Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə33/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   29   30   31   32   33   34   35   36   ...   179

67 

 

Lahıc çökəkliyi Niyaldağ və BaĢ Qafqaz silsiləsi arasında yerləĢir. Bu ərazi 



oturaq  həyat  üçün  xüsusilə  daha  əlveriĢli  imkanlara  malikdir.  Hələ  erkən  orta 

əsrlərdən tarixi mənbələrdə adı çəkilən Lahıc Girdiman çayının sol sahilində, dəniz 

səviyyəsindən 1000-1100 m yüksəklikdə olan yamacda yerləĢir. Lahıcdan təqribən 

bir  km  Ģimalda  Ximran  kəndi  yerləĢir.  Bir  vaxtlar  dağ  zonasının  iri  yaĢayıĢ 

məntəqələrindən  olan  bu  kənddə  hazırda  cəmisi  8  ailə  yaĢayır.  Ximran  kəndi  və 

onun ətrafı uzun illərdir ki, çox güclü iĢğına məruz qalmaqdadır. Ötən əsrin 50-ci 

illərindən baĢlayaraq Ximran iĢğını xüsusilə aktiv fazaya daxil olub. Oradan axan 

qatı palçıq və daĢ kütləsi Girdimançayadək hərəkət edərək orada sahəsi təqribən 3 

km

2

  olan gətirmə  konusu  yaradıb  [84,  45].  Deyilənlərə görə,  iĢğın materiallarının 



çayın  qarĢısını  kəsdiyi  və  orada  müvəqqəti  olaraq  göl  əmələ  gətirdiyi  vaxtlar  da 

olub.  Ümumiyyətlə,  Ağsuçay  hövzəsi  kimi,  Girdimançay  hövzəsi  də  sürüĢmələrə 

meyillidir.  Keçən  əsrin  70-ci  illərinin  ortalarında  Qaranohur  kəndi  yaxınlığında 

xüsusilə  güclü  dağ  sürüĢməsi  baĢ  verib.  O  zaman  uçqunun, hətta  Girdimançayın 

qarĢısını  kəsəcəyi  barədə  ehtimallar  da  yayılmıĢdı...  Mütəxəssislərin  fikrincə, 

iĢğınlar  adətən  yamacların  yuxarı  hissəsinin  əhəngdaĢı  ilə  örtüldüyü  və  onun 

altında gilli süxurların olduğu yerlərdə baĢ verir. Yağıntıların miqdarı çox olduğu 

vaxtlarda iĢğınlarda xüsusi fəallıq müĢahidə olunur və yeni iĢğın ocaqları yaranır. 

1964-cü  ilin  iyun-avqust  aylarında  orta  illik  normadan  2  dəfə  artıq  yağıntı 

düĢdüyündən  Lahıcın  qərbində  -  Girdimançayın  sağ  sahilində  daha  bir  nəhəng 

iĢğın  əmələ  gəldi.  Elə  həmin  il  Lahıc  yaxınlığındakı  Zarat  kəndində  də  uçqun 

qeydə alınıb. Sonrakı illərdə Varna və Tircan kəndlərində də çox təhlükəli uçqunlar 

baĢ verib. 70-ci illərdən baĢlayaraq Ağsuçay hövzəsi sürüĢmələrin ən fəal rayonuna 

çevrilib.  Ağsu  rayonunun  ən  iri  yaĢayıĢ  məntəqələrindən  olan  Nuran  kəndi  də 

sürüĢmə nəticəsində həyat səhnəsindən getdi. 

Bütün bunları xatırlamaqda məqsəd odur ki, erkən orta əsrlərə aid yaĢayıĢ 

məntəqələri,  nekropollar  və  arxitektura  abidələri  ilə  zəngin  olan  Girdimançay-

Ağsuçay hövzəsi çox ola bilsin ki, əvvəlki əsrlərdə də güclü iĢğınlara məruz qalıb. 

Bu isə həmin abidələrin ən azı bir qisminin izsiz-soraqsız tarix səhnəsindən getdiyi 

barədə düĢünməyə əsas verir. Və çox ola bilsin ki, qədim və orta əsr mənbələrində 

adı  çəkilən  və  bu  günədək  yeri  bəlli  olmayan  bəzi  yaĢayıĢ  məntəqələri,  habelə 

məbəd,  qala  və  istehkamlar  da  belə  acı  taleyin  qurbanı  olub.  Lahıc  qəsəbəsinin 

timsalında bunu indi də aydın görmək mümkündür. Belə ki, qəsəbənin xeyli hissəsi 

Girdiman  dərəsinin,  habelə  Qaban  dağından  gələrək  Girdiman  çayına  qovuĢan 

xırda  çayların  əmələ  gətirdiyi  yarğan  və  uçqunlar  nəticəsində  zaman-zaman 

dağılıb, dağılır və bundan sonra da dağılmaq təhlükəsi altındadır. Görünür, Lahıcın 

vaxtilə  sel-su  altında  qalaraq,  yoxa  çıxması  ilə  bağlı  əfsanələr  də  bu  zəmində 

yaranıb [84, 23]. 



Alazan-Əyriçay  rayonu.  Girdiman  vilayətinin  indiki  Ağsu,  Ġsmayıllı, 

Qəbələ  və  Oğuz  rayonlarının  dağətəyi  hissəsini  əhatə  edən  ərazilərinin  bir  qismi 

coğrafi  ədəbiyyatda  Alazan-Həftəran  vadisi  kimi  tanınır.  Doğrudur,  bu  ərazini 



68 

 

«Alazan-Əyriçay  düzənliyi»,  «Nuxa-Vəndam  dərəsi»,  «Alazan-Nuxa-Vəndam 



dərəsi», «Nuxa-Həftəran ovalığı» və s. kimi də adlandırırlar [122, 90; 37, 7-30, 88-

94].  Bu  adlardan  bəzisi  sözsüz  ki,  geniĢ  mənada,  bəzisi  isə  məhdud  mənada 

iĢlədilir. Əslində isə söhbət Kaxetiya dağlarından Girdiman çayının orta axarınadək 

uzanan  düzənlik  sahədən  gedir.  Məlumdur  ki,  Alazan-Həftəran  vadisi  dağlıq 

qurĢağa paralel olmaqla Ģimal-qərbdən cənub-Ģərqə doğru uzanır. Vadi Ģərqə doğru 

getdikcə daralır  və  Ġsmayıllı  Ģəhəri  meridianında  onun  eni təqribən  5,5 km  təĢkil 

edir.  O,  Ģimaldan  Qafqaz  dağlarının  cənub  ətəklərinin,  cənubdan  isə  Alazan, 

Əyriçay  və  bu  çaylardan  cənubda  yerləĢən  QuĢencə,  QaĢ  və  DaĢüz  alçaq  sıra 

dağları ilə əhatə olunur. Vadinin «Alazan» adlanan hissəsi DaĢağıl çayından qərbə, 

«Həftəran»  adlanan  hissəsi  isə  Ģərqə  doğru  olan  ərazilərdir  [661,  33].  Buradan 

göründüyü kimi, Alazan vadisinin Girdiman ərazilərinə aidiyyatı yoxdur. Həftəran 

vadisi isə demək olar ki, bütünlüklə qədim Girdiman əraziləridir. 

Vadinin  Ģimal  sərhədləri  boyunca  BaĢ  suayrıcına  yaxın  ərazilərdəki  bəzi 

zirvələrin hündürlüyü 3000 m-ə çatır. Hansı ki, həmin zirvələr arasından Dağıstana 

keçmək  üçün  müxtəlif  dağ  keçidləri  mövcuddur.  Həmin  keçidlərdən  Xərəkoba, 

Qumilyov,  Dindidağ,  Rokaldağ,  Kəm,  Salavat,  Məlkamud  və  baĢqalarını 

göstərmək  olar.  BaĢ  suayrıcının  Babadağdan  Bazardüzünədək  olan hissəsində isə 

indiki Oğuz, Qəbələ və Ġsmayıllı rayonlarından Quba və Qusar rayonları ərazisinə 

keçmək  üçün  əsasən  Fiy,  Salavat  və  Babadağ  keçidlərindən  istifadə  edilir. 

Xatırladaq ki, Fiy keçidi Filfilli dərəsinin (Oğuz rayonu), Salavat keçidi Vəndam 

dərəsinin  (Qəbələ  rayonu),  Babadağ  keçidi  isə  Girdiman  və  Göyçay  dərələrinin 

(Ġsmayıllı rayonu) baĢında yerləĢir. 

Lyos  çöküntülərinin  bol  olduğu  Həftəran  vadisi  dəniz  səviyyəsindən 

təqribən 200-600 m yüksəklikdə yerləĢir. BaĢ  Qafqaz sıra dağlarından axıb gələn 

iri  və  xırda  çaylar  vadini  yararaq geniĢ  çay  dərələri  əmələ  gətirib.  Həmin  çaylar 

barəsində ən ümumi məlumatlar belədir: 



Girdiman  çayı.  BaĢlanğıcını  Babadağın  cənub  yamacından  (2900  m 

yüksəklikdən)  götürür  və  yaratdığı  təngi  vasitəsilə  Niyaldağı  iki  hissəyə 

parçalamaqla  Ġsmayıllı,  Ağsu  və  Kürdəmir  rayonları  ərazisindən  keçərək  Kür 

çayına qovuĢur [292]. Uzunluğu 88 km, hövzəsinin sahəsi 727 km

2

-dir. Ġllik axın 



həcmi 280 mln

3

-dir. Əsasən qar, yağıĢ və yeraltı sularla qidalanır [6, 494; 28, 319]. 



Ġsmayıllı  rayonunun  bir  sıra  kəndləri  (Sərdahar,  Maçaxı,  Qaranohur,  Gəndob, 

Namazgah,  Qaraqaya,  Lahıc,  Ximran,  Burovdal  və  s.)  Girdiman  çayının  əmələ 

gətirdiyi terraslarda salınıb. 

Kür çayı.  Uzunluğu təqribən 1500 km, hövzənin sahəsi 188000 km

2

  olan 



Kür  çayı  təkcə  Azərbaycanda  deyil,  bütövlükdə  Qafqazda  ən  uzun  və  gursulu 

çaydır.  Türkiyə  və  Gürcüstan  ərazilərindən  keçən  Kür  çayı  təqribən  900  km 

məsafədə  Azərbaycan  ərazilərindən  axır  [8,  43].  Girdiman  vilayətinin  Kür  çayı 

boyunca olan cənub sərhədlərinin uzunluğu isə təqribən 100 km təĢkil edir. Böyük 

Qafqazdan baĢlanan bir sıra dağ çayları (Girdiman, Göyçay və Türyan çayları) da 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə