Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə35/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   31   32   33   34   35   36   37   38   ...   179

71 

 

Diyallı və Təzəkənd kəndlərinin cənub əraziləri isə xalq arasında indi də «Çeyil» 



adlandırılır. BaĢdan-baĢa bataqlıq və qamıĢlıqlardan ibarət olan bu yerlər hətta yay 

mövsümündə də nəqliyyat üçün keçilməz olur. Ümumilikdə isə Həftəran çökəkliyi 

ərazisində bataqlıqlaĢmıĢ xam torpaqlar kifayət qədər geniĢ sahə tutur [37, 102]. 

Alazan-Həftəran  çökəkliyinin  yaranması  ilə  bağlı  geoloqların  öz 

mülahizələri var [122, 91-93]. Əlbəttə, biz onlarla mübahisə etmək fikrində deyilik. 

Yəni,  bu  dağların  da,  yaylaların  da,  elə  Həftəran  çökəkliyinin  də  yaranması  ilə 

bağlı  onların  fikirlərinə  tam  mənada  hörmət  edirik.  Amma  geoloqların 

tədqiqatlarında  rastlaĢmadığımız  bir  məqamı  da  nəzərdən  qaçırmaq  istəməzdik. 

Söhbət  ondan  gedir  ki,  Girdiman  və  Göyçay  çaylarının  vaxtı  ilə  QuĢencə  və 

Ġvanovka  yaylalarından  cənuba doğru  çıxıĢı  olmadığından, uzun  bir  dövr  ərzində 

məhz  Həftəran  çökəkliyinə  dolaraq  orada  böyük  göl-dəniz  əmələ  gətirib.  Həmin 

ərazidəki çeyillik və bataqlıqlar da çox güman ki, o vaxtdan qalıb. Lakin uzun illər 

ərzində  Həftəran  çökəkliyində  (buna  Həftəran  dənizi  də  demək  olar)  suyun 

səviyyəsi  həddindən  artıq  ĢiĢdiyindən,  o  bir  neçə  yerdən  yaylanı  yararaq  cənuba 

doğru  axmağa  baĢlayıb.  Bu  yarğanlar həm  Girdimançayın,  həm  Göyçay  çayının, 

həm də Türyançayın orta axarında çox aydın müĢahidə olunur. Və zaman keçdikcə 

dağ çaylarının iti axınları həmin yarğanları daha da dərinləĢdirərək indiki vəziyyətə 

gətirmiĢdir. Eyni halı Girdimanın nisbətən aĢağı axarında da müĢahidə etmək olar. 

Belə ki, bir zamanlar çayın aĢağı axarının qarĢısını kəsən Qaraməryəm tirəsi bütöv 

olub. Buna görə də Girdimanın suyu həmin tirəni aĢaraq cənub ərazilərə daxil ola 

bilmirmiĢ.  Beləliklə  də  Qaraməryəm  tirəsi  ilə  QuĢencə  yaylası  arasında,  yəni, 

indiki  Ağsu  Ģəhərilə  Yuxarı  Qaraməryəm  arasında  daha  bir  göl  əmələ  gəlib.  Çox 

güman ki, Göyçay rayonunun Yekəxana və ġahsoltanlı kəndləri, habelə Ġsmayıllı 

rayonunun  Xəlilli,  Qubaxəlilli,  Gəraybəyli  və  Külüllü  kəndləri  ərazilərindəki 

bataqlıqlar  da  məhz  həmin  gölün  qalıqları  kimi  izah  olunmalıdır.  Lakin  həmin 

gölün  də  aqibəti,  görünür,  yuxarıda  barəsində  bəhs  etdiyimiz  Həftəran  dənizinin 

aqibətinə  bənzəyib.  Belə  ki,  orada  da  suyun  səviyyəsi  müəyyən  həddə  çatdıqdan 

sonra,  o,  tədricən  Qaraməryəm  tirəsinin  üstündən  aĢmağa  baĢlayıb.  Beləliklə, 

Qaraməryəm tirəsində də Girdiman çayının aĢağı axarı istiqamətində 5-6 yerdə iri 

yarğanlar  əmələ  gəlib.  Ola  bilsin  ki,  ilk  vaxtlarda həmin  yarğanlar  yerli  sakinlər 

tərəfindən  ġirvanın  aran  ərazilərini  suvarma  məqsədilə  süni  surətdə  yaradılıb. 

Lakin sonralar zaman keçdikcə sel suları həmin yarğanları daha da dərinləĢdirərək 

indiki vəziyyətə gətirib. Hər halda bu da faktdır ki, elə indinin özündə də yaz-yay 

mövsümündə  aran  kəndlərin  sakinləri  məhz  Qaraməryəm  tirəsindəki  yarğanlarda 

suyun istiqamətini müxtəlif səmtlərə yönəltməklə suvarmanı təĢkil edirlər. 

Zəngin  su  ehtiyatları  ilə  yanaĢı,  münbit  torpaqları  da  Həftəran  vadisinin 

əbədi  sərvətidir.  Burada  geniĢ  sahələri  əhatə  edən  bağlar,  meĢələr,  əkinlər  min 

illərdir  ki,  yerli  sakinlərin  daimi  dolanacaq  sahəsinə  çevrilib.  Fındıq,  qoz,  alma, 

armud  və  çəyirdəklilər  Həftəran  düzündə  xüsusilə  geniĢ  yayılıb.  Xatırladaq  ki, 

akademik  V.D.Hacıyevin  tədqiqatları  əsasında  Zaqatala-Lahıc  fiziki-coğrafi 




72 

 

rayonunda alp landĢaft qurĢağında 309, subalpda 860, meĢə-çəməndə 846 və meĢə 



qurĢağında 1414 bitki növü qeydə alınmıĢdır [369; 370]. Qəbələ və Qırlartəpədən 

əldə olunan arxeoloji tapıntılar göstərir ki, yerli sakinlər hələ qədim zamanlardan 

baĢlayaraq meyvəçilikdən geniĢ surətdə yararlanıblar. Əfsuslar olsun ki, XX əsrin 

son  onilliklərindən  baĢlayaraq  təbiətdən  istifadə  balansı  pozulduğundan  Həftəran 

çökəkliyindəki  sıx  meĢələr  və  bağlar  baĢdan-baĢa  qırılaraq  məhv  edilib.  Özü  də 

təbiətə  bu  cür  dağıdıcı  münasibət  təkcə  Həftəran  düzənliyində  deyil,  bütövlükdə 

BaĢ suayrıcından cənuba doğru olan ərazilərin hamısına aiddir. Bu isə nəticə etibarı 

ilə  ərazinin  iqliminə,  su  ehtiyatlarının  azalmasına,  təhlükəli  sellərin  və  istilərin 

artmasına, eroziya və uçqunların intensiv xarakter almasına səbəb olub. 

Qədim  Girdiman  vilayətinin  Sanqalan,  QuĢencə  və  Ġvanovka  yaylaları  da 

daxil  olmaqla  Həftəran  çökəkliyindən  baĢlayaraq  Qaraməryəm  tirəsinədək  olan 

əraziləri dəmyə əkinçilik üçün əlveriĢli ərazilərdir. Coğrafi ədəbiyyatda Acınohur-

Ceyrançöl  öndağlığı  fiziki-coğrafi  rayonu  kimi  tanınan  bu  yerlərdə  taxılçılıq 

xüsusilə  yüksək  inkiĢaf  edib.  ġərqdə  Ağsuçayadək  davam  edən  bu  ərazinin 

relyefinin  mütləq  yüksəkliyi  200  m-lə  700-1000  m  arasında  dəyiĢir.  Əsasən 

asimmetrik  quruluĢlu  alçaqdağ  tirələrindən  və  onların  arasında  olan  sinklinal 

quruluĢlu çökəkliklərdən, habelə yüksək düzənliklərdən ibarətdir [18, 8]. Ərazidə 

yerüstü  Ģirin  su  ehtiyatları  azdır.  Odur  ki,  su mənbəyi  kimi  baĢlıca  olaraq həmin 

əraziləri kəsən tranzit çaylardan istifadə olunur. Ərazinin iqlimi quraq olduğundan 

orada  bağçılığı  inkiĢaf  etdirmək  o  qədər  də  əlveriĢli  deyil.  Bu  baxımdan  təkcə 

üzümçülük  istisnalıq  təĢkil  edir.  Yəni,  həmin  ərazilərdə  indi  olduğu  kimi,  lap 

qədim  zamanlarda  da  geniĢ  və  məhsuldar  üzüm  bağları  olub.  Ona  görə  də 

taxılçılıqla  yanaĢı,  üzümçülük  və  Ģərabçılıq  da  yerli  əhalinin təsərrüfat həyatında 

olduqca mühüm yer tutub. 

Arxeoloji  tədqiqatlar  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  Acınohur-

Ceyrançöl öndağlığı, daha konkret desək Həftəran çökəkliyi ilə Qaraməryəm tirəsi 

arasındakı  yaylalar  həm  aran,  həm  də  dağlıq  ərazilərlə  müqayisədə  tarixən  daha 

erkən  məskunlaĢıbdır.  Bu  ərazi  həyatın  intensivliyi  və  uzunmüddətli  olması  ilə 

ətraf  ərazilərdən  ciddi  surətlə  seçilir.  Bu  da  sözsüz  ki,  hər  Ģeydən  öncə  ərazinin 

ibtidai  insanların  yaĢaması  üçün  əlveriĢli  təbii  imkanlara  malik  olması  ilə  izah 

olunmalıdır. 

Yuxarıda qeyd olunduğu kimi, Alazan-Əyriçay fiziki-coğrafi rayonu Ģərqdə 

Girdimançaya  qədər  davam  edir.  ġamaxı  fiziki-coğrafi  rayonu  isə  Ağsuçaydan 

Ģərqə olan əraziləri əhatə edir. Elə isə Girdimançayla Ağsuçay arasındakı ərazilər 

hansı fiziki-coğrafi rayona aid edilməlidir? Təəccüblüdür ki, Azərbaycanın fiziki-

coğrafi rayonlaĢmasına dair ədəbiyyatda bu suala konkret cavab tapmaq mümkün 

deyil.  Fikrimizcə,  Alazan-Əyriçay  fiziki-coğrafi  rayonunun  qərb  sərhədlərini 

Girdimançayadək deyil, Ağsuçayadak götürməklə coğrafi ədəbiyyatdakı bu qeyri-

müəyyənliyə son qoymaq olar. Həmin ərazinin relyefinin, iqliminin, torpaq və bitki 

örtüyünün uyğunluğu da məhz bu cür düĢünməyə əsas verir. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə