Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə26/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   22   23   24   25   26   27   28   29   ...   179

52 

 

Girdiman  ərazilərinin  təsviri  ilə  bağlı  qeydləri  də  daha  çox,  məhz  aran  ġirvana 



uyğun gəlir [120, 101]. 

Yeri  gəlmiĢkən  M.Kalankatuklunun  daha  bir  məlumatına  münasibət 

bildirmək istərdik. O, yazır: «Xəzərlər qarət və talan məqsədilə Albaniyaya basqın 

etdilər (bunun təqribən 661-662-ci illərdə olduğu güman edilir  - Q.C.)... CavanĢir 

ordusunu  götürüb  Böyük  Kür  çayının  o  biri  sahilinə  keçdi  və  xəzərlərə  hücum 

etdi...  Qızğın  döyüĢ  vaxtı...  atı  büdrəyib  onu  yerə  atdı.  Lakin  CavanĢir  ölmədi, 

Allahın  köməyilə  o,  ayağa  qalxdı  və  duran  kimi  düĢmənlərə hücum  edib  o  günü 

böyük  qələbə  qazandı»  [120,  129-130].  BaĢqa  bir  misal:  «O...  Firuz  -  Qubad 

(Bərdə  - Q.C.) Ģəhərindən Ģimalda bir günlük yolda  yerləĢən vəngə  gəldi... [120, 

130].  Sonra  onu  müĢayiət  edənlərlə  birlikdə  buradan  yola  çıxıb  Girdiman 

vilayətinə 

gəldi». 


Xatırladaq 

ki, 


albanĢünas  alim 

F.C.Məmmədova 

M.Kalankatuklunun  məhz  bu  qeydlərinə  istinad  edərək  Girdiman  vilayətinin  Kür 

çayının  sağ  sahilində  olduğunu  bildirib.  Əslində  isə,  söhbət  CavanĢirin  çayın  «o 

biri  sahilinə»  (yəni,  sol  sahilə  -  Q.C.)  keçərək  onlarla  (yəni,  xəzərlərlə  -  Q.C) 

döyüĢə  girməsindən,  sonra  da  katalikos,  yepiskoplar  və  əyanlarla  birlikdə 

Girdiman vilayətinə yola düĢməsindən gedir. Bu halda Girdiman vilayətinin hansı 

məntiqlə Kürün sağ sahilində olduğunu düĢünmək olar?! 

BaĢqa  bir  misal.  M.Kalankatuklunun  yazdığına  görə  Albaniya  ordusu  ilə 

döyüĢdə  ağır  məğlubiyyətə  düçar  olan  Ġran  ordusu  yenidən  qüvvə  toplayaraq 

Bərdəyə daxil olur. CavanĢirin anası və qardaĢları əsir götürülür. Bu xəbərdən bərk 

məyus  olan  alban  hökmdarı  «tezliklə  Kambeçan  vilayətində  və  Kürün  o  biri 

sahilində  yerləĢən  ata-baba  mülkünə  (yəni,  Girdiman  vilayətinə  -  Q.C)  gəldi». 

Təbiidir  ki,  bu  mətndən  də  Girdimanın  Kürün  sol  sahilində  olduğu  aydın  hiss 

olunur. 

Alban tarixçisinin əsərində Girdiman ərazilərinin Kürün sol sahilində, məhz 

ġirvanda  olması  barədə  düĢünməyə  əsas  verən  digər  məqamlar  da  var.  Məsələn, 

orada  tez-tez  Girdiman  qalasının  adı  çəkilir.  «Üç  il  ərzində  Cəsur  Vardan 

tərəfindən tikildiyi»  [120,  201],  daha  sonra  isə  CavanĢir tərəfindən  orada  «Allah 

naminə  gözəl  kilsə  tikilməsi»  [120,  128]  barədə  məlumat  verilir.  Sözsüz  ki,  bu 

qalanın  yerinin  dəqiqləĢdirilməsinin  Girdiman  ərazilərinin  lokalizəsi  baxımından 

prinsipial  əhəmiyyəti  var.  Xatırladaq  ki,  orta  əsr  müəlliflərindən  əl-Bəlazuri,  ət-

Təbəri,  Ġbn  Fəqih,  Xaqani  və  Fələki  ġirvaninin  əsərlərində,  habelə  «Hüdud  əl-

aləm»də  də  Girdiman  qalası  barədə  məlumatlara  rast  gəlmək  mümkündür  [223, 

91].  Həm  də  Xaqani  ġirvani,  Fələki  ġirvani  və  «Hüdud  əl-aləm»ə  görə  bu  qala 

ġirvan  ərazisindədir  [223,  91].  Məsələn,  Fələki  ġirvaninin  yazdığına  görə 

ġirvanĢah III Mənuçöhr tərəfindən iki yeni Ģəhər - Girdiman və Sədun tikilmiĢdir: 

«Qoy,  mən  kafir  olum,  əgər  dünya  padĢahlarından  biri  haçansa  Girdiman  və 

Səduna bənzər Ģəhər tikmiĢsə» [42, 15-21]. Yada salaq ki, M.Barxudaryanın 1890-

cı ilə aid qeydində də Girdiman qalasının Ağsu Ģəhərinin xarabalıqlarından qərbdə, 

Girdiman çayının sol sahilində olduğu barədə məlumat verilir [324, 301]. Nəhayət, 



53 

 

CavanĢirin  Allah  evində  etdiyi  duasındakı  bir  məqam  da  Girdiman  vilayətinin 



lokalizəsi  baxımından  fikir  söyləmək  üçün  çox  əhəmiyyətlidir.  Duada  deyilir: 

«Ġlahi! Bu kilsəni ġərq dənizinin sahilində yaĢayanlar üçün dualar və xahiĢlər evinə 

çevir  ki,  sənə  bu  yerdə ibadət  edənləri  yüksək  səmalarda  eĢidib  onların  dualarını 

qəbul edəsən» [120, 130]. Sözsüz ki, burada söhbət CavanĢirin Girdiman qalasında 

tikdirdiyi  kilsə  -  Allah  evindən  gedir.  Və  əgər  böyük  hökmdar  özü  həmin  Allah 

evinin ġərq dənizinin (Xəzər dənizi - Q.C) yaxınlığında olduğunu bildirirsə, onda 

Girdiman  vilayətinin  Albaniyanın  qərb  ərazilərində  olduğu  barədə  danıĢmağa 

dəyərmi? 

Göründüyü  kimi,  orta  əsr  mənbələrində  Girdiman  vilayətinin  ġirvan 

ərazisində  lokalizəsi  ilə  bağlı  yetərincə  məlumatlar  mövcuddur.  Bununla  belə, 

həmin  mülahizəni  əsaslandırmaq  üçün  digər  ciddi  arqumentlər  də  var.  Məsələn, 

Girdiman əraziləri barədə mülahizə söyləyən Z.M. Bünyadov onun Girdiman çayı 

hövzəsində  olduğunu  yazır  [349,  90].  Qəribədir  ki,  bəziləri,  hətta,  Girdimanın 

ġəmkirçayın sağ qolu olduğunu bildirir. Halbuki, ġəmkirçayın Girdiman adlı qolu 

yoxdur  və  əslində  Azərbaycan  ərazisində  Girdiman  adı  ilə  bəlli  olan  yeganə  çay 

məhz  ġirvan  ərazisindədir.  BaĢlanğıcını  Böyük  Qafqazın  Babadağ  silsiləsindən 

götürən  bu  çay  Ġsmayıllı,  Ağsu  və  Kürdəmir  rayonları  ərazisindən  axaraq  Kür 

çayına  qovuĢur  [6,  494;  28,  319].  Bu  çay  hövzəsində  bilavasitə  Girdiman 

hökmdarları  olan  Mehranilərə  aid  çoxsaylı  abidə  və  toponimlər  mövcuddur. 

Məsələn, Ağsu Ģəhərinin Ģimal-Ģərqində qədim tarixə malik CavanĢir kəndi olub. 

Keçən  əsrin  70-ci  illərində  həmin  kəndin  yerində  CavanĢir  su  anbarı  tikilib. 

Oradakı  bir  sıra  digər  abidələrin  də  Girdiman  tarixi  ilə  bu  və  ya  digər  dərəcədə 

əlaqəli olduğu danılmazdır [93; 94; 105]. Oğuz rayonu ərazisindəki Vardanlı kəndi 

isə  çox  ehtimal  ki,  Mehranilər  sülaləsinin  tanınmıĢ  nümayəndəsi  olan  Cəsur 

Vardanın adını daĢıyır [54, 158]. V.F.Minorski ərəb mənbələrinə istinadən Sasani 

hökmranlığı dövründə Albaniya ərazisindəki vassal Ģahlıqlar sırasında VardanĢahın 

da  adını  çəkir.  Ehtimal  edildiyinə  görə  həmin  Ģahlıqlar  və  onların  sərəncamında 

olan  hərbi  qarnizonlar  Qafqazın  dağ  keçidlərində  növbə  çəkməklə  imperiyanı 

köçərilərin  basqın  və  hücumlarından  qorumalı  idi  [523,  30-31,  114-117]. 

LayzanĢah Xalid bin Yəzidin oğlu Məhəmmədin hakimiyyəti dövründə (948-956) 

VardanĢah  Layzan,  ġirvan  və  XurĢanĢahla  birləĢdirilib  [523,  84-85].  Ġsmayıllı 

rayonunun  Talıstan  kəndi  yaxınlığındakı  VII  əsrə  aid  möhtəĢəm  qala  da  məhz 

Girdiman hökmdarı CavanĢirin adını daĢıyır [50, 76-112]. Lap bu yaxınlarda Ağsu 

rayonunun Bəyimli kəndi ərazisində, Girdiman çayının sol sahilində VI-IX əsrlərə 

aid 9 hektara qədər ərazisi olan qədim Ģəhər yeri tapılıb [51, 333]. Çox ehtimal ki, 

bu, M. Kalankatuklunun «Albaniya tarixi» əsərində adı çəkilən, yəni, Mehranilərin 

Albaniyaya  gəliĢi  zamanı  əsası  qoyulmuĢ  olan  Mehrəvan  Ģəhərinin  qalıqlarıdır 

[120, 101]. 

Girdiman  vilayətinin  ilk  orta  əsr  abidələri  barəsində  söhbəti  davam 

etdirərkən Ġsmayıllı rayonu ərazisindəki VII-VIII əsrlərə aid olduğu güman edilən 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə