Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə67/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   63   64   65   66   67   68   69   70   ...   179

136 

 

nəzarətdə saxlayır. Bundan xəbər tutan çoban xəlvəti qala qarĢısına gələrək orada 



oxumağa  və  fit  çalmağa  baĢlayır  ki,  sevgilisi  çıxsın.  Lakin  qız  oradan  çıxmağa 

macal tapmamıĢ, xan öz əli ilə onu da, çobanı da öldürür. Əfsanəyə görə, o vaxtdan 

etibarən bu dağlarda xatirə olaraq çobanın əbədi fit səsi eĢidilməkdədir. 

Ġkinci  əfsanə.  A.P.Fituninin  çap  etdiyi  ikinci  əfsanədə  deyilir  ki, 

Makedoniyalı Ġsgəndər Dəmir qapı Dərbəndi keçərək ġirvana gəlib (yeri gəlmiĢkən 

deyək  ki,  A.P.Fituninin  bununla  əlaqədar  ayrıca  məqaləsi  var)  [632].  Onun  ilk 

dayanacaq  yeri  Fit  dağı  olub.  O,  buradan  qızıl  borular  vasitəsi  ilə  ətraf  yerlərə 

siqnal verib. Ġsgəndərin gəliĢinə qədər belə bir fikir var imiĢ ki, guya həmin dağda 

bu  dünyaya  mənsub  olmayan  adamlar  yaĢayır  və  oraya  çıxmaq  olmaz.  Guya  Fit 

dağına  kim  çıxsaymıĢ,  geri  qayıtmazmıĢ.  Lakin  Ġsgəndər  öz  gəliĢi  ilə  bu  fikrin 

yanlıĢ olduğunu sübuta yetirib. Əfsanədə deyilir ki, Ġsgəndər öz siqnalı ilə ölkənin 

bütün sakinlərinə bildirib ki, o, dünyanın hakimidir və gəlib ki, bu yerlərdə də hamı 

ona  itaət  göstərsin.  Böyük  də,  kiçik  də,  ayaq  üstə  duran hər  kəs  onu  duz-çörəklə 

qarĢılamalı - yalnız bu yolla xilas ola bilərlər, itaət göstərməyənlər doğranacaq. 

Beləliklə,  Ġsgəndər  Fit  dağında  düĢərgə  salaraq  orada  mayak  tikdirib. 

Oranın ilk  sakinləri  isə  Ġsgəndərin  əsgərləri  və  bir  də  Midiya  ölkəsindən alınmıĢ 

əsirlər olub [633, 115-116]. 

Əlbəttə,  bu  əfsanədə  deyilənlərin  elmi həqiqətdən  çox-çox  uzaq  olduğunu 

ciddi Ģəkildə əsaslandırmağa bizcə, lüzum yoxdur. Təkcə onu demək kifayətdir ki, 

Ġsgəndər  və  onun  ordusu  heç  vaxt  Azərbaycanda  olmayıb.  Nizami  Gəncəvi  onu 

xəyalən  Bərdəyə  ona  görə  gətirib  ki,  onun  fonunda  ağıllı və  tədbirli  Azərbaycan 

hökmdarı NüĢabənin obrazını yarada bilsin. Bir də ki, Ġsgəndər Azərbaycana gələsi 

olsaydı belə (yuxarıdakı əfsanədə deyildiyi kimi) Ģimaldan, Dərbənd qapılarından 

deyil,  cənubdan  gəlməli idi.  Nəhayət,  Ġsgəndər  elə  fatehlərdəndir  ki,  onun  demək 

olar ki, hər addımı, hər döyüĢü qələmə alınıb. Odur ki, ümumdünya tarixində onun 

hamıya məlum yürüĢlərinin marĢrutunda dəyiĢiklik etmək cəhdi ən azı naĢılıq kimi 

qiymətləndirilə  bilər.  Hərçənd  ki,  bu  yolu  tutanlar,  Ġsgəndəri  Azərbaycana 

«gətirənlər» də var [50, 222-223]. 

Üçüncü  əfsanə.  Fit  dağıyla  bağlı  əfsanələrdən  biri  1888-ci  ildə  Tiflisdə 

çıxan  «Exo»  adlı həftəlik  erməni  qəzetinin  35-ci  sayında  çap  olunub  [633,  116]. 

«ġirvan qızı» adı ilə çap olunmuĢ bu əfsanə beĢ il sonra, yəni, 1893-cü ildə Tiflisdə 

ayrıca  kitabça  Ģəklində  çapdan  çıxmıĢdır.  Erməni  dilində  nəĢr  edilən  və  28 

səhifədən  ibarət  olan  bu  kitabçanın  müəllifi  A.Zəkəryandır.  A.P.Fituninin 

yazdığına  görə,  «ġirvan  qızı»  adlı  kitabçanın  ona  gəlib  çatmıĢ  nüsxəsi  15-ci 

səhifədən baĢlanır. Fit dağının zirvəsi, ġirvan əyaləti, Pirsaat çayı kitabçada poetik 

surətdə təsvir olunub. Orada, həmçinin, Ġran ĢahənĢahının (adı göstərilmir) böyük 

hökmdar  kimi  təsviri  verilib,  hansı  ki,  o,  qayaların  baĢında,  yəni  Fitin  zivəsində 

ġirvan qızı üçün qala tikdirib. Qala və onun bürcləri hündür diĢ-diĢ divarlarla əhatə 

olunub  və  s.  Ġran  ĢahənĢahının  qorxusundan  bu  yerlərdən  quĢ  da  cəsarət  edib 

uçmazmıĢ. ġirvan qızı Takui orada saxlanılırmıĢ [633, 116]. Həm də hökmdar qala 




137 

 

üçün  buranı  bilərəkdən  seçmiĢdi  ki,  qoy,  ġirvan  qızı  pəncərədən  baxanda  bütün 



ġirvanı,  onun  düzlərini,  məscid  və  minarələrini  görə  bilsin.  ġirvan  qızı  guya 

oradan,  hətta  «müqəddəs  Stepanosun  qülləsini  və  yarıuçuq  vəziyyətdə  olan 

monastrı da görürmüĢ». 

ġahənĢah  ġirvan  qızını  sevgilisi  Sandrodan  ayırmaqla  özü  onun 

məhəbbətinə  can  atıb.  Lakin  qız  inadla  etiraz  edib  və  bildirib  ki,  cəlladlar  onun 

sevgilisini  parça-parça  doğrayanda  bir  daha  heç  kəsə  könül  verməyəcəyinə  and 

içib.  ġahənĢah  ona  saysız-hesabsız  var-dövlət  vəd  edib.  Vəd  edib  ki,  onu  padĢah 

arvadı  edəcək,  dünyanın  hökmdarlığını  ona  verəcək,  lazım  gələrsə,  hətta  onun 

xatirinə Ġslam dinini danıb xristianlığı qəbul etməyə də hazırdır. Lakin ġirvan qızı 

bütün bunları rədd edib. Belə olduqda ĢahənĢah onu ölümlə hədələyib. ġirvan qızı 

bildirir ki, o, ölümə də hazırdır, qoy tezliklə onu parça-parça doğrasınlar, onsuz da 

o  biri  dünyada  sevgilisi  Sandro  onu  gözləyir.  Qəzəblənən  Ġran  Ģahı  cəlladları 

çağırır və ġirvan qızını aparmağı əmr edir. ġahın son sözü bu olur: 

- Di get, öz Sandronun yanına! 

Bundan sonra Ģah özünü çox pis hiss edir. O, xəstələnir, hər yerdə və hər 

zaman ġirvan qızını axtarır. Onu nə müharibə, nə qələbə maraqlandırırdı. Hökmdar 

olduğunu  belə  unutmuĢdu.  Ölüm  döĢəyində  ikən  ġirvan  qızının  qana  boyanmıĢ 

obrazı onun gözləri önünə gəlir. O, harada öldürüldüyünü və harada dəfn edildiyini 

öz əlləri ilə Ģaha göstərir. 

Əfsanəyə  görə,  Fit  dağında,  qaya  baĢında  tənha  bir  qəbir  var.  Üzərində 

qaralmıĢ ağac xaç olan bu qəbir ġirvan qızının qəbridir. 

Tarixən  belə  bir  əfsanənin  olub-olmadığını  demək  çətindir.  Lakin  burası 

gün  kimi  aydındır  ki,  A.Zəkəryan  onu  çapa  hazırlayarkən,  o  ki  var 

erməniləĢdirmiĢdir. Ondan 40 il sonra həmin əfsanə üzərinə qayıdan A.P.Fituninin 

də  ləyaqəti  və  mənliyi  çatmayıb  ki,  A.Zəkəryanın  qondarmalarına  heç  olmasa 

münasibət bildirsin. Axı, A.P.Fituni savadsız adam deyildi və tarixi də pis bilmirdi. 

Azərbaycanın  digər  yerlərində  olduğu  kimi,  ġirvanda  da  ermənilərin  çox-çox 

sonralar  məskunlaĢdığını  da  yəqin  ki,  bilməmiĢ  deyildi.  Lakin  bunları  bilə-bilə 

abidələrimizi və onlarla bağlı xalq əfsanələrini bilərəkdən erməniləĢdirilməsində o 

da iĢtirak edib [50, 224-225]. 



Dördüncü əfsanə. Bəri baĢdan deyək ki, A.P.Fituninin fikrincə, bu əfsanə 

də erməni əfsanəsidir [633, 111-115]. Lakin əfsanənin çap olunmuĢ mətnindən belə 

bir  nəticəyə  gəlmək  üçün  heç  bir  əsas  yoxdur.  Əfsanədə  deyilir  ki,  qədim 

zamanlarda,  ilanların  dövləti  idarə  etmək  qüdrəti  olduğu  vaxtda  uzaq  ölkələrdən 

birində Fit-ġahmar adlı ilan çarlıq edirmiĢ. Onun orduları bütünlüklə qızılı köynək 

geymiĢ gürzələrdən ibarət imiĢ. Bir çox ölkələri istila edən Fit-ġahmar ġamaxıdakı 

Gülüstan  qalasını  da  tutmaq  fikrinə  düĢür.  Qalanı  Gülüstan  Xanım-Xatın  adlı 

pəhləvanın  tabeliyində  olan  qara  köynəkli  ilanlar  müdafiə  edirmiĢ.  Gülüstan 

Xanım-Xatının təsvirə gəlməz gözəlliyə malik 40 nəfər ayüzlü qızdan ibarət heyəti 

varmıĢ.  Fit-ġahmar  özünün  ən  yaxĢı  qüvvələrini  səfərbər  edərək  ġirvana  hücum 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə