Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə31/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   27   28   29   30   31   32   33   34   ...   179

62 

 

nəzarət etdiklərinə görə, Albaniya ərazilərinin qərbə doğru geniĢlənməsi Girdiman 



ərazilərinin geniĢlənməsi kimi də baĢa düĢülə  bilərdi. Görünür, Girdiman vilayəti 

ərazilərinin  Albaniyanın  qərbində,  Ermənistan  və  Gürcüstan  sərhədlərinə  yaxın 

ərazilərdə  lokalizəsi  ilə  bağlı  tarixĢünaslıqda,  o  cümlədən  Azərbaycan 

tarixĢünaslığında yer tapmıĢ dolaĢıq mülahizələrin kökündə həm də bu amil durur. 

Erməni  və  gürcü  tarixçiləri  isə  süni  surətdə  yaradılmıĢ  olan  bu  fürsətdən 

yararlanaraq «Girdiman» toponimini «Qardman», «Qardmanadzor», «Qrtman» və 

ya  «Qardabani»  Ģəklində  təqdim  etməklə,  onu  özününküləĢdirməyə  çalıĢıblar. 

Bununla  da  onlar  əslində  Albaniya  ərazilərinə  sahib  durmaq  niyyətində  olublar. 

Çünki Girdiman həm coğrafi baxımdan, həm də hərbi-iqtisadi və siyasi baxımdan 

Albaniya dövlətçiliyinin özəyi hesab olunurdu. Bəli, məhz buna görə də üzdəniraq 

erməni və gürcü tarixçiləri əvvəllər olduğu kimi, bu gün də Girdiman probleminin 

öyrənilməsi,  daha  dəqiq  desək  onun  saxtalaĢdırılması  istiqamətində  çox  ciddi 

surətdə  canfəĢanlıq  etməkdədirlər.  Odur  ki,  Girdiman  vilayəti ərazilərinin  ġirvan 

bölgəsində  lokalizəsinin  elmi  cəhətdən  əsaslandırılması  erməni  və  gürcü 

tarixçilərinin bu məsələyə münasibətdə bütünlüklə tərksilah olunması baxımından 

da çox mühüm elmi və siyasi əhəmiyyət kəsb edir. 

 

 



63 

 

III FƏSĠL 



 

GĠRDĠMAN ƏRAZĠLƏRĠNĠN TƏBĠĠ-COĞRAFĠ ġƏRAĠTĠ VƏ 

ƏHALĠNĠN MƏSKUNLAġMA DĠNAMĠKASI 

 

Yuxarıda  artıq  qeyd  olunduğu  kimi,  Girdiman  əraziləri  erkən  mərhələdə 

Ģimalda BaĢ Qafqaz silsiləsinədək, qərbdə Göyçay, Ģərqdə Ağsu, cənubda isə Kür 

çayınadək  olan  əraziləri  əhatə  edirdi.  Göründüyü  kimi,  bu  ərazi  özünün  təbii-

coğrafi  xüsusiyyətləri  baxımından  spesifik  bir  rayondur.  Fikrimizcə,  Girdiman 

ərazilərinin özəlliyi hər Ģeydən öncə, onun həm aran, həm dağlıq, həm də dağətəyi 

əraziləri özündə birləĢdirməsindədir. Hansı ki, ta qədim zamanlardan baĢlayaraq bu 

və ya digər ərazinin məskunlaĢması üçün ilkin amillərdən biri kimi dağlıq, dağətəyi 

və aran ərazilərin yanaĢı olması heç də az əhəmiyyət daĢımamıĢdır. Yəni, qədim 

insanlar  nə  qədər  ki,  özlərinə  münasib  Ģərait  qurmaq  vərdiĢlərinə 

yiyələnməmiĢdilər,  təbiidir  ki,  onlar  daha  çox  məhz  ətraf  mühitin  təbii-ilkin 

imkanlarından  yararlanmaqla  ömür  sürmüĢlər.  Bu  mənada yayda  dağ,  qıĢda aran 

ərazilər  onlar  üçün  bir  növ  təbii  sığınacağa  çevrilib.  Beləliklə,  qədim  insanlar 

özlərinə  əlveriĢli  mikromühit  yaratmaq  vərdiĢlərinə  yiyələnənədək  olan  uzun  bir 

tarixi  dövr  ərzində  daha  çox,  məhz  təbii-ilkin  reallıqlara  uyğun  həyat  tərzi 

yaĢayıblar [313; 564]. Əslində, əsrlər boyu davam edən köçəriliyin kökünü də elə 

burada axtarmaq gərəkdir. 

Mütəxəssislərin  fikrincə,  əhalinin  məskunlaĢması  dedikdə  insanların 

yaĢaması üçün zəruri olan Ģəraitin məcmusu nəzərdə tutulur. Burada həm bioloji, 

həm coğrafi, həm sosial, həm də iqtisadi amillərin hər birinin özünəməxsus yeri və 

rolu olubdur [18, 206]. Bir sözlə, əhalinin və ərazinin məskunlaĢması kifayət qədər 

mürəkkəb ictimai hadisə olmaqla çoxlu, həm də biri digəri ilə sıx surətdə əlaqəli 

olan təbii, tarixi, iqtisadi və sosial proseslərlə əlaqəlidir. Beləliklə, məsələ tək-tək 

fərdlərin  bu  və  ya  digər  yerdə  yaĢaya  bilməsindən  deyil,  bütövlükdə  təbii 

komplekslərin elə vahidliyindən gedir ki, orada insanların birlik halında yaĢaması 

və fəaliyyət göstərməsi üçün kifayət qədər əlveriĢli Ģərait olsun. Əlbəttə, bu zaman 

bütün proseslər  bu  və  ya  digər  ərazidə,  yəni  konkret ətraf  mühit  daxilində gedir. 

Odur  ki,  əhalinin  məskunlaĢması  da hər  Ģeydən  öncə məhz  ətraf  mühit  daxilində 

baĢ verir. Bu mənada təbii-coğrafi Ģərait bütün dövrlərdə insanların özünə yaĢayıĢ 

rayonu seçmələrində və nəhayət, məskən salmalarında olduqca mühüm rol oynayıb 

və  bu  gün  də  belədir.  Təsadüfi  deyildir  ki,  elə  indinin  özündə  də  Ġsmayıllı  və 

Qəbələ rayonlarının bir sıra kəndlərinin sakinləri qıĢ düĢəndə öz mal-qarasını Ağsu 

və Kürdəmir rayonları ərazisindəki qıĢlaqlarda bəsləyirlər. Ağsu, Kürdəmir, Ucar 

və Zərdab rayonlarının sakinləri isə yay dövründə mal-qaranı Ġsmayıllı və Qəbələ 

rayonları  ərazisindən  keçirərək  BaĢ  Qafqaz  silsiləsindəki  yaylaqlara  çıxarırlar. 

Əsasən  Babadağ  və  Qovdağ  silsiləsinin  yastan  və  yamaclarından  ibarət  olan  bu 

yaylaqlarda həyat çox da davam etmir. 



64 

 

Məlumat  üçün  bildirək  ki,  BaĢ  suayrıcı  AbĢeron  yarımadasından  Taman 



yarımadasınadək cənub-Ģərqdən Ģimal-qərbə doğru 1500 km məsafədə uzanan BaĢ 

Qafqaz dağ sisteminin Azərbaycan ərazisinə düĢən kiçik bir hissəsidir. BaĢ suayrıcı 

3632  m  yüksəklikdən  baĢlayaraq  cənuba  və  Ģərqə  doğru  alçalır.  Silsilənin  Ģərq 

yamacları Sumqayıt  və Pirsaat çayları, cənub  yamacları isə Göyçay  və Girdiman 

çayları,  habelə  onlara  qovuĢan  çoxsaylı  xırda  qollar  vasitəsilə  dərin  dərələrə 

parçalanıb. Mütəxəssislərin fikrincə, ərazinin relyefi onun geoloji inkiĢaf tarixi ilə 

sıx əlaqədardır [36; 122, 82]. Məlumat üçün bildirək ki, BaĢ suayrıcıdan Alazan-

Həftəran  çökəkliyinədək  olan  dağlıq  və  dağətəyi  ərazinin  geoloji  cəhətdən 

öyrənilməsi  istiqamətində  artıq  uzun  illərdir  ki,  səmərəli  tədqiqat  iĢləri 

aparılmaqdadır.  Bu  cəhətdən  R.Q.Sultanovun  [618,  44-52],  Ə.ġ.ġıxalibəylinin 

[661],  N.K.Kərəmovun  [122],  B.A.Budaqovun  [340]  və  bir  çox  qeyrilərinin 

tədqiqatlarını yada salmaq yerinə düĢərdi. Aparılan elmi araĢdırmalar əsasında belə 

nəticəyə  gəlinmiĢdir  ki,  Böyük  Qafqazın  Azərbaycan  ərazisi  Paleozoy  və  Tiras 

dövründə  baĢdan-baĢa  dəniz  olmuĢdur  [36;  122,  82].  Yalnız  Orta  Aalendən 

etibarən  BaĢ  suayrıcında,  ġahdağda  və  yan  silsilələrdə  quru  parçaları  əmələ 

gəlməyə baĢlayıb. Bayosda dəniz bir qədər də dayazlaĢıb. Bu mənada geoloqların 

silsilənin  cənub  yamacında,  xüsusilə  də  Gəndobçay  və  Axoxçay  hövzəsində, 

habelə  Talıstan  kəndi  yanında  üzə  çıxan  porfirit  və  tufobrekçyaları  bayosa  aid 

etmələri də təsadüf hesab edilə bilməz. Xatırladaq ki, Vəndam zonasında da bayosa 

aid vulkanik materialların olduğu məlumdur [122]. Ümumiyyətlə götürüldükdə isə, 

bu  ərazidə  dağ  əmələgəlmə  prosesinin  Aalenin axırından  və  bayosdan  baĢlandığı 

güman  edilir.  Geoloqların  fikrincə,  Orta  Yuranın  axırından  baĢlayaraq  Böyük 

Qafqazın  hər  yerində  qurunun  qalxması,  dənizin  isə  çəkildiyi  güman  olunur. 

Beləliklə,  dəniz  ancaq  geosinklinalların  ən  dərin  yerində  qalır.  Alt  TəbaĢir 

dövrünün sonlarında və Üst TəbaĢirin baĢlanğıcında quru sahələr getdikcə daha da 

artır. Bu dövrdə Vəndamətrafı ərazilərdə qalxma  prosesinin daha intensiv getdiyi 

bildirilir. Paleotsenin ortalarında quru sahəsi daha da artır, dəniz isə yalnız Alazan-

Əyriçay çökəkliyində qalır [122, 83]. Daha sonrakı dövrdə, xüsusilə də dördüncü 

dövrdə ərazinin relyefində, iqlimində kəskin dəyiĢikliklər olmuĢ, çökmə və qalxma 

hadisələri isə baĢ verməkdə davam etmiĢdir. Geoloqların fikrincə, Böyük Qafqazda 

dağlıq  relyef  sarmatda  yaranmıĢdır.  O  vaxtdan  keçən  dövr  ərzində  baĢ  verən 

uzunmüddətli  və  fasiləsiz  qalxmalar, aĢınmalar  və  çökmələr nəticəsində nəhayət, 

indiki relyef formalaĢmıĢdır [122, 83]. 

Alimlərin hesablamalarına görə, Böyük Qafqaz dağları il ərzində təqribən 1 

sm-ə qədər qalxır. Bu ərazidə zəlzələlərin, qalxma və çökmə hadisələrinin tez-tez 

baĢ  verməsi də xeyli  dərəcədə  dağ əmələgəlmə  prosesinin davam  etməsi  ilə  izah 

olunur.  TanınmıĢ  coğrafiyaĢünas  alim  Ə.ġ.ġıxəlibəyliyə  görə,  Böyük  Qafqazın 

cənub  yamacında  ən  cavan  çöküntü  layları  da  elə  məhz  Göyçayın  sağ  qolu  olan 

Vəndamçaydan Filfilliçayadək olan ərazilərdir [661]. 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə