Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə42/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   38   39   40   41   42   43   44   45   ...   179

86 

 

və keramika istehsalı ilə məĢğul olunduğuna dəlalət edir. Görünür, bəhs edilən otaq 



yerlərindən eyni zamanda həm emalatxana, həm də kürəxana kimi istifadə olunub. 

Divarların  kənarı  boyunca  aĢkar  edilən  metal  Ģlaklar  və  kürə-ocaq  yerlərinin 

qalıqları da məhz bu cür düĢünməyə əsas verir. Ehtimal etmək olar ki, yerli ustalar 

orada metal məmulatından müxtəlif növ alət və silahlar istehsal ediblər. Xatırladaq 

ki,  Qırlartəpə  və  ona  yaxın  ərazilərdə  aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində, 

habelə təsadüfi tapıntılar içərisində metal məmulatının çox olması faktının özü də 

həmin məmulatın məhz yerli istehsal məhsulu olduğunu düĢünməyə əsas verirdi. 

Qırlartəpə  tikinti  kompleksi  Ģərq  tərəfdə  təqribən  8  m  məsafədə  yamac  - 

terrasa  doğru  davam  edir.  Orada  abidə-kompleksin  əsas  divarlarının  davamı 

olmaqla təqribən 16 kv.m sahəni əhatə edən yardımçı tikinti qalıqları qeydə alınıb. 

Həmin  ərazi  təmizlənərkən,  orada  tərkibində  peyin  qalıqlarının  üstünlük  təĢkil 

etdiyi  mədəni  təbəqə  qeydə  alınmıĢdır.  Bu  əlamətlər  qeyd  olunan  yardımçı 

tikintilərin  çox  güman  ki,  ev  heyvanlarının  saxlandığı  yer-tövlə  olduğunu 

düĢünməyə əsas verir. 

Qazıntının planından göründüyü kimi, emalatxana-kürəxana olduğu güman 

edilən  otaq-arakəsmələrdən  Ģərqə  doğru  da  bir  neçə  otaq-arakəsmə  qeydə  alınıb. 

Onların bir qisminin qalıqları aydın bilinsə də, bəziləri çox ciddi dağıntıya məruz 

qalıb. Özü də yuxarıda qeyd  olunduğu kimi, əsas-yan divarlara  bitiĢik olan otaq-

arakəsmələr  qərb  tərəfdə  olduğu  kimi,  Ģimal,  cənub  və  Ģərq  tərəfdə  də  nisbətən 

yaxĢı  qalmıĢdır.  Həmin  otaq-arakəsmələrin  demək  olar  ki,  əksəriyyətində  Ģaquli 

istiqamətdə  basdırılmıĢ  iri  təsərrüfat  küpləri  aĢkar  edilmiĢdir  (VII-VIII  tablolar). 

Hansı  ki,  həmin  küplərin  içərisində  müxtəlif  növ  ərzaq  məhsullarının  qalıqları 

olduğu müəyyənləĢdirilmiĢdir. Küplərdən bir neçəsində taxıl və un qalıqları aĢkar 

edilmiĢdir.  Bu  isə  həmin  otaq-arakəsmələrin  daha  çox  anbar  funksiyası 

daĢıdığından xəbər verir. 

Qırlartəpə  tikinti  kompleksinin  funksional  təyinatı  barədə  mütəxəssislər 

tərəfindən  müxtəlif  mülahizələr  bildirilib.  Məsələn,  memar  V.H.Kərimov  bu 

abidəni  ətrafı  qala  divarları  ilə  möhkəmləndirilmiĢ  olan  Ģəhərtipli  yaĢayıĢ 

məntəqəsi  kimi  xarakterizə  edib  [461,  39].  Arxeoloq  F.L.Osmanov  da  abidənin 

qalaça  tipli  kompleks  olduğunu  ehtimal  edir.  Təpənin  mərkəzi  hissəsinin 

çökdüyünü əsas götürərək o, bu kompleksin üstünün günbəzvari formada olduğunu 

bildirir. Əlbəttə, kompleksin yan divarlarının möhtəĢəmliyi onun həqiqətən qalaça 

tipli  obyekt  olduğu  barədə  söylənilən  fikirlərin  məntiqə  uyğun  olduğuna  dəlalət 

edir.  Bununla  yanaĢı,  belə  bir  cəhəti  də  unutmaq  olmaz  ki,  kompleksin  bünövrə 

hissəsi  düzgün  olmayan  düzbucaqlı  formasında  olduğundan,  onun  üstünü 

günbəzvari  formada  örtüklə tamamlamaq mühəndis-texniki  baxımdan  o  qədər də 

asan  məsələ  deyil.  Fikrimizcə,  Qırlartəpə  tikinti  kompleksinin  yan-əsas  divarlara 

bitiĢik  otaq-arakəsmələri  ikimərtəbəli  olub  (III  tablo).  Onların  alt  mərtəbəsindən 

əsasən  anbar,  emalatxana  və  kürəxana  kimi  istifadə  olunub.  Üst  mərtəbədəki 

otaqlar  isə  yaĢayıĢ  funksiyası  daĢıyıb.  Xatırladaq  ki,  yaĢayıĢ  binalarının 




87 

 

zirzəmisindən  sex,  emalatxana  və  kürəxana  kimi  istifadə  olunması  praktikası 



Azərbaycanın  bütün  bölgələrində,  o  cümlədən  ġirvan  ərazisində  geniĢ  yayılıb. 

Lahıc,  Basqal,  Mücü  və  Küsnət  ustalarına  məxsus  emalatxana,  sex  və 

kürəxanaların  demək  olar  ki,  əksəriyyəti  bu  gün  də  həmin  sahədə  çalıĢan  sənət 

adamlarına məxsus evlərin zirzəmisində yerləĢir. 

Ehtimal etmək olar ki, Qırlartəpə tikinti kompleksinin mərkəz hissəsindəki 

otaq-arakəsmələr  də  birmərtəbəli  olmaqla  yardımçı  funksiya  daĢıyıb.  Abidənin 

mərkəzindəki  nəhəng  quyu  çox  ehtimal  ki,  orada  daimi  su  ehtiyatı  yaratmaq 

məqsədinə  xidmət  edib.  Tikintinin  üst  örtüyünün  bir  hissəsinin  mərkəzə  meyilli 

olması da,  fikrimizcə,  qar,  yağıĢ  və  Ģeh  suları hesabına  quyuda  daimi  su  ehtiyatı 

yaratmaq  məqsədinə  xidmət  etmiĢdir.  Bütün  bunlar  isə  bütövlükdə  Qırlartəpə 

tikinti  kompleksinin  daha  çox  sənətkar  ailələrinin  və  onların  fəaliyyətinə nəzarət 

edən  insanların  iĢ  və  yaĢayıĢ  yeri  funksiyasını  özündə  birləĢdirən 

möhkəmləndirilmiĢ qalaça olduğunu söyləməyə əsas verir. 

Arxeoloji tədqiqatlar nəticəsində Qırlartəpədən zəngin və rəngarəng çeĢidli 

maddi-mədəniyyət  nümunələri  tapılmıĢdır.  Hansı  ki,  həmin  tapıntılar  abidənin 

dövrü, xarakteri, yerli sakinlərin həyatı və məĢğuliyyəti, onların inam və inancları 

barədə  kifayət  qədər  aydın  təsəvvür  yaratmağa  imkan  verir.  Xatırladaq  ki,  üst 

mədəni  təbəqədən  əldə  olunan  keramika  nümunələrinin  əksəriyyəti  xronoloji 

cəhətdən  III-V  əsrlərə  aiddir.  Bunlar  əsasən iri  təsərrüfat  küplərinə,  təkqulplu  su 

qablarına, dopu, küpə, qazan, dayaz çölmək-vaza və çıraqlara aid fraqmentlərdən 

ibarətdir  (XII-XIV  tablolar).  Oradan  əldə  olunan  maraqlı  tapıntılardan  birisi  də 

gildən hazırlanmıĢ bütdür. 1983-cü il mövsümündə 0,5 m dərinlikdə aĢkar edilmiĢ 

həmin tapıntı demək olar ki, tam salamat vəziyyətdədir. Səthi anqobla örtülmüĢdür. 

BiĢirildikdən  sonra  çəhrayı  rəng  alıb.  Forma  etibarı  ilə  daha  çox  Qalagahdan  və 

Nurandan  tapılmıĢ  bütlərə  bənzəyir.  Bütün  ĢiĢ  baĢı,  konusvari  gövdəsi,  altdan 

içəriyə  doğru  batıq  vəziyyətdə  olan  yastı  və  dairəvi  oturacağı  var.  BaĢına  sanki 

zireh  geydirilib.  Sifət  və  alın  hissəsi  Ģaquli  istiqamətdə  yapma  nazik  gil 

çubuqcuqlarla,  onların  arası  isə  gil  düyməciklərlə  bəzədilib.  Fiqurun  baĢ 

hissəsindən  baĢlayaraq  yanlara,  daha  doğrusu,  çiyinlərə  doğru  gil  çubuqcuqdan 

yapma  üsulu  ilə  ziqzaqvari  lent  Ģəklində,  saç  hörüklərinə  bənzəyən  naxıĢ 

vurulmuĢdur.  Burun  və  gözləri  yapma  üsulu  ilə,  həm  də  çox  böyük  ustalıqla 

iĢlənmiĢdir. Heykəlciyin yanlara doğru sallanmıĢ vəziyyətdə olan qolları arasında 

da kiçik yapma düyməcik formalı naxıĢları var. AĢağı hissəsi daha çox sxematik 

olduğundan  ayaqları  görsənmir.  Sanki  ayaq  üstə  dayanmıĢ  bu  insan  topuğadək 

əbaya  bürünüb  (XII  tablo,  Ģək.  1,  2).  Qadın  fiqurları  üçün  xarakterik  olan 

boyunbağı  və  bilərziyi  olmadığından,  habelə  baĢ  hissəsindəki  zirehəbənzər 

örtüyündən onun kiĢi fiquru olduğunu ehtimal etmək olar. Görunür, yerli sakinlər 

bu  cür  bütlərə  sitayiĢ  etdiklərindən  onu  öz  evlərində  və  ya  emalatxanalarında 

saxlayırmıĢlar.  Bu  isə  Girdiman  vilayəti  ərazisində  xristianlığın  hələlik  tam 

hökmran dinə çevrilmədiyindən xəbər verir. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə