Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə48/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   44   45   46   47   48   49   50   51   ...   179

98 

 

məqsədlə  təĢkil  olunmuĢ  ekspedisiya  qarĢısında  hər  Ģeydən  öncə  abidənin 



xarakterini  və  dövrünü  müəyyənləĢdirmək  vəzifəsi  dururdu.  Həmin  məsələlərə 

aydınlıq gətirmək məqsədilə qalanın cənub-qərb tərəfində, taxıl əkilməyən sahədə 

dörd  yerdə  yoxlama  qazıntısı  qoyuldu.  Məlumat  üçün  bildirək  ki,  kəndin 

qəbiristanı olan həmin sahə Bəyimli kənd bələdiyyəsi  tərəfindən hasara alınıb və 

bu səbəbdən də son illər orada təsərrüfat iĢləri aparılmayıb. 

I qazıntı sahəsi. Eni 1,3 m, uzunluğu 4 m olan bu sahə qalanın cənub-qərb 

küncünə daha yaxın yerdə seçildi (XXIII tablo). Sahənin üst qatında mədəni təbəqə 

əvvəllər aparılmıĢ təsərrüfat iĢləri zamanı təqribən 45-50 sm dərinliyədək dağıdılıb. 

Odur  ki,  yalnız  50  sm  dərinliyə  düĢdükdən  sonra  yol  yeri  və  səki  qalıqlarını 

izləmək 

mümkün  oldu.  Qazıntının  Ģərq  kənarı  boyunca  açılan  və  cənub-qərbdən  Ģimal-

Ģərqə  doğru  uzanan  yol  yeri  demək  olar  ki,  dağıntıya  məruz  qalmayıb  (XXVII 

tablo, Ģək.2). Yol yerindən qərb tərəfə doğru qazıntını davam etdirərkən 90-100 sm 

dərinlikdə ocaq yeri (XXVII tablo, Ģək. 4) və bir neçə müsəlman qəbri üzə çıxıb. 

Qəbirlər həm yol yerini, həm də mədəni təbəqəni kəsib. I qazıntı sahəsindən erkən 

orta əsrlər üçün səciyyəvi olan çoxlu miqdar Ģirsiz keramika məmulatı tapılıb. 

II  qazıntı  sahəsi.  I  sahədən  təqribən  15-20  m  Ģimal-Ģərqə  doğru  II  sahə 

üçün yer seçilib. Bura qala ərazisinin ən hündür yerlərindən biridir. Əvvəlcə 7x2 m 

sahədə  qazıntı  aparılıb.  Daha  sonra  sahə  Ģərqə,  cənuba  və  Ģimala  doğru 

geniĢləndirilərək təqribən 32 m

2

-ə çatdırılıb (XXIV tablo).  Bu sahədə də təqribən 



40-50  sm  dərinliyədək  olan  divar  qalıqları  və  istehsal  ocaqları  təsərrüfat  iĢləri 

nəticəsində dağıdılaraq daĢ və kərpicləri nizamsız vəziyyətə salınıb (XXVIII tablo, 

Ģək. 1, 2). Təqribən 80 sm dərinliyə çatdıqda eni 2,1 m, uzunluğu 4,4 m olan daĢ 

döĢəmə  üzə  çıxıb  (XXIX  tablo,  Ģək.  2).  DöĢəmə  Ģərqə  doğru  qazıntıdan  kənara 

çıxdığından,  onu  tam  izləmək  mümkün  olmayıb.  Bir  qədər  dərinə  düĢdükdə  isə 

həmin  döĢəmənin  altında  nazik  qum-çınqıl  təbəqə,  onun  altında  isə  daha  bir  daĢ 

döĢəmə qalıqları olduğu müəyyən edilib. DaĢ döĢəmədən bir qədər cənub tərəfdə 

təqribən  1,15  m  dərinlikdə  ocaq  yeri  və  ya  kürə  qalığı  olduğu  güman 

edilən istehsalat ərazisi mövcuddur. Həmin sahədə təbəqə daha çox kül və yanmıĢ 

torpaqdan  ibarətdir.  ġərqə  doğru  getdikcə  qazıntının  kənarına  bitiĢik  sahədə  çiy 

kərpicdən ibarət divar qalığının olduğu aĢkar edilib. Həmin hissədə qazıntı davam 

etdirilərkən  təndir  qalığı  üzə  çıxıb  (XXX  tablo,  Ģək.  2).  Təndirin  içərisindən  bir 

ədəd mis qıyıq (XXXII tablo, Ģək. 1) və çoxsaylı keramika nümunələri, o cümlədən 

ağzının kənarları gül formasında olan bir ədəd kiçik bardaq tapılıb (XXXII tablo, 

Ģək.  8).  Təndirin  yeri  xam  torpaqda  qazılıb  və  əlçim  üsulu  ilə  hörülüb.  Analoji 

təndir nümunələri Azərbaycanın digər orta əsr abidələrindən də məlumdur [80]. 

II  qazıntı  sahəsində  də  bir  neçə  yerdə  müsəlman  qəbirləri  aĢkar  edilib. 

