138
edir. Gülüstan qalası altında uzun-uzadı döyüĢlər baĢlayır. DöyüĢlərin uzandığını
görən Fit-ġahmar yaxınlıqdakı əlçatmaz dağlardan birində qala tikdirməyi və orada
qıĢlamağı qərara alır.
Parlaq səhərlərdən birində ġirvan qızları su gətirmək üçün bulaq üstə
gəliblərmiĢ. Gözəlliyi ilə xanları, Ģirvanlı oğlanları heyrətə gətirən bir qız Fit-
ġahmarın da iti gözlərindən yayınmır. O, hər Ģeyi, hətta taxtı-tacı və sarayı da
unudaraq həmin gözəlin ardınca düĢür. Qızlar qorxu içərisində qaçırlar. Fit-ġahmar
qızı təqib edə-edə onun qaldığı evə gəlir və ġirvan gözəlinin yerə dəyən
hörüklərinə dolanaraq onu sığallamağa baĢlayır. Bu qorxunc xəbər bütün ġirvana
yayılır.
ġirvan gözəli ilanın sevgisinə məruz qaldığından çox xiffət edirdi. Cavanlar,
qolu zorlular çağırılmamıĢ qonağı öldürmək qərarına gələndə aqillər onlara səbirli
olmağı tövsiyə edirlər. Bu, onsuz da müharibə vəziyyətində olan ġirvan üçün daha
ağır nəticələr verə bilərdi. Çünki, o vaxt Fit-ġahmarın ordusu hər gün bir-birinin
ardınca yeni-yeni qələbələr qazanır, Gülüstan Xanım-Xatının qüvvələri isə
tükənirdi. Belə bir vaxtda uzaq ölkələrdən mahir bir ovsunçu gəlib çıxır. O, ġirvan
gözəlini ilanın cəngindən xilas edir. Fit-ġahmar qızın otağından çıxıb özünün Fit
dağında tikdirdiyi qalaya gedir. Bu vaxt çaparlar xəbər gətirir ki, onun qüvvələri
Gülüstan qalasını tutub. Bu xəbər Fit-ġahmarı əsla sevindirmir. O, qalanın ən
yüksək yerinə qalxır və ucadan fit səsləndirərək müharibədə məğlub olduğunu
bildirir. Bu vaxt güclü zəlzələ baĢ verir və Fit dağı parçalanır. Müharibəni
müvəffəqiyyətlə davam etdirən Gülüstan Xanım-Xatının qüvvələri isə Fiti
mühasirəyə alaraq ġahmarın gizləndiyi qala və Ģəhəri yerlə-yeksan edir.
Görünür, A.P.Fituni bu əfsanəni ya özündən uydurub, yaxud da baĢqa bir
ermənidən eĢidib. Hər halda ġirvan kəndlərində, o cümlədən Fit dağına yaxın
ərazilərdə belə bir əfsanənin yayıldığı barədə nə Ģifahi, nə də yazılı məlumat
yoxdur. Müəllifin ilan qiyafəsində uydurduğu Fit-ġahmar obrazında isə daha çox
erməni xisləti gizlənib.
BeĢinci əfsanə. Bu əfsanəni A.P.Fituniyə Ġvanovka kəndində yaĢayan,
milliyyətcə yəhudi olan və 1916-1917-ci illərdə arĢınmalçılıq edən Peysaxov
danıĢıb. Peysaxov özü, Mücühəftəran kəndindən olub. Onun dediyinə görə, onların
əcdadları 5-6 yüz il əvvəl Ġranın baĢ məhəlləsindən köçüb gəlib. Xatırladaq ki, Fit
dağının ətəyində yerləĢən Mücü kəndində elə indi də ancaq yəhudilər yaĢayır.
Mücü əhalisi tarixən xalça və ipək məmulatı istehsalı ilə məĢğul olmuĢdur.
Yalnız Mustafa xan gəldikdən sonra kənd sakinlərinin bir hissəsi oradan köçərək
Həftəran vadisində kənd salmıĢ və onu Mücühəftəran (yəni, Həftəran Mücüsü)
adlandırmıĢlar.
Peysaxovun dediyinə görə, Fit dağı yəhudi dağı olub və oraya nə türklər, nə
ermənilər, nə də ləzgilər gəlməzmiĢ. Xristianlar Fitə daxil olmaq üçün çox cəhd
edirmiĢ, lakin onlar alınmaz yəhudi qalasını heç cür ala bilmirlərmiĢ. Qalanın
müdafiəsinə yəhudi sərkərdəsi Daud xan baĢçılıq edirmiĢ. Peysaxovun nəql
139
etdiyinə görə, «Qanlı təpə»də (Qanlı qaya - Q.C.) çoxlu miqdar xristian məhv
edilib.
A.P.Fituninin yazdığına görə, o vaxt Peysaxov əfsanənin ardını ona
danıĢmaqdan imtina edib [633, 117-118]. Görünür, Fituninin də xristian olduğunu
yəqin edəndən sonra, xristianların mənafeyinə toxunan əfsanəni axıradək nəql
etməyi lazım bilməyib.
Fit qalası barəsində orta əsr mənbələrində də müəyyən məlumatlara rast
gəlmək mümkündür. Məsələn, «Hüdud əl-aləm» əsərində xəbər verilir ki, Niyal
qalasından bir fərsəng məsafədə daha möhkəm bir qala vardır. ġahın zindanı
oradadır [651]. Bu məlumatda iki məqam diqqəti cəlb edir. Birincisi, Niyal
qalasından bir fərsəng məsafədə olan yeganə qala Fit qalasıdır. Deməli, Fit dağında
belə bir qala olması hələ X əsrdən məlum idi. Ġkincisi, qalada Ģahın zindanı olduğu
barədə məlumatdır. Xatırladaq ki, Fit qalasında ətraf kəndlərin sakinlərinin bu gün
də «zindan» adlandırdığı yer mövcuddur. Görünür, oradakı «meydan» və «qanlı
qaya» adı ilə məlum olan yerlər də Fit qalasının ən azı X əsrdən daha əvvəlki dövrə
aid olduğundan xəbər verir.
V.F.Minorskiyə və Sara AĢurbəyliyə görə, «Hüdud əl-aləm»də barəsində
bəhs edilən qala Sulut qalasıdır [14, 115-116; 523, 98]. Görünür, onlar da «Sulut
qalası» deyərkən yaxınlıqdakı qalalardan birini nəzərdə tutublar. Məsafə
baxımından Niyal qalasına ən yaxın qala isə Fit qalasıdır.
Fit qalasının tikilmə tarixi barədə dəqiq fikir söyləmək üçün, əlbəttə ki,
orada əsaslı tədqiqatlar aparılmalıdır. Lakin arxeoloji tədqiqat aparılmadan belə,
qalanın dövrü ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək olar. Məsələn, yuxarıda
qeyd edildiyi kimi, «Hüdud əl-aləm»in məlumatına görə, «Ģahın zindanı oradadır».
Ġndi gəlin, aydınlaĢdıraq görək, söhbət hansı Ģahdan gedir, bu Sasani Ģahı,
ġirvanĢah, yaxud da LaicanĢah ola bilərdi. Fikrimizcə, bu halda LaicanĢahlıq
ehtimalı üzərində dayanmaq daha inandırıcı olardı. Birincisi, ona görə ki, qala
məhz LaicanĢahlıq ərazisindədir. Ġkincisi, bəhs edilən mənbədə barəsində məlumat
verilən hadisələrin çoxu bilavasitə LaicanĢahlıqla əlaqədardır. Bu arqumentləri
əsas götürərək Fit dağında ilkin müdafiə sədlərinin V-VI əsrlərdə, Fit qalasının isə
Xilafət ordularının Girdiman ərazilərinə hücumu ərəfəsində, yəni, təqribən VIII
əsrdə inĢa edildiyini ehtimal etmək olar.
XĠRƏKĠ
Ġsmayıllı rayonunun Sulut kəndindən Ģimalda geniĢ ərazini əhatə edən dağ-
yamac, yerli əhali tərəfindən belə adlanır. Orada yaĢayıĢ yeri və tikinti qalıqları
olduğu barədə Ağsu-Ġsmayıllı ekspedisiyasının rəhbəri F.L.Osmanova Sulut kənd
sakini Vasib Qasımov məlumat verib. 1987-ci ilin çöl-tədqiqat mövsümündə bu
məlumat əsasında Xirəkidə müĢahidə və ilkin kəĢfiyyat axtarıĢları aparılmıĢdır
[197, 49; 557, 113-114].