Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə41/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   37   38   39   40   41   42   43   44   ...   179

84 

 

qazıntı  dərinə  düĢdükcə  həmin  divar  qalıqlarının  davamını  mərkəzi  hissədə  də 



izləmək mümkün olacaqdı. 

1984-cü ilin tədqiqat mövsümündə ötən ildən yarımçıq qalmıĢ qazıntı sahəsi 

Ģərqə  doğru  daha  20  m  geniĢləndirilib.  Beləliklə,  qazıntı  sahəsi  təpənin  üst 

hissəsini  bütünlüklə  əhatə  etməklə,  təqribən  800  kv.m-ə  çatdırılıb  (I  tablo). 

GeniĢləndirilmiĢ sahədə təqribən 0,3-0,4 m dərinlikdə əvvəlki illərdən məlum olan 

divarların  Ģərqə  doğru  davam  etdiyi  müəyyənləĢdirilib.  Hansı  ki,  həmin  divarlar 

təpənin Ģərq kənarı boyunca Ģimal-cənub istiqamətində olan divara birləĢərək vahid 

tikinti  kompleksi  yaradır.  Beləliklə,  tikinti  kompleksi  təpənin  üst  hissəsini 

bütünlüklə əhatə etməklə təqribən 800 kv.m-ə qədər sahəni tutur. 

Əvvəlki illərdə öyrənilmiĢ sahələrdə olduğu kimi, 1984-cü il mövsümündə 

təpənin  Ģərq  tərəfində  açılmıĢ  yeni  sahədə  də  yan  divarlara  perpendikulyar  olan 

daxili divar qalıqları olduğu müəyyənləĢdirilmiĢdir. Həmin divar-arakəsmələr bir-

biri ilə qovuĢaraq çoxsaylı otaq yerləri əmələ gətirir (V tablo). Onların demək olar 

ki,  hamısı  kvadrat  və  ya  düzbucaqlı  formasındadır.  Yan  divarlar  (yəni,  əsas 

divarlar)  kimi,  bu  divarlar  (yəni,  köməkçi  divarlar)  da  yonulmuĢ  çay  daĢından 

hörülüb.  Tikintidə  birləĢdirici  material  kimi  sarı  palçıqdan  istifadə  edilib. 

Divarların  möhkəmliyini  təmin  etmək  üçün  ağac  kəmərlərdən  istifadə  olunduğu 

güman  edilir.  Xatırladaq  ki,  keçən  əsrin  60-cı  illərinədək  Girdiman  hövzəsinin 

yaĢayıĢ  məntəqələrində  analoji  tikinti  üsullarından  geniĢ  istifadə  olunub.  Bu  cür 

tikinti  üslubundan  Girdiman  ərazilərində  geniĢ  istifadə  olunduğunu  Lahıcın  və 

Basqalın həm qədim, həm də müasir binalarında da müĢahidə etmək mümkündür. 

Qırlartəpə  tikinti  kompleksinin  yan  divarları,  arakəsmə  funksiyası  daĢıyan 

digər divarlarla müqayisədə qalın və möhtəĢəmdir. Bu isə həmin divarların, yəni, 

təpənin  bütün  tərəflərini  əhatə  edən  yan  divarların,  eyni  zamanda  həm  də  qala 

divarları funksiyası daĢıdığından xəbər verir. 

Kompleksə  giriĢ  cənubdan  və  Ģərqdən  olub.  Tədqiqatlar  zamanı  hər  iki 

tərəfdə qapı yerləri olduğu müəyyənləĢdirilib. Qapı yerlərinin altında və kənarında 

qalın  kömür  qalıqları  qeydə  alınıb.  Yuxarıda  deyildiyi  kimi,  qazıntıya  yeni 

baĢlananda  təpənin  mərkəzi  hissəsində  divar  qalıqları  olduğu  bilinmirdi.  Lakin, 

dərinlik  0,7-0,8  m-ə  çatdırıldıqda,  yan  divarlara  yaxın  hissələrdə  aĢkar  edilmiĢ 

arakəsmə-divar  qalıqlarının  davamı  tədricən  təpənin  mərkəzi  hissəsində  də  üzə 

çıxıb. Lakin, mərkəzi hissələrdəki divarların bünövrə hissələri yan divarlara və ona 

yaxın  olan  divarlara  nisbətən  pis  qalmıĢdır  (IX-X  tablolar).  Bu,  fikrimizcə,  iki 

mühüm  amillə  əlaqədar  ola  bilərdi.  Birincisi,  yuxarıda  qeyd  olunduğu  kimi, 

təpənin  orta  hissəsi  çöküb  və  təbiidir  ki,  bu  zaman  həmin  ərazidəki  divarlar  da 

deformasiyaya  uğrayaraq  dağılıb.  Ġkincisi,  ola  bilsin  ki,  kompleks  inĢa  edilərkən 

mərkəzi  hissədəki  divarların  köməkçi,  yardımçı  divar  olduğunu  nəzərə  alaraq, 

onların möhkəmliyinə o qədər də əhəmiyyət verilməyib. 

1985-ci  ilin  qazıntıları  Qırlartəpə  tikinti  kompleksinin  daha  ətraflı 

öyrənilməsinə imkan yaradıb.  Yəni, həmin il aparılan axtarıĢlar tikintinin ümumi 




85 

 

mənzərəsinə  aydınlıq  gətirilməsi  ilə  nəticələnib.  Bu  cəhətdən  öyrənilməsi  vacib 



olan məsələlərdən birisi əsas-yan divarların ölçülərini müəyyən etmək idi. Məlum 

olduğu kimi, əvvəlki illərin axtarıĢları zamanı əsas-yan divarların ancaq içəri tərəfi 

açılmıĢdı. Abidənin çöl tərəfinin maillik dərəcəsi yüksək olduğundan orada qazıntı 

aparılması  divar  qalıqlarının  uçub-dağılması  ilə  nəticələnə  bilərdi.  Odur  ki, 

ekspedisiya rəhbərliyi yan divarların çöl tərəfini bütünlüklə deyil, qismən açmaqla 

kifayətləndi.  Beləliklə,  1985-ci  ildə təpənin  Ģimal  tərəfində  4  m  məsafədə  əsas  - 

yan divarların kənarı açıldı və təqribən 0,9-1 m dərinlikdə daha bir divarın bünövrə 

yeri üzə çıxdı. Əsas divara perpendikulyar olan bu divar, görünür, dayaq-kontrfors 

funksiyası daĢıyıb. Tədqiqatlar davam etdirilərkən əsas-yan divarların qalınlığının 

3,1  m  olduğu  müəyyən  edildi.  Təpənin  cənub  divarının  çöl  tərəfi  açıldıqda  da 

təqribən  eyni  mənzərə  qeydə  alındı.  Yəni,  tikinti  kompleksinin  cənub  qapısı 

ətrafında qazıntı davam etdirilərkən, orada divar qalıqlarının hündürlüyünün 0,6 m, 

qalınlığının  3,2  m,  qapı  yerinin  eninin  isə  2,4  m  olduğu  müəyyənləĢdirildi. 

Maraqlıdır ki, qapı yeri təmizlənərkən onun altında da divar qalıqları qeydə alınıb. 

Bu, tikinti kompleksinə olan əsas giriĢ qapısının yer səthindən təqribən 25-30 sm 

hündürdə olduğunu deməyə əsas verir. Qapı yeri öyrənilərkən onun həm içəri, həm 

də  çöl  tərəfində  yanaraq  kömür  olmuĢ  ağac  kətil  qalıqları  aĢkar  olunmuĢdur. 

Kömürün tərkibindən onun palıd ağacına aid olduğu aydın bilinirdi. Ümumiyyətlə, 

bu  ərazilərdə  elə  indinin  özündə  də  tikintidə  kətil  və  ya  qapı  baĢı  üçün  material 

seçilərkən bir qayda olaraq palıd ağacına üstünlük verilir. Bu da onunla əlaqədardır 

ki,  palıd  ağacı  rütubətə  dözümlü  olmaqla  bütün  yerli  ağac  materiallarının  ən 

uzunömürlüsüdür. 

Tədqiqatlar  davam  etdirilərkən  təpənin  Ģərq  kənarı  boyunca  Ģimal-cənub 

istiqamətində uzanan  yan divar da bütünlüklə açılmıĢdır. Onun uzunluğu 7,45 m, 

qalınlığı  3,2  m, hündürlüyü  1  m,  oradakı  qapı  yerinin  eni  isə  1,4  m-dir. Təpənin 

cənub tərəfindəki qapı yerində olduğu kimi, Ģərq tərəfdəki qapı yerində də yanaraq 

kömürləĢmiĢ olan ağac kətil-qapı üstü qalıqları qeydə alınıb. 

Qırlartəpə  tikinti  kompleksi  mürəkkəb  daxili  quruluĢa  malikdir  (II  tablo). 

Kompleksin  içərisində  irili-xırdalı  20-yə  qədər  otaq  yeri  qeydə  alınıb.  Onların 

əksəriyyəti  yan  divarlara  bitiĢik  vəziyyətdədir.  YonulmuĢ  çay  daĢından  palçıq 

məhlulu  vasitəsilə  hörülmüĢ  bu  divarların  qalınlığı  1,2-1,5  m-dir.  Kompleksin 

mərkəzi  hissəsi  ilə  müqayisədə  kənar  hissələrdə,  yəni,  yan  divarlara  yaxın 

hissələrdə  arakəsmələr  daha  yaxĢı  qalıb.  Abidə-kompleksin  Ģimal-qərb  və  cənub-

qərb  kənarlarındakı  iki  otaq  yeri  xüsusilə  böyük  maraq  doğurur.  Onların  digər 

otaq-arakəsmələrdən  əsas  fərqi  ondadır  ki,  həmin  otaqlar  qərb  tərəfdə  xeyli 

dərəcədə  yan  divarın  içərisinə  girir.  Qazıntı  davam  etdirilərkən  orada  Ģiddətli 

hərarət  nəticəsində  yanaraq  daĢlaĢmıĢ  qalın  torpaq  və  kül  təbəqəsi  qeydə 

alınmıĢdır. Ġçərisində çoxsaylı dəmir ərintiləri, keramika fraqmentləri, o cümlədən 

istehsal  prosesində  çıxar  vəziyyətə  düĢmüĢ  nümunələr  olan  bu  cür  yanmıĢ-

daĢlaĢmıĢ təbəqə sözsüz ki, həmin ərazidə uzun müddət ərzində metaliĢləmə sənəti 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə