144
bürc olduğunu güman edir [141, 53]. Maraqlıdır ki, qala divarlarının bu hissəsində
üç cərgədən ibarət olmaqla mazğallar sayca daha çoxdur. Yer səthindən təqribən 1
m yüksəklikdə olan birinci cərgədə 19 mazğal var. Onlardan 1,3 m yüksəkdə ikinci
cərgə mazğallar durur ki, onların da sayı 13 ədəddir. Daha 1 m yüksəkdə olan
üçüncü cərgə mazğalların sayı isə cəmisi 3 ədəddir. Maraqlıdır ki, birinci cərgədəki
mazğallar kvadrat, ikinci və üçüncü cərgədəki mazğallar isə dairəvi formadadır.
Qala qapısının Ģərq tərəfindəki yarımdairəvi formalı bürcün diametri 11,
hündürlüyü isə 5,2 m-dir. Diqqəti çəkən odur ki, bu bürcdə 4 cərgə mazğal yeri
olduğu müəyyənləĢdirilib. Birinci cərgədə 7, ikinci cərgədə 9, üçüncü və dördüncü
cərgələrin hər birində isə 2 ədəd, cəmi 20 ədəd mazğal yeri var. Qala divarlarının
digər yerlərində olduğu kimi, burada da mazğallar forma və ölçüləri baxımından
fərqlənirlər.
Əsasən qaya və çay daĢlarından kobud və səliqəsiz tikilən Xaçmaz Govur
qalası özünün primitiv memarlıq üslubu ilə diqqəti cəlb edir. Bu cəhət ötən əsrin
20-ci illərində abidə ilə tanıĢ olan R.Əfəndiyevin də nəzərindən yayınmayıb.
Əlbəttə, bunu təkcə dövrün tikinti mədəniyyətinin səviyyəsi ilə əlaqələndirmək
düzgün olmazdı. Bu, qalanın qısa vaxt ərzində, necə deyərlər, ekstremal Ģəraitdə
tikilməsi ilə də əlaqədar ola bilərdi. Qalanın inĢasında kirəc məhlulundan,
26x34x6, 23x35x5, 22x35x10 sm ölçüdə olan daĢ pilitələrdən, qismən də 23x23x5
sm ölçülü biĢmiĢ kərpiclərdən istifadə olunmuĢdur [141, 55]. Qeyd edək ki, daĢ
pilitə və biĢmiĢ kərpic nümunələrindən qalanın əsas divarında deyil, yalnız daxili
divarların bəzisinin inĢasında istifadə edilib. Qalanın içərisində çoxlu daxili
tikintilər mövcuddur. Onların içərisində 12-yə qədər otaq-arakəsmə var. Qalanın
Ģimal-Ģərq tərəfindəki döngədə olan otağın eni 10, uzunluğu isə 15 m-dir. Otağın
divarlarında 6 yerdə 30x30 sm ölçüdə xüsusi dəliklər vardır. Görünür, həmin
dəliklər otağın tavan hissəsini əmələ gətirən ağac pərdilərin uclarının yerləĢdiyi
boĢluqlardır. Dəliklərdə ağac çürüntülərinin qeydə alınması da bunu təsdiqləyir.
Buradan o da aydın olur ki, bəhs edilən otaqların üstü xüsusi örtüklə örtülübmüĢ.
4x1,8 m ölçüdə olan daha bir otağın divarları içəri üzdən 3 sm qalınlığında qum
qarıĢdırılmıĢ əhəng məhlulu ilə suvanmıĢdır. Otağın döĢəməsinə yonulmuĢ daĢ
pilitələr düzülmüĢdür. Onun üstündən isə 4 sm qalınlıqda suvaq vurulmuĢdur. Bəhs
edilən otağın Ģimal divarında hündürlüyü 65 sm, eni 37 sm olan pəncərə yeri var.
Qalanın müdafiəsini gücləndirmək məqsədilə oraya gələn yolun üstündə 3
yerdə nəhəng xəndək-istehkamlar qazılıb. GiriĢ qapısına nisbətən yaxın olan birinci
xəndək istehkamın uzunluğu 15, eni 8, dərinliyi isə 10 m-dir. Birinci islehkamdan
7-8 m aralıda ikinci istehkam yerləĢir. Onun eni 30, uzunluğu 100, dərinliyi isə 20
m-dir. Üçüncü xəndək-istehkam qalanın Ģərq tərəfindədir. Onun dərinliyi 15, eni
25, uzunluğu isə 50 m-dir. [141, 56]. Xatırladaq ki, xəndək-istehkamları elə yerdə
qazıblar ki, hər tərəfi sərt qaya-uçurum olduğundan, qalaya ancaq oradan keçərək
daxil olmaq mümkündür. Məlumat üçün onu da bildirək ki, Azərbaycanın ilk orta
145
əsr Ģəhər və qalalarının demək olar ki, əksəriyyəti üçün bu cür xəndək-
istehkamların olması səciyyəvi əlamətdir.
Xaçmaz Govur qalasında F.V.Qədirov tərəfindən 1965-ci ildə ilkin
arxeoloji tədqiqatlar aparılmıĢdır. Abidənin dövrünü və oradakı mədəni təbəqənin
xüsusiyyətlərini öyrənmək məqsədilə qala qapısının girəcəyində və cənub-qərb
tərəfindəki otaq yerlərindən birində yoxlama qazıntısı qoyulmuĢdur [141, 5].
Nəticədə oradan zəngin və rəngarəng çeĢidli saxsı məmulatı əldə olunmuĢdur.
Tapıntılar həm tipoloji, həm də texnoloji cəhətdən olduqca müxtəlifdir. Məsələn,
onların bir qismi əsasən, tərkibində xırda qum qatıĢığı olan gildən əllə kobud
Ģəkildə hazırlanıb. Dopu, novçalı bardaq və səhəng tipli qabları buna misal
göstərmək olar. Görkəmli arxeoloq S.M.Qazıyevin ehtimalına görə, bu cür
nümunələr Azərbaycan ərazisində ən geci VIII əsrdə istehsal olunub [129, 18].
Qalada aparılan kəĢfiyyat qazıntıları zamanı aĢkar edilən keramika məmulatının
baĢqa bir qrupu isə əsasən dulus çarxında istehsal olunmuĢ nümunələrdən ibarətdir.
Hansı ki, həmin qablar bir sıra əlamətləri baxımından əvvəlki nümunələrdən
fərqlənmir. BaĢlıcası isə onların divarları hiss olunacaq dərəcədə nazikdir. Çiyin və
boğaz hissələri isə əsasən cızma üsulu ilə iĢlənmiĢ həndəsi naxıĢlarla bəzədilib.
Söhbət IX əsrdən baĢlayaraq Azərbaycan ərazisində geniĢ yayılmıĢ nəfis su
qablarından gedir. Tapıntılar içərisində tək-tək də olsa gildən hazırlanmıĢ saxsı
borulara - su tünklərinə təsadüf olunub. Oradan, həmçinin Ģirli saxsı məmulatı da
aĢkar edilib.
F.V.Qədirov Xaçmaz Govur qalasının memarlıq xüsusiyyətlərini və oradan
əldə olunmuĢ maddi-mədəniyyət qalıqlarını əsas götürərək onun VII əsrdə
tikildiyini və təqribən XVI əsrədək istifadə olunduğunu bildirib [141, 58].
Bu qala haqqında müxtəlif rəvayətlər yayılıb. Həmin rəvayətlərdən bir
qismi 1927-ci ildə R.Əfəndiyev tərəfindən çap edilib. Əfsanəyə görə, Qəbələ
hakimi Salsal həm də Xaçmaz Govur qalasının hakimi olub. Əli ibn Əbutalibin
rəhbərlik etdiyi Xilafət ordusu Azərbaycan ərazisində hərbi əməliyyatlar
keçirərkən gavurlara baĢçılıq edən Salsala qarĢı döyüĢ zamanı bu qalanı
dağıtmıĢdır [666, 51]. BaĢqa bir rəvayətə görə, ərəb sərkərdəsi Əli bu qalada
möhkəmlənmiĢ gavurlara və onların rəhbəri Qəzənfərə Ġslam dinini qəbul etməyi
məsləhət görüb. Onun təklifi qəbul olunmadıqda tərəflər arasında Ģiddətli döyüĢ
baĢ verib. DöyüĢdə Xilafət qüvvələri qələbə çalıb, qalanın müdafiəsinə rəhbərlik
edən Qəzənfər isə döyüĢdə həlak olub [141, 51].
Göründüyü kimi, təqdim olunan hər iki rəvayətdə söhbət Albaniya
ərazilərinin Xilafət orduları tərəfindən istilasından və beləliklə də, Ġslam dininin
zəfər yürüĢündən bəhs olunur. Bu, əslində rəvayət deyil, tarixi həqiqətdir. Bu
mənada Xaçmaz Govur qalasının ərəblərin Albaniya ərazisində hərbi əməliyyatlara
baĢladığı dövrdə, düĢmənin çətin fəth edə biləcəyi dağlıq ərazilərdə tələm-tələsik
tikilmiĢ müdafiə istehkamlarından biri olduğunu düĢünmək olar. Belə olduğu
təqdirdə həmin qalanın VII əsrdə deyil, VIII əsrin sonu - IX əsrin əvvəllərində inĢa