd qızıl sırğa isə hazırda Azərbaycan tarixi muzeyinin 

qiymətli metal-qızıl fondunda saxlanılır [50, 26; 190, 100]. Onlardan ikisi 1938-ci 

ildə Y.A.Paxomov, üçüncüsü isə 1964-cü ildə F.L.Osmanov tərəfindən tapılmıĢdır. 

Qayığa  oxĢar  formada  olan  bu  sırğaların  xarici  səthi  zərif,  həm  də  olduqca 

mürəkkəb texnoloji üsullarla bəzədilib. 

Qalagah  birtəbəqəli  abidədir.  Oradan  məlum  olan  maddi-mədəniyyət 

nümunələri  xarakteri  və  rəngarəngliyi  baxımından  qonĢuluqdakı  antik  dövr 

abidələrinin  materiallarından  əsaslı  surətdə  fərqlənir.  Keramika  məmulatının 

timsalında bu fərqlər xüsusilə daha aydın müĢahidə olunur. ġüĢə məmulatının və 

bəzək nümunələrinin  çox  tapılması  da  Qalagah  abidəsini  yaxınlıqdakı  antik  dövr 

abidələrindən  fərqləndirən  əsas  əlamətlərdəndir.  Bütün  bunlar  isə  Qalagahda 

iqtisadi və mədəni cəhətdən yüksək dərəcədə inkiĢaf etmiĢ Ģəhər həyatı olduğundan 

xəbər verir. 

Arxeoloji tədqiqatlar zamanı əldə olunmuĢ maddi mədəniyyət nümunələrinə 

əsasən deyə bilərik ki, Qalagahda həyat III əsrdən daha sonra baĢlanıb. Nəfis ĢüĢə 

məmulatının  və  qiymətli  bəzək  əĢyalarının  çoxluğu  da  bu  abidənin  III  əsrdən 

sonrakı dövrə aid olduğunu söyləməyə əsas verir. Bütün bu amillər Qalagahda ən 




105 

 

tezi,  eramızın  IV  əsrinin  ortalarından  etibarən  qızğın  Ģəhər  həyatı  olduğundan 



xəbər  verir.  Fikrimizcə,  Qalagahda  həyatın  nə  vaxtadək  davam  etdiyini  də 

dəqiqləĢdirməyə  ehtiyac  var.  Məlum  olduğu  kimi,  orada  1,5-1,7  m  qalınlığında 

mədəni təbəqə aĢkar  edilib.  Sözsüz  ki,  belə  bir mədəni təbəqənin  əmələ  gəlməsi 

üçün ən azı 2-3 əsr vaxt gərəkdir. Buradan da belə nəticə çıxır ki, Qalagahda ən azı 

V  əsrin  sonlarınadək  həyat  davam  edib.  Xatırladaq  ki,  oradan  tapılmıĢ  maddi-

mədəniyyət nümunələrinin xeyli qismi Mingəçevirin, Qəbələnin və ġamaxının ilk 

orta əsr materiallarından əsla fərqlənmir. 

 

LAHIC 



 

Azərbaycan  ərazisində  «Lahıc»  adı  ilə  məlum  olan  bir  neçə  yaĢayıĢ 

məntəqəsi  vardır.  Onlardan  ən  böyüyü  və  nisbətən  daha  qədim  tarixə malik  olanı 

isə Ġsmayıllı rayonundakı Lahıc qəsəbəsidir. Girdiman çayının sol sahilində, dağlar 

qoynunda olan Lahıc BaĢ suayrıcına yaxın ərazidəki kəndlərin əhatəsində yerləĢir 

(XXXIX tablo). Hansı ki, əsrlər boyu Lahıc həmin kəndlər üçün həm inzibati, həm 

də mədəni-iqtisadi mərkəz funksiyası daĢıyıb [280]. 

Xatırladaq  ki,  yazılı  mənbələrdə  Lahıc  və  Lahican  vilayətinin  adı  tez-tez 

çəkilir.  Məsələn,  Ġbn  əl-Havqəl  ġirvan  Ģəhərlərinin  adını  sadalayarkən  ġamaxı, 

ġirvan, Laican və ġabranın da adını çəkir [56, 67; 236, 110]. Maraqlıdır ki, bəzi 

mənbələrdə  «Layzan»  kimi  göstərilən  bu  Ģahlıq  Ġbn  əl-Havqəl  tərəfindən 

«LaicanĢah»  kimi  təqdim  edilib.  V.M.Minorski  Lahıcı  Ġranın  Gilan  əyalətindəki 

Lahicanla əlaqələndirir [23, 32]. O, «Hüdud əl-aləm»in ingilis dilinə  tərcüməsinə 

yazmıĢ olduğu qeydlərində «LayzanĢahlığın Girdiman çayı ilə Göyçay arasındakı 

ərazidə olduğu qənaətinə gəlib» [225, 32-33]. Yeri gəlmiĢkən onu da qeyd edək ki, 

tarixi mənbələrdə ġirvan və Xursanla bərabər Laican nahiyəsinin də zəngin mədən 

yataqlara  və  təbii  sərvətlərə  malik  olduğu,  buradan  xarici  ölkələrə  sənətkarlıq  və 

kənd təsərrüfatı məhsullarının göndərildiyi barədə məlumat verilir [120, 32-33]. 

Lahıcın  XVIII  və  XIX  əsr tarixinə  dair  çoxlu  tədqiqat  əsərləri  yazılsa  da, 

orada  həyatın  nə  vaxtdan  baĢladığı  barədə  hələlik  dəqiq  elmi  məlumat  yoxdur. 

Doğrudur,  tarixi  mənbələrdə  IX  əsrdən  baĢlayaraq  Lahıcın  adı  çəkilir  və  onun 

ətrafında  cərəyan  edən  hadisələr  barəsində  məlumat  verilir.  M.X.ġərifli  ərəb 

mənbələrinə  istinadən  hələ  VI  əsrdə  Böyük  Qafqaz  sıra  dağlarının  Ģimal-Ģərq 

ətəklərindəki ərazilərdə bir neçə Ģahlıq olduğunu bildirir. Onun yazdığına görə, bu 

kiçik hökmdarlıqlar daxili  iĢlərində  muxtar  olsalar  da,  Sasanilərə  xərac  verirdilər 

[225, 50]. Çox güman ki, həmin Ģahlıqlardan biri də məhz Lahıc Ģahlığı olub. IX 

əsr  müəllifi  Əhməd  əl-Bəlazuri  VIII  əsrə  aid  hadisələrdən  bəhs  edərkən 

LayzanĢahın Xəlifə HiĢam (724-447) tərəfindən Ərməniyyəyə hakim təyin edilən 

Məsləmə  ibn  Əbdülməliklə  müqavilə  bağladığını  bildirir  [320,  12].  X  əsrə  aid 

anonim  mənbədə  də  Lahıcın  adı  tez-tez  xatırlanır.  Mənbənin  yazdığına  görə, 

Laican  ġirvanın  üç  nahiyəsindən  biridir.  Mənbədə  deyilir:  «ġirvan,  Xursan  və 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə