Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə71/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   67   68   69   70   71   72   73   74   ...   179

144 

 

bürc olduğunu güman edir [141, 53]. Maraqlıdır ki, qala divarlarının bu hissəsində 



üç cərgədən ibarət olmaqla mazğallar sayca daha çoxdur. Yer səthindən təqribən 1 

m yüksəklikdə olan birinci cərgədə 19 mazğal var. Onlardan 1,3 m yüksəkdə ikinci 

cərgə  mazğallar  durur  ki,  onların  da  sayı  13  ədəddir.  Daha  1  m  yüksəkdə  olan 

üçüncü cərgə mazğalların sayı isə cəmisi 3 ədəddir. Maraqlıdır ki, birinci cərgədəki 

mazğallar  kvadrat,  ikinci  və  üçüncü  cərgədəki  mazğallar  isə  dairəvi  formadadır. 

Qala  qapısının  Ģərq  tərəfindəki  yarımdairəvi  formalı  bürcün  diametri  11, 

hündürlüyü  isə  5,2  m-dir.  Diqqəti  çəkən  odur ki,  bu  bürcdə  4  cərgə  mazğal  yeri 

olduğu müəyyənləĢdirilib. Birinci cərgədə 7, ikinci cərgədə 9, üçüncü və dördüncü 

cərgələrin hər birində isə 2 ədəd, cəmi 20 ədəd mazğal yeri var. Qala divarlarının 

digər  yerlərində  olduğu  kimi,  burada  da mazğallar  forma  və  ölçüləri  baxımından 

fərqlənirlər. 

Əsasən qaya və çay  daĢlarından kobud  və səliqəsiz tikilən Xaçmaz Govur 

qalası özünün primitiv memarlıq üslubu ilə diqqəti cəlb edir. Bu cəhət ötən əsrin 

20-ci  illərində  abidə  ilə  tanıĢ  olan  R.Əfəndiyevin  də  nəzərindən  yayınmayıb. 

Əlbəttə,  bunu  təkcə  dövrün  tikinti  mədəniyyətinin  səviyyəsi  ilə  əlaqələndirmək 

düzgün  olmazdı.  Bu, qalanın  qısa  vaxt ərzində, necə  deyərlər,  ekstremal  Ģəraitdə 

tikilməsi  ilə  də  əlaqədar  ola  bilərdi.  Qalanın  inĢasında  kirəc  məhlulundan, 

26x34x6, 23x35x5, 22x35x10 sm ölçüdə olan daĢ pilitələrdən, qismən də 23x23x5 

sm  ölçülü  biĢmiĢ  kərpiclərdən  istifadə  olunmuĢdur  [141,  55].  Qeyd  edək  ki,  daĢ 

pilitə və biĢmiĢ kərpic nümunələrindən qalanın əsas divarında deyil, yalnız daxili 

divarların  bəzisinin  inĢasında  istifadə  edilib.  Qalanın  içərisində  çoxlu  daxili 

tikintilər  mövcuddur.  Onların  içərisində  12-yə  qədər  otaq-arakəsmə  var.  Qalanın 

Ģimal-Ģərq tərəfindəki döngədə olan otağın eni 10, uzunluğu isə 15 m-dir. Otağın 

divarlarında  6  yerdə  30x30  sm  ölçüdə  xüsusi  dəliklər  vardır.  Görünür,  həmin 

dəliklər  otağın  tavan  hissəsini  əmələ  gətirən  ağac  pərdilərin  uclarının  yerləĢdiyi 

boĢluqlardır.  Dəliklərdə  ağac  çürüntülərinin  qeydə  alınması  da  bunu  təsdiqləyir. 

Buradan o da aydın olur ki, bəhs edilən otaqların üstü xüsusi örtüklə örtülübmüĢ. 

4x1,8 m ölçüdə olan daha bir otağın divarları içəri üzdən 3 sm qalınlığında qum 

qarıĢdırılmıĢ  əhəng  məhlulu  ilə  suvanmıĢdır.  Otağın  döĢəməsinə  yonulmuĢ  daĢ 

pilitələr düzülmüĢdür. Onun üstündən isə 4 sm qalınlıqda suvaq vurulmuĢdur. Bəhs 

edilən otağın Ģimal divarında hündürlüyü 65 sm, eni 37 sm olan pəncərə yeri var. 

Qalanın müdafiəsini  gücləndirmək məqsədilə  oraya  gələn  yolun  üstündə  3 

yerdə nəhəng xəndək-istehkamlar qazılıb. GiriĢ qapısına nisbətən yaxın olan birinci 

xəndək istehkamın uzunluğu 15, eni 8, dərinliyi isə 10 m-dir. Birinci islehkamdan 

7-8 m aralıda ikinci istehkam yerləĢir. Onun eni 30, uzunluğu 100, dərinliyi isə 20 

m-dir.  Üçüncü  xəndək-istehkam  qalanın  Ģərq  tərəfindədir.  Onun  dərinliyi  15,  eni 

25, uzunluğu isə 50 m-dir. [141, 56]. Xatırladaq ki, xəndək-istehkamları elə yerdə 

qazıblar ki, hər tərəfi sərt qaya-uçurum olduğundan, qalaya ancaq oradan keçərək 

daxil olmaq mümkündür. Məlumat üçün onu da bildirək ki, Azərbaycanın ilk orta 



145 

 

əsr  Ģəhər  və  qalalarının  demək  olar  ki,  əksəriyyəti  üçün  bu  cür  xəndək-



istehkamların olması səciyyəvi əlamətdir. 

Xaçmaz  Govur  qalasında  F.V.Qədirov  tərəfindən  1965-ci  ildə  ilkin 

arxeoloji tədqiqatlar aparılmıĢdır. Abidənin dövrünü və oradakı mədəni təbəqənin 

xüsusiyyətlərini  öyrənmək  məqsədilə  qala  qapısının  girəcəyində  və  cənub-qərb 

tərəfindəki  otaq  yerlərindən  birində  yoxlama  qazıntısı  qoyulmuĢdur  [141,  5]. 

Nəticədə  oradan  zəngin  və  rəngarəng  çeĢidli  saxsı  məmulatı  əldə  olunmuĢdur. 

Tapıntılar həm  tipoloji,  həm  də  texnoloji  cəhətdən  olduqca  müxtəlifdir.  Məsələn, 

onların  bir  qismi  əsasən,  tərkibində  xırda  qum  qatıĢığı  olan  gildən  əllə  kobud 

Ģəkildə  hazırlanıb.  Dopu,  novçalı  bardaq  və  səhəng  tipli  qabları  buna  misal 

göstərmək  olar.  Görkəmli  arxeoloq  S.M.Qazıyevin  ehtimalına  görə,  bu  cür 

nümunələr  Azərbaycan  ərazisində  ən  geci  VIII  əsrdə  istehsal  olunub  [129,  18]. 

Qalada  aparılan  kəĢfiyyat  qazıntıları  zamanı  aĢkar  edilən  keramika  məmulatının 

baĢqa bir qrupu isə əsasən dulus çarxında istehsal olunmuĢ nümunələrdən ibarətdir. 

Hansı  ki,  həmin  qablar  bir  sıra  əlamətləri  baxımından  əvvəlki  nümunələrdən 

fərqlənmir. BaĢlıcası isə onların divarları hiss olunacaq dərəcədə nazikdir. Çiyin və 

boğaz  hissələri  isə  əsasən  cızma  üsulu  ilə  iĢlənmiĢ  həndəsi  naxıĢlarla  bəzədilib. 

Söhbət  IX  əsrdən  baĢlayaraq  Azərbaycan  ərazisində  geniĢ  yayılmıĢ  nəfis  su 

qablarından  gedir.  Tapıntılar  içərisində  tək-tək  də  olsa  gildən  hazırlanmıĢ  saxsı 

borulara - su tünklərinə təsadüf olunub. Oradan, həmçinin Ģirli saxsı məmulatı da 

aĢkar edilib. 

F.V.Qədirov Xaçmaz Govur qalasının memarlıq xüsusiyyətlərini və oradan 

əldə  olunmuĢ  maddi-mədəniyyət  qalıqlarını  əsas  götürərək  onun  VII  əsrdə 

tikildiyini və təqribən XVI əsrədək istifadə olunduğunu bildirib [141, 58]. 

Bu  qala  haqqında  müxtəlif  rəvayətlər  yayılıb.  Həmin  rəvayətlərdən  bir 

qismi  1927-ci  ildə  R.Əfəndiyev  tərəfindən  çap  edilib.  Əfsanəyə  görə,  Qəbələ 

hakimi  Salsal  həm  də  Xaçmaz  Govur  qalasının  hakimi  olub.  Əli  ibn  Əbutalibin 

rəhbərlik  etdiyi  Xilafət  ordusu  Azərbaycan  ərazisində  hərbi  əməliyyatlar 

keçirərkən  gavurlara  baĢçılıq  edən  Salsala  qarĢı  döyüĢ  zamanı  bu  qalanı 

dağıtmıĢdır  [666,  51].  BaĢqa  bir  rəvayətə  görə,  ərəb  sərkərdəsi  Əli  bu  qalada 

möhkəmlənmiĢ gavurlara və onların rəhbəri Qəzənfərə Ġslam dinini qəbul etməyi 

məsləhət  görüb.  Onun  təklifi  qəbul  olunmadıqda  tərəflər  arasında  Ģiddətli  döyüĢ 

baĢ  verib.  DöyüĢdə  Xilafət  qüvvələri  qələbə  çalıb,  qalanın  müdafiəsinə  rəhbərlik 

edən Qəzənfər isə döyüĢdə həlak olub [141, 51]. 

Göründüyü  kimi,  təqdim  olunan  hər  iki  rəvayətdə  söhbət  Albaniya 

ərazilərinin  Xilafət  orduları  tərəfindən  istilasından  və  beləliklə  də,  Ġslam  dininin 

zəfər  yürüĢündən  bəhs  olunur.  Bu,  əslində  rəvayət  deyil,  tarixi  həqiqətdir.  Bu 

mənada Xaçmaz Govur qalasının ərəblərin Albaniya ərazisində hərbi əməliyyatlara 

baĢladığı dövrdə, düĢmənin çətin fəth edə biləcəyi dağlıq ərazilərdə tələm-tələsik 

tikilmiĢ  müdafiə  istehkamlarından  biri  olduğunu  düĢünmək  olar.  Belə  olduğu 

təqdirdə həmin qalanın VII əsrdə deyil, VIII əsrin sonu - IX əsrin əvvəllərində inĢa 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə