Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə25/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   21   22   23   24   25   26   27   28   ...   179

50 

 

oçerkləri»  kimi  fundamental  nəĢrlərə  də  daxil  etdirib.  Elmi  ictimaiyyətə  bəlli 



olduğu  kimi,  S.T.Yeremyanın  müəllifliyi  ilə  həmin  kitablara  daxil  edilən 

bölmələrdə Albaniya tarixi çox ciddi surətdə saxtalaĢdırılmıĢ, Girdiman vilayətinin 

isə  Ermənistan  çarının  təyin  etdiyi  satrap  -  nahararlar  tərəfindən  idarə  olunduğu 

bildirilmiĢdir.  S.T.Yeremyanın  ardınca  Leninqrad  alimi  K.V.Trever  də  Girdiman 

qalası  və  Girdiman  vilayətinin  Qazax  rayonu  ərazisində  lokalizə  edilməsi 

ehtimalına  üstünlük  vermiĢdir  [628,  234].  Təəccüb  doğuran  odur  ki,  bu  fikir 

Azərbaycan albanĢünaslarının tədqiqatlarında özünə yer almamıĢ Moskvanın təsiri 

ilə  1958-ci  ildə  nəĢr  olunan  «Azərbaycan  tarixi»nə  də  daxil  edilib.  O  vaxtdan 

etibarən  heç  bir  konkret  elmi  dəlilə  söykənməyən  həmin  fikir  Azərbaycan 

tarixĢünaslığında  getdikcə  daha  artıq  möhkəmlənib.  Z.M.Bünyadov,  M.X.ġərifli, 

Ġ.H.Əliyev,  Q.Ə.Qeybullayev,  F.C.Məmmədova  və  digər  adlı-sanlı  albanĢünas 

alimlər  də mexaniki  olaraq  Girdiman  qalası  və  Girdiman  vilayətinin  Albaniyanın 

qərbində,  Ġberiya və Ermənistanla sərhəd ərazilərdə olduğuna dair ehtimalı bu və 

ya digər formada əsaslandırmağa cəhd etmiĢlər. 

Girdiman vilayətini Albaniyanın Ġberiya və Ermənistanla həmsərhəd olduğu 

ərazidə  lokalizə  edən  müəlliflərin  demək  olar  ki,  əksəriyyəti  ilkin  mənbələrə 

istinad etdiyini bildirir. Gəlin, görək ilkin mənbələr özləri bu barədə nə deyir? 

Artıq  yuxarıda  qeyd  olunduğu  kimi  Girdiman  vilayətinin  adı  ilk  dəfə  IV 

əsrin  sonu  -  V  əsrə  aid  mənbələrdə  çəkilir.  Koryunun,  Favstos  Buzandın,  daha 

sonra  isə  Moisey  Xorenli,  keĢiĢ  Sebeos  və  YeqiĢenin  əsərlərində  Girdiman 

haqqında  ilkin  məlumatlara  rast  gəlirik  [53,  81-82].  VII  əsrdə  yaĢamıĢ  Alban 

tarixçisi  Moisey  Kalankatuklunun  «Albaniya  tarixi»  əsərində  isə  Girdiman 

tarixindən nisbətən daha ətraflı və müfəssəl bəhs olunmuĢdur [52, 282-288]. Lakin 

həmin  mənbələrin  heç  birində  Girdiman  vilayətinin  konkret  olaraq  Albaniyanın 

hansı  hissəsində  olduğu  göstərilməmiĢdir.  Ona  görə  də  yalnız  tarixi  mənbələrə 

istinad  etməklə  Girdiman  vilayətinin  Albaniyanın  qərbində,  yaxud  da  Ģimal-

qərbində  lokalizəsinə  dair  qəti  ilkir  söyləmək  düzgün  olmazdı.  Bir  daha  təkrar 

edirik  ki,  tarixi  mənbələrdə  bunu  birmənalı  Ģəkildə  təsdiq  edə  biləcək  heç  bir 

konkret  məlumat  yoxdur.  Halbuki,  Girdiman  vilayətinin  ġirvan  ərazisində 

olduğuna dair məlumatlar yetərincədir. Xronoloji cəhətdən daha erkən mənbə kimi 

V  əsr  müəllifi  Koryunun  qeydləri  bu  cəhətdən  xüsusilə  əhəmiyyətlidir.  Onun 

yazdığına görə, maarifçilik fəaliyyətilə məĢğul olmaq məqsədilə Albaniyaya gələn 

Mesrop  MaĢtos  bu  ölkənin  knyazı  və  yepiskopu  ilə  görüĢür,  alban  əlifbasının 

yaradılması  ilə  bağlı  onların  təĢkilati-hüquqi  və  siyasi  dəstəyini  alır.  Balasakan 

vilayətində  bu  iĢləri  gördükdən  sonra  o  alban  çarı,  yepiskopları  və  digər  kilsə 

adamları  ilə  xudahafizləĢərək  Ġberiya  ölkəsinə  yola  düĢür.  Koryun  yazır:  «O, 

Girdiman vadisinə gəlib çatır. Girdiman iĢxanı Xurs onu qarĢılayır, qonaqpərvərlik 

göstərir...  Bolluca  meyvə  və  Ģirələrdən  doyunca  qəbul  edərək  rahatlanan  MaĢtos 

yenidən Ġberiyaya yolunu davam etdirir» [473, 108]. 



51 

 

Koryunun  bu  qeydlərindən  göründüyü  kimi,  Girdiman  vilayəti  əgər 



Azərbaycanın  qərbində,  yəni  ġəmkir,  Tovuz  və  ya  Qazax  rayonları  ərazisində 

olsaydı,  onda  MaĢtos  indiki  Ermənistan  ərazisindən  Balasakana  gələrkən  məhz 

oradan  keçməli  idi.  Halbuki,  o,  Balasakandan  Ġberiyaya  gedərkən  Girdimanda 

olub.  Bu  isə  o  deməkdir  ki,  Girdiman  indiki  Ermənistan  ərazisindən  Balasakana 

gedən yolun üstündə deyil, məhz Balasakandan Ġberiyaya gedən yolun üstündədir. 

Buradan o da aydın olur ki, Girdiman və Balasakan həm də qonĢu vilayətlər olub. 

Bu isə əlbəttə, Girdiman ġirvan ərazisində olduğu halda mümkün idi. Fikrimizcə, 

bir  sıra  tarixi  mənbələrdə  Girdiman,  Sakasena,  Balasakan  və  Çola  vilayətlərinin 

adlarının  yanaĢı  çəkilməsi  faktı  da  onların  qonĢu  ərazilərdə  yerləĢdiyinə  və 

həmsərhəd olduğuna dəlalət edir. 

Girdiman  vilayətinin  Albaniyanın  qərbində,  indiki  ġəmkir,  Tovuz  və  ya 

Qazax  rayonları  ərazisində  olduğunu  ehtimal  edənlərin  xeyli  qismi  ilk  mənbə 

olaraq M.Kalankatuklunun əsərinə istinad edib. Baxmayaraq ki, onun qeydlərində 

bu  barədə  konkret  olaraq  heç  bir  məlumat  yoxdur.  Əksinə,  alban  tarixçisinin 

qeydlərində  Girdiman  vilayətinin  məhz  ġirvan  ərazisində  olduğuna  dəlalət  edən 

kifayət  qədər  məlumatlar  tapmaq  mümkündür.  Məlum  olduğu  kimi, 

M.Kalankatuklunun  «Albaniya  tarixi»  əsərində  Girdiman  vilayəti  ilə  yanaĢı, 

Girdiman  Ģəhəri,  Girdiman  knyazlığı,  Girdimandakı  müqəddəs  Allah  evi  və 

nəhayət,  Girdiman  yepiskopluğu  barədə  məlumatlara  da  rast  gəlirik.  Hansı  ki, 

həmin  məlumatların  xeyli  qismi  Girdiman  ərazilərinin  lokalizəsi  baxımından 

olduqca  mühüm  əhəmiyyət  kəsb  edir.  Məsələn,  M.Kalankatuklunun  yazdığına 

görə, Sasani hökmdarı II Xosrovun intiqamından qurtulmaq məqsədilə Mehranilər 

nəslindən olan Mehran 30 minlik ailə ilə qaçaraq Albaniya ərazisindən keçməklə 

xəzərlərlə birləĢmək niyyətinə düĢür. ġ.V.Smbatyan hər ailənin 6-7 nəfərdən ibarət 

olduğunu  əsas  götürərək  Mehranla  birlikdə  Girdimana  bir  dəfəyə  ən  azı  150000 

nəfər  iranlı  köçdüyünü  güman  edir  [528,  203].  Sasani  hökmdarı  Mehranın  bu 

cəhdinin  qarĢısını  almaq  məqsədilə  ona  aĢağıdakı  məzmunda  məktub  göndərir: 

«QardaĢım,  əgər  mənimlə  bir  yerdə  yaĢamağı  xoĢlamırsansa,  bu  məktub  sənə 

çatanda  nə  qədər  yol  getmisənsə,  Albaniyada  yaĢamaq  üçün  özünə  bir  o  qədər 

torpaq götür» [120, 101]. M.Kalankatuklunun yazdığına görə, bu məktub Mehrana 

«dərə-təpəli  Girdiman  vilayətində  çatmıĢdır»  və  o  da  «bu  yerlərin  mülayim 

təbiətinə  nəzər  salaraq  böyük  məmnuniyyətlə  orada  Ģəhər  salıb  onu  Mehrəvan 

adlandırdı» [120, 101]. Fikrimizcə, alban tarixçisinin bu qeydləri Girdimanın məhz 

ġirvan ərazisində lokalizəsi  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir. Təkcə  ona 

görə  ki,  Mehran  xəzərlərlə  birləĢmək  məqsədilə  Ģimala  doğru irəliləyərkən istər-

istəməz  məhz  ġirvan  ərazisindən  keçməli  idi.  Çünki,  bu,  Ġrandan  Dərbəndə  ən 

yaxın yol idi. Görünür, Mehran və onun tərəfdarları xəzərlərin imperiya ərazilərinə 

basqın  və  yürüĢlərinin,  əsasən  məhz  bu  marĢrut  üzrə  həyata  keçirildiyindən  də 

xəbərsiz  deyildilər.  Deyilənlərə  onu  da  əlavə  edək  ki,  M.Kalankatuklunun 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə