Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə37/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   33   34   35   36   37   38   39   40   ...   179

75 

 

dəyiĢir.  Buna  müvafiq  olaraq,  əlbəttə  ərazinin  florası  da  dəyiĢikliyə  məruz  qalıb 



[632,  210-230].  Məsələn,  1800-2000  m-dən  baĢlayaraq  2200-2400  m-dək  olan 

yüksəkliklərdə,  konkret  olaraq  BaĢ  suayrıcı  və  ona  bitiĢik olan  yaylaq  ərazilərdə 

əsasən  müxtəlif  ot  bitkiləri  geniĢ  yayılıb.  Alp  çəmənliklərin  formalaĢmasında 

soğankimilərin  və  yumruköklülərin  də  öz  yeri  var.  Zəncirotu,  qaytarmaotu, 

zınqırovotu, bulaqotu, Ģabdar, iĢıqotu, Qafqaz zirəsi və bu kimi spesifik ot növləri 

alp  çəmənliklərin  yaraĢığına  çevrilib.  Dağ  çəmənlərində  otlar  adətən  qısaboylu, 

çiçəkləri isə iri və iĢıqsaçan olur [18, 150-152; 369; 370; 632, 222-226]. Onların 

əksəriyyətindən dərman bitkisi kimi xalq təbabətində geniĢ istifadə olunur. 

Subalp  və  alp  qurĢaqdan  aĢağıda  dağüstü-kserofit  qurĢaq  baĢlayır.  Bu 

qurĢaq  təqribən  1200-1600  m hündürlüyə  malik  əraziləri  əhatə  edir  və  daha  çox 

qayalıq və yarğanlardan ibarət olmaqla Ģiddətli eroziyaya məruz qalıb. Odur ki, bu 

qurĢağın  bitki  örtüyü  də  zəif  və  epizodikdir.  Daha  çox  fiqan  tipli  yastıqcalılara, 

tikanlı yastıqcalılara və radial qol-budağa malik tikanlı kollara təsadüf olunur [632, 

222]. 


Girdiman  vilayəti  ərazilərinin  xeyli  hissəsini  meĢələr  tutur.  Bunun 

içərisində həm dağ meĢələri, həm də düzənlik meĢələri var. Dağ meĢələri  əsasən 

BaĢ  suayrıcının  Cənub  yamacındadır.  Bu  meĢələrdə  palıd,  fısdıq,  vələs,  çökə, 

qovaq, ağcaqovaq, qarağac, qızılağac, gövrüc, arçan, qoz, yalanqoz, quĢarmudu, cır 

albalı, cır alma, alça, zoğal, əzgil, yemiĢan və s. ağac növləri geniĢ yayılıb. Həmin 

ağac  növlərinə,  eynilə  Alazan-Həftəran  çökəkliyinin  meĢələrində  də  rast  gəlmək 

olur [588]. 

Bəhs edilən ərazinin lap  qədim zamanlardan baĢlayaraq insanlar tərəfindən 

məskunlaĢmasında sözsüz ki, meĢə ehtiyatlarının bol olması da az rol oynamayıb. 

Bəli, meĢələr minilliklər boyu insanlar üçün həm sığınacaq, həm də dolanacaq yeri 

olub.  Yəni,  Cənub  yamacın  və  Həftəran  vadisinin  meĢələrində  yetiĢən  meyvə  və 

giləmeyvələr  minilliklər  boyu  nəinki  yerli  sakinlərin,  hətta  bazarın  da  tələbatını 

ödəmiĢdir. 

MeĢə və səhra qurĢaqları arasında bir növ keçid zonası olan meĢə-bozqırlar, 

yaxud da arid seyrək meĢələr də son illərin təlatümləri nəticəsində, nəinki daha da 

seyrəlib,  hətta  bir  sıra  yerlərdə  baĢdan-baĢa  məhv  edilib.  Bu  cəhətdən  Göyçay-

Əlciyançay arasındakı bozqır yaylalardakı saqqız-ardıc meĢələri də istisnalıq təĢkil 

etmir.  Məlumat  üçün  bildirək  ki,  arid  seyrək  meĢələrdə  dominantlardan  savayı, 

qaratikan,  nar,  dağdağan,  murdarça,  cağan  və  s.  ağac  növlərinə  də  rast  gəlinir. 

Bozqır  yaylalarda  və  onların  ətəklərində,  həmçinin,  müxtəlif  növlərdən  olan 

yovĢan  bitkilərinə,  habelə  tərkibində  efir  yağı,  alkaloid  və  rəng  maddələri  olan 

bitkilərə də təsadüf olunur [18, 139; 632, 215-222]. 

Acınohur-Ceyrançöl  öndağlığından  və  Qaraməryəm  tirəsindən  cənubda  - 

ġirvan düzü ərazisində əsasən yarımsəhra mühiti üçün səciyyəvi olan bitki örtüyü 

yayılıbdır. Adətən, bu cür bitki örtüyü dəniz səviyyəsindən 200-500 m yüksəkliyə 

qədər olan ərazilərdə davam edir. Aran ərazilərdə iqlimin rütubətlilik dərəcəsindən 




76 

 

və  qrunt  sularının  səviyyəsindən  asılı  olaraq  ayrı-ayrı  lokal  yerlərdə meĢə-bozqır 



və meĢə bitkilərinə də təsadüf olunur. Bütövlükdə isə, yarımsəhra yerlər üçün daha 

çox  yarımkol  bitki növləri  xarakterikdir.  Ətraf rayonların əhalisinin  qıĢlaq  sahəsi 

kimi  istifadə  etdiyi  bu  ərazilərdə  xüsusilə  geniĢ  yer  alan  yovĢanlıq  və 

yarımkolluqlar mal-qara üçün çox əlveriĢlidir [18, 137-138; 632, 212-213]. 

Girdiman vilayəti ərazilərinin iqlimi, torpaq örtüyü və florası kimi, faunası 

da  olduqca  zəngin  və  rəngarəngdir.  Bu  ərazidə  aparılan  arxeoloji  axtarıĢlar 

nəticəsində  aĢkar  edilən  çoxsaylı  at, it,  qoyun,  qaban, keçi  sümükləri hələ  2000-

7000  il  bundan  öncə  ərazinin  faunasının  kifayət  qədər  zəngin  olduğundan  xəbər 

verir.  Maraqlıdır  ki,  Azərbaycan  ərazisində  ilk  dəfə  Qırlartəpədə  cüyür  sümüyü 

tapılıb [250, 51]. Arxeoloqlar tərəfindən aĢkar edilmiĢ qədim at, it, maral fiqurları 

da ərazinin qədim faunası barədə çox Ģey deyir. Uzunboylardan tapılmıĢ daĢ cam 

üzərindəki ov səhnəsi bu baxımdan böyük maraq doğurur. Hansı ki, həmin camın 

üzərində  maral,  tur,  dağ  keçisi,  qaban  və  canavar  kimi  vəhĢi  heyvanların  qaçıĢ 

səhnəsi təsvir olunub [50, 282]. 

Aparılan  müĢahidə  və  tədqiqatlar  göstərir  ki,  ərazinin  faunasının 

rayonlaĢması  da  hər  Ģeydən  öncə  iqlim  və  bitki  örtüyünə  müvafiqdir.  Belə  ki, 

yüksək dağlıq ərazilərdə, subalp və alp çəmənliklərdə Dağıstan turu, dağ kəli, dağ 

keçiləri  daha  geniĢ  yayılıb.  DovĢan  və  tülküyə  az-az  hallarda  rast  gəlinir.  Yay 

müddətində yaylaqlara mal-qara gələndə, sürülərin ardınca canavarlar da bu yerlərə 

ayaq açır [632, 238]. 

Yaylaqlardan  və  sıldırım  qayalıqlardan  aĢağı,  meĢə  zonasına  endikcə 

təbiətin digər komponentləri kimi, fauna da dəyiĢir. Burada Qafqaz maralı, cüyür, 

qaban, qonur ayı, meĢə piĢiyi, porsuq və müxtəlif növ quĢlar xüsusilə geniĢ yayılıb. 

MeĢə  və  vadilərdən  axan  qara  sularda  farel  balığına  da  rast  gəlinir  [632,  239]. 

Dağətəyi  meĢə  və  kolluqlarda  fauna  demək  olar  ki,  dəyiĢilmir.  Yəni,  meĢə 

zonasında yayılan bütün növ heyvan və quĢlara burada da rast gəlmək mümkündür. 

Sadəcə  olaraq  bu  ərazilərdə  canavar,  çaqqal,  porsuq,  kirpi,  dovĢan  daha  çoxdur. 

QuĢlardan  qırqovul,  kəklik  və  turac  bu  yerlərin  bəzəyinə  çevrilib.  Düzənlik  və 

yarımsəhra ərazilərdə əsasən ceyran, tülkü, porsuq, çaqqal və çoxsaylı quĢ növləri 

rayonlaĢıb [632, 240-241]. Su hövzələrindəki qamıĢlıq, kolluq və meĢələrdə tək-tək 

hallarda qabana rast gəlinir. Əfsuslar olsun ki, son illər meĢələrə olan vandalcasına 

münasibət  heyvanat  aləminin  artmasına  və  yayılmasına  da  ciddi  əngəl  olub.  Nə 

qədər  acınacaqlı  olsa  da,  təbiəti  qoruyanlardan  çox,  ondan  qeyri-qanuni  yollarla 

qazanc əldə etməyə can atanlar var. 

Ərazinin təbii-coğrafi xarakteristikası deməyə əsas verir ki, qədim Girdiman 

vilayəti bir çox özəllikləri, daha doğrusu, rəngarənglikləri baxımından həqiqətən də 

Azərbaycanın  digər  fiziki-coğrafi,  iqtisadi  və  inzibati  ərazi  vahidlərindən  xeyli 

dərəcədə  fərqlənir.  Bu  isə,  əlbəttə,  həmin  ərazidə  əhalinin  məskunlaĢma 

dinamikasında öz əksini tapmaya bilməzdi. Belə ki, ərazinin cənubunda isti iqlim, 

susuzluq  və  torpaqların  zaman-zaman  ĢoranlaĢmaya  meyilli  olması,  Ģimalda  isə 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə