142
dağıldığından, onların yeri alçaq köbərə bənzəyir [141, 33-34]. Qaladan təqribən
100 m Ģərqdə daha iki təpə mövcuddur. Onlardan 20-25 m cənub tərəfdə isə 40 m
uzunluğu olan daha bir köbər yeri var. Yerüstü əlamətlərinə görə, onlar da yuxarıda
təsviri verilən tikinti qalıqlarına bənzəyir və çox güman ki, bütövlükdə
Bayramkoxa qala kompleksinə aiddir.
Abidədə aparılmıĢ arxeoloji tədqiqatlar zamanı orada, üst qatda təqribən 40
sm qalınlığında lal təbəqə qeydə alınmıĢdır. Bu, qalanın uzun müddət istifadəsiz
qalması nəticəsində əmələ gəlib. Lal təbəqə götürüldükdən sonra orada qalınlığı 40
sm olan mədəni təbəqə olduğu aĢkar edilmiĢdir. Qazıntı zamanı oradan divar və
bürc qalıqlarından savayı, ocaq yeri, dəmirdən ox ucu, gil muncuq və Ģirsiz
keramika nümunələri tapılmıĢdır. Keramika məmulatı içərisində dulus dəzgahında
istehsal edilən nümunələr qeydə alınmamıĢdır.
F.V.Qədirov Bayramkoxa qalasından tapılmıĢ keramika məmulatını iki
qrupa bölüb: «Birinci qrupa dərin cam, dolça kimi enliağızlı və bunlara nisbətən,
ağızları azacıq daralmıĢ qablar daxildir. Bunların əksəriyyəti narın gildən
kiçikhəcmli hazırlanmıĢ və biĢirildikdən sonra sarımtıl-qırmızı rəng almıĢdır. Bu
qrupdan olan qabların bəzilərinin üstündə yumru və qulaqcıq formasında çıxıntıları
və qazıma xətlərdən ibarət bəzəyi vardır» [141, 34]. Narın gildən hazırlanan, səthi
cilalanan incə və nazik divarlı qablar isə ikinci qrupa daxil edilib. F.V.Qədirov
birinci qrupa daxil etdiyi nümunələri III-IV əsrlərə, ikinci qrupa daxil etdiyi
nümunələri isə V-VII əsrlərə aid edib. Bununla da o, Bayramkoxa qalasının III-VII
əsrlərə aid müdafiə tikintisi olduğunu ehtimal edib.
Xatırladaq ki, tərkibində saman qatıĢığı olan irihəcmli çiy kərpiclərdən
istifadə etməklə müdafiə istehkamları tikilməsi Sasani dövrü arxitekturası üçün
xarakterik olub. Fikrimizcə, Bayramkoxa qalası təqribən IV əsrin ortalarında kiçik
feodal qəsri kimi tikilib. Lakin, Mehranilərin nüfuzu artdığı və onların Ģəxsi
mülklərinin qonĢu ərazilər, o cümlədən Qəbələ mahalı əraziləri hesabına qərbə
doğru daha da geniĢləndiyi dövrdə, o öz əvvəlki funksiyasını itirməklə istifadəsiz
qalıb. Abidədə mədəni təbəqənin solğunluğu və nisbətən qalın olmaması da çox
güman ki, elə bu amillə bağlı olub.
XAÇMAZ GOVUR QALASI
XIX əsr mənbələrində adı çəkilən bu abidə Oğuz rayonundakı Xaçmaz
kəndinin Ģimalında, dağın zirvəsində yerləĢir [141, 51-58]. Görkəmli Azərbaycan
tarixçisi A.Bakıxanov XVI əsr Ġran-Türkiyə müharibələrindən bəhs edərkən bu
qala ətrafında gedən döyüĢləri də yada salıbdır. Onun yazdığına görə, 1578-1583-
cü illərdə ġirvan torpaqları uğrunda aparılan hərbi əməliyyatlar zamanı türk
sərkərdəsi Əbubəkir Mirzə öz ətrafına böyük qüvvə toplayaraq Xaçmaz Govur
qalasında möhkəmlənmiĢdi. Ġran və türk ordusu arasındakı əsas döyüĢlərdən birisi,
məhz bu qala qarĢısında baĢ verib [32, 144].
143
Qalanın yerləĢdiyi dağa camaat arasında «Qala dağı», onun ətəyindən axan
çaya isə «Qala çayı» deyilir. Qala çayından Govur qalayadək təqribən 2 km məsafə
var. Xatırladaq ki, qala qərb tərəfdən dərin uçurumla, Ģimal tərəfdən isə Böyük
Qafqaz dağ silsiləsi ilə əhatə olunub. Bir çox abidələr kimi, bu qala da üzərində
yerləĢdiyi dağın zirvə hissəsinin relyefinə uyğun tikilmiĢdir (LXVI tablo). Əsrlər
boyu təbii təsirlər nəticəsində onun bəzi hissələri uçub dağılmıĢdır. Lakin, əksər
yerlərdə divar və bürc yerləri yarısalamat vəziyyətdə olsa da, dövrümüzə qədər
gəlib çatmıĢdır. F.V.Qədirovun fikrincə, Xaçmaz Govur qalasında müxtəlif
vaxtlarda təmir və bərpa iĢləri aparılmıĢ, bəzi bürcləri isə sonradan tikilmiĢdir.
Qala divarlarının ümumi uzunluğu 192,7 m-dir. Müxtəlif tərəflərdə olmaq etibarı
ilə yeddi bürcü var. Onlardan üçü yarımdairəvi, dördü isə düzbucaqlı
formasındadır [141, 52]. Qala bürcləri yerli relyefə uyğun tikildiyindən onların
forması kimi, ölçüləri də müxtəlifdir. Qalaya giriĢ qapısı Ģimal tərəfdəndir. O,
nisbətən kiçik ölçülüdür. Eni 1,5 m, hündürlüyü indiki vəziyyətdə 3 m-dir. Oradan
qalaya yalnız atlı və ya piyadalar girə bilərdi. Qapının hər iki tərəfində iri,
yarımdairəvi bürclər ucaldılıb. Qərb tərəfdəki bürcün diametri 13,7 m, hündürlüyü
isə 5,2 m-dir. Sonradan həmin bürcün müdafiə qabiliyyətini möhkəmlətmək
məqsədilə orada uzunluğu 4 m, eni 1,5 m və hündürlüyü 5,2 m olan daha bir ədəd
düzbucaqlı formalı bürc tikilmiĢdir. Oradan qərbə doğru uzanan divarda yer
səthindən 1 m hündürlükdə hər bir metrdən bir 25x21 sm ölçüdə olan düzbucaq
formalı mazğal yerləri vardır. Onlardan bir metr yuxarıda diametri 23, aralarındakı
məsafə isə 60 sm olan dairəvi formalı daha iki ədəd mazğal yeri var. Abidənin
cənub divarında da yer səthindən təqribən 80 sm yüksəkdə iki cərgə mazğal yerləri
var. Qala divarları Ģimal-qərb tərəfdə diametri 24,5 m, hündürlüyü isə 5,7 m olan
əzəmətli bürclə tamamlanır. Birinci cərgədə 9, ondan 70 sm yüksəkdə olan ikinci
cərgədə isə 7 mazğal var. ġimal divarlarda olduğu kimi, cənub divarlarda da
mazğallar dairəvi və ya düzbucaqlı formasındadır. Alt cərgədəki mazğallar
düzbucaqlı, üst cərgədəki mazğallar isə dairəvi formalıdır. Onların arasındakı
məsafə təqribən 0,5-1 m-dir. Mazğallardan ən böyüyünün ölçüləri 36x26, ən
kiçiyinin ölçüləri isə 20x18 sm-dir. [141, 53]. Qalanın cənub divarları Ģərqdə
uzunluğu 5, eni 4, hündürlüyü 3,6 m olan düzbucaqlı formasında olan bürclə
tamamlanır. Həmin bürc böyük bir qaya parçası üzərində tikilib. Bürcün mərkəzi
hissəsində 25x25 sm ölçüdə bir ədəd kvadrat formalı mazğal yeri olduğu aydın
bilinir. Həmin bürclə növbəti bürc arasındakı divarın uzunluğu 24 m-dir.
Yarımdairəvi formada olan növbəti bürcün diametri 5, hündürlüyü isə 4 m-dir.
Burada da yer səthindən 30 sm yüksəkdə olan 2 ədəd dairəvi formalı mazğal yeri
var. Bu bürcün davamı olan hissədə qala divarları relyefə uyğun olaraq əyri xətt
üzrə inĢa edilib. Qala divarının həmin hissəsində ölçüləri 24x24 sm olan iki ədəd
kvadrat formalı mazğal yeri mövcuddur. Hər iki mazğal bürclərə nisbətən yaxın
yerdədir. ġimal-qərb tərəfdə qala divarları iri qövs əmələ gətirərək giriĢ qapısına
tərəf istiqamət alır. F.V.Qədirov qala divarlarının bu hissəsinin də yarımdairəvi