130
XANƏGAH QIZ QALASI
Ġsmayıllı rayonu ərazisində, Xənəyə (Xanəgah) kəndindən 2,5-3 km
Ģimalda, Axox çayının sağ sahilində yerləĢir (L tablo). Qala üç tərəfdən - Ģərq,
Ģimal-Ģərq və cənub-Ģərqdən Axoxçayın sıldırım qayaları, qərb tərəfdən isə Qarasu
dərəsi ilə əhatələnən hündür adayabənzər dağın üstündə ucaldılıb (XLIX tablo,
Ģək.1). Maraqlıdır ki, Qız qalasının tikildiyi dağ özünün bir sıra coğrafi
parametrlərinə görə CavanĢir qalasının yerləĢdiyi dağa bənzəyir. Bu da onu
göstərir ki, ilk orta əsrlərdə dağ qalaları üçün yer seçərkən ərazinin təbii müdafiə
imkanları xüsusi olaraq nəzərə alınıb. Hərb tarixi araĢdırıcılarının fikrincə, yüksək
dağlıq ərazilərdə uzunmüddətli mübarizə və mühasirəyə dözümlü olan dairəvi
müdafiə sistemi yaratmaq daha asandır. Odur ki, müdafiə qalaları bu cəhətdən
əlveriĢli müdafiə imkanları olan dağlarda tikilirdi [143, 142]. Bu da sözsüz ki,
düĢmənin hər hansı döyüĢ texnikası və taktikası qarĢısında əlavə üstünlüklər
yaradırdı. Beləliklə, bu halda ilk baxıĢda sadə təbii topoqrafik komponentlər olan
yalçın qayalar, dərin yarğanlar və sərt yamaclar da sanki hər addımda düĢmənə
müqavimət göstərirdi (L tablo).
Xanəgah qız qalasına yaxınlaĢmaq üçün yeganə yol Qarasu dərəsindəndir.
Ora isə yonulmamıĢ çay daĢı və kirəc məhlulu ilə inĢa edilmiĢ xüsusi müdaiə divarı
ilə möhkəmlənləndirilib. Qalaya giriĢin və çıxıĢın tənzimləndiyi buraxılıĢ
məntəqəsi funksiyası daĢıyan bu divar – səddin uzunluğu 28,6 m, hündürlüyü 7 m,
qalınlığı isə 1,8 m-dir. Sel suları divar-səddin çox hissəsini dağıdıb. Yalnız
kənarlarda, yamaca bitiĢən hissələrdə divar qalıqları gözə dəyir (LI tablo, Ģək.1).
Tədqiqatçıların fikrincə, divar-səddin orta hissəsində üstü tağ formalı qapı yeri
olub [143, 139].
Qalanın birinci qapısı hesab edilən müdafiə divarını keçərək Qarasu dərəsi
ilə Ģimala doğru qalxdıqca sağ tərəfdəki yamacda qala divarlarının qalıqları
gorünür. Daha doğrusu, sıldırım qayalıqdakı ara-sıra boĢluqlar qala divarları ilə
möhkəmləndirilib. Yastana çatdıqda qədim yol-cığır izi Ģərqə doğru istiqamət
alaraq qalanın Ģimal küncünün tamamlandığı yala qalxır. ġərq tərəfdən Axoxçay,
qərb tərəfdən isə Qarasu dərəsi ilə əhatələnən yalda istehkam xarakterli xəndək və
tikinti qalıqlarının olduğu aydın bilinir.
Qalanın əsas qapısının Ģimal-qərb tərəfdən olduğu güman edilir [143, 139].
Doğrudur, abidənin qərb kənarında, Qarasu dərəsinə enən yerdə də kiçik qapı yeri
var. Hündürlüyü 2 m, eni 1 m olan bu qapıdan görünür, qalaya ərzaq və içməli su
daĢımaq üçün istifadə olunub. Abidənin Ģimal küncündən baĢlayaraq qala divarları
təpənin həm Ģərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır. Qalanın
Ģimal istiqamətdə olan ən möhtəĢəm bürcünün hündürlüyü 12-15 m-ə çatır (LI-LIII
tablolar).
Qala divarlarının çöl tərəfi bütünlüklə yüksək dərəcədə mailliyi olan sərt
yamaclardan və sıldırım qayalıqlardan, içəri tərəfi isə xırda təbii terraslardan
131
ibarətdir. Qalanın cənub terrası ilə üst terras arasında, qalıqları aydın bilinən istinad
divarı var (LIII tablo, Ģək.2). Dağın ən hündür yerindəki terras-yastandan fərqli
olaraq digər terraslar maili vəziyyətdədir. Sahəsi təqribən 300 m
2
olan və qalanın
Ģərq divarı ilə hüdudlanan üst terrasda, bir neçə yerdə bürc və divar qalıqları
olduğu aydın bilinir. Qalanın tədqiqatçıları həmin ərazinin yerüstü əlamətlərini və
oradakı tikinti qalıqlarının qapalı quruluĢa malik olduğunu əsas götürərək, oranın
iç qala olduğunu ehtimal edirlər [143, 141]. Ġç qala qalanın digər hissələrindən sərt
eniĢlərlə ayrılır. Orada çoxsaylı daxili tikililər olduğu aydın bilinir. Onlardan
yaĢayıĢ və anbar məqsədilə istifadə olunduğu güman edilir. YonulmamıĢ çay daĢı
və kirəc məhlulu ilə inĢa edilmiĢ həmin tikintilərin əksəriyyətinin bünövrə hissəsi
bu gün də salamat vəziyyətdə qalmaqdadır (LV tablo, Ģək.2, LVI-LVIII tablolar).
Xanəgah qız qalasında 6 yerdə qala bürcü qalıqları olduğu bilinir. Onlardan
üç ədədi Ģimal, bir ədədi Ģimal-qərb, bir ədədi Ģərq tərəfdə, daha bir ədədi isə üst
terrasla cənub terras arasındakı istinad divarındadır. Ġstinad divarı üstündəki bürc
dairəvi, digər bürclər isə yarımdairəvi formadadır. Salamat qalmıĢ yerlərdə qala
divarların hündürlüyü 6-7 m, qalınlığı isə 1,5 m-dir. Qalanın ümumi sahəsi
təqribən 1,5 hektara bərabərdir [50, 184].
Xanəgah qız qalasında kəĢfiyyat xarakterli ilkin tədqiqatlar F.L.Osmanov
tərəfindən keçən əsrin 60-cı illərində aparılıb [188, 61-62]. 70-ci illərin sonlarında
F.L.Osmanov və memar C.Ə.Qiyasi yenidən Xanəgah qız qalasının tədqiqinə
maraq göstərmiĢlər [143, 139-143].
C.Qiyasi və F.Osmanovun fikrincə, qalanın tikintisində biĢmiĢ kərpicdən
üzlük material kimi istifadə edilib [143, 141]. Əslində isə qala divarları tikilərkən
deyil, onun sonralar müxtəlif səbəbdən dağıntıya məruz qalan hissələrinin
bərpasında inĢaat materialı kimi, həm də biĢmiĢ kərpicdən istifadə olunub. Bərpa
edilən hissələrin qala dərəsinə giriĢin yaxınlığında olması da bu ehtimala əsas
yaradır (LIV tablo). Yəni, qalaya ilk həmlə məhz həmin istiqamətdən ola bilərdi.
Qala divarlarının bərpasında daha çox 20,5x20,5; 23x5 sm ölçülü kərpiclərdən
istifadə olunub.
Xanəgah qız qalasının dövrü barədə mülahizə söyləyərkən oradakı ilkin
tikinti qalıqları ilə bərpa elementləri bir sıra hallarda nəzərə alınmayıb. Beləliklə
də, orada aparılmıĢ təmir və bərpa iĢləri zamanı istifadə olunmuĢ biĢmiĢ kərpic
nümunələri əsasında qalanın XI əsrdə tikildiyi barədə fikirlər meydana gəlmiĢdir.
Bizə belə gəlir ki, XI əsrdə orada sonuncu dəfə əsaslı təmir və bərpa iĢləri
aparılmıĢdır. Qalanın tikilmə tarixini isə VII-VIII əsrlərə aid etmək daha düzgün
olardı. Xatırladaq ki, memarlıq xüsusiyyətləri, habelə relyef və məkan amilləri
baxımından, onunla CavanĢir qalası arasında çox ciddi oxĢarlıqlar var. Ola bilsin
ki, bu qalaların hər ikisi eyni hökmdarın sifariĢi və həm də eyni mühəndis-ustaların
təxəyyülü əsasında inĢa edilib [62, 59].
Fikrimizcə, Xanəgah qız qalasının tikilmə dövrünü müəyyənləĢdirmək
baxımından «Xanəgah» toponiminin də müəyyən rolu ola bilər. Məlum olduğu