Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə12/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

 

36 


BİRİNCİ FƏSİL 

 

CAVĠDĠN HƏYATI, ƏDƏBĠ MÜHĠTĠ VƏ  

ĠLK QƏLƏM TƏCRÜBƏLƏRĠ 

 

1. HƏYATI. 

 

(Hüseyn  Cavid  Rasizadə  1882-ci  ildə  oktyabrın  24-də 

Naxçıvan şəhərində anadan olmuşdur. Cavidin həm ata, həm də 

ana  tərəfindən  babaları  Şahtaxtı  kəndində  yaşamış  və  həmişə 

əkinçiliklə  məşğul  olmuşlar.  Ata  babası  Məşədi  Qulu  aşıq 

şeirlərini  və  klassik  şairlərin  əsərlərini  əzbərləməyi  sevər, 

məclislərdə  onları  muğamat  üstündə  oxuyar,  özü  də  bəzən 

bədahətən  şeir  deyərmiş.  Şairin  anası  Ümmileylanın  da  yaxşı 

səsi  varmış.  O  da  qadın  məclislərində  el  bayatılarını,  ağıları 

məlahətli səslə oxuyan və ―xeyrə-şərə yarayan‖ bir qadın imiş. 

Şairin  atası  Molla  Abdulla  aşağı  ruhani  silkinə  mənsub  bir 

rövzəxan  idi;  mollalıqdan  daha  çox  musiqini,  muğamatı  və 

şeiri yaxşı bilməsi və məlahətli səsi ilə tanınmışdı. Yaxşı səsinə 

görə onu tez-tez Bakı, Şamaxı, Gəncə, Nuxa, Yerevan və (eləcə 

də  Cənubi  Azərbaycan  və  İran  şəhərlərinə  dəvət  edərlərdi. 

1877-ci  ildə  bu  ailə  Şahtaxtıdan  Naxçıvana  köçür.  Hüseyn 

burada anadan olur. 

Cavidin özündən başqa dörd qardaşı və üç bacısı olmuşdur. 

Ortancıl  qardaşı  Əhmədin  də  yaxşı  səsi  vardı.  Xanəndəlik  və 

bəzən  də  mərsiyəxanlıqla  dolanardı.  Kiçik  qardaşı  Əlirza 

müəllim  idi.  Bu  qardaşlardan  ancaq  biri  —  Şeyx  Məhəmməd 

Rasizadə ruhani təhsili almışdı ki, o da az sonra ruhaniliyi tərk 

edib,  ömrünün  35  ilini  müəllimlik  etmişdir.  Məhəmməd 

Rasizadənin  müəllimlik  fəaliyyətinin  son  on  beş  ili  sovet 

dövrünə təsadüf etmişdir. Cavidin mənəvi inkişafında bu böyük 

qardaşının  təsiri  çox  olmuşdur.  Tələbəlik  illərində  Cavidə 

maddi kömək edən də Şeyx Məhəmməd olmuşdur. 

Cavid  ibtidai  təhsilini  Naxçıvanda,  Məhəmməd  Tağı 




 

37 


Sidqinin  məktəbində  almışdı.  M.T.Sidqi  (1854-1903)  XIX 

əsrin  80-90-cı  illərində  Azərbaycanın  hər  iki  hissəsində 

tanınmış  görkəmli  maarifçi  ziyalılardan  biri  idi.  O,  istedadlı 

şair,  zamanına  görə  geniş  biliyə  malik,  hazırlıqlı  bir  pedaqoq 

idi.  Əvvəlcə  Ordubadda  məktəbdarlıq edən  Sidqi  1893-cü  ildə 

Naxçıvana  köçüb  burada  öz  təşəbbüsü  ilə  dördsinifli  bir 

məktəb açmışdı. O bu məktəbə ―Məktəbi-tərbiyə‖ adı vermişdi. 

Burada  dərslər  yeni  üsul  ilə  keçilirdi.  Sidqinin  məqsədi  gənc 

nəsli  müasir  ruhda  tərbiyə  etmək  idi.  Buna  görə  də  o,  müdiri 

olduğu məktəbə dövrünün mütərəqqi fikirli müəllimlərini cəlb 

etmişdi. Bu müəllimlərdən biri də Qori seminariyasını bitirmiş 

Mirzə  Ələkbər  Sultanov  idi.  ―Məktəbi-tərbiyə‖də  ana  dili, 

tarix,  coğrafiya,  hesab  fənləri  tədris  edilirdi.  Bunlardan  başqa 

rus  və  fars  dilləri  də  keçilirdi.  Təcrübə  məşğələlərində 

(azərbaycancadan farscaya, farscadan azərbaycancaya, eləcə də 

ruscadan azərbaycancaya, azərbaycancadan ruscaya  tərcüməyə 

xüsusi saatlar ayrılırdı. 

M.Sidqinin  əlyazması  şəklində  qalmış  dərslikləri  və 

konspektləri  göstərir  ki,  ana  dili,  tarix,  coğrafiya  və  fars  dili 

dərslərini və qismən tərcümə məşğələlərini o özü aparırmış. O 

zaman  Azərbaycan  dilində  bir  çox  dərsliklər  olmadığından 

Sidqi özü müxtəlif mənbələrdən istifadə edərək, verdiyi dərslə- 

rə  aid  dərsliklər  tərtib  edirmiş.  Onun  şəxsi  arxivində  olan  bu 

dərsliklər,  konspektlər  və  dərs  cədvəllərindən  aydın  olur  ki, 

Sidqi  şagirdlərinə  ibtidai  məktəb  həcmindən  çox  geniş 

məlumat  verməyə  çalışırmış.  Sidqinin  bu  əlyazmaları  keçən 

əsrin 80-90-cı illərində ümumiyyətlə Azərbaycanda məktəbdar-

lığın  və  tərbiyə  elminin  tarixini  öyrənmək  üçün  də  çox 

əhəmiyyətlidir. 

―Məktəbi-tərbiyə‖  uşaqlarını  məktəbə  qoyan  ailələrin  və 

maarifpərvər  yerli  ziyalıların  maddi  köməyi  ilə  yaşayırdı. 

Yoxsul  ailədən  olan  şagirdlərdən  təhsil  haqqı  alınmırdı.  Sidqi 

özü  də  müəllimlikdən  başqa  heç  nəyə  gümanı  gəlməyən, 

yoxsul,  lakin  son  dərəcə  fədakar,  müəllimlik  sənətini  ürəkdən 




 

38 


sevən, vətənpərvər, ictimaiyyətçi bir ziyalı idi. 

Sidqi  dərslərin  ana  dilində  tədris  edilməsinə  ayrıca 

əhəmiyyət verirdi. Onun ―Məktəbi-tərbiyə‖də dərslərdən əlavə 

öz  şagirdləri  və  şəhər  ziyalıları  üçün  oxuduğu  bir  çox 

məzmunlu  mühazirələri,  Nəriman  Nərimanov,  Rəşid  bəy 

Əfəndiyev,  Sultan  Məcid  Qənizadə  kimi  bir  çox  Azərbaycan 

ziyalılarına,  Təbriz,  Urmiyə  və  Tehranda  yaşayan  dostlarına 

yazdığı  məktublar  və  aldığı  cavablar  göstərir  ki,  maarifpərvər 

yazıçı və müəllim o zamankı ədəbi-bədii dilin sadələşdirilməsi 

zərurətini  də  çox  aydın  dərk  etmiş  və  ana  dilində  tədrisin 

əsaslandırılması  və  dildə  xəlqilik  uğrunda,  ədəbi  dilin 

sadələşdirilməsi  uğrunda  mübarizə  edən  qabaqcıl  ziyalıların 

səsinə səs vermişdir. Sidqi o zamankı ədəbi dili (mətbuat dili,

 

məktublaşma və s.) tənqid edirdi: ―Bu dil bir libasa bənzəyir ki, 

guya  pambığı  Türküstanda  əkilib,  ipliyi  İranda  əyrilib,  rəngi 

Ərəbistanda  verilib,  özü  Azərbaycanda  toxunub,  Rusiyada 

gömrüklənibdir‖

 1

. Sidqi ―əsri-hazırda yer üzündə hər qövm və 



hər  tayfa  öz  danışdığı  dildə  yazır‖

2

 prinsipinə  əsasən  tələb 



edirdi ki, ―Azərbaycan məktəblərində Azərbaycan dili tədrisinə 

böyük  əhəmiyyət  verilməlidir;  çünki  ―əvvəla  ana  dilidir, 

saniyən  vətən  dilidir,  salisən  millət  dilidir‖

 3

.  Sidqi  özü  də  bu 



prinsipə  əməl  edirdi.  Azərbaycan  dilində  yazdığı  lirik  və  epik 

şeirlərini,  məktublarını,  dərslik  və  konspektlərini  çox  sadə, 

anlaşıqlı  bir  dildə  yazır,  şagirdlərini  də  bu  yola  çağırırdı. 

Sidqinin  məktəbində  təhsil  alan  şagirdlər  ana  dilini  yaxşı 

öyrəndikləri kimi, fars və rus dilində də yazıb oxumağı öyrənir, 

müasir elmlər haqqında ilk məlumatı ala bilirdilər. 

Bu  mütərəqqi  işlərinə  görə  də  o  dövr  Azərbaycanın  bütün 

qabaqcıl  ziyalıları,  yazıçı,  müəllim  və  məktəbdarları  Sidqinin 

yaradıcılığına,  xüsusən  elmi-pedaqoji  fəaliyyətinə  çox  yüksək 

                                                 

1

1896-cı ildə. M.T.Sidqinin ―Məktəbi-tərbiyə‖də oxuduğu nitqin surəti, Respublika əlyazmaları 



fondu (sonrakı səhifələrdə bu fondun adı ixtisarla ―Rəf‖ şəklində veriləcəkdir), arx. 7—Q-337. 

2

 Məmmədəli Sidqi. ―Sidqinin tərcümeyi-halı‖, Rəf, arx. 25, № 1—2/55. 



3

 M.T.Sidqi.  1856-cı  ildə  ―Məktəbi-tərbiyə‖də  oxuduğu  nitq.  Respublika  əlyazmaları  fondu, 

arx. 7-Q-3(33) 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə