Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə32/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   28   29   30   31   32   33   34   35   ...   179

65 

 

Böyük  Qafqazın  Azərbaycan  hissəsi  kifayət  qədər  geniĢ  bir  ərazini  əhatə 



edir  və  onun  fiziki-coğrafi  cəhətdən  rayonlaĢdırılması  məsələsi  bir  sıra 

tədqiqatçıların  maraq  dairəsində  olub.  N.V.Fiqurovskinin,  A.F.Lyaster  və 

B.F.Çursinin, B.F.Dobrıninin, N.A.Solntsev və Ġ.V.Vasilyevanın, Ə.M.ġıxlinski və 

Ġ.V.Zavriyevin,  Ġ.S.Səfərov,  N.A.Qvozdetski  və  A.Y.Fedinanın,  N.K.Kərəmov, 

B.Ə.Budaqov,  Q.K.Gül,  M.A.Müseyibov  və  M.Ə.Süleymanovun  tədqiqatları  bu 

cəhətdən maraq doğurur [222, 91]. Xatırladaq ki, ərazinin fiziki-coğrafi baxımdan 

rayonlaĢmasını  verərkən  Ġ.V.Fiqurovski  bioiqlim  və  relyef  xüsusiyyətlərini, 

V.F.Dobrınin  relyef,  iqlim  və  bitki  örtüyünün  xarakterini,  N.A.Solntsev  və 

Ġ.V.Vasilyeva 

zonal-provinsional-genetik 

prinsipləri, 

Ə.M.ġıxlinski 

və 

V.Q.Zavriyev  relyef,  iqlim,  su,  torpaq,  bitki  örtüyü  və  heyvanat  aləmi  ilə  bağlı 



faktorları,  Ġ.S.Səfərov  iqlim,  bitki  örtüyü  və  ərazidə  kənd  təsərrüfatının 

ixtisaslaĢması  ilə  bağlı  amilləri,  N.K.Kərəmov  ayrı-ayrı rayonların təbii  Ģəraitinin 

kompleks  xarakteristikasını,  Q.Gül  və  M.A.Müseyibov  fiziki-coğrafi  amilləri  və 

geomorfoloji  xüsusiyyətlərini  əsas  götürmüĢdür  [222,  91].  Rəngarəng  relyefi, 

torpaq  örtüyü,  bitki  və  heyvanat  aləmi  ilə  fərqlənən  bu  ərazi  tədqiqatçıların  bir 

qismi  tərəfindən  müstəqil  inzibati-coğrafi  rayon  kimi  təqdim  olunsa  da,  əksər 

mütəxəssislər onu məkrəzi-çöl, yaxud da Acınohur-Ceyrançöl zonasına aid ediblər 

[222,  91-92].  Məsələn,  N.K.Kərəmov  1956-cı  ildə  dərc  etdirdiyi  məqalələrindən 

birində bu ərazini relyefi, geoloji və geomorfoloji xüsusiyyətləri, hətta tektonikası 

etibarı ilə biri digərindən xeyli dərəcədə fərqlənən 7 vahidə bölüb. N.K.Kərəmovun 

1958-ci 

ildə  çapdan  çıxan  və  Azərbaycan  ərazisinin  fiziki-coğrafi 

rayonlaĢdırılmasına həsr  edilən məqaləsində isə respublika  ərazisi  bütövlükdə  21 

rayona,  20  yarımrayona,  o  cümlədən  Böyük  Qafqaz  sahəsi  9  rayona  və  11 

yarımrayona bölünüb [465, 91-101]. Fikrimizcə, N.Kərəmovun bu bölgüsü heç də 

ideal  bölgü  deyildir.  Belə  ki,  həmin  bölgüdə  ayrı-ayrı  rayon  və  yarımrayonların 

təbii-coğrafi  sərhədləri  heç  də  dəqiq  göstərilməyib  və  bu  səbəbdən  də  onların 

ərazisi  bir  sıra  hallarda  üst-üstə  düĢür.  Maraqlıdır  ki,  N.Kərəmovun  bölgüsündə 

göstərilən  fiziki-coğrafi  rayonlardan  beĢinin  bu  və  ya  digər  dərəcədə  Girdiman 

vilayəti  ərazilərinə  aidiyyatı  vardır.  Bunlar  aĢağıdakılardır:  1.  Yüksək  dağlıq 

rayonu; 2. Cənub yamac rayonu; 3. Alazan-Həftəran vadisi rayonu; 4. ġəki-Qəbələ 

öndağ rayonu; 5. Basqal-ġamaxı rayonu. Həmin rayonlardan da üçünün Girdiman 

vilayəti  ərazilərinə  bilavasitə  aidiyyatı  vardır.  Hansı  ki,  həmin  rayonlar  ən  yeni 

coğrafi  ədəbiyyata  «Zaqatala-Lahıc»,  «Alazan-Əyriçay»  və  «Basqal-ġamaxı» 

fiziki-coğrafi rayonları kimi daxil edilib. Xatırladaq ki, sonrakı illərin tədqiqatları 

nəticəsində bu bölgü müəyyən dəyiĢikliklərə məruz qalmıĢdır [35; 531]. 



Zaqatala-Lahıc  fiziki-coğrafi  rayonu  (buna  Cənub  yamac  rayonu  da 

deyilir). Məlumat üçün bildirək ki, bu rayon Ģimalda Dağıstan, qərbdə və Ģimali-

qərbdə  Gürcüstan,  cənubda  Alazan-Həftəran  vadisi,  Ģərqdə  Girdimançay,  Ģimali-

Ģərqdə  isə  Quba  və  Qusar  rayonları  ilə  həmsərhəddir.  Uzunluğu  220  km  olan 

Cənub yamac 500 m-dən - 3000 m-dək yüksəkliyə malik olan əraziləri əhatə edir. 




66 

 

Ərazinin  eni  təqribən  20-35  km  arasında  dəyiĢir  [661,  31].  Mütəxəssislərin 



fikrincə,  bu  ərazi  təbii  minerallarla  olduqca  zəngindir  [590].  Məsələn, 

A.N.Salovkinə görə, ümumiyyətlə, cənub-Ģərqi Qafqazda süxur  əmələ gətirən 70-

dən artıq mineral növü mövcuddur. Hansı ki, bu süxurların hamısı dağ əmələgəlmə 

prosesində iĢtirak edir [615]. 

Zaqatala-Lahıc coğrafi rayonunun Azərbaycan hissəsi yüksək və orta dağlıq 

qurĢaqdan  ibarət  olmaqla  Alazan-Həftəran  vadisinə  doğru dikdir.  Burada  yüksək 

dağlıq  qurĢaq  daha  çox  dar  dərələr,  uçurumlar,  ĢiĢ  qayalı  zirvələr  və  çılpaq 

yamacların  olması  ilə  diqqəti  cəlb  edir  [123].  BudaqlanmıĢ  ĢiĢ  təpələr  və 

suayrıcının özü bir sıra hallarda o dərəcədə sərtdir ki, onu aĢıb keçmək çox böyük 

çətinlik  doğurur.  BaĢ  suayrıcından  əsasən  cənub-qərb  istiqamətində  axan  çaylar 

yamacın relyefini kəskin surətdə dəyiĢmiĢ və onu eninə dar dərələrə parçalamıĢdır. 

Bu  səbəbdən  də  orada  cənubi-qərb  istiqamətində  uzanan  çayların  və  axar 

süxurların eroziya fəaliyyəti nəticəsində əmələ gəlmiĢ dərin dərələr vasitəsilə eninə 

ayrılan  (köndələn)  sıra  dağlar  vardır.  Onlardan  da  hər  birinin  özünün  suayrıcı 

mövcuddur  [122,  87].  Köndələn  sıra  dağlar  arasından  axan  çayların  əksəriyyəti 

astanalı  və  Ģəlaləlidir.  Mütəxəssislərin  fikrincə,  ərazinin  indiki  relyefinin 

formalaĢmasında həmin çayların da əhəmiyyətli dərəcədə rolu olubdur. 

Cənub  yamacın dikliyi və  oraya düĢən yağıntıların çoxluğu (təqribən 1000 

mm-ə  yaxın)  təbiidir  ki,  axar  suların  fəaliyyətini,  xüsusən  də  onların  dağıdıcı 

təsirini  daim  artırır.  Mütəxəssislərin  fikrincə, Cənub  yamacda  dağlıq  qurĢağın  ən 

geniĢ yerlərindən biri Qəbələ və Ġsmayıllı Ģəhərləri meridianlarıdır. Burada dağlar 

əksər yerlərdə cənuba doğru itibucaq altında alçalır. Dağların ən hündür nöqtələri 

isə suayrıcında və ya ona yaxın yerlərdədir. 

Girdimançayla  Ağsuçay  arasında  Cənub  yamaca  paralel  uzanan  Niyaldağ-

Fitdağ  silsiləsi  yerləĢir.  Hündürlüyü  2320  m-ə  çatan  bu  silsilə  Girdimançay  və 

Ağsuçay arasında suayrıcı funksiyası daĢıyır. Niyaldağ silsiləsi Ģərqdə Ağsuçayın 

mənbəsinədək,  qərbdə  isə  Vəndamçay  yaxınlığınadək  davam  edir.  Bu  silsilə 

Göyçay  və  Girdiman  çaylarının  qolları  ilə  Ģimaldan  cənuba  doğru  yerbəyerdən 

kəsilərək  parçalanmıĢdır  [122,  89].  Mütəxəssislərin  rəyincə,  Niyaldağ  silsiləsi, 

əsasən  vulkan  mənĢəlidir  və  təqribən  195  milyon  il  əvvəl  bu  yerlər  baĢdan-baĢa 

dəniz suları altında olub [84, 44]. 

Niyaldağ silsiləsi ilə BaĢ Qafqaz silsiləsi arasında ona paralel olan Qovdağ 

silsiləsi  durur.  O,  Göyçay  və  Girdiman  çaylarını  bir-birindən  ayırır.  Hündürlüyü 

2440 m olan bu silsilə çox da uzun deyil, lakin yamacları demək olar ki, baĢdan-

baĢa məhsuldar yay otlaqlarından ibarətdir. Orada çoxlu qoyun sürüləri saxlanılır. 

«Qovdağ»  toponiminin  çox  maraqlı  yozumu  var.  Deyilənlərə  görə,  bu  dağın 

yastanından vaxtilə cıdır yeri kimi istifadə olunub. Elə bu səbəbdən də «Qovdağ» 

toponiminin «at çapılan», «at qovulan» dağ mənası bildirdiyini söyləyirlər [84, 46-

47]. 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə