Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə30/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   26   27   28   29   30   31   32   33   ...   179

60 

 

müəyyən fikir ayrılıqları qalmaqdadır. Məsələn, M.X.ġərifli Xursanın indiki Xızı 



rayonu  da  daxil  olmaqla  Xəzəryanı  əraziləri  [225,  33],  S.B.AĢurbəyli  Qafqaz 

dağlarının  Lahıc  və  Quba  arasındakı  ərazilərini  [14,  116-117],  V.F.Minorski  və 

Q.Ə.Qeybullayev  isə  indiki  Quba  rayonunun  cənub  hissəsi  və  Dəvəçi  rayonları 

ərazisini  [377,  58;  523,  115]  əhatə  etdiyini  bildirirlər.  T.Dostiyev  bütün  bu 

ehtimalları  təhlil  edərək  Xursanın  indiki  Siyəzən  və  Dəvəçi  rayonları  ərazisini, 

habelə Quba rayonu ərazisinin cənub hissəsini əhatə etdiyi qənaətindədir [69, 36; 

70, 19-20]. Bizə belə gəlir ki, adları qeyd  olunan müəlliflər Xursanın sərhədlərini 

Ģimala və Ģərqə doğru çəkməkdə bir qədər ifrata varıblar. Hesab edirik ki, Xursanın 

indiki Lahıc və Xızı arasındakı  ərazilərdə lokalizəsi daha çox məntiqə uyğundur. 

Hansı ki, erkən orta əsrlərdə bu ərazilərin müxtəlif etnoslarla, o cümlədən Ġranın 

Xuzistan  əyalətindən  köçürülmüĢ  əhali  ilə  sıx  məskunlaĢdığı  bildirilir  [28,  503-

504]. 


Fikrimizcə,  «Xalxal»  toponimi  ətrafında  da  düĢünməyə  dəyər. 

M.Kalankatuklu  tərəfindən  Xalxal  Ģəhərinin  «alban  çarlarının  qıĢ  iqamətgahı» 

olduğu bildirilir [120, 39]. Xatırladaq ki, orta əsr erməni mənbələrində də Xalxalın 

alban  hökmdarlarının  Ġberiya  sərhədləri  yaxınlığında  yerləĢən  qıĢ  iqamətgahı 

olduğu  barədə  məlumatlara  rast  gəlirik  [420,  183].  K.V.Trever  onun  Qazax-

Ağstafa  bölgəsində  olduğunu  ehtimal  edir  [628,  207].  Xalxalın  «Albaniyanın 

Bərdədən  əvvəlki  qıĢ  paytaxtı»  olduğunu  bildirən  M.C.Xəlilov  da  onu  Qazax-

Ağstafa  bölgəsinin  düzənlik hissəsində  lokalizə  edir  [110, 67;  111,  73].  Əfsuslar 

olsun  ki,  indiyədək  Xalxalın  Kür  çayının  sol  sahilində  lokalizəsi  və  onun  alban 

hökmdarlarının  «qıĢ  iqamətgahı»  deyil,  məhz  yay  iqamətgahı  olduğuna  dair 

arqumentlər  tədqiqatçılar  tərəfindən  nəzərdən  keçirilməyib.  Q.Ə.Qeybullayev 

D.D.Paqirevə istinadən XIX əsrdə Qafqaz ərazisində 7 yerdə «Xalxal» toponiminin 

mövcud olduğu barədə məlumat verir [379, 434]. Onlardan da biri Naxçıvan, ikisi 

isə (Xalxal və XalxalqıĢlaq) Oğuz rayonu ərazisindədir [256, 29]. Yuxarıda artıq 

xatırladıldığı kimi, alban çarlarının qıĢ iqamətgahı olan Xalxal Albaniyanın Ģimal-

qərbində  olub.  Həmin  bölgədə  bu  günədək  «Xalxal»  adı  ilə  məlum  olan  yeganə 

toponim  Oğuz  rayonu  ərazisindədir.  Sıx  meĢələri,  al-əlvan  tarlaları  və  müalicə 

əhəmiyyətli bulaqları ilə məĢhur olan Xalxal bu gün də ətraf rayonların əhalisinin 

yaz-yay mövsümündə istirahət etdiyi dilbər bir məkandır. Əlbəttə, alban çarlarının 

yay iqamətgahının məhz belə bir yerdə olması tamamilə mümkün idi. Ölkənin baĢ 

Ģəhəri və paytaxtı olan Qəbələnin yaxınlığında yerləĢməsi də bu ehtimalı təsdiqləyə 

biləcək  çox  ciddi  arqument  kimi  nəzərdən  qaçırılmamalıdır.  Nəhayət,  Xalxalın 

həm Qəbələ, həm də Bərdə ilə müqayisədə nisbətən daha Ģimalda, meĢə və çayların 

əhatəsində olan sərin bir məkanda yerləĢməsi, onun bəzi müəlliflərin yazdığı kimi, 

alban çarlarının qıĢ iqamətgahı deyil, məhz yay iqamətgahı olduğunu düĢünməyə 

əsas verir. 