Qazıntının  qərb  kənarına  yaxın  olan  bu  qəbirlərdən  biri  Ģaquli  istiqamətdə 

basdırılmıĢ  iri  təsərrüfat  küpünü  kəsmiĢdir  (XXX  tablo,  Ģək.  1).  I  sahədə  olduğu 

kimi  II  sahədə  də  ən  çox  tapılan  maddi-mədəniyyət  nümunəsi  Ģirsiz  saxsı 




99 

 

məmulatıdır  (XXXI-XXXIII  tablolar).  Ġri  təsərrüfat  küplərinin,  qazan,  bardaq, 



vaza, süzgəc tipli qabların fraqmentlərinə xüsusilə tez-tez təsadüf edilir. Tapıntılar 

içərisində bir ədəd altında günəĢ təsvirli möhür yeri olduğu güman edilən kiçik Ģirli 

kasa parçası diqqəti çəkir (XXXI tablo, Ģək. 1). Kasanın dib hissəsində marqanes 

Ģiri ilə yayğın ləkəyə bənzər təsvir iĢləndikdən sonra səthi tünd yaĢıl Ģirlə boyanıb. 

Bu  tapıntı  mədəni  təbəqənin  ən  üst  qatından  -  təsərrüfat  iĢləri  nəticəsində 

dağıdılmıĢ  qatdan  tapılıb.  Gildən hazırlanan, nazik  tərəfində  asılmaq  üçün  deĢiyi 

olan,  forma  etibarı  ilə  daha  çox  Mingəçevirdən  tapılan  və  üzərində  alban  yazısı 

olan  Ģamdanlara  bənzəyən  əĢya  da  diqqəti  cəlb  edir  (XXXII  tablo,  Ģək.  7).  II 

qazıntı  sahəsindən  tapılan  Ģlak  parçası  da  mühüm  elmi  əhəmiyyət  kəsb  edir 

(XXXIV tablo, Ģək. 2). BiĢirilərkən yüksək hərarət nəticəsində yanıb ötən, nəticədə 

deformasiyaya uğrayaraq öz ilkin formasını tam itirmiĢ olan kiçik həcmli gil qaba 

aid  olduğu  güman  edilir.  Bu  tapıntı  onu  deməyə  əsas  verir  ki,  abidədən  əldə 

olunmuĢ  zəngin  dulus  məmulatı  hansısa  kənar  yerdən  gətirilməyib,  məhz  həmin 

ərazidə  istehsal  olunmuĢdur.  II  qazıntı  sahəsinin  üst  qatından,  həmçinin,  çoxlu 

miqdarda  biĢmiĢ  kərpic  (ölçüləri:  22x21x6  sm;  25x24x6  sm  və  s.)  nümunələri 

(XXVIII tablo, Ģək. 1, 2) və bir neçə ədəd dən daĢı qırıqları (XXXIV tablo, Ģəkil 1, 

3)  tapılmıĢdır.  Qazıntının  alt  qatında  biĢmiĢ  kərpic  nümunələrinə  rast 

gəlinməmiĢdir. 



III  qazıntı  sahəsi.  Abidənin  mədəni  təbəqəsinin  xüsusiyyətlərini  və 

dövrünü  müəyyənləĢdirmək  məqsədilə  II  qazıntı  sahəsindən  təqribən  100  m 

cənubi-Ģərqdə,  qalanın  cənub  qapısı  yaxınlığında  4,5x1,5  m  ölçüdə  daha  bir 

yoxlama  qazıntısı  aparılıb  (XXV  tablo).  Yerli  sakinlərin  məlumatına  görə  qala 

qapısının  çökəkliyini  doldurmaq  və  beləliklə  də  ərazidəki  əkinləri  mal-qaradan 

qorumaq məqsədilə vaxtı ilə bu sahənin səthi buldozerlə kürünüb. Odur ki, həmin 

sahədə  mədəni  təbəqənin  digər  yerlərlə  müqayisədə  nisbətən  nazik  olacağı 

irəlicədən bəlli idi. Belə də oldu. Yəni, I və II qazıntı sahələrindən fərqli olaraq, III 

qazıntı sahəsində mədəni təbəqənin üst hissəsində qarıĢıq qat qeydə alınmadı. 80 

sm  dərinliyə  çatdıqda  isə  daĢ  döĢəmə  qalıqları  üzə  çıxıb.  DöĢəmə  qərbə  doğru 

qazıntıdan  kənara  çıxdığına  görə  onu  tam  izləmək  mümkün  olmayıb.  Qazıntının 

mərkəz hissəsində isə əvvəldən axıradək kül, kömür, yanıq torpaq və çoxlu miqdar 

saxsı məmulatı nümunələri qeydə alınıb. Görünür, vaxtı ilə bu ərazidə kürə və ya 

ocaq yeri olub. Qazıntının Ģərq tərəfində isə 80 sm dərinlikdə artıq mədəni təbəqəni 

xam torpaq əvəz edib. 

IV  qazıntı  sahəsi.  Ekspedisiya  qarĢısında  duran  vəzifələrdən  birisi  də 

abidənin qala divarları ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməkdən ibarət idi. Bu 

məqsədlə  təbiidir  ki,  ilk  öncə  qala  divarlarında  müvafiq  ölçmə  iĢləri  aparılması 

tələb  olunub.  Daha  sonra  qala  divarı-valı  ən  yüksək  nöqtədən  baĢlayaraq  içəri 

tərəfə doğru 90 sm enində kəsdik (XXVII tablo, Ģək.1). Nəticə gözlənildiyindən də 

maraqlı  oldu.  Məlum  oldu  ki,  ilk  baxıĢda  qalanın  müdafiə  sistemi  bütünlüklə 

torpaq  valdan  ibarət  olduğu  güman  edilsə  də,  əslində  o,  bir  neçə  qat  çiy  kərpic 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə