128
CavanĢirin qəflətən, həm də xaincəsinə qətlə yetirilməsi Albaniyada böyük matəmə
səbəb olub. Təbiidir ki, belə anlarda insanlar daha çox Vətən və xalq qarĢısında
xidmətləri olan Ģəxsiyyətlərin xatirəsinin əbədiləĢdirilməsi barədə düĢünürlər. Bu
mənada görkəmli dövlət xadimi, bacarıqlı sərkərdə və mahir diplomat olan
CavanĢirin xatirəsini əbədiləĢdirmək məqsədilə doğma Girdiman vilayətində onun
Ģərəfinə belə bir əzəmətli qala tikilməsi mümkün idi.
Əfsuslar olsun ki, Azərbaycanın erkən orta əsrlər tarixinin öyrənilməsi ilə
məĢğul olan tədqiqatçılardan bir çoxu uzun illər ərzində bu abidə barəsində
susmuĢlar. Bunun bilərəkdənmi, yaxud da sadəcə olaraq məlumatsızlıq ucbatından
baĢ verdiyini demək çətindir. Fakt odur ki, son 50 il ərzində çap olunmuĢ bir sıra
fundamental nəĢrlərdə, o cümlədən «Azərbaycan tarixi» və «Azərbaycan
memarlığının tarixi» kimi ümumiləĢdirici nəĢrlərdə, habelə K.V.Treverin,
Z.M.Bünyadovun, D.A.Axundovun, F.C.Məmmədovanın tədqiqatlarında bu
abidənin adı belə çəkilməyib.
GĠRDĠMAN QALASI
Bu qala barəsində ən müfəssəl məlumata M. Kalankatuklunun «Albaniya
tarixi» əsərində rast gəlirik [120, 101, 128, 134, 202]. Alban tarixçisinin yazdığına
görə, qala Mehranilərin dördüncü nümayəndəsi olan Cəsur Vardan tərəfindən «üç
il ərzində tikilib» [120, 101]. VII əsrin ortalarında isə CavanĢirin Ģəxsi təĢəbbüsü
ilə Girdiman qalasında Allah naminə müqəddəs kilsə inĢa edilib. M.Kalankatuklu
bu barədə belə yazır: «Müdrik CavanĢir Ġsa Xaçı üçün (söhbət Bizans imperatoru II
Konstantın ona hədiyyə etdiyi Müqəddəs Xaçdan gedir - Q.C.) layiq olan yer
axtardı və öz doğma vilayətində, Girdiman qalasında onun üçün Allah evi tikdirdi
və Ġsa peyğəmbərin Ģərəfinə buranı həddindən artıq bəzətdirdi» [120, 128].
«Rəssamları dəvət edib onları kilsəni baĢdan ayağa kimi qızılla və ipəklə
bəzətdirdi, dünyanın ĠĢığını hifz edən aramgahın qapısını gümüĢlə bəzədib və
üzərinə naxıĢlar saldırdı» [120, 135]. Alban hökmdarı hərbi səfərləri ərəfəsində və
döyüĢ əməliyyatlarından sonra oraya gələrək Allaha dua edərmiĢ.
Girdiman qalası haqqında məlumatlara, əl-Bəlazurinin, ət-Təbərinin, Ġbn
Fəqihin, Xaqani ġirvaninin və Fələki ġirvaninin əsərlərində, habelə, X əsrə aid
anonim mənbə olan «Hüdud əl-aləm»də rast gəlirik [223, 91]. O da maraqlıdır ki,
orta əsr mənbələrinin bir qismində Girdiman daha çox Ģəhər-qala kimi təsvir
olunur, onun Ərdəbil, Təbriz, Naxçıvan, ġəki və ġabranla birlikdə «abad, xürrəm
və nemətli Ģəhər olduğu» bildirilir [225, 284]. Bu baxımdan XII əsrdə yaĢamıĢ
görkəmli Azərbaycan Ģairi Fələki ġirvaninin aĢağıdakı qəsidəsi də maraq doğurur:
Qoy mən kafir olum, əgər dünya padiĢahlarından biri
Haçansa Girdiman və Səduna bənzər Ģəhər tikmiĢsə [43, 152].
129
Göründüyü kimi, Fələki ġirvani Girdimanı ġirvanĢah III Mənuçöhr
tərəfindən tikilmiĢ bənzərsiz bir Ģəhər kimi təqdim edib.
Girdiman qalasının harada olduğu barədə hələlik tarixçilər arasında yekdil
fikir yoxdur. «Hüdud əl-aləm»ə, Xaqani və Fələki ġirvanilərə görə, bu qala ġirvan
ərazisində olub [223, 91]. A.P.Fituni də onun ġirvan ərazisində, daha dəqiq desək
Fit dağında olduğunu bildirib [633, 20]. S.T.Yeremyan [421, 79; 423, 27-30],
Z.M.Bünyadov [349, 88], Q.Ə.Qeybullayev [379, 186] və bəzi digər tədqiqatçılar
isə onun Albaniyanın qərbində, indiki ġəmkir və ya Qazax rayonları ərazisində
olduğunu ehtimal ediblər.
Göründüyü kimi, Girdiman qalasının lokalizəsi ilə bağlı elmi ədəbiyyatda
iki ehtimal mövcuddur. Son illərin tədqiqatlarına əsasən qəti surətdə deyə bilərik
ki, Girdiman vilayətinin və Girdiman qalasının Albaniyanın qərbində olduğu
barədə ehtimalların heç bir ciddi elmi əsası yoxdur. Yəni, həm yazılı mənbələr,
həm çoxsaylı arxeoloji və etnoqrafik materiallar, həm də çox ciddi elmi dəlil kimi
dəyərləndirilə bilən bir sıra qədim toponimlər Girdiman vilayətinin, təbiidir ki,
həm də Girdiman qalasının məhz ġirvan ərazisində olduğunu təsdiqləyir. Bununla
belə, onun konkret olaraq ġirvanın harasında olması məsələsi hələ də müzakirə və
diskussiya predmeti olaraq qalmaqdadır. Doğrudur, bəzi müəlliflərin, o cümlədən
M.X.ġəriflinin fikrincə, Albaniyanın bir sıra orta əsr Ģəhər və qalaları kimi,
Girdiman da hərbi, siyasi və ya təbii hadisələr nəticəsində dağıldığından
zəmanəmizə qədər gəlib çatmamıĢdır [225, 342-343]. Əlbəttə, bu fikirlə tam
mənada razılaĢmaq düzgün olmazdı. Çünki əsrlər boyu mövcud olmuĢ qala və
Ģəhərlər heç bir iz qoymadan tarix səhnəsindən yox ola bilməz. Və əgər orta əsrlərə
aid hansısa qalanın və ya Ģəhərin yeri hələlik müəyyən olunmayıbsa, bu heç də o
demək deyildir ki, ondan heç bir əsər-əlamət qalmayıb. Ola bilsin ki, haradasa iz
qalıb, sadəcə olaraq biz hələlik onun yerini bilmirik. Bu baxımdan 2004-cü ildə
Ağsu rayonu ərazisində aĢkar edilən Ģəhər-qala bizcə daha çox Girdiman qalasının
mənbələrdə
göstərilən
koordinatlarına
uyğun
gəlir
[60].
Məsələn,
M.Kalankatukluya görə, Girdiman «ġərq dənizinin yaxınlığında» [120, 130]
yerləĢir. Bu cəhətdən Girdiman ərazilərini tədqiq edən M.Barxudaryanın qeydləri
də əhəmiyyətlidir. O, yazır: «Girdiman, Ağsu xarabalıqlarının qərbində, Girdiman
çayının sol sahilində yerləĢir. Girdiman vilayətinin mərkəzi və vilayət hakimlərinin
iqamətgahı da məhz orada olub» [324, 90]. Yuxarıda artıq qeyd edildiyi kimi,
Ağsu rayonu ərazisindəki VI-IX əsrlərə aid Ģəhər - qala da Girdiman çayının sol
sahilindədir. Qalanın ətrafı Sasani dövrü arxitekturasında geniĢ yayılan, tərkibində
saman qatıĢığı olan çiy kərpiclə hörülən möhtəĢəm divarla möhkəmləndirilib [61].
Söhbət Mehrəvan Ģəhərinin qalıqlarından gedir.