Girdiman  hövzəsi  toponimlərinin  təhlili  daha  bir  ciddi  məqam  üzərində 

dayanmağa  əsas  verir.  Təsəvvür  edin,  həmin  ərazidəki  dağ,  bulaq,  çay,  yamac, 




61 

 

düzənlik adları demək olar ki, bütünlüklə türk mənĢəli toponimlərdir. Qalaların və 



yaĢayıĢ  məntəqələrinin  adları  isə  mənĢə  etibarilə  müxtəlifdir.  Daha  doğrusu, 

onların xeyli qismi Ġran, bəziləri isə ərəb mənĢəli toponimlərdir. Bu, o deməkdir ki, 

ərazinin  türk  mənĢəli  toponimləri  əzəldir,  Ġran  və  ərəb  mənĢəli  toponimlər  isə 

sonradan  yaranıb  [55,  276;  375;  602].  Bu  baxımdan  Lahıc  ətrafındakı  yaĢayıĢ 

məntəqələrinin  xeyli  qisminin  adının  Ġran  mənĢəli  olması  faktı  da  nəzərdən 

qaçırılmamalıdır.  Ərəgit,  Varna,  Qoydan,  Əhən,  Gəndob,  Müdrüsə,  Müdrü, 

Candahar,  Həftəsov,  Sərsürə,  ġəbiyan,  Bilistan  kimi  kənd  adları  buna  misaldır. 

Ümumiyyətlə  götürdükdə,  Girdimançay  hövzəsində  Ġran  mənĢəli  toponimlər 

Azərbaycanın digər ərazilərilə müqayisədə daha çoxdur (xəritə 1). Bütün bunlar isə 

sözsüz ki, Girdiman  vilayətinin tarixi coğrafiyası barədə daha konkret və ünvanlı 

danıĢmaq  üçün  kifayət  qədər  tutarlı  dəlillərdir.  Yəni,  əgər  tarixən  irandilli  əhali 

daha çox, məhz ġirvan və Girdiman ərazilərinə köçürülübdürsə və həmin əhalinin 

qalıqları,  onun  daĢıyıcısı  olduğu  mədəniyyətin  bir  sıra mühüm  komponentləri  bu 

gün  də  həmin  ərazidə  yaĢamaqdadırsa,  belə  olan  halda  Girdiman  ərazilərini 

Albaniyanın  qərbində,  yaxud  da  Ģimal-qərbində  axtarmaq  sadəcə  olaraq 

məntiqsizlikdir. Xatırladaq ki, Girdimançay hövzəsindən fərqli olaraq Albaniyanın 

qərb  və  yaxud  da  Ģimal-qərb  ərazilərində,  o  cümlədən  ġəmkir,  Tovuz  və  Qazax 

rayonları  ərazilərində  Ġran  mənĢəli  toponimlərin,  etnik  vahidlərin  və  onlara  xas 

olan  mədəniyyətin  hər  hansı  qalıqlarının  olduğu  məlum  deyildir.  Nədənsə,  əksər 

tədqiqatçılar  Girdiman  vilayətini  lokalizə  edərkən  bu  amilləri  də  nəzərə 

almamıĢlar. 

Beləliklə,  yazılı  mənbələrin,  təbii-coğrafi  amillərin,  çoxsaylı  maddi-

mədəniyyət  abidələrinin,  qədim  mənĢəli  toponimlərin  və nəhayət,  ərazinin  etnik-

milli  reallıqlarının  kompleks  Ģəkildə  öyrənilməsi  qədim  Girdiman  vilayətinin 

Azərbaycanın  qərbində,  yaxud  da  Ģimal-qərbində  deyil,  məhz  ġirvan  ərazisində 

olduğunu  söyləməyə  əsas  verir.  Albaniyanın  hərbi-iqtisadi  və  mədəni-siyasi 

həyatında  xüsusilə  mühüm  yeri  olan  bu  vilayətin  əraziləri  ilk  əvvəl  əsasən 

Girdiman  çayı  hövzəsində,  konkret  desək  Ģərqdə  Ağsuçay,  qərbdə  Göyçay  çayı, 

Ģimalda Babadağ silsiləsi, cənubda isə Kür çayına qədər olan əraziləri əhatə edirdi 

(xəritə  2).  VII-VIII  əsrlərdə  Girdiman  feodalları  Albaniyada  siyasi  hakimiyyətə 

nəzarət  edərkən  vilayətin  əraziləri  qonĢu  vilayətlərin,  əsasən  də  Qəbələ  və  ƏrəĢ 

vilayətlərinin əraziləri hesabına daha da geniĢlənib. Mərkəzində Həftəran vadisi və 

Qaraməryəm  tirəsi  duran  bu  ərazilər  cənubda  Kür  çayı,  Ģimalda  və  Ģimal-Ģərqdə 

Çola, qərbdə ġəki (Sakasena), cənub-Ģərqdə isə Paytakaran (Kaspiana) əraziləri ilə 

həmsərhəd  idi  (xərito  3).  Bu  isə  həm  də  Uti  əyalətinin  ġimal  sərhədlərinin,  ayrı-

ayrı  tədqiqatçılar  tərəfindən  bildirildiyi  kimi,  Kür  çayınadək  deyil,  Babadağ 

silsiləsinədək davam etdiyini söyləməyə əsas verir. 

Mehranilərin hakimiyyəti dövründə ölkənin hərbi-siyasi qüdrətinin artması 

bütövlükdə Albaniya ərazilərinin Ermənistan və Ġberiya əraziləri hesabına daha da 

geniĢlənməsi ilə nəticələnib. Fikrimizcə, o dövrdə hakimiyyətə Girdiman feodalları 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə