Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə29/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   25   26   27   28   29   30   31   32   ...   179

58 

 

Tədqiqatçıların  əksəriyyəti  belə  hesab  edir  ki,  «su»,  «çay»  mənası  verən 



«Kür»  sözü  iber-Qafqaz  mənĢəli  olub  yerli  alban  tayfalarının  birinin  dilindən 

götürülüb. Maraqlıdır ki, qırız, buduq və hapıt dillərində «kur» sözü «su», «çay» 

mənası  bildirir  [28,  306].  Ġsmayıllı  rayonunun  Hacıhətəmli  və  Mollaisaqlı 

kəndlərinin  sakinləri  mal-qaranı  və  qoyun-quzunu  suvarmaq  məqsədilə  Göyçay 

çayına  aparırlar.  Maraqlıdır  ki,  bu  zaman  onlar  mal-qaranı  «kürə»  aparırıq  - 

deyirlər.  Xatırladaq  ki,  görkəmli  tədqiqatçı  ġ.M.Sədiyevin  tədqiqatlarında  da  bu 

barədə  məlumatlar  öz  əksini  tapıb  [218].  Etnoqraf  M.Nəsirlinin  1947-ci  ilə  aid 

qeydlərində  Qonaqkənd  rayonunun  Qırız  və  Alik  kəndlərinin  sakinlərinin  qırız 

dilində  iĢlətdikləri  «kür»  sözünün  «çay»  mənası ifadə  etdiyi  bildirilir [271,  363]. 

«Kür»  toponiminə  dair  xüsusi  məqalə  yazan  M.C.Xəlilovun  fikrincə  isə  bu 

toponim  «sürətlə  axan  su»  mənası  bildirir  [643,  89-95].  Bununla  belə,  «Kür» 

toponiminin  baĢqa  yozumu  olduğunu  da  danmaq  olmaz.  Mümkündür  ki,  sadəcə 

olaraq  bu  çayın  tez-tez  daĢaraq  insanlara  əziyyət  verdiyinə,  o  tərəf  -  bu  tərəfə 

keçməkdə  çətinlik  doğurduğuna,  ətraf  əraziləri  bataqlıqlara  çevirdiyinə  görə  ona 

«kür», yəni «pis», «bəd», «dəli», «Ģıltaq» çay adı veriblər [55, 273]. 

Bu  cəhətdən  «Kürdüvan»  toponimi  də  maraq  doğurur.  Xatırladaq  ki,  orta 

əsr mənbələrində adı çəkilən bu toponim mütəxəssislər tərəfindən müxtəlif cür izah 

olunub.  Məsələn,  V.F.Minorski  onu  kürdlərlə  əlaqələndirərək  belə  bir  nəticəyə 

gəlib  ki,  dağlıq  ġirvanın  cənub  sərhədləri  Kür  çayınadək  uzandığından  və  Kürd 

Ģəddadiləri ilə həmsərhəd olduğundan bu yerlərə «Kürdiyan», yəni, «Kürün yanı» 

adı  verilib  [55,  274].  S.AĢurbəyli  isə  «Kürdüvan»,  «KürdmaĢı»,  «Kürdəxanı»  və 

«Kürdəmir»  toponimlərini  vaxtilə  həmin  yerlərdə  kürdlərin  yaĢaması  ilə 

əlaqələndirib  [14,  25-26].  Fikrimizcə,  bunların  heç  biri  inandırıcı  yozum  deyil. 

Məlumat  üçün  bildirək  ki,  hələ  eramızın  əvvəllərindən  baĢlayaraq  Kürdüvan 

ərazisində  fasiləsiz  həyat  olub  [550,  22-24].  Bizə  belə  gəlir  ki,  bu  toponimin 

«Kürdiyan»  və  ya  «Kürdüvan»  formaları  sonradan  törəmədir.  Ġlkin  forması  isə 

«Kürdivan»  («Kür»  +  «divan»)  olmaqla  «pis  divan»,  «pis  hakimiyyət»,  «pis 

məhkəmə»  və  s.  mənanı  ifadə  edib  [55,  274].  Deyilənlərə  onu  da  əlavə  edək  ki, 

orta əsrlərdə Kürdüvan ətrafında ġirvan Ģahlarının yay iqamətgahı olub [50, 181-

187]. Ola bilsin ki, həmin ərazi ondan əvvəl də Girdiman hökmdarlarının düĢərgəsi 

olub.  Görünür,  onların  (yəni,  həm  ġirvanĢahların,  həm  də  Girdiman 

hökmdarlarının) divanxanası da orada yerləĢirmiĢ. Tarixdən bəlli olduğu kimi, ərəb 

Xilafəti  dövründə  divanxanalar  əsasən  dövlət  gəlirlərinin  qeydiyyata  alındığı  və 

siyahıların saxlanıldığı yer olub. Əməvilərin və Abbasilərin hakimiyyəti dövründə 

divanxanalar  vergi  və  maliyyə  məsələləri  ilə  də  məĢğul  olurdu.  Divanxanalar, 

həmçinin  məhkəmə  funksiyasını  icra  edirdi.  Bir  sözlə,  Z.M.Bünyadovun  yazdığı 

kimi,  «Xilafətin  tərkibində  az-çox  azad  federasiya  əmələ  gətirən  hər  bir  vilayət, 

əmirin rəhbərlik  etdiyi  və  vilayətin  baĢ  Ģəhərində  yerləĢən divan  tərəfindən idarə 

olunurdu.  Əmirin rəhbərliyi  altında  xüsusi  tapĢırıqları icra edən məmurlar  -  amil 

(mülki hakim, vergi toplanıĢına nəzarət edən) və qazi (məhkəmə idarəsinin rəisi), 




59 

 

yəni,  dini  məhkəmə  hakimi  dururdu,  qazi  vəqf  iĢlərinə  nəzarət  edir  və  amilin 



hərəkətlərindən narazı  olan  Ģəxslərin  Ģikayətlərini  araĢdırırdı»  [29;  43, 139].  Orta 

əsr mənbələrindən məlum olduğuna görə, Azərbaycan ərazisində 20-yə yaxın divan 

olub.  Görünür,  Girdiman  hökmdarlarına  məxsus  bu  divanxanada  daha  çox  yerli 

əhalini qane etməyən qərarlar çıxarıldığından, onu «Kürdivan», yəni, «pis divan» 

adlandırıblar. 

Tarixi  mənbələrdən  məlum  olduğu  kimi,  orta  əsrlərdə  BaĢ  Qafqazın  dağ 

keçidlərində  əvvəlcə  albanlar  və  sasanilər,  daha  sonra  isə  ərəblər  tərəfindən 

çoxsaylı  müdafiə  istehkamları  tikilib.  Belə  keçid-istehkamlardan  birisi  də  Baba 

dağında olub. Elə bu gün də Quba və Ġsmayıllı rayonlarını birləĢdirən bu keçiddə 

«Həzrət Baba» adı ilə tanınan məĢhur ziyarətgah var. Hər il iyul-avqust aylarında 

Azərbaycanın bütün guĢələrindən oraya çoxlu insan ziyarətə gəlir. Orada borana, 

tufana, qar və Ģaxtaya düĢərək ölənlər də olur. 

«Həzrət Baba»ya həm Ġsmayıllı, həm də Quba tərəfdən yol var. Bu yolların 

hər ikisi çətin keçiləndir. Görünür, vaxtı ilə Qafqazın bir çox keçidlərində olduğu 

kimi,  orada  da  Ģimaldan  olan  hücumların  qarĢısını  almaq  məqsədilə  Sasani 

qarnizonu  keĢik  çəkirmiĢ.  Həm  Babadağ  keçidində,  həm  də  yaxınlıqdakı  digər 

keçidlərdə növbə çəkən qarnizonlara ümumi rəhbərlik və nəzarət isə çox güman ki, 

Dərbənddə yerləĢən əsas qarnizon tərəfindən həyata keçirilib. Beləliklə, Dərbəndə 

gedən yol da, Dərbənd istiqamətindən olan basqın və hücumlar da məhz buradan 

keçirdi. Görünür, «Babadağ» toponimi də elə bu zəmində yaranıb. Məlum olduğu 

kimi, bir çox orta əsr mənbələrində, xüsusən də ərəb mənbələrində Dərbəndin adı 

«Bab», «Bab əl-Hədid», «Bab əl-Əbvab»  və sair kimi xatırlanır. Buradan güman 

etmək  olar ki,  «Baba  dağı»  əslində  «Bab  dağı»,  yəni,  «Dərbənd  dağı»,  Dərbəndə 

gedən yolun üstündə olan dağ mənasını bildirir [55, 275]. 

Fikrimizcə,  yazılı  mənbələrdə  adı  çəkilən  «Xursan»  toponiminin  də 

Girdiman  vilayətinə  bilavasitə  aidiyyəti  var.  Mənbələrdə  «Xursan»,  «Xisan», 

«Xsruvan»,  «Xorsvem»  kimi  iĢlədilən  bu  toponimin  izahına  tədqiqatçılardan 

S.B.AĢurbəyli,  Q.Ə.Qeybullayev  və  baĢqaları  münasibət  bildirib.  Məsələn, 

S.B.AĢurbəyli  və  Q.Ə.Qeybullayevə  görə,  «Xsrvan»  «Xursan»ın  təhrif  olunmuĢ 

formasıdır [14, 116; 377, 57-58]. «Xursan» toponiminin etimoloji izahına gəlincə 

isə, hesab edirik ki, o, «Xursun mülkləri», «Xursun əraziləri», «Xursun torpaqları» 

və  bu  kimi  mənalar  ifadə  edib.  Yazılı  mənbələrdən  məlum  olduğu  kimi,  Xurs 

Girdiman  knyazı  olub.  Koryunun,  M.Kalankatuklunun  və  digər  orta  əsr 

müəlliflərinin əsərlərində onun adı tez-tez çəkilir. «Hüdud əl-aləmə» görə Xursan 

Dərbəndlə ġirvan arasında Qabh dağına bitiĢik ərazidə yerləĢir: «ġirvan, Xursan və 

Lizan (Lazyan) bir Ģahın hakimiyyəti altında olan üç vilayətdir». M.Kalankatuklu 

Xursanın  bəzən  Xəzər  xaqanlığının  təsir  dairəsində  olduğunu  bildirir  [120,  167]. 

Xatırladaq  ki,  IX-X  əsr  ərəb  coğrafiyaĢünas  və  səyyahlarının  qeydlərində  də 

Xursanın  ġirvan  ərazisində  olduğu  bildirilir.  Deyilənlərə  onu  da  əlavə  edək  ki, 

Xursanın coğrafi mövqeyi və sərhədləri ilə bağlı tədqiqatçılar arasında bu gün də 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə