Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə44/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   40   41   42   43   44   45   46   47   ...   179

90 

 

müəyyənləĢdirmək  qeyri-mümkündür.  Məsələn,  XI  əsr  müəllifi  Ġbn-əl-Havqəl 



Qəbələnin ġəkidən qərbdə olduğunu yazır [236, 110]. Görünür, elə N.A.Karaulov 

da Qəbələni Alazan çayı vadisində lokalizə edərkən, məhz X-XI əsrlərdə yaĢayıb-

yaratmıĢ ərəb coğrafiyaĢünaslarının məlumatlarına istinad edib [453]. A.Yanovski 

Qəbələnin Türyançayın kənarında [672, 97-120], B.Dorn Nic kəndinin cənubunda 

[417,  341],  S.V.YuĢkov  Dağıstan  ərazisində  [668,  136-145]  olduğunu  yazıblar. 

Yuxarıda  deyilənlərdən  göründüyü  kimi,  elmi  ictimaiyyət  tərəfindən  Qəbələnin 

lokalizəsi ilə bağlı uzun müddət ziddiyyətli fikirlər söylənilmiĢdir. Lakin, belə bir 

həqiqəti də danmaq olmaz ki, bütün Qafqaz ərazisində Qəbələ adı ilə məlum olan 

yeganə  Ģəhər  xarabalığı,  məhz  indiki  Qəbələ  rayonunun  Çuxur  Qəbələ  kəndi 

yaxınlığındadır (XVI tablo). 

XX  əsrin  20-ci  illərindən  baĢlayaraq  Azərbaycan  arxeoloqları  tərəfindən 

aparılmıĢ  tədqiqatlar  nəticəsində  Qəbələnin  lokalizəsi  ilə  bağlı  fikir  ayrılıqlarına 

birdəfəlik  son  qoyulmuĢdur.  D.B.ġərifov  [659],  Ġ.P.ġeblıkin  [664],  S.M.Qazıyev 

[129, 7-67], Ö.ġ.Ġsmizadə [440, 68-130], Q.M.Əhmədəv [31, 22-54], Ġ.A.Babayev 

[310],  F.V.Qədirov  [141],  F.L.Osmanov  və  Q.C.Cəbiyevin  [559]  tədqiqatları 

nəticəsində  Qəbələ  Ģəhəri  tarixinin  bir  çox  qaranlıq  məqamlarına  aydınlıq 

gətirilmiĢdir.  Son  80 il  ərzində  orada aparılmıĢ  geniĢmiqyaslı arxeoloji  qazıntılar 

zamanı  əldə  olunmuĢ  çox  zəngin  maddi-mədəniyyət  kolleksiyası  Azərbaycanda 

Ģəhər  mədəniyyəti  tarixinin  dərindən  və  hərtərəfli  öyrənilməsi  üçün  misilsiz 

əhəmiyyətə malikdir. 

Qəbələ  Ģəhəri  Qala,  Səlbir  və  Antik  Qəbələ  adı  ilə  bəlli  olan  üç  əsas 

hissədən ibarətdir. Qaraçayla Qoçalan çayları arasında Antik Qəbələ kimi tanınan 

50  hektara  yaxın  sahədə  arxeoloq  Ġ.A.Babayev  tərəfindən  aparılmıĢ  tədqiqatlar 

nəticəsində e.ə. IV əsrdən baĢlayaraq eramızın I əsrinin sonlarınadək intensiv Ģəhər 

həyatı  olduğu  sübuta  yetirilmiĢdir  [310].  ġəhərin  Səlbir  adlanan  hissəsində  I-X 

əsrlərə, Qalada isə I-XVII əsrlərə aid bir neçə m qalınlığında zəngin mədəni təbəqə 

olduğu  müəyyən  edilmiĢdir  [31,  22-36].  Göründüyü  kimi,  Antik  Qəbələdə  Ģəhər 

həyatı  kəsildikdən  sonra  Səlbir  və  Qalada həyat  baĢlanıb. XI  əsrdən  etibarən isə 

Ģəhərin ancaq Qala hissəsində həyat davam edib. 

Qəbələ Ģəhərinin tarixi uzun müddətdir ki, öyrənilir və bu sahədə çox böyük 

uğurlar  qazanılıb.  Albaniyanın  qədim  paytaxtının  tarixinə  dair  bir  sıra 

ümumiləĢdirici  əsərlər  və  çoxsaylı  elmi  məqalələr  nəĢr  edilib.  Lakin,  Qəbələ 

tarixinin  qaranlıq  səhifələri  də  az  deyildir.  Bu  cəhətdən,  paytaxtın  hansı  zərurət 

ucbatından  Qəbələdən  Bərdəyə  köçürülməsi  məsələsinin  aydınlaĢdırılması  çox 

mühüm elmi əhəmiyyət kəsb edir [110, 66-68]. Qəbələnin orta əsr tarixi ilə məĢğul 

olan  tədqiqatçılar  nədənsə  indiyədək  bu  məsələyə  demək  olar  ki,  münasibət 

bildirməmiĢlər.  Halbuki,  Albaniyanın  siyasi  tarixinin  öyrənilməsi  baxımından 

bunun çox mühüm əhəmiyyəti vardır. 

Bəzi  tədqiqatçılar  paytaxtın  Bərdəyə  köçürülməsini  461-ci  ildə  Sasanilər 

tərəfindən mərzbanlıq üsul-idarəsinin tətbiqi nəticəsində ölkənin iqtisadi və siyasi 




91 

 

həyatında  Bərdənin  rolunun  artması,  Qəbələnin  mövqeyinin  isə  zəifləməsi  ilə 



əlaqələndirməyə  səy  ediblər.  Halbuki,  bu  cür  düĢünmək  üçün  əsas  yoxdur.  Ona 

görə ki, paytaxt Bərdəyə köçürüləndən sonra Qəbələdə V əsrə qədər olduğundan 

daha intensiv Ģəhər həyatı olub. ġəhərin Qala və Səlbir hissəsində aĢkar edilən ən 

möhtəĢəm tikintilər, o cümlədən bu günədək öz əzəmətini qoruyub saxlayan qala 

divarları və bürcləri də məhz V əsrdən sonrakı dövrdə inĢa edilib (XVI tablo). 

Qəbələnin qala divarları özünün möhtəĢəmliyi ilə Azərbaycanın digər orta 

əsr  Ģəhərlərinin  müdafiə  sistemindən  xeyli  fərqlənir.  Səlbirin  divarları  əsasən 

Sasani  dövrü  arxitekturası  üçün  xarakterik  olan  çiy  kərpicdən  və  yonulmuĢ  çay 

daĢından  istifadə  olunmaqla  inĢa  edilib.  Orada  qala  divarlarının  xarakterini  və 

dövrünü  öyrənmək  məqsədilə  1967-ci  ildə  tanınmıĢ  arxeoloq  S.M.Qazıyev 

tərəfindən  tədqiqatlar  aparılıb.  Bu  məqsədlə  Ģimal  divarlarında  yerüstü 

əlamətlərinə görə nisbətən daha əzəmətli görünən bürc öyrənilmiĢdir. Yarımdairəvi 

formada  olan  bu  bürc  möhrədən  və  tərkibində  saman  qatıĢığı  olan  çiy  kərpicdən 

tikilmiĢdir. Bürcün daxili hissəsinin diametri 3 m-dir. Həm qala bürcünə, həm də 

onun  davamı  olan  divarlara  xaric  tərəfdən  çiy  kərpiclə  üzlük  vurulmuĢdur.  Qala 

divarlarının daxili tərəfində isə çay daĢı, biĢmiĢ kərpic və əhəng məhlulu ilə tikilən 

köməkçi  divar  qalıqları  olduğu  müəyyənləĢdirilmiĢdir.  S.M.Qazıyevin  fikrincə,  6 

m uzunluğu olan bu divar əsas qala divarlarından sonra bərpa məqsədilə tikilib [31, 

27]. Tədqiqatlar zamanı qala divarlarının möhrədən tikilmiĢ alt hissəsində ilk orta 

əsrlər üçün səciyyəvi olan gil qab fraqmentləri və ox ucluğu olduğu güman edilən 

dəmir  əĢya parçasına rast gəlinib. Bu nümunələrə əsasən, öyrənilən bürcün V-VI 

əsrlərdə tikildiyi müəyyənləĢdirilib [449, 63]. Görünür, bəzi müəlliflər Qəbələnin 

Sasani  Ģahı  Qubad  tərəfindən  tikildiyini  yazarkən  məhz  bu  divarları  nəzərdə 

tutublar. 

1974-1978-ci illərdə F.V.Qədirov tərəfindən Səlbirin cənub-qərb küncündə 

tədqiqatlar  aparılarkən,  orada  çay  daĢından inĢa  edilmiĢ  daha  bir  möhtəĢəm  bürc 

aĢkar  edilmiĢdir.  Bürc  xaric  tərəfdən  bünövrə  hissəyə  qədər  öyrənilmiĢdir. 

Qalıqlarının  hündürlüyü  14  m  olan  bu  bürc  düzbucaqlı  formasındadır.  Bürc 

yonulmuĢ çay daĢı və əhəng məhlulu ilə tikilib, daha sonra isə səliqə ilə yonulmuĢ 

tuf  daĢdan  üzlük  vurulub.  Arxeoloq  F.V.Qədirovun  fikrincə,  e.ə.  I  əsrdə  tikilən 

qala  bürcü  bütün  ilk  orta  əsrlər  boyu  Ģəhərin  etibarlı  müdafiə  sisteminə  xidmət 

etmiĢdir [449, 64]. Qeyd olunan bürcdən bir qədər Ģimal tərəfdə tədqiqatlar davam 

etdirilərkən orada uzunluğu 35 m, hündürlüyü 1 m, qalınlığı isə 2,4 m olan divar 

qalıqları  aĢkar  edilmiĢdir.  Divar  yonulmuĢ  tuf  daĢdan  və  əhəng  məhlulundan 

istifadə olunmaqla inĢa edilib. 

80-ci  illərin  ortalarında  təcrübəli  arxeoloq  Q.M.Əhmədəv  tərəfindən 

Səlbirin  cənub  və  cənub-Ģərq  küncündə  qala  divarları  öyrənilmiĢdir.  Bu  zaman 

Səlbirin cənub-Ģərq küncündə yarımdairəvi formada  olan daha bir nəhəng bürcün 

qalıqları aĢkara çıxarılmıĢdır. 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə