Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə38/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   34   35   36   37   38   39   40   41   ...   179

77 

 

sərt dağlıq relyef, yağıntıların çoxluğu, qıĢın nisbətən uzun keçməsi, əhalinin təbii 



Ģəraitə uyğun olaraq mövsümi surətdə arandan yaylağa, yaylaqdan arana intensiv 

miqrasiyası, daha sonra isə oturaq həyat üçün xüsusilə əlveriĢli olan orta zonada, 

yəni,  Hacıhətəmli,  Ġvanovka,  QuĢencə,  Nüydi  və  Sanqalan  yaylaları  ərazisində 

cəmləĢməsi ilə nəticələnib. Hansı ki, e.ə. V minillikdən etibarən Girdiman vilayəti 

ərazisinin  məhz  bu  hissəsi  ilkin  olaraq  məskunlaĢıb.  Orada  aĢkar  edilmiĢ  qədim 

yaĢayıĢ  yeri  və  nekropolların  sıxlığı  bu  barədə  aydın  təsəvvür  yaradır.  Eramızın 

əvvəllərindən  etibarən  Girdiman  ərazilərində  əhalinin  məskunlaĢma  arealında 

əsaslı  dəyiĢiklik  və  yenilik  meydana  gəlir.  Belə  ki,  III-V  əsrlərdən  baĢlayaraq 

Həftəran  vadisindən  Ģimala  doğru  olan  dağətəyi  ərazilərdə  yeni-yeni  yaĢayıĢ 

məskənləri  salınır.  Bu  barədə  kitabın  sonrakı  fəsillərində  yeri  gəldikcə  söhbət 

açılacaqdır. 



78 

 

IV FƏSĠL 



 

GĠRDĠMANIN MADDĠ-MƏDƏNĠYYƏT ABĠDƏLƏRĠ 

 

ÖYRƏNĠLMƏ TARĠXĠNƏ DAĠR 

 

Tarixi  təkcə  yazılı  mənbələr  əsasında  tam  müfəssəl  öyrənmək  qeyri-

mümkündür. Azərbaycanın XIX əsr və XX əsrin birinci yarısının tarixĢünaslığının 

natamamlığı  və  xeyli  dərəcədə  ziddiyyətli  olması  da,  daha  çox  məhz  mövcud 

maddi-mədəniyyət abidələrinin hələlik arxeoloji cəhətdən yetərincə öyrənilməməsi 

ilə əlaqədar olubdur. Odur ki, keçən əsrin ortalarından etibarən Qafqaz Albaniyası, 

o  cümlədən  də  maddi-mədəniyyət  abidələri  ilə  zəngin  olan  Girdiman  vilayəti 

ərazilərinin arxeoloji baxımdan ardıcıl və sistemli Ģəkildə öyrənilməsi, bütövlükdə 

Azərbaycan  tarixĢünaslığı  qarĢısında  yeni  üfüqlər  açmıĢ  oldu.  Xatırladaq  ki,  XX 

əsrədək  Girdiman  abidələrində  heç  bir  arxeoloji  tədqiqat  iĢi  aparılmayıb. 

Təsadüfən  üzə  çıxan  maddi-mədəniyyət  nümunələri  də  əldən-ələ  keçərək  it-bat 

olubdur. Belə nümunələrdən bir ədədi uzun illərdir ki, Sankt-Peterburqdakı Dövlət 

Ermitajında  saxlanılır  (XCVIII  tablo,  Ģək.7).  Bu,  1893-cü  ildə,  indiki  Ġsmayıllı 

rayonunun Yengikənd kəndi ərazisində torpaq iĢləri görülərkən təsadüfən tapılmıĢ 

gümüĢ nimçədir [474, 6-7, 54-57; 628, 177]. Arxeoloji Komissiyanın 1896-cı ilə 

dair hesabatında deyildiyinə görə, gümüĢ nimçə ilə birlikdə Yengikənd ərazisindən 

dəmir qılınc, xəncər, qızıl sikkə və digər qiymətli əĢyalar da tapılıb [567, 113-114]. 

K.V.Trever [628], N.Ġ.Rzayev [599, 127], F.L.Osmanov [190], Q.O.QoĢqarlı [474] 

və  digər  albanĢünas  alimlər  onun  mənsubiyyəti,  dövrü  və  bədii-texniki 

xüsusiyyətləri barədə mülahizələr söyləmiĢlər. Məsələn, K.V.Trever əvvəlcə həmin 

nimçənin  Kiçik  Asiyada  istehsal  olunduğunu  bildirmiĢdir.  Lakin  bir  müddətdən 

sonra o, fikrini dəyiĢərək bəhs  edilən nümunənin antik Roma torevtikasının nadir 

incisi olduğunu yazıb. K.V.Treverin fikrincə, eramızın II əsrində Romada istehsal 

olunan  bu  nadir  sənət  incisi  ticarət  və  ya  mədəni  əlaqələr  vasitəsilə  Albaniyaya 

gətirilib. Ehtimal ki, o, Albaniya hökmdarlarından hansınasa hədiyyə edilib [474, 

57]. 


Girdiman  vilayəti  ərazilərində  ilkin  arxeoloji  tədqiqatlara  ötən  əsrin  20-ci 

illərindən  etibarən  baĢlanılıb.  Y.A.Lalayan  [487,  37-47],  D.M.ġərifov  [660], 

Ə.Ġ.Ələkbərov  [258,  43],  T.S.Passek  və  V.Latınin  [570,  1-6]  tərəfindən  Qəbələ, 

Nic və Oğuz  ərazilərində kəĢfiyyat xarakterli arxeoloji tədqiqatlar aparılıb. 30-cu 

illərdə küp qəbirləri mədəniyyətini öyrənmək məqsədilə Y.A.Paxomov tərəfindən 

Ġsmayıllı rayonu ərazisində arxeoloji tədqiqat iĢləri aparılmıĢdır [572]. 1938-ci ildə 

o,  Qalagah  və  Sultankənd  ərazisində  küp  qəbirləri  ilə  yanaĢı,  təknə  qəbirlərin  də 

yayıldığını  aĢkar  etmiĢdir.  Həmin  tədqiqatlar  nəticəsində,  həmçinin  Qalagah  və 

Mollaisaqlı  kəndlərinin  ətrafında  antik  dövr  və  ilk  orta  əsrlərə aid  yaĢayıĢ  yerləri 

olduğu da müəyyənləĢdirilmiĢdir [575]. 




79 

 

40-50-ci  illərdə  Ġsmayıllı  rayonu  ərazisində  təsərrüfat  iĢləri  zamanı  üzə 



çıxmıĢ  bəzi  qədim  maddi-mədəniyyət  nümunələri  arxeoloq  Ö.ġ.Ġsmizadə 

tərəfindən öyrənilmiĢdir [436; 437]. 40-cı illərdə Qəbələ və ona bitiĢik ərazilərdə 

S.M.Qazıyev  və  Ġ.M.Cəfərzadə  tərəfindən  aparılan  tədqiqatlar  da  Girdiman 

abidələrinin  arxeoloji  baxımdan  öyrənilməsi  sahəsində  müəyyən  əhəmiyyət  kəsb 

edir  [31,  41].  50-ci  illərin  sonlarından  etibarən  Azərbaycan  elmi  ictimaiyyətinin 

səyləri  daha  çox  Qafqaz  Albaniyası  tarixinin  arxeoloji  cəhətdən  öyrənilməsinə 

istiqamətləndirilib.  Bu,  əslində  Moskvada  rus  və  erməni  tarixçiləri  tərəfindən 

Azərbaycan  tarixinə  dair  nəĢr  edilən  erməni  ruhlu  əsərlərə  cavab  reaksiyası  idi. 

Məhz  həmin  dövrdən  baĢlayaraq  Qəbələ,  Xınıslı  və  Torpaqqala  arxeoloji 

ekspedisiyaları  fəaliyyətə  baĢlayıb.  Qəbələ  arxeoloji  ekspedisiyasının  rəhbəri, 

görkəmli  arxeoloq  S.M.Qazıyev  elə  məhz  o  vaxtdan  Girdimançay-Göyçay  çayı 

hövzəsi  abidələrinin  öyrənilməsi  iĢini  öz  aspirantı  F.L.Osmanova  həvalə  edib. 

Bununla da Girdiman abidələrinin öyrənilməsi yolunda yeni mərhələ baĢlanıb. 60-

70-ci  illərdə  məhz  F.L.Osmanovun  rəhbərliyi  ilə  fəaliyyət  göstərmiĢ  olan  Ağsu-

Ġsmayıllı arxeoloji ekspedisiyası tərəfindən Ġsmayıllı və Ağsu rayonları ərazisində 

Qafqaz  Albaniyasının  antik  və  ilk  orta  əsrlər  tarixinə  dair  bir  sıra  çox  mühüm 

abidələr  aĢkara  çıxarılaraq  tədqiq  olunmuĢdur  [185].  Bu  cəhətdən  Mollaisaqlı, 

Hacıhətəmli,  QıĢlaq,  ġıxdərə  kəlləsi,  Vəng,  Nüydi,  Gənzə  abidələrini  göstərmək 

olar.  Həmin  abidələrin  materialları  əsasında  Albaniyanın  yaĢayıĢ  yerləri,  qəbir 

abidələri,  dəfn  adətləri,  ölkənin  təsərrüfat  həyatı,  ticarət  və  mədəni  əlaqələrinin 

daha dərindən tədqiqi istiqamətində çox ciddi iĢlər görülmüĢdür. 

Ötən  illər  ərzində  təsərrüfat  və  abadlıq  iĢləri,  habelə  təbiət  hadisələri 

nəticəsində aĢkar olunan Balik, ġəbiyan, ġamdalan, Gəndob, Səngər, Kürdüvan və 

bu  kimi  bir  çox  digər  abidələrin  materialları  da  F.L.Osmanov  tərəfindən  tədqiq 

olunaraq  çap  edilmiĢdir.  Təsadüfi  tapıntılar  içərisində  1982-ci  ildə  Ġsmayıllı 

rayonunun Hacıhətəmli kəndində məktəb üçün bünövrə yeri qazılarkən üzə çıxmıĢ 

antik dövrə aid, üzərində alban yazısı olan saxsı vaza elmi cəhətdən xüsusilə daha 

çox maraq doğurur [50, 39-42]. 

80-90-cı  illərdə  Girdiman  hövzəsində  tədqiqatları  davam  etdirən  Ağsu-

Ġsmayıllı  arxeoloji  ekspedisiyası  daha  çox  Uzunboylar  və  Qırlartəpə  abidələrinin 

öyrənilməsi ilə məĢğul olmuĢdur. Hansı ki, 1981-ci ildən baĢlayaraq bu sətirlərin 

müəllifi  də  həmin  tədqiqatlarda  bilavasitə  iĢtirak  etmiĢdir.  Adları  qeyd  olunan 

abidələrlə  yanaĢı,  eyni  zamanda  Ağsuçay-Girdimançay  və  Göyçay  çayları 

hövzəsinin  bir  sıra  digər  abidələrində  də  kəĢfiyyat  xarakterli  axtarıĢ  iĢləri 

aparılmıĢdır  [50;  564; 565; 566].  Nəticədə  Xirəki,  Kənd  yeri  [196,  3-5],  Qızıllar 

[201],  Talıstan,  Xənəyə  [406,  55-57],  Basqal,  Mücü,  Xankəndi  [193,  48-50], 

QuĢencə, Buynuz, Sulut və Kalva ətrafı ərazilərdəki abidələrdən xeyli material əldə 

olunmuĢdur [192, 5-11]. CavanĢir qalası, Qız qalası, Niyal və Fit qalaları da daha 

əsaslı tədqiqat obyekti olmuĢdur [50; 53; 143]. 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə