Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə36/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   32   33   34   35   36   37   38   39   ...   179

73 

 

BaĢ  suayrıcından,  habelə  Niyaldağ-Fitdağ  silsiləsindən  və  onların 



ətəklərindən baĢlanğıcını götürən bir sıra çaylar, o cümlədən Ağsu, Sulut, Haram, 

Mücü  və  Basqal  çayları  bu  ərazini  Ģimaldan  cənuba  dəğru  dərin  dərələrə  bölüb. 

Hansı ki, həmin dərələrin vadilərində əsrlər boyu intensiv həyat olub. Bu cəhətdən 

Girdimançaydan  baĢlayaraq  Ģərqə  doğru,  Nüydi-Nuran-Sanqalan  yaylalarınadək 

olan  ərazilər həyat  üçün  xüsusilə  daha  əlveriĢli  olub.  Həmin  ərazilər  əkinçiliyin, 

maldarlığın  və  bağçılığın  inkiĢaf  etdirilməsi  baxımından  olduqca  əlveriĢli  təbii 

imkanlara  malikdir.  Bu  rayonun  dərələrindəki  bulaqlar,  təpələrindəki  yastanlar, 

yamaclarındakı otlaqlar minillər boyu insanlar üçün həyat və məĢğuliyyət mənbəyi 

olub. 

Mərkəzi  aran  rayonu.  Girdiman  vilayəti,  həmçinin,  Acınohur-Ceyrançöl 

öndağlığından  cənuba  doğru  olan  və  müasir  coğrafi  ədəbiyyatda  Mərkəzi  aran 

rayonu  kimi  tamnan  ərazilərin  də  xeyli  hissəsini  əhatə  edir.  Buraya  Türyançayın 

aĢağı axarından Ağsu və Girdiman çaylarının aĢağı axarınadək olan ərazilər, yəni, 

indiki Ağsu, Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarının xalq arasında ġirvan 

düzü  kimi  tanınan  əraziləri  də  aiddir.  Girdiman  feodallarının  hərbi-siyasi 

nüfuzunun  güclü  olduğu  dövrlərdə,  hətta,  Küdrü-ġirvan  rayonu  ərazilərinin  də 

xeyli  hissəsi  onların  təsir  dairəsində  olub.  Xatırladaq  ki,  Küdrü-ġirvan  fiziki-

coğrafi  rayonu  bir  sıra  sahələrdə  Mərkəzi  aran  rayonunun  əraziləri  ilə  qovuĢur. 

Ġndiki  Ağsu  rayonunun  Ģərq  hissəsini  əhatə  edən  bu  ərazi  əsasən  Acınohur 

öndağlığının  və  Ləngəbiz  tirəsinin  ətəklərini  əhatə  edir.  Ərazinin  landĢaftı 

yeknəsəq  olub,  əsasən  düzənliklərin  yarımsəhra  kompleksindən,  dağətəyi 

ərazilərdə isə quruçöllərdən ibarətdir. Bu yerlərdən əsasən əkinçilik və qıĢ otlaqları 

məqsədilə istifadə edirlər [164, 43-76]. Daha çox pambıq, qismən də taxıl, üzüm, 

nar,  habelə  quru  subtropik  bitkilər  yayılıb  [18,  182].  Əkinçiliyin  inkiĢafı  burada 

heyvandarlığın da yem təminatında əsaslı rol oynayıb. 

Ərazinin  su  ehtiyatları  olduqca  məhduddur.  Əhali  daha  çox  Ağsu, 

Girdiman, Göyçay və Türyan çaylarının suyundan istifadə edir. Bu çayların hamısı 

yaz və payız mövsümündə daĢaraq ətraf ərazilər üçün sel problemi yaratsa da, yay 

mövsümündə quruyaraq çox vaxt aran ərazilərə gedib çatmır. Beləliklə, Girdiman 

vilayətinin aran əraziləri isti yay mövsümündə həyat və təsərrüfat fəaliyyəti üçün 

əlveriĢli olmayan əraziyə çevrilir [26]. Görünür, bu ərazilərdəki bir sıra iri və  ya 

xırda yaĢayıĢ məntəqələrində həyatın kəsilməsi həm də sərt təbii Ģəraitlə əlaqədar 

olub. 


Ərazinin  torpaq  örtüyü,  flora  və  faunası  da  olduqca  rəngarəngdir.  Bu  da 

sözsüz  ki,  hər  Ģeydən  öncə  ərazinin  ayrı-ayrı  yerlərinin  okean  səviyyəsindən 

yüksəklik  dərəcəsindən  asılıdır.  Yuxarıda  artıq  qeyd  edildiyi  kimi,  burada 

yüksəklik  0  m-dən  3632  m-ə  qədər  dəyiĢir.  Yəni,  əgər  ġirvan  düzündə  və  Kür 

çayına  yaxın  ərazilərdə hündürlük  0-a  bərabərdirsə,  BaĢ  suayrıcında  bu  göstərici 

3632  m-dir.  Əlbəttə,  yüksək  dağlıq  ərazilərlə  orta  və  ya  aran  ərazilərin  təbii 

imkanları  eyni  ola  bilməz  [587].  Əvvəlcə  torpaq  örtüyü  barədə.  TorpaqĢünas 



74 

 

alimlərin fikrincə, ərazinin torpaq örtüyünü aĢağıdakı ardıcıllıqla səciyyələndirmək 



olar: 

1.

 

Alp  və  subalp  çəmənlikləri zonasının  torpaqları.  Buraya  2000-2200 

m-dən  daha  yüksək  olan  ərazilər  aiddir.  BaĢ  suayrıcı  və  ona  bitiĢik  olan  yaylaq 

ərazilərinin  torpaqları  buna  misal  ola  bilər.  Bu  sahələr  əsasən  Ģist  və  qumlu 

süxurlardan  və  möhkəm  təbaĢir  əhəngdaĢından  ibarətdir.  Həmin  ərazilərin  sərt 

iqlimi, Ģiddətli parçalanmaya məruz qalmıĢ sıldırım qayalıqları, dərin və uçurumlu 

yamaclarla  müĢayiət  olunan  dərələri,  daĢlı-çınqıllı  yamacları  torpaq  və  bitki 

örtüyünün əmələ gəlməsi üçün əsla əlveriĢli deyil. Yalnız soyuq Ģimal küləyindən 

qorunan  Cənub  yamaclarda  bitki  örtüyü  görünür.  Torpaqəmələgəlmə  prosesinin 

getdiyi ərazilərdə isə tədricən dağ-çəmən torpaqları formalaĢır [18, 116-117; 632, 

238]. 



2.

 

Dağ-meĢə  zonasının  torpaqları.  Buraya  hündürlüyü  500-700  m-dən 

2000-2200 m-dək olan ərazilərin torpaqları aiddir. Bu torpaqlar da meĢə örtüyünün 

geobotaniki  tərkibindən,  bioiqlim  xüsusiyyətlərindən  və  rütubətlənmə  Ģəraitindən 

asılı olaraq iki qrupa ayrılır: mezofil meĢələr və kserofit seyrək meĢələr. Mezofil 

meĢələr  altında  əsasən  qonur  torpaqlar,  seyrək  meĢələr  altında  isə  qəhvəyi 

torpaqlar əmələ gəlmiĢdir [83; 216]. 

3.

 

Rütubətli və yarımrütubətli subtropik zonanın torpaqları. Bu zonada 



əsasən  dağ-meĢə  sarı,  podzollu  sarı  və  podzollu  sarı  qleyləĢmiĢ  torpaqlar 

yayılmıĢdır. Göyçay, Girdimançay və Ağsuçay hövzəsinin dağ-meĢə sarı torpaqları 

dəniz səviyyəsindən 100-150 m-dən 600-700 m-ə qədər olan yüksəkliklərdə hirkan 

tipli meĢələr altında qeydə alınıb. Çökmə və püskürmə mənĢəli süxurların aĢınma 

materialları  burada  torpaqəmələgətirmənin  əsasını  təĢkil  edir  [18,  127-128;  159]. 

Mütəxəssislərin  fikrincə,  podzollu  sarı  qleyli  torpaqlar  daha  çox  qrunt  sularının 

səthə yaxın olduğu sahələrdə, yəni, yüksək rütubətlənmə Ģəraitində əmələ gəlib. Bu 

torpaqlar  üçün  qalın  olmayan  humus  qatı  (15-18  sm),  açıq-qəhvəyi,  alt  qatlara 

doğru isə sarımtıl rəng səciyyəvidir. Belə torpaqlar subtropiklər və tərəvəz bitkiləri 

yetiĢdirilməsi üçün olduqca əlveriĢlidir [18, 128]. 



4.  Quru  subtropik  çöl  və  yarımsəhra  zonasının  torpaqları.  Ġllik  orta 

temperaturun  12-14,5°  olduğu  bu  ərazilərdə  torpaqəmələgəlmə  iki  fazalı  bioloji 

mərhələdə  gedir.  Fəal  faza  yaz  və  payız  dövrlərini  əhatə  edir.  Bu  dövrdə 

mütəxəssislərin  fikrincə,  torpaqda  humusun  toplaĢması  intensivləĢir,  torpaqdaxili 

aĢınma  sürətlənir,  gilli  minerallar  və  dəmir  birləĢmələri  artır  və  s.  Ġkinci  fazada, 

yəni,  isti  yay  dövründə  isə  karbohidratların  torpaqda  çökməsi  artır,  ellüvial 

karbonat qatı formalaĢmaqda davam edir, aĢınma zəifləyir və s. Quru subtropik çöl 

və yarımsəhra zonasında əsasən dağ-boz-qəhvəyi (Ģabalıdı), dağ qaratorpaqları və 

yarımsəhra xarakterli çəmən-boz torpaqlar, eləcə də bataqlıq, çəmən-bataqlıq Ģoran 

torpaqlar və qumsallıqlar inkiĢaf etmiĢdir [18, 128-129]. 

Göründüyü  kimi,  coğrafi  qurĢaqlardan  asılı  olaraq  yüksəklikdən  aĢağıya 

doğru  (yəni,  3632  m-dən  0-a  doğru)  iqlim  dəyiĢdikcə,  torpaq  örtüyü  də  tədricən 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə