Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə34/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   30   31   32   33   34   35   36   37   ...   179

69 

 

Kürə qovuĢur. Girdiman vilayətinin Kürboyu əraziləri əlveriĢli suvarma imkanları, 



həmçinin ilin əksər vaxtlarında bataqlıq və çəmənliklərə çevrilməsi ilə diqqəti cəlb 

edir.  Kürdən  ayrılan  süni  arxlar  və  kanallar,  vaxtilə  Kür  çökəkliyi  ərazilərini 

suvarıb.  Beləliklə,  əsrlər,  minilliklər  boyu  ərazisindən  keçdiyi  ölkələrin  və 

sahillərində  məskunlaĢan  xalqların  həyatında  Kür  çayının  çox  mühüm  rolu 

olmuĢdur. Bu barədə antik və orta əsr müəlliflərindən Strabonun [617, 475, 482, 

486],  Plininin  [34,  25-26],  Ptolemeyin  [206,  23,  24],  alban  tarixçisi  Moisey 

Kalankatuklunun [120,  122,  129]  və  qeyrilərin  əsərlərində yetərincə  məlumatlara 

rast gəlirik. 



Əyriçay.  Azərbaycan  ərazisində  Əyriçay  adı  ilə  iki  çay  məlumdur. 

Onlardan  birisi  Alazan  çayının,  digəri  isə  Göyçay  çayının  sol  qoludur.  Həmin 

çaylardan  yalnız  ikincisinin  Girdiman  vilayətinə  aidiyyatı  var.  Uzunluğu  36  km, 

hövzəsinin sahəsi 427 km

2

 olan bu çay baĢlanğıcını Niyaldağ silsiləsindən götürür. 



Əsasən  yeraltı,  qismən  də  yağıĢ  suları  ilə  qidalanır  [8,  153].  Əsas  qolları  Axox, 

Cülyan,  Talıstan  və  Diyallı  çaylarıdır.  Suyunun  bir  hissəsi  kanal  vasitəsilə 

AĢıqbayram və Yekəxana su anbarlarına axıdılır. Ġsmayıllı və Göyçay rayonlarının 

əkin və bağ sahələrinin suvarılmasında Əyriçaydan geniĢ istifadə olunur. 



Axox çayı.  Göyçayın sol qolu  olan Əyriçayın sağ qolu. Uzunluğu 25 km, 

hövzəsinin  sahəsi  692  km

2

-dir.  BaĢlanğıcını  Qovdağ  silsiləsindən  (2000  m 



yüksəklikdən) götürür. DaĢanda rayonun Xənəyə və Qalınçaq kəndləri üçün ciddi 

təhlükə  yaradır  [6,  494].  Axox  çayın  yatağındakı  zəngin  qum  və  çınqıl 

ehtiyatlarından tikintidə geniĢ istifadə olunur. 

Göyçay  çayı.  Kür  çayının  sol  qolu.  BaĢlanğıcını  BaĢ  Qafqaz  silsiləsinin 

Cənub yamacından (1980 m yüksəklikdən) götürür. Uzunluğu 113 km, hövzəsinin 

sahəsi  1170  km

2

-dir  [292].  Əyriçay,  Axoxçay,  Vəndamçay,  Qalacıq  çayları  əsas 



qollarıdır.  Əsasən  qar,  yağıĢ  və  yeraltı  sularla  qidalanır  [8,  109].  Hövzəsində 

AĢıqbayram  və  Yekəxana  su  anbarları  yaradılmıĢdır.  Sahilində  olan  Ģəhər  və 

kəndlərin  (Göyçay  Ģəhəri,  Qalacıq,  Ġstisu,  ÇayqovuĢan,  Vələsin,  Buynuz, 

Sumağallı, Topçu, Məmmədağalı, Bunud, Həzrə və s. kəndlər) əhalisi suvarma və 

içməli su mənbəyi kimi Göyçay çayından istifadə edirlər. 

Türyan  çayı.  Kürün  sol  qolu.  BaĢlanğıcını  BaĢ  Qafqaz  silsiləsinin Cənub 

yamacından  (3680  m  yüksəklikdən)  götürərək  Oğuz,  Qəbələ,  AğdaĢ  və  Zərdab 

rayonları  ərazisindən  keçir.  Uzunluğu  180  km,  hövzəsinin  sahəsi  1480  km

2

-dir. 



Əsasən qar, yağıĢ və yeraltı sulardan qidalanır. Orta illik axın həcmi 565 mln.m

3

-



dir. Güclü sel törədir. AĢağı axını Qarasu adlanır. Tikanlı, Qoçalan və Dəmiraparan 

çayları  Türyan  çayın  əsas  qollarıdır.  DaĢanda  Oğuz,  Qəbələ,  AğdaĢ  və  Zərdab 

rayonlarının bir sıra yaĢayıĢ məntəqələri üçün təhlükə yaradır [8, 391]. 

Ağsu çayı. Girdiman vilayətinin Ģərq sərhədi olan Ağsuçay öz baĢlanğıcını 

Niyaldağ  silsiləsindəki  Sarıbulaq  dağından  (2110  m  yüksəklikdən)  götürür. 

Uzunluğu  85  km, hövzəsinin  sahəsi  527  km

2

-dir.  AĢağı  axarında  kanal  vasitəsilə 



Kür çayına axıdılır. Əsas qolu Sulut çayıdır. Bundan əlavə Mücü və Basqal çayları 


70 

 

da  Ağsuçaya  qovuĢur.  BaĢlıca  olaraq  yağıĢ  və  yeraltı  sulardan,  qismən  də  qar 



suyundan qidalanır. Daha çox yaz və payız aylarında daĢır. DaĢarkən Ġsmayıllı və 

Ağsu rayonlarının bir sıra yaĢayıĢ məntəqələri üçün ciddi təhlükə yaradır. Suyunun 

bir  hissəsi  kanal  vasitəsilə  Ağsu  Ģəhərinin  Ģimal-Ģərqindəki  CavanĢir  su  anbarına 

axıdılır.  ġirvan  düzündəki  bağ  və  bostanların,  əkin  sahələrinin  suvarılmasında, 

habelə yerli əhalinin, xüsusilə də Ağsu Ģəhəri sakinlərinin içməli su ilə təchizatında 

Ağsuçaydan geniĢ istifadə olunur [6, 111]. 

Ümumiyyətlə,  götürüldükdə  BaĢ  suayrıcından  Həftəran  çökəkliyinə  daxil 

olan çaylar, çoxlu miqdarda irili-xırdalı qollardan ibarət olmaqla, olduqca sıx çay 

Ģəbəkəsi yaradıbdır. Həm də elə ilk baxıĢdan bu Ģəbəkədə ümumi bir sistem olduğu 

diqqəti cəlb edir. Belə ki, Həftəran çökəkliyindən baĢlayaraq Ģimala, yəni, Böyük 

Qafqazın Cənub yamacına doğru çaylar daraq diĢləri kimi Ģaxələnir. BaĢqa sözlə, 

mənbəyini  Böyük  Qafqazın  Cənub  yamacından  götürən  bir  çox  xırda  çaylar 

Həftəran  düzənliyinə  çıxıĢda  bir  neçə  məcrada  cəmləĢir.  Bunlar  əsasən  Ağsu, 

Girdiman,  Göyçay  və  Türyan  çaylarıdır.  Maraqlıdır  ki,  həmin  çaylar  Acınohur-

Ceyrançöl öndağlığını cənuba keçəndən sonra yenidən daraq diĢi kimi Ģaxələnirlər. 

Bu  halda  sözsüz  ki,  insanın  ətraf  mühitə  təsiri  də  mühüm  rol  oynayıb.  Konkret 

desək, həmin çaylar aran ərazilərə çatar-çatmaz, həm də müxtəlif kanallar Ģəbəkəsi 

ilə suvarma məqsədlərinə istiqamətləndirilir. Bütün bunlar isə ərazinin landĢaftının 

formalaĢması və diferensiasiyaya uğramasında mühüm rol oynayıb. 

Girdiman  ərazisindən  keçən  çayların  demək  olar  ki,  hamısı  sel  təhlükəsi 

əmələ  gətirir.  Məhz  bu  səbəbdən  də  Cənub  yamac  Qafqazda  intensiv  sellər  olan 

ərazi  kimi  dəyərləndirilir  [156,  36].  Ərazinin  geomorfologiyasını  öyrənən 

mütəxəssislərin fikrincə, bu çaylarda selləri yaradan bir sıra faktorlar mövcuddur 

[158; 601]. Həmin faktorlar aĢağıdakılardan ibarətdir: 



Əsas  faktorlar:  Qravitasiya  prosesləri,  aĢınma,  yatağın  və  hövzənin 

meyilliyi,  torpaqların  eroziyası,  süxurların  litologiyası  və  s.  Bunlardan  əlavə, 

sellərin baĢ verməsi, onların təhlükəlilik dərəcəsi bir çox digər köməkçi faktorların 

təsirilə  də  əlaqədar  ola  bilər.  Lakin  bütün hallarda həlledici  faktor  kimi  daha  çox 

meteoroloji  Ģərait,  həm  də  məhz  leysan  yağıĢları  bilavasitə  təhlükəli  sellərin  baĢ 

verməsinə səbəb olur [601, 25-35]. 

Həftəran  vadisi  yeraltı  sularla  da  olduqca  zəngindir.  Bir  sıra  sahələrdə 

yeraltı sular həddən artıq üzdə olduğundan çoxlu bataqlıqlar əmələ gəlib. Görünür, 

elə  bu  cəhəti  nəzərə  alaraq  mütəxəssislər  «Həftəran»  toponiminin  «Abtörəyən» 

(«Ab»+«törəyən»)  sözündən  əmələ  gəldiyini  yazırlar.  Məlum  olduğu  kimi  «Ab» 

fars dilində «su» deməkdir. Bir daha təkrar edirik ki, Həftəran vadisi su ehtiyatı ilə 

çox  zəngindir.  Burada  həm  yeraltı  sular  üzdədir,  həm  də  dağlardan  axıb  gələn 

bulaq  və  çayların  suları  da  oraya  toplanır.  Beləliklə,  Həftəran  çökəkliyi  sözün 

müəyyən mənasında, həm də sutoplayıcı funksiyaya malik bir ərazidir. Xatırladaq 

ki,  Ġsmayıllı  Ģəhərinin,  Mican,  Qalınçaq,  Qəzli  və  bəzi digər  kəndlərin ərazisi  də 

keçən  əsrin  50-60-cı  illərinədək  bütünlüklə  bataqlıqlardan  ibarət  olub.  Talıstan, 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə