154
nümunələrinin istehsalı artıq kifayət qədər yayılmıĢdı. Bütün bunlar Qızlar
qalasının indiyədək güman edildiyindən daha erkən, təqribən VI əsrin sonu - VII
əsrin ortalarında tikildiyini deməyə əsas verir.
Məlum olduğu kimi, müĢahidə məntəqələri adətən, hündür və axar-baxarlı
yerlərdə tikilirdi. Bu baxımdan F.V.Qədirovun Qızlar qalasının təyinatı, yəni, onun
müĢahidə məntəqəsi olması barədəki fikri də inandırıcı görünmür. Çünki, yaxın
ərazilərdə müĢahidə məntəqəsi tikmək üçün daha münasib yerlər mövcuddur.
Bizcə, bu abidənin təyinatı barədə fikir söyləyərkən, oradan tapılmıĢ daĢ sütun
altlığı parçalarını və üzəri çox güman ki, yazılmaq məqsədilə qismən hamarlanmıĢ
iri və yastı daĢı nəzərə almamaq olmaz. Hansı ki, bu tapıntılar müĢahidə
məntəqələri üçün əsla səciyyəvi tapıntı hesab edilə bilməz. Əksinə, bu qəbildən
olan tapıntılar həmin abidənin daha çox kiçik feodal qəsri, yaxud da məbəd
olduğunu düĢünməyə əsas veirir. Ola bilər ki, müəyyən səbəblər üzündən bu tikinti
baĢa çatdırılmayıb.
QALATAP
Artıq yuxarıda qeyd olunduğu kimi, Mehranilərin hərbi-siyasi nüfuzunun
artdığı dövrdə Girdiman feodallarının mülkləri qərbdə DaĢağıl çayınadək olan
əraziləri də əhatə edirdi. Odur ki, Oğuz rayonu ərazisində mövcud olan bir sıra ilk
orta əsr abidələri, xüsusilə də müdafiə istehkamları və müĢahidə məntəqələri çox
güman ki, məhz həmin dövrdə inĢa olunmuĢdur. Həmin tarixi yadigarlardan birisi
də Əlciyan çayının sol sahilində, QayabaĢı kəndi yaxınlığındakı təpənin üstündə
yerləĢən abidədir. ġimal, qərb və cənub-qərb tərəfdən dərin çay dərəsi ilə əhatə
olunmuĢdur. Bu təpənin üstündəki dairəvi formalı yastan yerinin diametri təqribən
200 m-ə yaxındır. Oraya yerli sakinlər «Qalatap» deyirlər [141, 69]. Yastanın
mərkəzi hissəsi kənarlarla müqayisədə təqribən 2-3 m çöküb. Kənarlarda isə divar
qalıqları olduğu aydın bilinir. Köbər formasında olan divar qalıqları təpənin üst
hissəsinin dairəsini tam əhatə edir. Tikintidə çay daĢı və əhəng məhlulundan
istifadə olunub. Müxtəlif vaxtlarda ayrı-ayrı tədqiqatçılar tərəfindən Qalatap
ərazisindən xeyli yerüstü material toplanmıĢdır. Həmin materiallar baĢlıca olaraq
küpə və tava tipli saxsı qabların fraqmentlərindən, üzərində cızma üsulu ilə
müxtəlif həndəsi təsvirlər iĢlənmiĢ məiĢət qablarından və həmin qablara aid
qulplardan ibarətdir. Tapıntılar içərisində xırda qum qatıĢığı olan və üzərinə nazik
anqob təbəqəsindən ibarət astar çəkilmiĢ qalındivarlı bir neçə gil qab da vardır
[141, 70]. VII-VIII əsrlər üçün daha çox səciyyəvi olan bu cür tapıntılar sözsüz ki,
həm də abidənin tikildiyi və istifadədə olduğu dövrdən xəbər verir. Görünür, bu
abidə təqribən VII əsrin ortalarında vilayətin qərb sərhədini nəzarətdə saxlamaq
məqsədilə tikilib. O, eyni zamanda həm qala, həm də müĢahidə məntəqəsi
funksiyası daĢıyıb.
155
HƏZRƏ QÜLLƏSĠ
Qəbələ rayonunun Həzrə kəndindən Ģimalda, dağın zirvəsində, sıx meĢə və
kolluqlar içərisində yerləĢir [141, 66-67]. Çay daĢı və kirəc məhlulu ilə inĢa
edilmiĢ bu abidə barəsində ilk dəfə D.B.ġərifov məlumat vermiĢdir [658, 66].
Onun yazdığına görə, Həzrə qülləsi quruluĢ etibarı ilə dördkünc formada inĢa
edilib. Ġlk baxıĢda çox da iri olmayan düzbucaq formalı qala bürcünə bənzəyir.
Əsrlər boyu təbii təsirlər nəticəsində ciddi surətdə dağıntıya məruz qaldığından,
ölçülərini müəyyən etmək mümkün olmamıĢdır. Həzrə qülləsindən baxdıqda ətraf
ərazilər, o cümlədən karvan yolları və dağ keçidləri çox aydın görünür. Bu isə
funksional baxımdan onun daha çox, məhz hərbi əhəmiyyətli müĢahidə məntəqəsi
olduğunu ehtimal etməyə əsas verir. Abidənin quruluĢ etibarı ilə sadə olması və
nisbətən kiçik sahəni əhatə etməsi də onun müdafiə qalası deyil, sırf müĢahidə
məntəqəsi olduğuna dəlalət edir. Fikrimizcə, Göyçay çayı hövzəsi boyunca geniĢ
mülkləri olan Girdiman feodalları Həzrə qülləsi vasitəsilə düĢmənin Ģərqdən,
cənubdan və qərbdən olan hər hansı basqın və hücumlarını izləməklə müvafiq
tədbirlər görürmüĢlər. Abidənin dövrünə gəlincə, onun daha çox, məhz
yaxınlıqdakı KələĢ yaĢayıĢ yeri ilə həmdövr olduğunu söyləyə bilərik. Onu da
xatırladaq ki, Həzrə qülləsi yaxınlığında çoxsaylı digər orta əsr abidələri də
mövcuddur [166; 167].
MƏBƏDLƏR VƏ QƏBĠR ABĠDƏLƏRĠ
Ġlk orta əsrlər dövrü Albaniya üçün əhalinin dini baxıĢlarının son dərəcə
müxtəlifliyi ilə səciyyəvi olub. Belə ki, ölkə əhalisinin böyük bir qismi min illər
öncə olduğu kimi, yenə də bütpərəst olaraq qalmaqda idi. M.Kalankatuklu alban
çarı Arsvdgenin və Girdiman knyazı Xursun hakimiyyəti dövründə «Girdimanda
hələ bütpərəstlərdən qalanların» olduğunu bildirir [120, 33]. Hansı ki, bu vaxt ölkə
ərazisində artıq xristianlıq dini geniĢ yayılmaqda idi. Doğrudur, xristianlığın
yayılması demək olar ki, hər yerdə bütpərəstlərin ciddi müqaviməti ilə
rastlaĢmaqda idi. Tarixi mənbələrdən o da məlumdur ki, hələ I əsrdə Albaniya
ərazilərində xristianlığı təbliğ etməyə baĢlayan və bu məqsədlə KiĢdə, hətta məbəd
də tikdirməyə nail olan apostol Yelisey alban bütpərəstləri tərəfindən öldürülüb
[120, 18]. Buna baxmayaraq, IV əsrin əvvəllərindən etibarən ölkə ərazisində
xristianlığın təbliği yenidən vüsət alıb. M.Kalankatuklunun qeydlərindən belə
aydın olur ki, artıq IV əsrin 30-cu illərində Albaniyada müstəqil katalikosluq və
doqquz yepiskopluq fəaliyyət göstərirdi. Alban çarı Urnayr yeni dinin təbliğinə və
yayılmasına xüsusi önəm verirdi. Bu isə sözsüz ki, hakim sinfin maraqlarından irəli
gəlirdi. BaĢqa sözlə, bütpərəstlikdən fərqli olaraq xristianlıq hakim dini ideologiya
olmaqla feodalların mənafelərinin qorunmasına etibarlı təminat yaradırdı. Odur ki,
alban hökmdarları və feodalları xristianlığın yayılmasını təmin etmək məqsədilə