Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə47/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   43   44   45   46   47   48   49   50   ...   179

96 

 

çevrildiyindən  xəbər  verirdi.  Və  çox  güman  ki,  bu  dövrdə  Mehranilərin  mərkəzi 



iqamətgahı  da  artıq  Mehrəvanda  deyil,  elə  Qəbələnin  özündə  yerləĢirdi. 

Fikrimizcə,  Mehrəvanın  sonrakı  mərhələdə  inkiĢaf  edərək  böyüməməsi,  əksinə, 

tədricən sönərək tarix səhnəsindən getməsi də, məhz bu amillə əlaqədar ola bilərdi. 

Yəni,  vilayətin  idarəçiliyi  və  onu  qoruyan  hərbi  qarnizonun  Qəbələyə  köçməsi 

qədim paytaxt Ģəhərində həyatın daha qaynar məcraya düĢməsinə, Mehrəvanın isə 

ölkənin mədəni, iqtisadi və siyasi həyatında arxa plana keçməsinə və nəticə etibarı 

ilə iflasına gətirib çıxarıb. Mehranın oğlu Armayelin nəvəsi Vardanın (ona Cəsur 

Vardan  deyirdilər  -  Q.C.)  hakimiyyəti  dövründə  Mehranilər  sui-qəsd  yolu  ilə 

AranĢahları  devirərək  bütövlükdə  Albaniyada  siyasi  hakimiyyətə  yiyələniblər. 

M.Kalankatuklunun  yazdığına  görə,  o,  (yəni,  Vardan  -  Q.C.)  ürəyinə  vəfasızlıq 

salaraq...  yerli  AranĢahları guya  qonaqlığa  dəvət  edərək»  onları  ölüm  yeməyi  ilə 

zəhərləyir, sonra da öz qohumu, qızının əri, AranĢah Zərmehrdən savayı 59 nəfərin 

baĢını  vurdurmaqla  bütövlükdə  Albaniya  taxt-tacına  sahib  durub  [120,  101]. 

Beləliklə də, Albaniya bütünlüklə Girdiman feodallarının hakimiyyəti altına keçib. 

 

MEHRƏVAN (BƏYĠMLĠ QALASI) 

 

Ötən  əsrin  50-ci  illərindən  baĢlayaraq  Azərbaycanın  qədim  və  orta  əsr 

Ģəhərlərinin  tarixinin  arxeoloji  cəhətdən  öyrənilməsi  istiqamətində  geniĢmiqyaslı 

tədqiqat iĢləri aparılmıĢdır  [14;  31;  77; 101;  227;  289;  310;  415].  Lakin  bununla 

belə onu da etiraf etmək lazımdır ki, qədim və orta əsr mənbələrində adı çəkilən, 

bir  qisminin  isə,  hətta,  coğrafi  koordinatları  bəlli  olan  neçə-neçə  Azərbaycan 

Ģəhərinin  yeri  hələ  də  elm  üçün  sirr  olaraq  qalmaqdadır  [111,  72-87].  Qədim  və 

orta əsrlərə aid bir sıra Ģəhər yerləri də mövcuddur ki, onların tarixi mənbələrdə adı 

çəkilən  Ģəhərlərdən  məhz  hansının  qalıqları  olduğunun  müəyyənləĢdirilməsi  də 

hələlik həllini gözləyən problemlərdəndir. 

Tarixi  mənbələrdə,  xüsusilə  də  M.Kalankatuklunun  «Albaniya  tarixi» 

əsərində  adı  çəkilən,  lakin  bu  günədək  dəqiq  yeri  bəlli  olmayan  erkən  orta  əsr 

Azərbaycan  Ģəhərlərindən  birisi  də  Mehrəvan  Ģəhəridir  [120,  101].  Doğrudur, 

Mehrəvanın  lokalizəsi  ilə  bağlı  tarixi-arxeoloji  ədəbiyyatda  artıq  müəyyən 

ehtimallar  söylənilib  [50,  113-119].  Maraqlı  burasıdır  ki,  hələlik  Mehrəvan 

Ģəhərinin  qalıqları  olduğu  güman  edilən  abidələrin  hamısı  məhz  ġirvan 

ərazisindədir.  2004-cü  ildə  Ağsu  rayonu  ərazisində  aĢkar  edilən  və  bu  sətirlərin 

müəllifi  tərəfindən  Mehrəvan  Ģəhərinin  qalıqları  olduğu  güman  edilən  daha  bir 

erkən  orta  əsr  abidəsi  -  Bəyimli  qalası  da  (yerli  sakinlər  bu  abidəni  Torpaqqala 

adlandırırlar)  bu  sıraya  əlavə  olunmalıdır.  Xatırladaq  ki,  Bəyimli  qalası 

Azərbaycanın arxeoloji xəritəsində Torpaqqala adı ilə bəlli olan üçüncü abidədir. 

Məlum  olduğu  kimi,  Qax  və  Tovuz  rayonları  ərazisində  də  Torpaqqala  adı  ilə 

məlum  olan  ilk  orta  əsr  abidələri  mövcuddur  [229;  232].  Torpaqqala  adı  ilə, 



97 

 

həmçinin, Orta Asiya ərazisində də III-VI əsrlərə aid Ģəhər olduğu bildirilir [626, 



162-176]. 

Qaraməryəm  tirəsindən  cənubda,  Ağsu  rayonunun  Bəyimli  kəndi 

ərazisində, Girdiman çayının sol sahilində yerləĢən Torpaqqala abidəsinin ərazisi 9 

hektara  yaxındır  (XIX  tablo).  Ətrafı  10-15  m  hündürlüyü  olan  val-qala  divarı  ilə 

əhatələnib. Düzbucaqlı formada olan abidənin Ģimal divarlarının uzunluğu 323 m, 

cənub  divarlarının  uzunluğu  295  m,  Ģərq  divarlarının  uzunluğu  338  m,  qərb 

divarlarının  uzunluğu  isə  405  m-dir  (XX  tablo).  Künclərdə  hündür  bürc  yerləri 

olduğu  aydın  bilinir  (XXVII  tablo,  Ģək.3).  Maraqlıdır  ki,  qala  divarlarının  xaric 

tərəfdən hündürlüyü onun içəri tərəfdən olan hündürlüyündən iki dəfə çoxdur. Bu, 

qala  divarlarının  xaric  tərəfinin  torpağının  qazılaraq  qala  divarı  üstünə  yığılması 

nəticəsində  belə  olub.  Beləliklə,  qala  divarları  hündürləĢdikcə,  onun  xarici  tərəfi 

daha da dərinə düĢməklə bir növ keçilməz xəndək vəziyyəti almıĢdır (XXII tablo). 

Bu  da  sözsüz  ki,  Ģəhərin  müdafiəsini  asanlaĢdıran  faktorlardandır.  Xatırladaq  ki, 

eyni hal Beyləqan və Qəbələ Ģəhərlərində də qeydə alınmıĢdır [77, 25-26; 31, 26-

28]. 

Bəyimli  qalasının  əsas  giriĢ  qapılarının  cənub  və  qərb  tərəfdən  olduğu 



güman edilir. Qalanın ərazisi uzun illər ərzində pambıq və taxıl əkmək məqsədilə 

Ģumlanıb. 60-cı illərdə isə üzüm əkmək məqsədilə qala ərazisi təqribən 60-70 sm 

dərinliyində  plantaj  edilib.  Bu  zaman  çoxlu  maddi-mədəniyyət  nümunələri  üzə 

çıxıb.  Təəccüb  doğuran  odur  ki,  illər  uzunu  belə  bir  möhtəĢəm  abidə  təsərrüfat 

iĢləri zəminində ardıcıl olaraq dağıdılıb, yerli orqanlar isə bütün bunlar barəsində 

vaxtında əlaqədar təĢkilatlara məlumat verməyiblər. Beləliklə də, tariximizin neçə-

neçə qiymətli yadigarları əldən-ələ keçərək it-bat olmuĢdur. Daha təəccüblüsü odur 

ki,  belə  bir  mühüm  abidə,  bütövlükdə,  elmi  ictimaiyyətin  diqqətindən  kənarda 

qalıb.  Yəni,  bu  günədək  nəĢr  edilmiĢ  tarixi-arxeoloji  əsərlərdə,  xəritələrdə, 

ensiklopedik  nəĢrlərdə,  hətta  Mədəniyyət  Nazirliyinin  təsdiq  etdiyi  və  dövlət 

tərəfindən  mühafizə  olunduğu  bildirilən  tarix  və  mədəniyyət  abidələrinin 

siyahısında  belə  Bəyimli  qalasının  adına  rast  gəlmirik.  Onun  adı  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2  avqust  2001-ci  il  tarixli  132  saylı  qərarı  ilə 

təsdiq  edilmiĢ  «Azərbaycan  Respublikası  ərazisində  Dövlət  mühafizəsinə 

götürülmüĢ daĢınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə 

bölgüsü» toplusuna da daxil edilməyib [19]. 

Belə  bir  abidənin  mövcudluğu  barədə  ilk  dəfə  «Xalq qəzeti»nin  əməkdaĢı 

Hacı  Qüdrət  Piriyevin  məlumatı  əsasında  jurnalist  Tahir  Aydınoğlu  1991-ci  ildə 

«Kommunist»  qəzetində  «Torpaqqala  -  unudulmuĢ  xəzinə»  adlı  məqalə  dərc 

etdirmiĢdir [60, 243-248]. 2003-cü ildə Azərbaycan Dövlət Televiziyası tərəfindən 

«Girdiman»  adlı tarixi-sənədli  film  çəkilərkən  bu  sətirlərin  müəllifinin  təĢəbbüsü 

ilə Bəyimli qalası barəsində də həmin filmə süjet daxil edilmiĢdir. Nəhayət, 2004-

cü  ilin  may  ayında  bu  sətirlərin  müəllifinin  rəhbərliyi  ilə  Bəyimli  qalasında 

kəĢfiyyat  xarakterli  ilkin  arxeoloji  tədqiqat  iĢləri  aparılmıĢdır  [51;  59;  60].  Bu 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə