132
kimi «Xanəgah» sözü fars dilində «ev», «yer», «məkan» mənası bildirir.
Mütəxəssislərin rəyinə görə, orta əsrlərdə karvan yolları üzərində yerləĢən
xanəgahlarda qonaq evləri funksiyası daĢıyan dini tikililər olub. Daha çox
dərviĢlərin yaĢadığı bu cür yerlər əslində sufiliyin təbliğat mərkəzlərinə çevrilmiĢdi
[50, 182]. Bütün bunlar isə onu deməyə əsas verir ki, Xənəyə (Xanəgah) ərazisində
yaĢayıĢın tarixi ən azı Albaniyanın Sasani mərzbanlarının təsir dairəsində olduğu
dövrə gedib çıxır.
Qız qalaları Azərbaycan ərazisində ən geniĢ yayılmıĢ tarixi tikililərdəndir.
Ġsmayıllıdan baĢqa, Bakı, ġəki, ġamaxı, Qəbələ, Oğuz, Qazax, Yardımlı, Gədəbəy,
Naxçıvan Muxtar Respublikası və Qarabağ bölgəsində də bu cür qalalar
mövcuddur. Qız qalaları, həmçinin, Orta Asiyada, Qara dəniz sahillərində, Ġranda,
Ġraqda, Hindistanda, Avropanın bir sıra ölkələrində də geniĢ yayılmıĢdır [64, 139-
145]. Xalq arasında həmin qalalar haqqında məzmunca bir-birinə bənzəyən və ya
tamamilə fərqlənən çoxsaylı əfsanələr var. Onların bir qismində bu qalaların
hansısa hökmdarın qızının Ģərəfinə tikildiyindən, baĢqa bir qismində isə sevgi
macəraları ilə bu və ya digər dərəcədə bağlılığından söhbət açılır. Lakin açığını
deyək ki, qız qalalarının adına çıxılan əfsanələrin xeyli qismi əslində bu qalalarla
heç bir əlaqəsi yoxdur [47, 87-93].
Tədqiqatçılardan bir qrupu belə hesab edir ki, bu qalaların adındakı «qız»
sözü «oğuz» sözünün tədricən təkamülə uğramıĢ formasıdır. Qız qalalarının «göz
qalası», «gözətçi qalası» olduğunu söyləyənlər də vardır. Bu qalaları «köz qalası»
adlandıranlar, onları atəĢpərəstliklə bağlayanlar da vardır. Nəhayət, bir qrup
araĢdırıcılar Qız qalalarındakı «qız» sözünü qədim ġərqdə müqəddəs hesab edilən
su ilahəsi Anahitlə əlaqələndirirlər [50, 185-186; 64].
Qız qalalarının təyinatı və onların nə üçün məhz «qız qalası» adlandırılması
barədə nə demək olar? Bizcə, qız qalalarının istisnasız olaraq hamısı müdafiə
qalasıdır. Onların quruluĢu və strateji mövqeyi yalnız bu cür düĢünməyə əsas verir.
Bu qalalar baĢlıca olaraq feodal basqınları və müharibələri zamanı əsasən qadın və
qızların mühafizəsi üçün nəzərdə tutulmuĢdur. Fikrimizcə, vətənin, doğma diyar və
Ģəhərin çətin məqamlarında, dava-dalaĢlı günlərində kiĢilər döyüĢ meydanlarında
ölüm-dirim mübarizəsi aparanda, qadın və qızlar qız qalalarında mühafizə
olunmuĢlar [50, 185]. Müharibə və döyüĢlər zamanı adətən, tərəflərdən birinin
digərinin qadınını, qızını və ya məmləkətin gözəllərini ələ keçirməsi olduqca
təhqiramiz hal hesab olunurdu. Bu məqsədlə hərbi qüvvə iĢlətməkdən əlavə, həm
də müxtəlif hiylə və fırıldaqlara da əl atılırdı. Odur ki, qarĢıdakı müharibə və
toqquĢmalarda təhqiramiz vəziyyətə düĢməmək üçün ayrı-ayrı Ģəhər və
vilayətlərdə etibarlı qalalar tikilməsi nəinki mümkün idi, həm də zəruri idi. Bizcə,
qız qalaları məhz bu mənada alınmazlıq, əlçatmazlıq simvolu hesab edilə bilər.
Onların adındakı «qız» sözünü isə məhz bu mənada namus, qeyrət, bakirəlik rəmzi
kimi baĢa düĢmək lazımdır. Yəni, bu qalalarda sözün həqiqi mənasında bir elin, bir
obanın qeyrəti, namusu, bakirəliyi mühafizə olunurdu.
133
NĠYAL QALASI
Bu qala Lahıc qəsəbəsindən cənub-Ģərqdə, Girdiman çayının sol sahilində,
Niyal dağının zirvəsində, strateji baxımdan olduqca əlveriĢli bir ərazidə yerləĢir.
Qalaya əsas yol Lahıc tərəfdəndir. Lakin oraya Sulut və Fit dağı tərəfdən də yol
var. Atlı və ya piyadalar üçün olan bu yolların hər ikisi olduqca sərt dağlıq
ərazilərdən keçir.
«Niyal» toponiminin izahına dair müxtəlif versiyalar var. Məsələn, yazıçı
M.Süleymanova görə, «Niyal» sözü Ġran mənĢəli olmaqla «doqquz yal» mənası
bildirir. Bunu onunla izah edir ki, Niyal dağının zirvəsi doqquz yaldan ibarətdir
[221, 16]. O da maraqlıdır ki, Ġran ərazisində də «Niyal» adlı dağ var. Bizcə
«Niyal» toponimi ilə əlaqədar yuxarıda deyilənləri sadəcə olaraq zahiri oxĢarlıq
kimi qəbul etmək olar. Biz o tədqiqatçılarla həmfikirik ki, onlar «Niyal»
toponiminin sırf türk mənĢəli olduğunu qəbul edirlər. Onların fikrincə isə «Niyal»
qədim türk dillərində iĢlədilən və «yaĢıl», «göy», «ot», «bitki» mənası bildirən
«naal», «nial» sözlərindən əmələ gəlməklə «yamyaĢıl dağ» deməkdir. Bu isə o
deməkdir ki, irandilli əhali oraya köçürülməzdən çox-çox əvvəllər də «Niyal»
toponimi mövcud olmuĢdur [28, 386].
Niyal qalası mürəkkəb relyef Ģəraitində çox böyük ustalıqla inĢa edilmiĢ
nadir memarlıq nümunəsidir. O, çay daĢından və kirəc məhlulundan istifadə
olunmaqla tikilib (LX-LXTV tablolar). Oradan baxanda, nəinki Lahıc və Girdiman
çay hövzəsi, bütövlükdə qədim Girdiman vilayətinin geniĢ əraziləri aydın görünür.
Niyal qalasının adı bir sıra orta əsr mənbələrində xatırlanılır. Məsələn, X
əsrə aid anonim mənbə olan «Hüdud əl-aləm» əsərinə istinad edərək M.X.ġərifli
yazır ki, LaicanĢah «ġamaxıdan bir fərsəng uzaq hərbi düĢərgədə yaĢayır. Burada
ucabaĢlı bir dağ vardır. O, yastı, düz, dördguĢəli, eni, uzunluğu dörd fərsəngdir.
Heç bir tərəfdən yolu yoxdur, ona yalnız bir tərəfdən çətin və ağır yol çəkmiĢlər.
Burada dörd kənd vardır və padĢahın bütün xəzinə və sərvətləri orada saxlanılır.
Onun bütün əhalisi kiĢili-arvadlı orada qalır. Onlar orada əkər və orada yeyərlər.
Bu qala «Niyal qala» adlanır [225, 32].
Əlbəttə, burada söhbət Niyal dağındakı eyni adlı qaladan gedir. Sara
AĢurbəyliyə görə, mənbədə göstərilən dörd kənd çox ehtimal ki, Basqal, Mücü,
Tircan və Zərnəva kəndləridir [14, 116]. Əlbəttə, bu məsələdə onunla mübahisə də
etmək olar. Yəni, nə üçün məhz həmin kəndlər? Axı, orada Kəlfərəc, Tağlabiyan
və Kürdüvan kəndləri də vardır. Həm də onlardan bir neçəsi S.AĢurbəylinin adını
çəkdiyi Tircan kəndinə nisbətən Niyal qalasına daha yaxın ərazidədir [50, 151-
152].
M.X.ġəriflinin Məsudiyə istinadən verdiyi məlumata görə, «Yer üzərində
olan qalalar içərisində «Qala ən-Niyal» qalasından daha möhtəĢəm qala yoxdur.
Məhəmmədin (ġirvanĢah Məhəmməd ibn Yəzid nəzərdə tutulur - Q.C.) əlində olan
və Qafqaz dağlarında yerləĢən bu qala Ġranda Siraf yaxınlığında Zirbad adlanan